KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə14/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   10   11   12   13   14   15   16   17   ...   88

32 
 
deyildir.  Əlbəttə, kitabxana təsnifatı  elmlər təsnifatına  əsaslansa da onun öz 
spesifik  c
əhətləri  vardır.  Kitabxana  təsnifatının  elmlər təsnifatından  asılılığı 
kitabla elmi biliyin, elmi 
ədəbiyyatla elmin obyektiv əlaqəsinə əsaslanır. Fərq 
ondan ibar
ətdir ki, burada təsnif edilən obyektlər eyni deyildir. Elm mücərrəd 
xarakterli, kitab is
ə konkret obyektdir. 
Kitabxana t
əsnifatının  tarixi    elmlər təsnifatının  tarixi  kimi  qədimdir. 
O, uzun  inkişaf yolu keçərək cəmiyyətin inkişafı ilə əlaqədar təkmilləşmişdir. 
Kitabxana t
əsnifatı  həmişə  elmlər təsnifatı  ilə  əlaqədar  inkişaf  etmiş  və  ona 
əsaslanmışdır. Hələ qədim dünyada gələcək elmi biliklərin inkişafına kömək 
etmiş  elmlər təsnifatı  işlənib  hazırlanmışdır.  Bu  onu  göstərir ki, o dövrdə 
Yunanıstanda və Romada kitabxana  təsnifatı yüksək səviyyədə olmuşdur (10, 
83). 
Sonrakı  illərdə  kitabxana təsnifatı  cədvəlləri  inkişaf  edərək  müxtəlif 
ölk
ələrdə, müxtəlif illərdə  biri-birinə  yaxın  olan  və  yaxud da biri-birindən  
t
əmamilə fərqlənən təsnifat cədvəlləri meydana gəlmişdir.  
Müasir t
əsnifat sistemlərindən bəhs edərkən Amerika 
kitabxanaşünasları    Melven  Dyunin,  Carlız  Ketterin,  Martenin, H.Blissin, 
ingilis kitabxanaşünası Ceyms Braunun, hind kitabxanaşünası Ş.Ranqanatanın 
adını  qeyd  etmək  lazımdır.  Lakin  müasir    dövrdə  kitabxanalarda  ən  geniş 
t
ətbiq edilən Universal Onluq Təsnifat (UOT) və  Kitabxana Bibllioqrafiya 
T
əsnifatı  (KBT)  cədvəlləridir. Bu təsnifat cədvəllərindən  Respublikamızın 
elmi v
ə kütləvi kitabxanalarında ayrı-ayrılıqda istifadə edilir.  
İnformasiya birlikləri 1995-1996-cı illərdə Universal Onluq Təsnifatın 
100  illiyini  qeyd  etmişlər. Universal Onluq Təsnifat 110 ildən artıqdır  ki, 
yaradılaraq beynəlxalq aləmdə  istifadə  olunan təsnifat  sistemidir.  Yarandığı 
dövrd
ən  başlayaraq  UOT  dəyişikliklərə  uğramış,  dəfələrlə  tənqid  edilmişdir. 
Lakin müasir v
ə  tarixən  mövcud  olmuş  təsnifat sistemlərinin heç biri UOT 
q
ədər geniş yayılmamışdır (15, 46). 
Beyn
əlxalq biblioqrafiya təsnifatı  sistemi  kimi  yaranan  UOT  hazırda 
dünyanın 60-dan çox ölkəsində, əsasən təbiətşünaslıq və texnika sahəsindəki 
bütün s
ənədlərin təsnifləşdirilməsində  istifadə edilən vahid təsnifat sistemidir. 
Müxt
əlif məlumat-axtarış  sistemlərində, o cümlədən mexanikləşdirilmiş  və 
avtomatlaşdırılmış  məlumat-axtarış  sistemlərində  UOT-un tətbiqi  onun 
perspektiv  inkişafini müəyyən edən əsas cəhətdir.  
UOT-
un  tarixi  inkişafına  nəzər yetirdikdə  məlum olur ki, bu təsnifat 
ame
rika kitabxanaşünası Melvel Dyunin  “Onluq təsnifat” cədvəlinin əsasında 
yaranmışdır.  1851-1931-ci illər  arasında  yaşayan  M.Dyui  məşhur  amerika 
kitabxanaşünaslarından  biri  olmuşdır  və  Amerika  kitabxanaçılıq  birliyinin 
yaradıcısı  və  təşkilatçısıdır.  M.Dyui  hələ  21  yaşında  Amxer  kolledcində 
oxuyark
ən  kollec  kitabxanasında  işləmiş  və  oradakı  ədəbiyyatı 
sisteml
əşdirmək üçün “Onluq təsnifat” cədvəlini işləyib hazırlamışdır. 1876-cı 


33 
 
ild
ə ABŞ-in ümumi kitabxanasının buraxdığı məcmuədə M.Dyunin məqaləsi 
d
ərc olunur. Bu məqalədə “Onluq təsnifat”ın əsas prinsirləri izah edilir. Yenə 
h
əmin ildə onun “Kitabxanalarda kataloqların tərtibi və kitabların düzülməsi 
üçün t
əsnifat və predmet göstəricisi” adlı kitabçası nəşr edilir. Kitabça cəmisi 
42 s
əhifədən ibarət idi. Bunun  11 səhifəsi təsnifatdan,  qalanı  isə  predmet 
göst
əricisindən ibarət idi. 
M.Dyunin “Onluq t
əsnifat”ında  bütün  bilik  sahələri (0-dan-9-a kimi) 
əsas şöbəyə bölünmüşdür. Təstifatda hər şöbə 10 yarımşöbəyə, hər yarımşöbə 
öz növb
əsində  10 bölməyə  və  bu qayda üzrə  daha kiçik 10 bölmələrə 
bölünmüşdür. Təsnifatda istənilən  qədər bölgü həddi almaq mümkündür. 
M.Dyunin t
əsnifatında  hər  bir  anlayışın  və  predmetin dəqiq və  sabit 
yeri  şöbələr,  yarımşöbələr və  bölmələrin  hamısı  ərəb rəqəmləri ilə  ifadə 
edilmişdir.  Bu  cəhət  “Onluq təsnifat”ın  beynəlxalq  xarakterini  asanlaşdırır. 
Hazırda  M.Dyunin  “Onluq  təsnifat”ı  əsasən  ABŞ  kütləvi  kitabxanalarında 
t
ətbiq  olunur.  ABŞ  Konqres  kitabxanasının  buraxdığı  çap  kartoçkalarında 
M.Dyunin t
əsnifatının indeksi verilir. Beləliklə, M.Dyunin “Onluq təsnifat”ını 
ABŞ milli təsnifatı kimi adlandırmaq olar. 
Hazirda M.Dyunin t
əsnifatının 21-ci nəşri çap edilmişdir. Təsnifat 30-
dan  artıq  xarici  dilə  tərcümə  edilmişdir.  135  ölkənin 200 mindən  artıq 
kitabxanasında tətbiq edilir. M.Dyünin təsnifatının 21-ci nəşri 4 cilddən ibarət 
rus dilin
ə  tərcümə  edilmişdir.  Birinci  cild  girişdən, ikinci və  üçüncü cildlər  
əsas cədvəllərdən, dördüncü cild isə əlifda-predmet göstəricisindən ibarətdir.  
Universal, y
əni bütün bilik sahələrini  əhatə  edən təsnifat sistemi 
yaratmaq  ideyası    nəzəri  şəkildə  ABŞ-da  Boston  kitabxanasının  əməkdaşları 
M.Nafonel v
ə Mertlef tərəfindən irəli şürülmüşdür. 
Sonralar UOT-
un yaradıcıları Pol Otle (1868-1944) və Anri Lafonten 
(1854-
1943)  olmuşlar.  Hər iki alim 1895-ci ildə  Beynəlxalq Biblioqrafiya 
institutu  yaratmış  və  bu insititut sonradan Beynəlxalq Sənədləşdirmə 
Federasiyasına çevrilmlşdir.  
1895-ci ild
ə  Brüsseldə  birinci Beynəlxalq  biblioqrafiya  konfransı  
çağrılır  və  qərara  alınır  ki,  düyada  bütün  bilik  sahələrinə  dair  ədəbiyyatın 
kartoçka kataloqunu 
əks etdirən “Universal biblioqrafik repertuar” yaradılsın. 
Bu  repertuarın  yaradılmasına  rəhbərlik  işi    P.Otle  və  A.Lafontenə 
tapşırılmışdır. 
“Universal biblioqrafik repertuar”a lazımi ədəbiyyat tapmaq üçün hər 
şeydən əvvəl bilik sahələrinin o dövr üçün bölgüsünü, təsnifatını işləmək tələb 
olunurdu. Bu m
əqsədlə  P.Otle və  A.Lafonten M.Dyunin “Onluq təsnifat”ını 
əsas götürmüşlər. M.Dyunin təsnifatını öyrənərkən məlum olmuşdur ki, o dövr 
üçün n
əşr olunmuş ədəbiyyatın xeyli hissəsinin məzmununu ifadə etmək üçün 
t
əsnifatda rubrikalar yoxdur, sənəddə  bəhs olunan obyektləri və  onlar 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə