Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə169/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   165   166   167   168   169   170   171   172   ...   306

surətdə idarə edilməsi. Şirkətin qəsbi çox vaxt onun bütün səhmlərinin və deməli, 

özünün birjada satın alınması yolu ilə həyata keçirilir. 

Qovuşmaların növləri: 

 



üfüqi  qovuşmalar  -  bir  sahənin  eyni  məhsul  buraxan  yaxud  istehsalın 

eyni mərhələlərini yerinə yetirən şirkətlərinin birləşməsidir

 

şaquli  qovuşmalar  -  hazır  məhsul  istehsalının  texnoloji  prosesi  ilə 



bağlanmış, amma müxtəlif sahələrə mənsub olan müəssisələrin birləşməsi, yəni 

alıcı-şirkətin  öz  fəaliyyətini  xammal  mənbələrinə  (ilkin  istehsal  mərhələsinə) 

yaxud  son  istehlakçıya  çatanadək  olan  aralıq  mərhələlərə  qədər 

genişləndirməsidir. Buna misal olaraq, dağ-mədən, metallurgiya, maşınqayırma 

və başqa şirkətlərin qovuşmasını göstərmək olar; 

 



qohumluq  qovuşmaları  -  bir-biri  ilə  əlaqəli  olan  mallar  buraxan 

şirkətlərin  birləşməsidir.  Məsələn,  fotoaparatlar  istehsal  edən  firma  foto 

plyonkası  yaxud  foto-şəkil  çəkmək  üçün  kimyəvi  reaktivlər  buraxan  firma  ilə 

birləşir. 



İnkişaf etməkdə olan ölkələrdəki TMK. TMK-lar aləmində inkişaf etmiş 

ölkələrin şirkətlərinin dominant mövqe tutmasına baxmayaraq, vəziyyət dəyişir. 

Dünyada  ən  iri  100  qeyri-maliyyə  TMK-sı  sırasında  inkişaf  etməkdə  olan 

ölkələrin firmalarının sayı 2004-cü ildəki 5-dən, Çin, Hindistan, Cənubi Koreya, 

Braziliya, Meksika, BƏƏ, Cənubi Afrika və s. hesabına 18-dək çoxalmışdır. 

Bazarları  formalaşmaqda  olan  ölkələrin  iri  TMK-sı  öz  əməliyyatlarını 

xüsusilə  böyük  sürətlə  beynəlmiləlləşdirir.  2009-cu  ildə  inkişaf  etməkdə  olan 

ölkələrin  100  ən  iri  TMK-nm  xaricdə  satışlarının  həcmi  və  işçilərinin  sayı 

müvafiq olaraq 52% və 75% çoxalmışdır. Buna baxmayaraq, dünyanın ən iri 100 

korporasiyası  ilə  müqayisədə,  az  ölkədə  təmsil  edildiklərinə  və  maliyyə  gücü 

baxımından inkişaf etmiş ölkələrin sahə TMK-na nisbətən zəif olduqlarına görə, 

onların be3məlmiləlləşmə səviyyəsi xeyli aşağıdır. Bu TMK- lar (xüsusilə Asiya 

ölkələrinin şirkətləri) üçün ən vacib sahələr elektrotexnika və elektron sənayesi, 

paltar,  ayaqqabı,  oyuncaq  istehsalı  olmuşdur;  maşınqayırma  şirkətləri  sürətlə 

inkişaf  edir  və  güman  ki,  tezliklə  dünyanın  1000  və  500  ən  iri  korporasiyası 

tərkibinə daxil ediləcəkdir. 



Rusiyanın  Maliyyə-Sənaye  Qrupları  (MSQ)  və  TMK-sı.  MSQ  - baş və 

törəmə  cəmiyyətlər  kimi  fəaliyyət  göstərən  və  ya  rəqabət  qabiliyyətini 

gücləndirən,  malların  və  xidmətlərin  satış  bazarlarını  genişləndirən,  istehsalın 

səmərəliliyini yüksəldən, yeni iş yerləri yaradan investisiya və digər 



421 


layihələrin,  proqramların  həyata  keçirilməsi  üçün  texnoloji  və  iqtisadi 

inteqrasiyaya istiqamətlənərək, MSQ yaradılması haqqında müqavilə əsasında öz 

maddi  və  qeyri-maddi  aktivlərini  bütövlüklə  yaxud  qismən  birləşdirən  hüquqi 

şəxslərin  məcmusudur.  İqtisadiyyatın  makro  və  mikro  səviyyələrinin 

maraqlarının,  iqtisadi  və  sosial  problemlərin  əlaqələndirilməsini  təmin  edən, 

Rusiya  iqtisadiyyatında  mütərəqqi  dəyişikliklərə  imkan  yaradan  korporativ 

struktur  kimi  nəzərdə  tutulan  MSQ,  ixracyönümlü  iqtisadi  artımın  obyektinə 

çevrilməlidir.  Bunlar  bütövlükdə  dövlət  mülkiyyətində  olan  yaxud  kapitalında 

dövlətin  payı  dominantlıq  təşkil  edən  qruplardır  («Газпром»,  «РЖД», 

«Ингосстрах» və s.). 

MSQ-nin  tərkibində  ictimai  və  dini  cəmiyyətlər  istisna  edilməklə, 

kommersiya və qeyri-kommersiya (o cümlədən xarici) təşkilatları birləşə bilər. 

MSQ  iştirakçıları  sırasında  istehsal  sahəsində  fəaliyyət  göstərən  təşkilatların, 

habelə  banklann  olması  mütləqdir.  Maliyyə-sənaye  qruplarının  yaradılmasının 

konsepsiyası, bir texnoloji zəncir müəssisələrinin, aralıq və əlaqəli istehsalların, 

təchizat,  ticarət  və  satış  idarələrinin,  ən  əsası  isə  maliyyələş-  dirməni  həyata 

keçirə, investorları cəlb edə bilən təşkilatları birləşdirməkdən ibarətdir. MSQ-nin 

öncül  vəzifələrindən  biri,  tərkibinə  daxil  olan  müəssisələrin  fəaliyyətini 

əlaqələndirmək,  vahid  qiymət  siyasətini  yeritmək,  maliyyə  və  idarəetmə 

resurslarını  yenidən  bölüşdürmək,  ayrı-ayrı  müəssisələrin  deyil,  bütövlükdə 

qrupun  vəziyyətinin  yaxşılaşdırılmasına  yönəlmiş  investisiya  proqramlarını 

işləyib hazırlamaqdır. 

MSQ’çərçivəsində 3 əsas istiqamət fərqləndirilir: 

 



maliyyə; 

 



sənaye; 

 



media-korporativ. 

Rusiyada  keçirilən  özəlləşdirmə  yeni  tip  güclü  təşkilati-təsərrüfat 

strukturlarının (dövlət, müştərək və özəl korporasiyalann, konsernlərin, maliyyə- 

sənaye qruplarının) partlayış şəklində meydana çıxması ilə müşayiət olunsa da, 

onların  əksəriyyəti  daxili  və  xarici  bazarlarda  «Газпром»,  РАО  ЕЭС 

(parçalanmasınadək),  dəmir  yolu  korporasiyaları  («Российские  Железные 

Дороги»), «Норникель» kimi uğur qazana bilmədi. 

MSQ-nin yaranma səbəbləri: 

1)

 

yeni  təşkilati-təsərrüfatçıhq  formalarının  -  Rusiya  iqtisadiyyatında 



yüksək səviyyədə inteqrasiya olunmuş sahələrarası korporasiyaların yaradıl 

422 


masını tələb edən ümumi iqtisadi səbəblər

2)

 



Rusiyanın  beynəlxalq  bazara  çıxması  təkcə  daxili  milli  bazarı  əhatə 

etməyə  deyil,  həmçinin  xarici  bazarlarda  beynəlxalq  korporasiyalarla  layiqli 

rəqabət  aparaıağa  qadir  olan  güclü  təsərrüfat  strukturlarının  yaradılması 

vəzifəsini qoyur; 

3)

 

sadəcə olaraq, inhisarçılıq meyilləri. 



TMK-nın MSQ-dən fərqi bundadır ki, TMK-da kapital və hakimiyyət baş 

şirkətə  mənsubdur,  onun  törəmə  fımıalanna  və  filiallarına  isə  idarəçilik 

qərarlarını qəbul etmək və mənfəəti böljnək səlahiyyəti verilməmişdir;  bundan 

başqa, TMK-da kapitalların bir-birinə qarşılıqlı nüfuzu baş verir. 

MSQ-də isə vəziyyət başqadır; 

1)

 



bütün iştirakçılar bir «komandanın» tamhüquqlu və müstəqil üzvləridir; 

2)

 



onlar ümumi vəsaitləri hesabına MSQ-nin idarəçilik prosesinin yalnız 

əlaqələndirmə funksiyasını yerinə yetirən mərkəzi şirkətini təsis edirlər

3)

 

MSQ-də iştirakçıların aktivləri birləşdirilir. 



Rusiyanın MSQ-də vəziyyət qeyri-sabitdir, tez-tez baş verən ziddiyyətlər 

iştirakçıların  bir  qisminin  getməsinə  və  yeni  üzvlərin  gəlməsinə  səbəb  olur. 

Bunun nəticəsində, onların fəaliyyəti ictimai istehsal baxımından az səmərə verir. 

Rusiyanın TMK-sı və TMB-si. Buraya, ilk növbədə, «Газпром», «РЖД», 

«Норникель»,  «ЛУКОЙЛ»  «Новолипецкий Металлургический  Комбинат» 

(НЛМК),  «Вымпелком»,  «Роснефть»,  «Интер  РАО  ЕЭС»,  «ФК  Уралсиб», 

«ТНК-БП»,  «Сургутнефтегаз»,  «Северсталь»,  «Мечел»,  «Татнефть», 

«НОВАТЭК»,  «ММК»,  «АФК  Система»,  «ФСК  ЕЭС»,  «Уралкалий», 

«РусГидро»,  «Ростелеком»,  «Магнит»,  «Полюс  Золото»,  «ВТБ», 

«Сбербанк»,  «Банк  Москвы»  və  s.  kimi  özəl  (səhmdar)  və  dövlət 

korporasiyaları aiddir. 

«Forbes»-in siyahısının iyirmiliyinə aktivlərinin bazar dəyəri 133 milyard 

dollar olan  «Газпром» daxil edilmişdir; Rusiyanın  «ЛУКОЙЛ»  neft şirkəti 83 

milyard dollar bazar dəyəri ilə bu siyahıda 69-cu yeri tutur. «Forbes»-in dünyada 

ən  iri  2000  şirkətlər  və  banklar  siyahısında  Rusiya  şirkətlərinin  tutduğu  yerlər 

aşağıdakı kimidir: (cədvəl 15.2) 

15.2-ci  cədvəlin  məlumatlarından  göründüyü  kimi,  Rusiyanın  iri 

şirkətlərinin əksəriyyəti neft və qaz hasilatı (və qismən emalı), energetika. 

423 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə