Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə8/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   4   5   6   7   8   9   10   11   ...   306

I Bölmə 

BEYNƏLXALQ 

İQTİSADİ MÜNASİBƏTLƏRİN 

NƏZƏRİYYƏSİ 


Fəsil 1 

BEYNƏLXALQ  İQTİSADİ  MÜNASİBƏTLƏRİN  (BİM) 

ANLAYIŞLARI, KATEQORİYALARI VƏ MƏZMUNU 

1.1.

 

BİM-in əsas kateqoriyaları, onların məzmunu 

ümumi  şəkildə  götürüldükdə,  BİM  ölkələr  arasında  beynəlxalq 

əməkdaşlığı  və  onun  tənzimlənməsini  təmin  edən  təsərrüfat-istehsal, 

ticari-iqtisadi,  maliyyə,  elmi-informasiya  və  insani  münasibətlər  sistemidir. 

Beləliklə, BİM-in predmeti istehsal amillərinin milli sərhədləri aşması və digər 

proseslər zamanı meydana çıxan, bununla da beynəlxalq əmtəə yaradan iqtisadi 

münasibətlərdir. Bu münasibətlər təkcə malların və xidmətlərin hərəkəti ilə deyil, 

həmçinin,  əqli  əmək  məhsullarının  yerdəyişməsi,  maliyyə  axınları,  əmək 

miqrasiyası,  insanların  işgüzar  səfərlər  və  turist  səyahətləri,  beynəlxalq 

qİ3onətlərin müəyyənləşdirilməsi, TMK-nın, inteqrasiya qruplarının fəaliyyəti ilə 

əlaqədardır. 

Beləliklə,  söhbət  ən  müxtəlif  beynəlxalq  iqtisadi-maliyyə  və  digər 

münasibətlər və qarşılıqlı əlaqələrdən gedir, onların məcmusu isə dünya bazarını 

təşkil  edir.  Bu  əlaqələr  və  münasibətlər  dövlətlərin,  beynəlxalq 

təsərrüfat-maliyyə və başqa sahələrin nizama salınması (tənzimlənməsi), xarici 

və be3məlxalq iqtisadi münasibətlərlə bağlı əlaqələrin inkişaf etdirilməsi və (və 

ya) buna yardım göstərilməsi ilə məşğul olan beynəlxalq təşkilatların, fınna və 

bankların,  hüquqi  və  fiziki  şəxslərin  bir-birinə  qarşılıqlı  təsiri  nəticəsində 

formalaşır.  Belə  halda  müasir  dövrün  qlobal  problemləri  əməkdaşlığın  xüsusi 

sahələrini müə3^ənləşdirir. 

Britaniyanın  «Makmillanm  müasir  iqtisadi  nəzərij/yə  lüğəti»ndə 

beynəlxalq iqtisadi münasibətlər (international economics) nəzəriyyəsi «iqtisadi 

nəzəriyyənin  ölkələr  arasında  malların  və  xidmətlərin  alqı-satqısı,  maliyyə 

axınları  və  istehsal  amillərinin  yerdəyişməsi  sahəsində  əməliyyatları  öyrənən 

bölməsi»*  kimi  müəyyənləşdirilmişdir.  Görünür  ki,  Makmillan  lüğətinin 

tərtibatçıları professor H.S.Qruber tərəfindən ifadə olunmuş açıqlamanı mövcud 

olanlar içərisində ən uğurlu hesab etmişlər. Sonra anlayış 

^  Словарь  современной  экономической  теории  Макмиллана  /  под  общ.  ред.  Д.У.Пирса.  М., 

1997. С. 252. 

20 



bu cür təfsir olunur:  «O  (yəni  nəzəriyyənin  bir hissəsi  - R.X.), adətən iki fənn 

sahəsinə  bölünür:  xalis  nəzəriyyə  və  pul  nəzəriyyəsi.  Bunlardan  birincisi  öz 

diqqətini ticarətdən faydalar (gains from trade), ticarət şərtləri (tenus of trade), 

ticarətin  strukturu  və  s.  kimi  real  kəmiyyətlər,  ikincisi  isə  valyutaların 

məzənnələrinin  (exchange  rate)  və  tədiyyə  balansının  (balance  of  payment)' 

tarazlığının 

tənzimlənməsi 

mexanizmlərinin 

(adjusment 

mechanizm) 

müəyyənləşdirilməsi  üzərində cəmləşdirir.  BİM-in bu cür müəyyənləşdirilməsi 

və  təfsiri  onun  məzmununu,  əsas  istiqamətlərini  və  formalarını  kifayət  qədər 

dolğun ifadə edir. Bu, həmçinin, İngiltərə-Amerika elmi və tədris ədəbiyyatında 

BİM- in əsas məsələlərinə necə yanaşıldığı barədə təsəvvür yaradır. 

BİM öyrənilərkən bir sıra prinsipal məqamları fərqləndinnək vacibdir. 

1.

 



BİM  nəzəri  fənn  kimi,  ümumi  iqtisadi  nəzəriyyənin  və  ya  siyasi 

iqtisadın  bölmələrindən  biridir.  Müasir  formaları  (beynəlxalq  ticarət  istisna 

olunmaqla) dünya iqtisadiyyatının inkişafının yalnız yetkin mərhələlərində - XX 

əsrdə  sistem  şəklində  formalaşdığına  görə,  BİM  nəzəriyyələri  nisbətən  gec 

inkişaf etməyə başlamışdır. 

2.

 



BİM nəzəriyyəsi dünya iqtisadiyyatı nəzəriyyəsinin bünövrəsi üzərində 

qurulmuşdur,  onunla  sıx  əlaqədardır  və  buna  görə  də  bir  sıra  məfhum 

kateqoriyaları biliklərin bu sahələri üçün ümumidir (bu, beynəlxalq iqtisadiyyat 

təmayüllü əlaqədar tədris fənlərinə də şamildir). 

3.

 

Bu  səbəbdən  «bazisin»  və  ya  özünəməxsus  platformanın  (yəni  dünya 



iqtisadiyyatının)  strukturunda  baş  verən  proseslər  dərhal  «üstqurumda»  (yəni 

BİM-də)  öz  əksini  tapır.  Eynilə  BİM  sistemindəki  dəyişikliklər  dünya 

iqtisadiyyatında təzahür edir. 

4.

 



BİM-in bütün formaları qeyri-adi dinamikliyə malik sistemdir. Adətən, 

dünya iqtisadİ3^atmdakı dəyişikliklərlə (böhran, tənəzzül yaxud artım), maliyyə 

axınlarının  hərəkətinin  dinamikası,  valyuta  məzənnələrinin  tərəddüdü  ilə 

əlaqələndirilən bütün hadisələr dərhal BİM-də əks olunur və yalnız bundan sonra 

dünya iqtisadiyyatının strukturları (o cümlədən dünya bazarları) üzərinə «keçir». 

5.

 



Sonuncu  məqam  milli,  xüsusilə  də  aparıcı  ölkələrin  iqtisadiyyatında 

gedən  qloballaşma  əsrində  dövlət  sərhədlərini  aşan  proseslərin  dinamikası  ilə 

əlaqədardır. Ən ümumi şəkildə BİM (bazar agentləri - şirkətlər, banklar, birjalar 

və s. onun fonnaları çərçivəsində fəaliyyət göstərirlər) həm pozitiv 



^ Grubel H.C. International Economics, revised edn. Irvin, Yomewood, Illinois, 1981. 

21 



(məsələn,  artım  şəraitində),  həm  də  dağıdıcı  (tənəzzül  və  böhranlı  enmə 

dövrlərində)  proseslərin  daşıyıcısı  qismində  çıxış  edir.  Eyni  zamanda  BİM 

sahələrində bütövlükdə dünya iqtisadiyyatında sabitliyi təhdid edən vəziyyətlərin 

idarə olunması üzrə konkret əməliyyatlar yerinə yetirilir. 



BİM-in  predmeti.  Beynəlxalq  iqtisadi  münasibətlərin  əsas  formaları  və 

istiqamətləri,  bütöv  sistem  kimi,  BİM-in  predmeti  qismində  çıxış  edir.  BİM 

vasitəsilə milli əmtəə axınlarının transfonuasiyası (istehsal amillərinin beynəlxalq 

hərəkəti)  baş  verir,  vahid  dünya  bazarı  və  sahələr  üzrə  malların,  xidmətlərin, 

kapitalların, işçi qüvvəsinin, texnologiyaların və s. beynəlxalq bazarları fəaliyyət 

göstərir. 



BİM-in obyekti. BİM-in obyekti, əsas etibarilə, milli bazarlarda mövcud 

olan mallar, xidmətlər, kapitallar və əqli əmək məhsullarıdır. Lakin onlar burada 



halım  dəyişmiş  formada,  yəni  «kağızlarda»  təmsil  olunduğuna  görə,  «fiziki 

iştirak»  etmir,  özü  də  dünya  bazarlarında  abstraktlaşma  səviyyəsi  son  dərəcə 

yüksəkdir.  Bundan  başqa,  beynəlxalq  əməkdaşlıq  və  dünya  təsərrüfatında 

yaranan vəziyyətlərin beynəlxalq tənzimlənməsi sahələrində baza münasibətləri 

də BİM-in obyekti kimi çıxış edir. 



Ölkələrin  təsərrüfat  əlaqələrində  beynəlmiləlləşmə  proseslərinin 

təsiri,  beynəlxalq  əmək  bölgüsü,  beynəlxalq  kooperasiya.  Tarixən  ilkin 

kapitalist münasibətlərinin milli sərhədlərdən kənara  «çıxması» Böyük Coğrafi 

Kəşflər  - Yeni  Dünyanın (1500-cü ildə  Kolumbun  Cənubi  Amerika sahillərinə 

üçüncü  səyahəti),  Avropadan  Hindistana  yolların  kəşf  edilməsi.  Afrikanın 

müstəmləkəyə  çevrilməsi  dövrünə  təsadüf  edir.  Sonrakı  500  il  ərzində 

ölkələrarası təsərrüfat əlaqələrinin intensivləşməsi nəticəsində XIX əsrin sonu - 

XX  əsrin  başlanğıcında  dünya  təsərrüfatı  formalaşmışdır.  XX  əsrdə  elmin, 

texnikanın  və  texnologiyaların  sürətlə  tərəqqisi  nəticəsində  beynəlmiləlləşmə 

prosesləri dinamik surətdə inkişaf edirdi. İqtisadi və maliyyə beynəlmiləlləşməsi 

prosesləri  ölkələrin,  regionların  beynəlxalq  və  qarşılıqlı  asılılığının,  müxtəlif 

ölkələrin  bazarlarında  fəaliyyət  göstərən  subyektlərin  (firmaların)  təsərrüfat 

əlaqələrinin  güclənməsinə  təsirini  göstənnişdir.  İstər-  istəməz  beynəlxalq 

tiearətin  və  təsərrüfat-maliyyə  münasibətlərinin  vahid  qaydalarını  qəbul  edən 

milli iqtisadiyyatların get-gedə açılınası dünyanın əksər ölkələrini, hətta özünün 

ifrat dərəcədə möhkəm avtargiya rejimini saxlamağa səy göstərən Şimali Koreya 

tipli  dövlətləri  beynəlxalq  əmək  bölgüsünün  yeni  sxemlərinin  formalaşmasına 

cəlb etmişdir. 

22 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə