Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə176/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   172   173   174   175   176   177   178   179   ...   306

Neft-qaz  sektorunda  xarici  aktivlərin  həcminə  görə  ən  iriləri  özəl 

şirkətlərdir.  Məsələn,  bunlardan  10-u  UNCTAD-ın  2009-cu  ildə  tərtib  etdiyi 

dünyanın xarici aktivlərinin həcminə görə 100 ən iri şirkətinin siyahısına daxil 

edilmişdir. Amma hasilat həeminə görə, inkişaf etməkdə olan ölkələrin TMK- sı 

dünyanın ən iri şirkətləri sırasında təmsil olunmur. 2005-2009-cu illərdə dünyada 

3 ən iri neft və qaz istehsalçısı inkişaf etməkdə olan yaxud keçid iqtisadiyyatlı 

ölkələrdə  yerləşən  dövlət  müəssisəsi  «Saudi  Aramco»,  «Газпром»  (Rusiya 

Federasiyası)  və  «İran  Milli  Neft  Şirkəti»  («İMNŞ»)  olmuşdur.  2005-2009-eu 

illərdə «Saudi Aramco»nun illik hasilatı neft və qazın ən iri hasilatçısı olan özəl 

«Exxson  Mobil»  (ABŞ)  şirkətinin  müvafiq  göstəricisini  təqribən  2  dəfə 

üstələmişdir.  Dünyanın  ən  iri  50  hasilatçısmm  yarısının  kapitalında  səhmlərin 

nəzarət zərfi dövlətə məxsusdur, onlardan 23 şirkətin mənzil-qərargahı inkişaf 

etmiş  ölkələrdə,  12  şirkətinki  Cənub-Şərqi  Avropada,  qalan  15  şirkətinki  isə 

inkişaf etmiş ölkələrdə yerləşirdi. 

Argentina 

Qabon 


Qana 

Qvineya 


Mali 

Monqolustan 

Tanzaniya 

Zambiya 


Papua-Yeni 

Qvineya 


Botsvana 

Namibiya 

İndoneziya 

Kolumbiya 

Peru 

Qazaxıstan 



Cənubi Afrika 

Yeni 


Kaledoniya 

Çili 


Avstraliya 

Konqo Dem. 

Resp. 

Birləşmiş 



Ştatlar 

Kuba 


Kanada 

Ukrayna 


Meksika 

Venesuela 

Hindistan 

Çin 


İsveç 

Braziliya 

Rusiya 

Federasiyası 



tran İslam 

Resp. 


Polşa 

100


 

0

/^



 

Şəkil 16.2.

 Qəbul edən ölkələrin metal filizi hasilatı sahəsində* 

xarici filialların payı**, 2006-2008-ci illər 

M ə n b ə :  UNCTAD. World Investment Report, 2010. 

* hasilatın dəyər ifadəsi ilə. 

** Xarici filialların payına ən azı 10% xarici mülkiyyəti olan bütün şirkətlər daxildir. 



440 


Böyük  faydalı  qazıntı  yataqlarına  malik  inkişaf  etməkdə  olan  ölkələrin 

bəzisində  daxil  olan  XBİ-nin  əsas  hissəsi  hasilat  sənayesinin  payına  düşür; 

onların  əksəriyyətində  bazarın  məhdudluğu,  istehsal  güclərinin  zəifliyi 

səbəbindən böyük həcmdə XBİ cəlb etməyə qadir olan başqa sahələr azdır. 

Metal filizlərinin (habelə almazların) hasilatında xarici şirkətlərin xüsusi 

çəkisi ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənir. Qvineya, Zambiya, Mali və 

Tanzaniya  kimi  zəif  inkişaf  etmiş  ölkələrdə,  habelə  Argentina,  Botsvana, 

Qabon, Qana, Monqolustan, Namibiya və Papua-Yeni Qvineyada qeyri-kustar 

hasilat, demək olar ki bütövlüklə xarici filialların payına düşür. Bu ölkələrdə 

TMK-lar,  bir  qayda  kimi,  yataqların  mənimsənilməsi  üçün  verilən  lisenziya 

fonuasmda,  konsessiya  əsasında  fəaliyyət  göstərir.  Metal  xammalının  iri 

istehsalçısı olan qalan 10 ölkədə xarici filialların payı qiymətləndinnələrə görə, 

50-86%  təşkil  edir.  Bunun  əksinə  olaraq,  İran  İslam  Respublikası,  Polşa  və 

Rusiya Federasiyasında onların payı cüzidir. 



Neft  və  qaz  sektomnda  xarici  filialların  payı,  dağ-mədən  sənayesi  ilə 

müqayisədə, aşağıdır. Beynəlxalq tədqiqatların nəticələrinə əsasən, 2007-2010- 

cu illərdə dünyada hasil edilən neftin və qazın 22%-i onların payına düşürdü, 

özü  də,  orta  hesabla  götürüldükdə,  bu  göstərici  inkişaf  etməkdə  olan  ölkələr 

(19%)  və  keçid  iqtisadiyyatlı  ölkələr  (11%)  ilə  müqayisədə,  inkişaf  etmiş 

ölkələrdə daha yüksək idi (36%). Bununla belə, inkişaf etməkdə olan ölkələrin 

göstəricilərində  böyük  səpələnmə  müşahidə  olunur.  Qərbi  Afrikada  hasilatın 

cəmi 3%-i xarici filialların payına düşdüyü halda. Böyük Səhranın cənubunda 

yerləşən Afrika ölkələrində bu göstərici orta hesabla 57% təşkil edirdi. Anqola, 

Argentina,  İndoneziya,  Böyük  Britaniya,  Sudan  və  Ekvatorial  Qvineyada 

hasilatın  yarısından  çoxunu  xarici  şirkətlər  verir.  Digər  tərəfdən,  Küveyt, 

Meksika  və  Səudiyyə  Ərəbistanında  xarici  filiallar  hasilat  fəaliyyətində, 

ümumiyyətlə, iştirak etmir (şəkil 16.3). 

Xarici şirkətlərin neft və qaz hasilatının həcminə səhmlərinin nəzarət zərf 

əcnəbilərə  məxsus  olan,  habelə  hasilatın  pay  bölgüsü  haqqında  sazişlər, 

konsessiya, müştərək müəssisələrin təsis olunması  yaxud başqa müqavilələrə 

əsasən  yaradılan  şirkətlərin  hasilatı  da  daxildir.  Xarici  şirkətlərin  yalnız 

xidmətlərin  göstərilməsi  üzrə  bağlanılan  kontraktlar  əsasında  iştirakı  nəzərə 

alınmır.  Dünyada  hasilatın  hər  bir  blokunda  yaxud  bölgəsində  illik  hasilatın 

ümumi həcmi iştirak edən şirkətlər arasında onların xalis məhsul buraxılışının 



441 


həcmindəki payı əsasında, faiz ifadəsində bölüşdürülür. 

Ekvatorial Qvineya 

Argentina 

İndoneziya 

Anqola 

Sudan 


Birləşmiş Krallıq 

Qazaxıstan 

Malaziya 

Nigeriya 

Birləşmiş Ştatlar 

Misir 


Liviya Ərəb Cümhuriyyəti 

Norveç 


Qətər 

Kanada 


Birləşmiş Ərəb Əmirlikləri 

Əlcəzair 

Niderland 

Rusiya Federasiyası 

Özbəkistan 

Venesuela 

Çin 

iran islam Respublikası 



Braziliya 

Meksika 


Səudiyyə Ərəbistanı 

İraq 


Küveyt 

 

10 



20 

30 


40 

50 


60 

70 


80 

90 


100 o/„ 

■ inkişaf etmis Ölkələr 

3 inkişaf etməkdə olan və keçid iatisadivvatlı ölkələr 

3.

 

Ayrı-ayrı ölkələrin neft və qaz hasilatı sahəsində 

xarici şirkətlərin payı,* 2005-2009-cu illər 

M ə n b ə :  UNCTAD. World Investment Report, 2010. 

* Neft ekvivalentində, milyon barrellə. 

İnkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrdə  yerləşən  dövlət 

şirkətləri  dünyada  neft  və  qaz  hasilatının  böyük  hissəsinə  nəzarət  etsə  də, 

onların  fəaliyyətinin  beynəlmiləlləşmə  səvİ3ryəsi  ən  iri  özəl  TMK-lar  ilə 

müqayisədə o qədər də yüksək deyil. Həqiqətən də, 2005-ci ildə 3 ən iri dövlət 

şirkətindən heç biri xaricdə böyük miqyasda hasilat həyata keçirmədiyi halda, 3 

ən  iri  özəl  neft  şirkətinin  hasilatının  70%-dən  çoxu  xarici  yataqların  payına 

düşürdü.  Ancaq  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrin  bəzi 

şirkətləri  xaricdəki  aktivlərini  sürətlə  artırır  və  tezliklə  qlobal  oyunçulara 

çevrilir. «NIOC» (İran), «CNPC» (Çin) «Sinopec» (Çin), »ЛУКОЙЛ» (Rusiya 



442 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə