KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə88/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   80   81   82   83   84   85   86   87   88

203 
 
Ümumi  Kitabxanasındakı  zəngin  Şərq xəzinəsi  haqqında  alimlər və  savadlı 
insanların məlumatlı olmasına baxmayaraq bizim kataloq onların məzmunu və 
əhəmiyyəti ilə yaxından tanış olmaq üçün həmin xəzinənin sirlərinə işıqlı yol 
açır. Onun vasitəsilə hər bir alim Rusiya İmperator Ümumi Kitabxanasındakı 
bu z
əngin sərvətlə hərtərəfli tanış ola bilər”  (4, s.99). 
Bel
ə  ümumiləşdirmədən sonra Mirzə  Kazım  Bəy çap kataloqunun 
biblioqrafik m
ənbələrin müəyyənləşdirilməsindəki açar rolunu qeyd edir və bu 
baxımdan  dünyanın  iri    ölkələrində  elm və  mədəniyyətin  inkişafında 
kitabxanaların  tarixi  rolundan  danışır.  Hələ  antik dövrlərdən  başlayaraq  
Q
ədim  Yunanıstan,  Makedoniya  və  Roma  İmperiyasında,  eləcə  də  Avropa 
ölk
ələrində  yaranan  kitablar  haqqında  qiymətli məlumatlar verir ki, bu da 
dünya kitabxanalarının tarixinin öyrənilməsi və onların tarixi əhəmiyyətinin və 
rolunun daha d
ərindən dərk edilməsi baxımından da müasir kitabxanaşünaslıq 
elmi üçün çox qiym
ətli mənbə kimi böyük əhəmiyyət kəsb edir. 
Burada mü
əllif Avropada elm və  mədəniyyətin  inkişafında  Şərq 
ölk
ələrindən günəş şüaları kimi saçan elmin əhəmiyyətini xüsusi vurğulayır və 
Parisd
ə  1544-cü ildə  yaranmış  və  sonralar  Kral  kitabxanasına  şevrilmiş 
kitabxanada  400  Şərq  əlyazmasının,  40  manuskriptin  və  70  Çin  kitabının 
olduğunu  və  o dövrün alimlərinin  bunları  möcüzə  adlandırmasını  qeyd  edir. 
Da
ha  sonra  M.Kazım  Bəy  XIV Lüdovik hakimiyyəti dövründə  Fransada 
kitabxana  işinin  inkişafına  dair  maraqlı  faktlar  gətirərək bir daha özünün 
dünya kitabxanaçılıq tarixinə dərindən bələd olmasını sübut edir (5, s.133). 
Mirz
ə  Kazım  Bəyin yüksək biblioqrafik biliklərə  və  təcrübəyə  malik 
olması  və  bu  işin  elmi  əsaslarından  xəbərdar  olmasını  da  bir  daha  bu 
m
əqalədən  aydın  hiss  edirik.  Xüsusilə  biblioqrafik  axtarışların  aparılmasının 
ç
ətinlikləri və bu işdə kataloqların əhəmiyyətini M.Kazım Bəy bəhs etdiyimiz 
m
əqalədə  xüsusi  vurğulayır.  Müəllif göstərir ki, əgər hər  hansı  bir  alim, 
biblioqraf  Avropanın tanınmış  kitabxanaları  haqqında  məlumat almaq istəsə, 
çox ciddi ç
ətinliklərlə  rastlaşacaqdır.  Çünki  bu  vaxta  qədər heç bir zəngin 
kitabxana öz fondunu 
əks etdirən tam  kataloq nəşr  etdirməmişdir.  Sonra  öz 
t
əcrübəsinə  isnad edən müəllif  yazır  ki,  mən tez-tez alim və  təcrübəli 
kitabxanaçılara  müraciət  edib  onlardan  dünyanın  müxtəlif  kitabxanalarında 
mühafiz
ə edilən manuskriptlər və ya kalliqrafiyalar barədə soruşduqda, onlar 
əksər hallarda mənim tələbimi çox zəif təmin  etmiş  və  ya heç təmin 
etm
əmişlər  (1,  s.295).  Göründüyü  kimi  M.Kazım  Bəy həm də  bir 
kitabxanaşünas kimi dünyanın zəngin kitabxanalarının öz fondunun tərkibini 
tam 
əhatə  edən kataloqlar nəşr  etdirməsinin vacibliyini  vurğulayır  və  bunun 
biblioqrafik  axtarışda    çox  mühüm  əhəmiyyət  kəsb etdiyini xüsusu qeyd 
edirdi. 
M.Kazım  Bəy məqalədə  Rusiya  İmperator  Kitabxanasında  mühafizə 
edil
ən  Şərq  əlyazmalarının  əvvəllər tərtib  edilmiş  kataloqlarından  bəhs 


204 
 
ed
ərkən bunların içərisində rus şərqşünaslığının banilərindən biri olan Mirzə 
C
əfər  Topçubaşovun  iştirakı  ilə  yaradılmış  Ərdəbil manuskriptlərinin 
kataloqunun 
əhəmiyyətindən  danışır.  Müəllif göstərir ki, əvvəllər tərtib 
edilmiş  həmin kataloqlar və  xüsusən 30 il əvvəl yaradılmış  Ərdəbil 
kolleksiyasının kataloqu Rusiya İmperator Kitabxanasının Şərq əlyazmalarını 
tam t
əşkil edən kataloqun meydana gəlməsində mühüm rol oynamışdır. 
Mirz
ə  Kazım  Bəyin bəhs etdiyimiz məqaləsində  kataloqda  əks 
etdirilmiş  Şərq  əlyazmalarının  Rusiya  İmperator  Kitabxanası  tərəfindən  əldə 
edilm
əsi tarixindən  danışılır  və  göstərilir ki, həmin qiymətli xəzinə  ilk 
növb
ədə  kitabxanaya  Rusiyanın  İran  və  Türkiyə  ilə  müharibəsi nəticəsində 
qazandığı  qənimətlərdir ki, bunun da əsasını  Ərdəbil,  Axalsıx,  Ərzurum, 
Adrianopol v
ə Dağıstan kolleksiyaları təşkil edir. Bu kolleksiyalar içərisində 

əllif 1929-cu ildə  şahzadə  Xosrov Mirzə  tərəfindən Rusiya imperatoruna 
h
ədiyyə edilmiş 18 Şərq əlyazmaları kolleksiyasının əhəmiyyətini də qeyd edir 
(2, s.90). 
M.Kazım Bəyin məqaləsində Rusiya İmperator Umumi Kitabxanasının  
Şərq  əlyazmaları  kataloqunun  tərtibi  metodikasına  da  diqqət yetirilir və 
kataloqun m
əzmunundakı aşağıdakı müsbət əlamətlər xüsusi sadalanır: 
1. Bütün biblioqrafik materialların tam sistemli şəkildə əks etdirilməsi; 
2. Əvvəllərdə tərtib edilmiş Şərq əlyazmaları kataloqlarından istifadə edilərkən 
onlara 
əlavələr və dəyişikliklərin edilməsi; 
3. Bu vaxta q
ədər təsvir  edilmiş  manuskriptlərin müvafiq qaydalar əsasında 
t
əsvir edilib kataloqa daxil edilməsi; 
4. Bütün bu z
əngin və rəngarəng materialların ümumi düzülüşü və bu nəhəng 
işin vahid qaydada tərtib edilməsi. 
M
əqalənin elmi kataloqlar və  digər biblioqrafik vəsaitlərin tərtib 
edilm
əsinin nəzəri və  metodik məsələləri  baxımından  olduqca  qiymətli 
xüsusiyy
ətlərindən biri də burada müəllif tərəfindən həmin vəsaitlərin tərtibinə 
dair  müasir  elmi  axtarış  vəzifələrinə  cavab verən tələblərin  qoyulmasıdır  (1, 
s.309). 
Mirz
ə Kazım Bəyin şərqşünaslığa dair elmi kataloqların və biblioqrafik 
əsərlərin tərtib edilməsi ilə əlaqədar irəli sürdüyü tələblər bunlardır: 
1.T
ərtib edilməsi nəzərdə  tutulan  əsərlərin predmeti xüsusi maraq 
doğurmalıdır; 
2.  Əsərin  yaradılmasında  iştirak  edənlər  əla  orientalist  (şərqşünas)  və  Şərq 
biblioqrafiyası sahəsində səriştəli olmalıdır; 
3. Onlar biblioqrafiya v
ə kitabxanaşünaslıq işində səriştəli olmalıdırlar.Avropa 
ölk
ələrində  geniş  vüsət  tapmış  bu  elm,  müasir  dövrdə  zəngin 
kitabsaxlayıcıların  daxili  və  xarici  baxımdan  təşkil  edilməsi üçün olduqca 
vacibdir. 
4. Bu elm sah
əsində çalışanlar müvafiq kitabxananın əməkdaşları olmalıdırlar. 


205 
 
5. Kitabxana bel
ə vacib əsərlərin tərtibi və nəşr edilməsi üçün xüsusi vəsaitə 
malik olmalıdır (1, s.312). 
Mübaliğəsiz demək  olar  ki,  M.  Kazım  Bəyin bu fikirləri indi də  öz 
əhəmiyyətini itirməmişdir  və  bu gün də  kitabxanaşünaslarımız, 
biblioqraflarımız  müvafiq  əsərlər tərtib edəndə  bu fikirlərdən çox səmərəli 
şəkildə faydlana bilərlər. M.Kazım Bəyin məqaləsində səciyyəvi bir cəhət də  
b
əhs etdiyimiz kataloqun o dövrdə  Şərq  əlyazmalarını  əks etdirən digər 
kataloqlarla,  xüsus
ən  Vyana  Şərq  Akademiyasının  nəşr  etdirdiyi  kataloqla 
müqayis
əli şəkildə təhlil etməsidir. 
O, müqayis
əli təhlildə  S-Peterburq  Ümumi  Kitabxanası  kataloqunun 
t
ərtibinin üstünlüklərini belə əsaslandırır: 
1. Vyana Şərq Akademiyasının kataloqunda materiallar 26 elm sahəsi 
üzr
ə 40 xüsusi bölmədə qruplaşdırılmış, hər bir bölmənin daxilində isə dillər 
üzr
ə (ərəb, fars və türk dilləri) təşkil edilmişdir. Bu düzülüş prinsipini oxucular 
üçün 
əlverişli  saymayan  müəllif  S-Peterburq  İmperator  Ümumi 
Kitabxanasının  kataloqundakı  sistemləşdirmə  prinsipinin daha məqsədyönlü 
olmasını qeyd edərək yazır: “Bizim kataloqda bütün əlyazmalar və kataloqlar 
onların  yazıldığı  24  dil  əsasında  düzülmüş  və  hər  birinin  hansı  alimə  aid 
olması  göstərilmişdir”.  Daha  sonra  M.Kazım  Bəy S-Peterburq  İmperator 
Ümumi  Kitabxanasının  kataloqunda  materialların  orijinal  sərlövhələrinin 
t
əsvirini əks etdirən yazıların olmasını da müsbət cəhət kimi qiymətləndirir və 
istifad
ə  üçün nə  qədər  əhəmiyyətli  olmasını  göstərir. Sonr müəllif Rusiya 
kataloqunda 
əlyazmaların  məzmununu açan predmet göstəricisinin 

əlliflərin adlar göstəricisinin  də  tərtib edilməsini  çox  haqlı  olaraq 
kataloqun üstün c
əhəti kimi vurğulayır. 
2. Mirz
ə Kazım Bəy Vyana Şərq əlyazmaları kataloqu ilə S-Peterburq 
İmperator Ümumi Kitabxanasının kataloqlarının müqayisəli təhlilində hər bir 
kataloqun n
ə  qədər  dolğun  və  əhatəli  olmasını  ön  plana  çəkərək    yazır  ki, 
Vyana Şərq Akademiyası kataloqunda yalnız ərəb, fars və türk dillərində 504 
adda  biblioqrafik    yazı  olduğu  halda,  Rusiya  kataloqunda  yalnız  bu  dillərdə 
602 v
ə  əlavə  21 dildə  298  biblioqrafiyası  əks  etdirilmişdir.  Vyana  Şərq 
Akademiyasının  kataloqu  10  il  əvvəl nəşr  edildiyinə  görə  S-Peterburq 
İmperator Kitabxanasının kataloqu məzmun baxımından müasir vəziyyəti əks 
etdirdiyind
ən də müəyyən üstünlüklərə malikdir. 
3. S-
Peterburq İmperator Kitabxanasının Kataloqu şərqşünaslıq elminin 
ən tanınmış alimləri və geniş biblipqrafik biliklərə malik olan akademik Dorn, 
Fren v
ə  Mirzə  Cəfər  kimi  şöhrətli  şəxslər tərəfindən tərtib  edilmişdir  və  bu 
adlar h
əmin kataloqun etibarlı olmasına zəmanət verir. 
4. N
əşrinin nəfisliyinə görə Rusiya kataloqu şübhəsiz ki, belə nəşrlər 

ərisində  xüsusi yer tutur və  kataloqun sərlövhəsi onun məzmununa tam 
uyğun gəlir. 


206 
 
Sankt-
Peterburq  Kitabxanasının  Şərq  əlyazmaları  kataloqunun  üstün 
c
əhətini  M. Kazım Bəy belə yekunlaşdırır: “Biz bu kataloqu Avropada diqqəti 
c
əlb edən  ədəbi hadisə  hesab edərək qeyd etmək istərdik ki, bu nəşrlərdə 
kitabsaxlayıcı bütün belə müəssisələrdən qabağa çıxmışdır” (5, s.101). 
N
əhayət, məqalələrin sonunda Mirzə  Kazım  Bəyin  kataloq  haqqında 
b
əzi tənqidi qeydlərinə  də  rast gəlirik. Bu qeydlər  əsasən kataloqun Çin və 
Yapon 
əlyazmalarını əks etdirən bölmələrinə aiddir. Müəllif qeyd edir ki, Çin 
v
ə Yapon dillərindəki kitabların təsviri  əksər hallarda bir neçə sözdən ibarət 
olub  yalnız  əsərin sərlövhəsi, nəşr  ili  və  neçə  hissədən ibarət  olduğu  barədə 
m
əlumat verir. Bundan əlavə  müəllif həmin  kitabların  təsviri və 
qruplaşdırılmasında nəzərə çarpan bir sıra dəqiqsizliklərə də diqqət yetirir. 
Göründüyü 
kimi,  dünyaşöhrətli Azərbaycan alimi, böyük mütəfəkkir 
Mirz
ə  Kazım  Bəyin  kitab,  kitabxana  işi,  kitabxanaşünaslıq  və  biblioqrafiya 
n
əzəriyyəsi və  təcrübəsi sahəsindəki elmi-nəzəri və  təcrübi fəaliyyəti son 
d
ərəcə  məhsuldar  olmuşdur.  Onun  bu  fəaliyyəti bilavasitə  kitabxana  işinin 
elmi 
əsaslarla inkişafına xidmət etmişdir. Mirzə Kazım  Bəy daim bu sahədə 
müt
ərəqqi yeniliklərin  baş  verməsini,  qabaqcıl təcrübə  metodlarının  tətbiqini 
vacib  saymış  və  yalnız  bu  yolla  cəmiyyətin mükəmməl maariflənməsinin, 
savadlanma
sının, kütləvi mütaliəsinin təşkilinin mümkünlüyünü vurğulamışdır 
(3, s.332). B
əşəriyyətin elm tarixinə öz zəngin çoxşaxəli fəaliyyəti ilə misilsiz 
töhf
ələr verən, mənsub olduğu xalqa daim başucalığı gətirərək onun şöhrətini 
zirv
ələrə  qaldıran  böyük  alim  Mirzə  Kazım  Bəyin böyüklüyü, 
ucalığı,müdrikliyi,  dahiliyi  onun  ölümündən keçən 200 ildən çox zaman 
k
əsiyində  daha  qabarıq,  daha  aydın  hiss  olunur.  Onun  elmin  bir  çox 
sah
ələrində  olduğu  kimi,  kitab,  kitabxana  işi,  kitabxanaşünaslıq  və 
biblioqrafiya sah
ələrinə  də  verdiyi, töfhələr, təkliflər heç zaman öz 
əhəmiyyətini itirməmiş, zaman keçdikcə dahaq böyük aktuallıq kəsb etmiş və 
gün d
ə kəsb etməkdədir. Professor A. A. Xələfovun qeyd etdiyi kimi, Mirzə 
Kazım Bəyin bu sahələrdəki   elmi irsi və əməli fəaliyyəti müstəqil tədqiqat 
obyekti kimi h
ərtərəfli və dərindən işlənilməlidir.  
Bütövlükd
ə, görkəmli Azərbaycan alimi, böyük mütəfəkkir Mirzə 
Kazım Bəyin çoxşaxəli elmi fəaliyyəti, zəngin nəzəri irsi gələcək nəsillərə çox 
böyük töhf
ədir. 
 
 
 
 
 
 
 
 


207 
 
 
  
                                          
ƏDƏBİYYAT 
 
1. X
ələfov A. A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik:(III hissədə) h.1.: (Ən qədim 
dövrl
ərdən XX əsrə qədər).- B.: BUN, 2004.-328 s. 
2. X
ələfov  A.A. Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920).-ADU,1960.- 95 s. 
3.  İsmayılov X.  İ. Azərbaycan  Respublikasında kitabxana  işinin  metodik  təminat sisteminin 
inkişaf tarixi (1918-2000-ci illər):Monoqrafiya.-B.: BUN, 2000.- 416 s. 
4.Rzayev A. XIX 
əsr Azərbaycan alimləri və mütəfəkkirləri B.:1969.-142s. 
5.Rzayev A. Mirz
ə Kazım Bəy.-B.: 1965.-146 s.                                                                         
                                                                                                
                                                                                                     
Д.Г.МАГОМЕДЛИ 
 
НАУЧНО-ТЕОРЕТИЧЕСКАЯ  И  ПРАКТИЧЕСКАЯ                                      
ДЕЙАТЕЛЬНОСТЬ МИРЗА КАЗЫМ БЕКА В ОБЛАСТИ КНИГИ, 
БИБЛИОТЕЧНОЙ РАБОТЫ, БИБЛИОТЕКВЕДЕНЯ И БИБЛИОГРАФИИ. 
 
                                                                           
РЕЗЮМЕ 
 
В  статье  говорится  о  научно-теоретической  деятельности  в  области  книги, 
библиотечной  работы,  библиотековедения  и  библиографии  выдающейся  личности  
Азербайджанского  народа  мыслителя  ученого  с  мировым  именем.    В  статье  также 
указываются  знаменательные    факты  об  истории  создания  и  развития  большой  и 
богатой личной библиотеки Мирза Казым Бека, о составе  фонда, существующих здесь 
редких рукописях и изданиях,  дан ряд  ценных  фактов  о дальнейшей судьбе.   
 
 
                      
D.H.MAHAMMADLI 
 
MIRZAH KAZIM BEY’S SCIENTIFIC-THEORETICAL AND PRACTICAL 
ACTIVITY IN FIELDS OF BOOK, LIBRARY WORK, LIBRARIANSHIP AND 
BIBLIOGRAPHY 
 
                                                       
                                                       SUMMARY 
 
This article deals about  the Azerbaijanian prominent person, world- famous scientist, 
thinker Mirzah Kazim Bey’s scientific-theoretical and practical activity in fields of  book, 
library work, librarianship and bibliography. Also in this article are shown several interesting 
facts as the creation history of  Mirzah Kazim Bey’s large and rich personal library, as well as 
its development, fund`s  contest, at the same time unique handwritings and publications, the 
principal order of materials and the later fortune of this library.  
 
 
 
 
 
 


208 
 
 
Kompüter t
ərtibatçısı:                                                          Elçin GULALİYEV 
 
 
Jurnal Az
ərbaycan Respublikası  
M
ətbuat və İnformasiya Nazirliyində 
qeyd
ə alınmışdır. 
Şəhadətnamə № 575 .27 mart 1997. 
 
 
Yığılmağa verilmişdir: 23.11.2011 
Çapa imzalanmışdır: 24.12.2011 
Kağız formatı 70x100 1/16 
Fiziki ç.v. 11,5 ç.v 
Sayı 300 
Qiym
əti müqavilə ilə. 
 
 
Ünvan: AZ-
1073/1.Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23 
Bakı Universiteti Nəşriyyatı 
Bakı Universiteti Nəşriyyatının mətbəəsi 

Document Outline

  • jurnal_31_cap.doc[1].pdf
    • The article tells about the importance of academic training plan librarian-bibliographer. Consideration was given to the history of the faculty BSU, considered a base higher library education in Azerbaijan. Was also reflected comparative analysi...
    • Zahidə RZAYEVA
    • Z.RZAYEVA
      • - 2005-ci il akademik Y.Q.Məmmədəliyevin yüz illik yubileyi şərəfinə YUENSKO-nun qərarı ilə 2005-ci il Yusif Məmmədəliyev ili elan edildi. Görkəmli neft kimyaçısı – Qələbə yanacağının ixtiraçısı II dünya müharibəsində faşizm üzərində qələbənin çalınma...
      • Yuxarıda qeyd olunmuş, önəmli faktlar və arqumentlərdən aydın olaraq görünür ki, Azərbaycanda  neftə dair elmi-tədqiqatların aparılması, neftin emalı, istismarı, nəqli və s. dünya neft sənayesinə əvəzsiz elmi və təcrübi faydalar vermişdir. Belə ki, hə...
      • 6TUhttp://www.azerbaijans.com/content_781_az.htmlU6T

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə