Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə180/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   176   177   178   179   180   181   182   183   ...   306

Kimin  tərəfindən  həyata  keçirilməsindən  asılı  olmayaraq,  hasilat 

sənayesində  fəaliyyət  ekoloji  problemlərin  yaranması  ilə  əlaqədardır.  Burada 

TMK-lar  həm  mənfi,  həm  də  müsbət  rol  oynayır.  Bir  tərəfdən,  onlar  sadəcə 

olaraq  resursların  hasilatı  faktına  görə  (əks  halda,  bu  işlər  yerinə 

yetirilməyəcəkdi) qəbul edən ölkədə ətraf mühitin tənəzzülünü gücləndirə bilər. 

Digər tərəfdən isə, onlar orta səviyyəli milli şirkətlərlə (o cümlədən kustar və 

xırda 

hasilat 


müəssisələri) 

müqayisədə 

daha 

qabaqcıl 



istehsal 

texnologiyalarından  istifadə  etməklə,  təbiətin  qorunması  sahəsində  ciddi 

idarəetmə standartları tətbiq etməklə ətraf mühitə arzuolunmaz təsirləri azalda 

bilər. Bununla belə, TMK-nm fəaliyyətinin xalis ekoloji effekti onu qəbul edən 

ölkənin təbiəti mühafizə normalarından, bunlara riayətin təmin olunması üçün 

institusional  potensialın  mövcudluğundan  əhəmiyyətli  dərəcədə  asılıdır.  Son 

illərdə iri, həm  dağ-mədən sənayesində, həm  də  neft-qaz sektomnda möhkəm 

bərqərar  olmuş  TMK-lar  ekologiya  məsələlərinə  ciddi  fikir  verir.  Baş  verən 

qəzalara və haqsızlıqlara baxmayaraq, ümumilikdə götürüldükdə, sonuncu 10 il 

ərzində  TMK-nm  inkişaf  etməkdə  olan  ölkələrdə  təbiəti  mühafizə  praktikası 

yaxşılaşmışdır, hərçənd,  burada da şirkətlər  arasında fərqlər müşahidə olunur. 

Məsələn, ətraf mühiti mühafizə üzrə qanunvericiliyi inkişaf etmiş və bu sahədə 

daha  yüksək  standartları  olan  ölkələrin  TMK-sı  ilə  müqayisədə,  həmin 

məsələləri  yenicə  həll  etməyə  başlayan  ölkələrin  TMK-nm  öz  xarici 

layihələrinin  ekoloji  nəticələrinin  tənzimlənməsinə  hazırlığı  qeyri-qənaətbəxş 

ola bilər. 

Özəllik  bundadır  ki,  başqa  sahələrlə  müqayisədə,  hasilat  sənayesinə 

yönəldilən  investisiyaların  çox  vaxt  daha  güclü  sosial  və  siyasi  nəticələri 

mövcuddur.  Mənfi  sosial  və  siyasi  nəticələr  əsasən  böyük  faydalı  qazıntı 

ehtiyatlarına  malik  olsa  da,  institusional  bazası  zəif,  hökumətləri  isə  xammal 

satışından əldə edilən külli məbləğdə gəlirlərdən inkişaf məsələlərinin həlli üçün 

istifadə  edə  bilməyən  yoxsul  ölkələrdə  müşahidə  olunur.  Problemlər  çox  vaxt 

faydalı qazıntıların konkret növləri, qeyri-qənaətbəxş idarəetmə strukturları və 

qəbul edən ölkələrin özünü korrupsiya əlaqələri tələsinə salmış hökumətlərinin 

qanunları,  tənzimləyici  sənədləri  işləyib  hazırlamaq  və  icrasını  təmin  etmək 

bacanqsızhğıdır. Başqa amillər də - yerli məmurların fəaliyyətinin səmərəsizliyi, 

bürokratiyanın  yüksək  səviyyəsi  və  s.  öz  təsirini  göstərir.  TMK-nm  yerli 

icmalarla qarşılıqlı əlaqələri, onun obyektlərində işləmək üçün miqrant axını və 

bununla əlaqədar yaranan məsələlər də narahatçılıq doğurur. 

450 



Siyasi  problemlər  resursların  istismarından  əldə  olunan  gəlirlərin 

bölgüsündə  fikir  ayrılığı,  korrupsiya,  yaranan  gəlirlərdən  istifadə  etməyə  can 

atan  müxtəlif  qruplar  arasında  ixtilaflar  yaxud  silahlı  münaqişələr  və  hətta 

müharibələr nəticəsində  meydana  çıxa bilər. TMK-nın  iştirakı  müxtəlif sosial 

məsələlərin həlli zamanı standartların səviyyəsini yüksəltməyə imkan verməklə 

yanaşı,  yeni  problemlər  yarada  bilər.  TMK-nın  ölkədə  olması  faktı  mövcud 

idarəçilik  üsulunun  möhkəmlənməsinin  və  ya  dağılmasının  birbaşa,  dolayı 

yaxud  gözlənilməz  təkanverici  səbəbi  ola  bilər.  Faydalı  qazıntı  yataqlarının 

idarəetmə sistemi zəif yaxud avtoritar dövlətlərdə yerləşdiyi bəlli olduqda, şirkət 

orada fəaliyyət göstərməyin məqsədəuyğunluğu barədə dərindən düşünməlidir. 



16.4.

 

TMK-nın fəaliyyətinin dövlət tənzimlənməsinin 

zəruriliyi, normalar və üsullar 

Dövlət  siyasətinin  səmərəliliyi  və  keyfiyyəti  faydalı  qazıntıların 

hasilatından  TMK-nın  iştirakından  asılı  olmayaraq,  dayanıqlı  inkişaf  prosesi 

üçün  səmərə  əldə  edilməsinin  həlledici  amillərindən  biridir.  Mineral-xammal 

iqtisadiyyatının  idarə  olunması  çətindir,  bunun  üçün  inkişaf  etmiş  dövlət 

idarəçiliyi  sistemi  və  milli  inkişaf  sahəsində  düşünülmüş,  dəqiq  məqsədlərin 

müəyyənləşdirilməsi  tələb  olunur.  İdarəçilik  kadrları  son  dərəcə  yüksək  peşə 

hazırlığına  malik  olmalıdır.  Burada  feodal  münasibətlərin  «bu  mənim 

adamımdır, mən ona etibar edirəm»  modelindən istifadə  edilə bilməz. Amma 

zəngin faydalı qazıntılar yataqlarına malik olan bir sıra inkişaf etməkdə olan və 

keçid  iqtisadiyyatlı  ölkələrdə  dövlət  siyasətinin  işlənib  hazırlanması  prosesi 

bəzən inkişafın uzunmüddətli məqsədlərinə nail olunmasına deyil, qısamüddətli 

fayda  əldə  edilməsinə  yönəlmişdir.  Bəzi  hallarda  mineral  resurslardan  asan 

gəlirlərin  əldə  olunması  hökumətlərin  öz  əhalisi  qarşısında  məsuliyyətini 

zəiflədərək, hakim elitanın maraqlarını qorumağa və möhkəmtməyə sövq edir. 

Bu amillər qanunun aliliyinə əsaslanan hüquqi sistemin, habelə şirkətləri 

məhsuldar  fəaliyyətə  investisiya  qoymağa  sövq  edən  institusional  mühitin 

yaradılmasının  vacibliyini  əyani  surətdə  nümayiş  etdirir.  Maddi-texniki 

infrastrukturun,  elmin,  təhsilin  və  səhiyyənin  keyfiyyəti  də  qəbul  olunan 

investisiya  qərarlarının  xarakterinə  təsir  göstərir.  Bundan  başqa,  hasilat 

sənayesindən əldə olunan gəlirlərdən inkişaf məsələlərinin həlli üçün səmərəli 

451 



istifadə  olunmasına  yönəlmiş  dövlət  siyasəti  cəmiyyətdə  sosial  həmrəyliyin 

gücləndirilməsi üçün son dərəcə vacibdir. Əldə olunan gəlirlərdən məqsədyönlü 

istifadə olunmaması və düşünülmüş tərzdə idarə edilməməsi cəmiyyətin məhdud 

təbəqəsini  zənginləşdinnəklə,  sosial  təlatümlər  yarada  və  siyasi  sabitliyi  poza 

bilər. Ümumi çərçivədən başqa, müvafiq sahə qurumları və siyasətin, 0 cümlədən 

faydalı  qazıntı  yataqlarının  kəşfiyyatı  və  istismarı,  sağlamlığın  qorunması  və 

texniki təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yerli icmaların 

hüquqlarının müdafiəsinin hüquqi və inzibati əsasları yaradılmalıdır. 

Ədalətsiz  variantlara  yol  verməmək  üçün  hasilat  prosesində  iştiraketmə 

şansı  marağı  olan  bütün  tərəflərə  -  hökumətə,  vətəndaş  cəmiyyətinə, 

mənafelərinə  toxunulan  icmalara,  yerli  əhalinin  təşkilatlarına,  həmkarlar 

ittifaqlanna  və  s.  verilməlidir.  Gəlirlərin  məqbul  hissəsinin  əyalətlər  yaxud 

dövlət idarəçiliyinin nisbətən aşağı səviyyələrində bölgüsü, yerlərdə, yəni hasilat 

sənayesi  müəssisələrinin  fəaliyyətinin  təsirinə  birbaşa  məruz  qalan  rayonlarda 

sosial  münaqişələrin  kəskinliyinin  azaldılmasının  üsullarından  biri  ola  bilər. 

Amma  bunun  üçün  dövlət  idarəçiliyinin  adekvat  sistemi  və  yerli  hakimiyyət 

orqanları səviyyəsində strukturlar yaradılmalıdır. 

Təbii  ki,  zaman  keçdikcə,  hasilat  sənayesində  əcnəbilərin  iştirakının 

tənzimlənməsi üsulları və metodları dəyişir, lakin ayrı-ayrı ölkələr üzrə kəskin 

fərqlənir. TMK-nm iştirakı müxtəlif milli qanunlarla, qaydalarla və kontraktlarla 

tənzimlənir.  Bundan  başqa,  bir  çox  ölkələrin  bağladığı  BİS-lər  hasilat 

sənayesində TMK-nm fəaliyyəti ilə birbaşa əlaqəlidir; 

Neft-qaz  sənayesində  TMK-lar  öz  fəaliyyətini  konsessiya,  müştərək 

müəssisələr  (MM),  hasilatın  pay  bölgüsü  (HPB)  və  xidmət  göstərilməsi  üzrə 

sazişlər kimi müxtəlif müqavilə mexanizmləri çərçivəsində qurur (bax: cədvəl 

16.2). Ümumilikdə, 2007-ci il iyun ayına olan vəziyyətə görə neft və qaz istehsal 

edən  inkişaf  etməkdə  olan  ölkələrlə  xarici  TMK-nm  bağladığı  bütün 

kontraktların 50%-dən çoxu HPB-nin payına düşür. Vyetnam, İndoneziya, İraq, 

Qətər,  Çin,  Liviya,  Sudan  və  Ekvatorial  Qvineya  ilə  bağlanılan  müqavilələrin 

əksərİ3^əti  bu  fonuadadır.  İkinci  yeri  konsessiyalar  və  müştərək  müəssisələr 

tutur: bu fonnalar Əlcəzair, Anqola, Braziliya, Venesuela, Qazaxıstan və Rusiya 

Federasiyasında  üstünlük  təşkil  edir.  Xidmət  göstərilməsi  üzrə  sazişlərə  nadir 

hallarda  təsadüf  olunsa  da,  onlar  İran  İslam  Respublikasında  və  Küveytdə 

mühüm rol oynayır. 



452 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə