Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə171/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   167   168   169   170   171   172   173   174   ...   306

 

iqtisadiyyatın maliyyə, sənaye və ictimai sektorları arasında inkişafda və 



səmərəlilikdə fərqlərin yaranması; 

 



 borc  iqtisadiyyatının  artması,  maliyyə  sektorunun  və  maliyyə 

axınlarının idarə olunmaması; 

 

Rusiya  iqtisadiyyatının  sistem  şəklində  pozulması,  sənaye  sektorunda 



tənəzzül  baş  verdiyi  halda,  bank  və  maliyyə  sektorlarının  təşəkkülü  və 

genişlənməsi; 

 

struktur  əyintiləri  yaradan  səmərəsiz  maliyyə  və  pul-kredit  siyasəti: 



təsərrüfat  fəaliyyətinin  rentabelliyi  aşağı  olduğu  halda,  bank  faizlərinin 

yüksəkliyi və s. 

Bütün  bunlar  iqtisadiyyatın  sahə  və  regional  səviyyələrdə,  habelə 

şaxələndirilmə  baxımından  balansın  son  dərəcə  pozulması;  inkişaf  etmiş 

ölkələrin  və  dünyanın  sürətlə  tərəqqi  edən  regionlarının  TMK-nm  beynəlxalq 

istehsalının  artan  ehtiyaclarına  xidmət  göstərilməsinə  yönəlmiş  yanacaq- 

xammal sektorunun misli görünməmiş inkişafı ilə yekunlaşmışdır. 

15.3.

 

TMK-nm fəaliyyətinin çoxfunksiyalıiığı 

TMK-lar hətta əməliyyatlarının həcmi onlardan az fərqlənən firmalardan 

fəaliyyətinin  müstəsna  dərəcədə  çoxcəhətli,  vəzifələrinin  rəngarəng  xarakterdə 

olması ilə seçilir. Bu, onların fəaliyyət göstərdiyi ölkələrə və regionlara çox güclü 

təsir göstərir. Aydındır ki, TMK-nm istehsal etdiyi malların və xidmətlərin böyük 

həcmdə  olması  beynəlxalq  əmək  bölgüsünün  inkişafı  üçün  zəmin  yaratmışdır. 

Əməyin ölkələr və müstəqil firmalar arasında bölgüsü firma daxilində beynəlxalq 

əmək  bölgüsü  ilə  dolğunlaşır.  Əməyin  bu  tərzdə  bölgüsü  bir  mərkəzdən 

tənzimlənir.  Vahid  istehsal  prosesi  müxtəlif  ölkələrdə  həyata  keçirilən 

əməliyyatlara  parçalanır.  Müxtəlif  ölkələrdə  istehsal  olunan  ayrıca  məhsul 

beynəlmiləlçilik  əsasında  təşkil  olunan  istehsal  prosesindən  kənarda  istehlak 

dəyərinə  malik  deyil.  Beynəlmiləlləşmiş  ictimai  əməkdən  istifadə  edilməsi, 

sənaye  mərkəzlərində,  ilk  növbədə  isə,  ABŞ,  Qərbi  Avropa  və  Yaponiyada 

yerləşmiş iri korporasiyaların istehsal imkanlarını genişləndirir və əlavə mənfəət 

əldə  etməsinə  imkan  verir.  İri  özəl  müəssisənin  fəaliyyətinin  təşkilati  forması 

kimi, TMK beynəlxalq əmək bölgüsünün müasir xarakterinə müvafiqdir və bu, 

bir tərəfdən, yüksək iqtisadi səmərə verir, digər tərəfdən isə. 

426 



yeni  vəziyyətlərə  uyğunlaşmaq  potensialının  mövcudluğunu,  innovasiyalara 

qarşı həssaslığı nümayiş etməyə şərait yaradır. 

Ekspansiyanın  mənfi  nəticələrinə  (ətraf  mühitin  çirkləndirilməsi, 

gəlirlərdəki fərqlərin artması, marketinqdə ifrat dərəcədə istehlakm təbliği, və s.) 

görə,  TMK-nm  fəaliyyəti  cəmiyyətdə  tənqidə  səbəb  olur.  1970-ci  illərdə 

alimlərin  və  mütəxəssislərin  TMK-ya  münasibəti  tam  ziddiyyətli  idi:  bir  qrup 

onların məddahı kimi çıxış edir, digəri isə fəaliyyətində neqativ cəhətlərin üstün 

olduğunu  göstərərək,  onları  ifşa  edirdi.  1980-ci  illərdən  onların  fəaliyyətinə 

nisbətən pozitiv yanaşma üstünlük təşkil etməyə başladı; indi TMK beynəlxalq 

iqtisadi münasibətlərin demək olar ki, yalnız müsbət cəhətlərə malik, ayrılmaz və 

obyektiv  elementi  kimi  nəzərdən  keçirilir.  Bu  mütəxəssislərin  fikrincə,  TMK 

qəbul 


edən ölkələrə öz kapitalını, 

texnologiyalarını,  istehsalın  təşkili  və  idarə  olunması  «zərf  şəklində»  təqdim 

etməklə, inkişafın «ideal sürətləndiricisi» kimi xidmət göstərir. Yüksək iqtisadi 

artımın  təmin  olunması  üçün  TMK-dan  uğurla  istifadə  etmiş  Cənubi  Koreya 

Respublikasının və Tayvanın təcrübəsi bu cür «sürətləndiricisiyə» nümunə kimi 

göstərilir. 

Mütəxəssislərin bu qrupunun təhlillərində TMK-nm «qəbul edən» ölkənin 

iqtisadiyyatına  müdaxilə  etdikcə,  onun  iqtisadi  və  siyasi  müstəqilliyini 

məhdudlaşdırması,  sosial  problemləri  kəskinləşdirməsi  kimi  müşayiətedici 

məqam ötəri xatırlanır. Hərçənd, onların bir sıra yerli istehsal-iqtisadi məsələləri 

həll  etməklə,  müəssisələrin  səmərəliliyinin  və  mənfəətliliyinin  yüksəlməsinə, 

idarəçilik problemlərinin aradan qaldırılmasına, yeni texnologiyaların tətbiqinə, 

mütəxəssislərin  hazırlanmasına  və  s.  kömək  göstərməsi  inkarolunmazdır. 

Bununla  belə,  «iqtisadi  fəaliyyətin  beynəlmiləlləşməsi  nəzəriyyələrinin  bir 

ifratçılıqdan  tamamilə  əks,  TMK-nı  ərazi  bağlılığından  və  dövlət  nəzarətindən 

azad  olmuş  superbirləşmə  kimi  nəzərdən  keçirən  digərinə  atılması  meylinin 

mövcudluğunu» iddia edən müəlliflər haqlıdır'. Bu cür birtərəfli yanaşmalar XXI 

əsrin birinci onilliyi ərzində qlobal böhranadək elmi ədəbiyyatda üstün olmuşdur. 

Onlar tez bir zamanda Rusiyanın da elmi və tədris ədəbiyyatına «keçmişdir». 

' Book reviews: Rutherford, Madison, Transnational Corporation. 1993. N° 1. Vol. 2. February. P. 



171. 

427 


15.4.

 

TMK dövlətlərin qarşılıqlı asılılığının 

güclənməsinin amili kimi 

TMK-nm  fəaliyyəti  təsərrüfat  münasibətlərinin  çarpazlaşması  yolu  ilə 

ayrı-ayrı dövlətlərin qarşılıqlı asılılığını gücləndiraıişdir. Belə bir cəhət bəlli olur 

ki,  TMK-nm  fəaliyyətinin  ənənəvi  qaydada,  milli  iqtisadi}ryata  və  beynəlxalq 

iqtisadi münasibətlərə yalnız dağıdıcı təsir göstərən amil kimi yanaşmaqla təhlil 

olunmasından imtina etmək lazımdır. Bu gün təkcə Amerika- Kanada, Yaponiya, 

Çin  və  Qərbi  Avropa  mənşəli  TMK-dan  bəhs  etmək  kifayət  deyil.  Türk,  ərəb, 

Avstraliya, Tayvan, Koreya, Braziliya, Argentina və başqa TMK-lar fəal işləyir; 

görünür  ki,  keyfiyyət  baxımından  iqtisadi  islahatlara  başlandıqdan  sonra 

Rusiyanın, Ukraynanın, Qazaxıstanın TMK-nm da meydana çıxacağını ehtimal 

etmək  lazımdır;  hələlik  isə  biz  bunları  (milli  kapital  əsasında)  aşkar  etməyə 

müyəssər olmadıq. 

TMK-nm  xidmət  sahəsində  fəaliyyətinin  genişlənməsi  kapitalın 

transmilliləşməsində,  prinsipcə,  yeni  məqamdır.  Müxtəlif  ölkələr  arasında 

investisiya  axınlarında  əhəmiyyətli  irəliləyişlər  baş  vermişdir.  1980-ci  illərin 

birinci  yarısında  Böyük  Britaniyadan  kapital  axını  ABŞ-m  müvafiq 

göstəricisindən  çox  olmuşdu.  1980-ci  illərin  sonu  -  1990-cı  illərin  əvvəlindən 

dünyada  ən  böyük  kapital  investoruna  çevrilmiş  Yaponiyanın  nüfuzu  sürətlə 

artırdı.  Dünya  təsərrüfatında  baş  verən  dəyişikliklər,  bir  tərəfdən,  TMK-lar 

tərəfindən  stimullaşdırılır,  digər  tərəfdən  isə  onların  özünü  dəyişir.  Belə  ki, 

getdikcə daha çox orta ölçülü fınna (o cümlədən inkişaf etməkdə olan ölkələrin) 

istehsalın  və  kapitalın  transmilliləşməsi  prosesinə  geniş  miqyasda  cəlb  olunur. 

Şübhəsiz  ki,  bütün  bunlar  TMK-nm  rolunu  innovasiya  proseslərinin 

sürətləndirilməsi mərkəzi kimi nəzərdən keçirməyə əsas verir. TMK-lar qlobal 

miqyasda  fəaliyyət  göstərdiyi  üçün,  beynəlxalq  rəqabət  şərtlərində  baş  verən 

dəyişikliklərə  daha  tez  reaksiya  verə  bilir.  Həqiqətən  də,  bir  çox  sahələrdə 

(toxuculuq,  avtomobilqayırma,  elektronika)  TMK-lar  texnologiyaların  inkişaf 

etmiş ölkələrdən nisbətən zəif olan ölkələrə ötürücüsü rolunu oynayır və bu, təkcə 

onların  filiallarının  deyil,  həmçinin  müxtəlif  dövlətlərin  firmaları  ilə  bağlanan 

subkontrakt  müqavilələrinin  sayının  sürətlə  artmasında  təzahürünü  tapır. 

TMK-lar  fmnaları  öz  səviyyəsinə  «dartıb  çıxarmaq»,  müştərək  müəssisələr 

yaratmaq,  tədqiqatların  aparılmasında  əməkdaşlıq  etmək,  yeni  mallar  və 

texnologiyalar üzrə lisenziya mübadiləsini 

428 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə