Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə174/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   170   171   172   173   174   175   176   177   ...   306

TMK-nm,  beynəlxalq  istehsalın  bir  hissəsi  kimi,  fəaliyyət  göstərdiyi  ölkələrə 

iqtisadi və siyasi təsir göstərmək imkanlarına malikdir. 

 

TMK-lar azad bazar qanunlarını təkcə korporasiyaların müə}^ən etdiyi 



daxili  qiymətlərin  qüvvədə  olduğu  TMK  daxilində  deyil,  həmçinin  dünya 

iqtisadiyyatının  ən  mühüm  seqmenti  olan  beynəlxalq  istehsal  çərçivəsində  də 

neytrallaşdıran meylin fonnalaşmasına şərait yaratmışdır. 

 



TMK-lar,  bir  qayda  kimi,  istehsal  və  ticarət  müəssisələrini  qəbul  edən 

ölkənin maraqlarını nəzərə almadan, özləri üçün rahat olan ərazilərdə yerləşdirir 

və bu hala qəbul edən ölkənin çox vaxt reallıqda mövcud olmayan «maraqları» 

barədə iddia qaldırması səbəbindən haqq qazandırıla bilər. 

 

TMK-nm bəzi tədqiqatçılan həmişə onların başqa ölkələrdə fəaliyyətinin 



pozitiv  nəticələrinə  istinad  edir.  Bu  mövqe  belə  təsəvvürlərə  əsaslanır  ki, 

TMK-nm  menecerləri  «dar  millətçilik  xurafatından»  azad  olduğuna  görə  bu 

korporasiyaların  fəaliyyətinin  nəticəsi  «hamı  üçün  nemətdir»  və  TMK-nm  iş 

şəraiti məhz dinc şərait tələb etdiyinə görə, onların coğrafi baxımdan səpələnməsi 

«sülhə  xidmət  edir».  Müasir  TMK-nm  iqtisadi  və  texnoloji  qüvvəsi  bütün 

mübahisəli  məsələlərin  yalnız  danışıqlar  vasitəsilə  həll  olunmasını  tələb 

etdiyindən,  bu,  müəyyən  dərəcədə  həqiqətən  də  belədir.  Müasir  TMK-lar,  bir 

tərəfdən,  istehsal  vahidlərinin  çoxsaylı  ölkələr  üzrə  səpələnməsinə  əsaslanan 

beynəlxalq  istehsal  sisteminin  bərqərar  olmasına  şərait  yaradır,  digər  tərəfdən, 

sürətli  inkişafı  böyük  məbləğdə  kapital  qoyuluşları  və  yüksək  ixtisaslı  heyətin 

cəlb  olunmasını  tələb  edən  öncül  istehsal  sahələrinə  nüfuz  edir.  Bütün  bunlar 

yaxın keçmişədək onların milliləşdirilməsi cəhdləri təhlükəsi qarşısında etibarlı 

müdafiəsini təmin etsə də, sonradan qəbul edilən siyasi qərarlar (əsasən də inkişaf 

etməkdə  olan  ölkələrdə)  nəticəsində  nəzərəçarpan  itkilərinin  qarşısını  ala 

bilmədi. 

Yoxlama sualları 

1.

 



TMK  anlayışı,  onların  fəaliyyətinin  mahiyyəti  və  məzmunu.  Tarixi 

genezisi. TMK-nm təsnifatı. 

2.

 

TMK-nm  və  onların  filiallarının  sayı.  TMK  və  onların  filiallarının 



coğrafi baxımdan cəmləşməsi. Vahid ümumdünya TMK kompleksini xarakterizə 

edən  ümumi  göstəricilər  hansılardır:  işləyənlərin  sayı?  Dünya  üzrə  daxili 

məhsulda yoxsa ümumdünya ticarətində malların və xidmətlərin xüsusi çəkisi? 

434 



3.

 

TMK-nın xarici filiallarında istehsalın təşkilinin özəlliyi. TMK-nm 



inkişaf etməkdə olan ölkələrdəki fəaliyyəti. Bu özəllik nədən ibarətdir? 

4.

 



TMK - beynəlxalq istehsalın maddi bazasıdır - tezisinin məzmununu 

izah edin. Beynəlxalq istehsalın göstəriciləri hansılardır? 

5.

 

TMK-nm fəaliyyətinin milli iqtisadiyyat üçün müsbət və mənfi 



nəticələri. 

6.

 



TMK-nm Rusiyadakı fəaliyyətini xarakterizə edin. Rusiya TMK-nın 

sürətli inkişafının səbəbləri nədir? 



Referatlarm mövzuları 

1.

 



TMK-nın tarixi təkamülü; yaranması, inkişafı, perspektivləri 

2.

 



ABŞ və digər inkişaf etmiş ölkələrin fəaliyyətinin xüsusiyyətləri 

3.

 



İnkişaf etməkdə olan ölkələrin TMK-sı 

4.

 



Rusiya iqtisadiyyatmdakı TMK-lar və Rusiya TMK-sı xarici bazarlarda 

435 


Fəsil 16 

DÜNYA HASİLAT SƏNAYESİNDƏKİ TMK-lar 

16.1.

 

TMK-nın fəaliyyətinin sahədə ümumi təsviri 

TMK-nm müxtəlif ölkələrin hasilat sənayesində fəaliyyətinin tarixi sadəcə 

bimıənah  olmamaqla  bərabər,  dramatikdir,  müharibələr,  çevrilişlər,  əks- 

çevrilişlər, diktator rejimləri, son dərəcə ağır şərtli müqavilələr, «gözəgörünməz» 

müharibələr  və  münaqişələr  cəbbəxanasından  olan  başqa  süjetlərlə  zəngindir. 

Hələ  XX  əsrin  əvvəlində  hasilat  sənayesinin  payına  xarici  birbaşa 

investisiyaların (XBİ) cüzi faizi düşürdü; onlar əsasən müstəmləkəçi dövlətlərin 

şirkətlərinin  beynəlxalq  ekspansiyası  ilə  əlaqəli  idi.  İkinci  Dünya 

müharibəsindən  sonra  daha  çox  ölkənin  müstəmləkədən  azadlığa  çıxması  və 

OPEC yaradılması ilə əlaqədar olaraq, Avropa TMK-nm mövqeləri zəifləyir və 

bununla yanaşı, dünya üzrə XBİ-nin ümumi həcmində hasilat sənayesinin xüsusi 

çəkisi  aşağı  düşürdü.  Problemin  məğzi  neftin  (barrelə  görə  1  dollar)  və  başqa 

strateji xammalın qiymətlərinin həddən ziyadə ucuz olmasında idi. Buna görə də 

həmin  illərdə  dünya  üzrə  XBİ-nin  həcmində  başqa  sektorların  payı  yüksək 

sürətlə artdığı halda, neft-qaz və dağ-mədən sənayelərinin xüsusi çəkisi az idi və 

getdikcə  aşağı  düşürdü.  Lakin  1970-ci  və  1980-ci  illərin  «neft  şokları» 

nəticəsində  mineral  xammalın  qiymətinin  artımı  baş  verdi  və  buna  müvafiq 

olaraq, dünya üzrə XBİ həcmində hasilat sənayesinin rolu əhəmİ3^ətli dərəcədə 

yüksəldi.  Xidmətlər  sektoru  və  emal  sənayesi  ilə  müqayisədə  bu  sahənin 

göstəriciləri  indiyədək  aşağı  olsa  da,  dünyanın  neft  sektoru  (qismən  isə  qaz) 

dünya  iqtisadiyyatının  vəzij^ətinə  bütövlükdə  güclü  təsir  edir.  Başqa  xammal 

növlərinin, o cümlədən metalların, polimetal filizlərin, əlvan metal filizlərinin, 

habelə ərzağın əhəmiyyəti də yüksəlmişdir. 

Ehtiyatların,  istehsalın  və  istehlakm  coğrafi  cəhətdən  qeyri-bərabər 

bölgüsü mineral xammal bazarlarına xas olan cəhətdir. İnkişaf etməkdə olan və 

keçid  iqtisadiyyatlı  ölkələrin  (qeyd  edək  ki,  onların  sayı  az,  təqribən  30-dur) 

müxtəlif xammal növlərinin əsas istehsalçısı və ixracatçısı, inkişaf etmiş ölkələr, 

habelə bazarları fomıalaşmaqda olan ölkələr qrupu xammalın əsas istehlakçısı və 

idxalçısıdır.  Bu  əyintilər  bəzi  hallarda  idxalçılar  arasında  mal  göndərişlərinə 

təminat verilməsi, ixracatçılar arasında isə ÜTT çərçivəsində 



436 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə