Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə192/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   188   189   190   191   192   193   194   195   ...   306

Cədvəldə  göstərilən  şirkətlər  sırasında  inkişaf  etməkdə  olan  ölkələrin 

TMK-sı bu qrupa daxil olan dövlətlərin infrastruktur layihələrində nəzərəçarpan 

rol oynayır. Asiya və Okeaniyada digər inkişaf etməkdə olan ölkələrin TMK-nm 

iştirakı  (ilk  növbədə  regionlararası  layihələrdə)  xüsusilə  parlaq  ifadə  edilir. 

1996-2008-ei  illərdə  Asiya  və  Okeaniyanın  infrastruktur  sektorunda  xarici 

investisiya öhdəliklərinin, demək olar ki,  yarısı  inkişaf etməkdə olan ölkələrdə 

qəbul  edilmişdi,  iki  sahədə  (telekommunikasiya  və  nəqliyyat)  isə  xarici 

öhdəliklərin ən böyük həcmi Cənub TMK-nm payına düşürdü. Afrikada inkişaf 

etməkdə  olan  ölkələrin  investorları  telekommunikasiya  sektorunda  üstün 

(öhdəliklərin 58%-i) olmaqla bərabər, başqa infrastruktur sahələrində də mühüm 

rol  oynayır.  Afrikada  bütün  öhdəliklərin  40%-i  inkişaf  etməkdə  olan  ölkələrin 

TMK-nm payına düşür. Latın Amerikasında və Karib dənizi hövzəsi ölkələrində 

isə inkişaf etməkdə olan ölkələrin investorlarının fəaliyyəti nisbətən məhduddur 

(bütün öhdəliklərin 16%-i) (bax: şəkil 17.3). 

TMK-nın inkişaf etməkdə olan ölkələrin infrastrukturuna böyük həcmdə 

investisiya  qoymasına  baxmayaraq,  bu  məbləğ  maliyyələşmədəki  kəsirin 

örtülməsinə kifayət deyil: bunun üçün mümkün olan bütün başqa mənbələrdən 

əlavə  vəsaitlər  lazımdır.  Məsələn,  Afrikada  1996-2006-cı  illərdə  infrastruktur 

sektorunda TMK-nm investisiya öhdəliklərinin məcmu həcmi 45 milyard dollar 

olmuşdur. Bu məbləğ regionun infrastrukturuna tələb olunan investisiyaların illik 

məbləğindən  o  qədər  də  fərqlənmir.  Latın  Amerikasında  xarici  şirkətlərin 

infrastruktur  sahələrinə  investisiya  yatırımları  burada  dövlət  kapital 

qoyuluşlarının  məbləğinin  azalması  ilə  bağlıdır.  Özəl  sektorun  kapital 

qoyuluşlarının  kütləvi  hal  alacağına  ümid  bəsləyərək,  region  dövlətlərinin 

çoxunun  hökumətləri  infrastruktur  sahələrinə  vəsait  ayrılmasını  ixtisar  edirdi. 

Ancaq  TMK-nm  (və  milli  özəl  sektorun)  investisiyalarının  artımı  həmin 

ixtisarolunmanı tam kompensasiya edə bilmədi. Bu təcrübədən çıxarılmalı olan 

əsas nəticələrdən biri bundadır ki, TMK-nm iştirak etdiyi hallarda, ölkənin bütün 

infrastruktur  sahələrinin  investisiya  ehtiyaclarının  ödəniləcəyini  güman  etmək 

düzgün deyil; onların buradakı iştirakına yalnız milli investisiyalara mühüm əlavə 

kimi yanaşılmalıdır. 

İnfrastruktur sahəsində fəaliyyət göstərən TMK-lar öz layihələri xətti ilə 

onları qəbul edən ölkələrə texnologiyaları maddi (məsələn, suyun təmizlənməsi 

üçün xüsusi avadanlıq), habelə «yumşaq» formada (məsələn, təşkilat və 



485 


idarəçilik  təcrübəsi,  nou-hau  və  s.)  ötürür.  Birinci  halda,  məsələn, 

telekommunikasiya sektorunda beynəl-xalq bazarlara həm inkişaf etməkdə olan, 

həm  də  inkişaf  etmiş  ölkələrin  operatorlan-nm  çıxması,  inkişaf  etməkdə  olan 

ölkələr  tərəfindən  informasiya  və  kommunikasiya  texnologiyalarını  əldə 

edilməsini və istifadəsini asanlaşdırdı. TMK-lar qəbul edən ölkədəki filiallarına 

satınalmalar  və  podrat  praktikasının  təkmilləşdirilməsi,  müştəri-lər  haqqında 

məlumatların  toplanılması  və  qeydiyyatdan  keçirilməsi  metodlarından 

istifadənin  genişləndirilməsi  yolu  ilə  fəaliyyət  prosesinin  yenidən  qurulması 

üçün «yumşaq» texnologiyaları ötürür. 

 

Şəkil 17.3. Keçid iqtisadiyyatlı ölkələrin infrastruktur sahələrinin investisiya 



öhdəliklərində xarici investorların, milli özəl və dövlət investorlarının iştirak payı 

(regionlar üzrə bölgü, 1996-2008-ci illər, %)* 

* CNUCED. World Investment Report. 2008; Transnational Corporations and Infrastructure 

Challenge, Figure III. P. 1. 

Qeyd.

 Məlumatlar yalnız özəl sektorun iştirak etdiyi layihələr üzrə investisiya öhdəliklərinə 

aiddir. Bəzi hallarda bu layihələrə dövlət sektorunun investisiya öhdəlikləri daxildir. Müstəsna olaraq 

dövlət sektorunun vəsaitləri hesabına maliyyələşdirilən layihələr nəzərə alınmır. 



486 


ümumilikdə,  aparılan  tədqiqatlar  göstərir  ki,  xarici  filialların  hər  iki 

texnologiya  növündən  istifadə  etməsi  əksər  hallarda  göstərilən  xidmətlərin 

məhsuldarlığının artmasına, onun keyfiyyətinin və etibarlılığının yüksəlməsi ilə 

nəticələnir.  Bununla  bərabər,  ölkələrdə  mövcud  olan  vəziyyət  də  mühüm  rol 

oynayır:  TMK-nm iştirakı nəticəsində fəaliyyətin səmərəliliyinin 

yüksəlməsinin  ümumi  nəticələri  tənzimləmə  rejiminin  düzgün  seçimindən 

asılıdır. 

TMK-nm  sahəyə  verdiyi  texnologiyanın  təsir  dərəcəsi,  onun  müxtəlif 

ötürülmə  kanalları,  o  cümlədən  müştərək  müəssisələr,  kadrların  rotasiyasının 

sürəti  və  nümayiş  effekti  vasitəsilə  milli  firmalara  çatmasından  da  asılıdır. 

Məsələn, Çində elektrik enerjisinin istehsalı sahəsində iri müştərək müəssisələrdə 

TMK-nm  iştirakı  xarici  investorlarla,  onların  çinli  tərəfdaşları  arasında 

layihələrin idarə olunması  sahəsində mütəmadi,  çoxtərəfli əməkdaşlığın  həyata 

keçirilməsini  nəzərdə  mtur.  Bu,  çinlilərə  öz  ixtisas  səviyyəsini  və  işin 

səmərəliyini  yüksəltmək  imkanı  yaratmışdır.  İnfrastruktur  TMK-nm 

texnologiyalarının geniş yayılması üçün ölkə müəssisələrində müvafiq peşə üzrə 

kadrların, o cümlədən yüksək ixtisaslı fəhlələrin olması zəruridir. 

Müəyyən  dərəcədə  ehtiyat  etmələrinə  baxmayaraq,  ölkələrin  bir  çoxu 

TMK-nm  iştirakı  qarşısındakı  maneələrin  aradan  qaldırılması  və  onların 

infrastrukturun  bəzi  sahələrinə  eəlb  olunması  məsələsində  irəli  getmişdir. 

İnvestisiyaların Təşviqi Agentliklərinin (İTA) çoxu öz fəaliyyətini infrastrukmr 

sahələrinə  yönəltmişdir.  UNCTAD  və  İnvestisiyaların  Təşviqi  Agentliklərinin 

Beynəlxalq Assosiasiyasının birgə keçirdiyi təhlilə əsasən, İTA-nm 70%-i bu eür 

investisiyaların cəlb olunması ilə fəal məşğul olduqlarını bildirmiş, yalnız 24%-i 

mənfi  cavab  vermişdir.  İTA-nın  təqribən  A4  hissəsi  infrastrukmra  5  il  öncə 

olduğundan  daha  böyük  əhəmiyyət  verdiyini  göstərmişdir.  İTA-nm  elektrik 

enerjisi  istehsalı,  İnternet  xidmətləri  və  hava  limanları  kimi  infrastruktur 

sahələrinə daha çox istiqamətlənməsi onların TMK-nm fəaliyyəti üçün daha çox 

açıq  xarakterdə  olduğunu  göstərir.  İTA-lar  elektrik  enerjisinin  bölgüsü  və 

ötürülməsi  sektoruna  nisbətən  az  maraq  göstərir.  Zəif  inkişaf  etmiş  ölkələrə 

yönəldilən  investisiyaların  dinamikası,  onların  inkişaf  etməkdə  olan  ölkələrin 

TMK-na  daha  çox  ümid  bəsləməsinin  (xüsusilə  də  nəqliyyat  infrastrukmru 

sektorunda) düzgünlüyü barədə fikir söyləməyə əsas verir (cədvəl 17.4). 

487 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə