KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə84/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   80   81   82   83   84   85   86   87   88

195 
 
Daşqın MƏHƏMMƏDLİ 
Bakı Dövlət Universiteti, Kitabxanaçılıq-İnformasiya fakültəsinin 
IV kurs t
ələbəsi 
 
M
İRZƏ KAZIM BƏYİN  KİTAB, KİTABXANA İŞİ, 
K
İTABXANAŞÜNASLIQ VƏ BİBLİOQRAFİYA SAHƏLƏRİNDƏ 
ELM
İ-NƏZƏRİ VƏ TƏCRÜBİ  FƏALİYYƏTİ 
 
Açar zözl
ər:  Mirzə  Kazım  Bəy,  kitab,  kitabxanaşünaslıq,  şəxsi kitabxana, 
biblioqrafiya, kitabxana 
işi 
Ключевые слова: Мирза Kазым  Бек, книги, библиотековедения, личная 
библиотека, библиография, библиотеочная работа. 
Key words:  Mirza Kazim Bey, book, librarianship, personal library, 
bibliography, library work. 
 
“Şərq öyrənildilkcə  Mirzə  Kazım  Bəyin  adı        həmişə 
minn
ətdarlıqla yad ediləcəkdir”. 
                                                                                                             
İ. Berezin 
 
Dünyanın  ən qədim  xalqlarından  biri  olan  Azərbaycan  xalqı  öz  dahi 
şəxsiyyətləri, görkəmli xadimləri ilə  tarixi  inkişafın  bütün  mərhələlərində 
b
əşər elminə, mədəniyyətinə, incəsənitinə,  ədəbiyyatına,  fəlsəfəsinə  və  s. 
misilsiz töhf
ələr  vermiş,  ümumbəşəri  sivilizasiyanın  tərəqqisində  yaxından 
iştirak  edərək onu daha da zənginləşdirmiş  və  bu  sivilizasiyanın  ayrılmaz 
t
ərkib hissəsinə çevrilmişdir. 
Az
ərbaycan  xalqının  XIX  əsrdə  bəşəriyyətə  bəxş  etdiyi nadir 
şəxsiyyətlərdən biri də  Mirzə  Kazım  Bəydir. Mirzə  Kazım  bəy Azərbaycan 
elmin
ə  dünya  şöhrəti  qazandırmış,  bəşər  elminin  inkişafında  müstəsna rol 
oynamış, zəngin elmi qüdrətə, ensiklopedik biliyə malik olmuşdur. Görkəmli 
müt
əfəkkir, xalqımızın fəxri, fövqəl zəka və istedad sahibi olan Mirzə Kazım 
B
əy  şərqşünaslıq,  ədəbiyyat, dil, fəlsəfə,  tarix,  hüquq,  dinşünaslıq,  etika, 
etimologiya, etnoqrafiya, pedaqogika, 
ədəbi tənqidlə əlaqədar dünya elmi üçün 
bu gün d
ə  böyük  əhəmiyyət kəsb edən, nadir mənbələrdən hesab olunan bir 
sıra fundamental əsərlər yazmış,    bir çox dünya dillərinin kamil bilicisi omuş, 
eyni zamanda görk
əmli elm və təhsil təşkilatçısı  kimi böyük şöhrət tapmışdır. 
Dahi müt
əfəkkir böyük maarifpərvər kimi, həmçinin, bütün dövrlərdə 
elm
in,  informasiyanın,  mədəniyyətin, təhsilin, tərbiyənin  inkişafında  və 
t
ərəqqisində  böyük rol oynayan, əsas məqsədi cəmiyyətin intellektual və 
m
ənəvi  potensialının  inkişafına  xidmət etmək olan kitabxanalara, kitabxana 
işinin  inkişafına,  kitabçılıq  işinin  genişləndirilməsinə  xüsusi  əhəmiyyət 


196 
 
vermiş,  kitabxanaşünaslıq  və  biblioqrafiyanın  nəzəri və  təcrübi məsələlərinə 
dair qiym
ətli fikirlər söyləmiş, xeyli hərtərəfli əhəmiyyət kəsb edən müddəalar 
ir
əli  sürmüş,  adı  çəkilən sahələrin elmi əsaslarla  inkişafı  üçün  diqqətəlayiq 
işlər görmüşdür. Onun görüşlərində, tövsiyələrində bu gün də təqdir olunması 
z
əruri  sayılan,  bu  sahənin mütəxəssisləri tərəfindən istifadə  edilməsi vacib 
olan fikirl
ər çoxdur (1,s.314). 
O, 1802-ci il iyunun 22-d
ə  də  Rəştdə  dünyaya gəlmiş,  8  yaşından 
D
ərbənd şəhərində yaşamışdır. Atası Hacı Qasım mükəmməl dini təhsil almış, 
D
ərbəndin  şeyxülislamı  rütbəsinə  qədər yüksəlmişdir.  O,  oğlunun  təhsilinə 
böyük diqq
ət yetirir, onu gələcəkdə  öz yerində -  Dərbənd  şeyxülislamı  kimi 
görm
ək istəyirdi. İlk təhsilini Dərbənd mollasının yanında alan Mirzə Kazım 
B
əy  sonrakı  təhsilini görkəmli ruhanilərin  yanında  davam  etdirmişdir. 

əllimlərin səyi hədər getməmiş, artıq 12 yaşında ana dili ilə yanaşı ərəb və 
fars dill
ərinə  də  mükəmməl yiyələnmişdir.  1819-cu ildə  Mirzə  Kazım  Bəy 
“Ərəb dili qrammatikası təcrübəsi” adlı ilk elmi işini yazmış, 1820-ci ildə isə 
ərəb və fars dillərində lüğət tərtib etmişdir (5, s.43). 
1820-ci ild
ə  atası  Dərbənddən Həştərxana sürgün edilərkən onunla 
getmiş,  orada  ingilis,  fransız,  alman  və  b. dilləri öyrənmişdi.  Bu  görkəmli 
insan az bir müdd
ət ərzində elmi ictimaiyyət tərəfindən tanınmış, 1826-cı ildə 
Kazan Universitetind
ə  İran  ədəbiyyatından  dərs deməyə  dəvət  edilmişdi. 
Burada d
ərs dediyi  müddətdə  qısa  zaman  içərisində  professor və  fakültə 
dekanı vəzifələrinə seçilir. O, dərs deməklə yanaşı, burada fars-ərəb-türk-rus 
lüğətinin hazırlanmasına da rəhbərlik edirdi. 
Mirz
ə Kazım bəyin görkəmli rus alimi, Kazan Universitetinin rektoru 
L.İ.  Lobaçevski  ilə  dostluğu  ona  universitetin  elmi  və  ictimai həyatında 
yaxından  iştirak  etmək  imkanı  yaratmışdı.  L.İ.  Lobaçevskinin  elmi 
f
əaliyyətində  Şərqin riyaziyyat alimlərinin əsərləri mühüm rol oynamışdı. Rus 
alimi bu 
əsərlərlə  Mirzə  Kazım  Bəyin  Şərq dillərindən etdiyi tərcümələr 
vasit
əsilə tanış olurdu. Mirzə Kazım Bəy böyük Azərbaycan alimi Nəsirəddin 
Tusinin riyaziyyata dair 
əsərlərini Lobaçevskinin istifadəsi üçün tərcümə 
etmişdi( 4, s.102). Burada çalışdığı illərdə Mirzə Kazım Bəy ona dünya şöhrəti 
qazandıran  “Əssəbüş-Səyyar”,  “Uyğurlar  haqqında  tədqiqat”,  “Quranın  bəzi 
sur
ələrinin  şərhi”,  “Firdovsi  yaradıcılığı  üzrə  Şərq  mifologiyası”  və  s. 
əsərlərini  yazmışdır.  Bu  tədqiqatların  demək  olar  ki,  hamısı  dərhal Avropa 
dill
ərində çapdan çıxmış, dünya  miqyasında geniş əks-səda doğurmuşdur (4, 
s.102). 
 Mirz
ə Kazım Bəy Şərq mədəniyyətini dərindən bilməklə yanaşı həm 
d
ə,  onun  ehtiraslı  pərəstişkarı  və  alovlu təbliğatçısı  idi.  Asiyanın  qədim 
tarixini böyük iftixar hissi il
ə vərəqləyən Mirzə Kazım bəy onu “bəşər nəslinin 
ilk  beşiyi”   sayır,  əzəmətliŞərq abidələrinin hər  bir  insan övladının  qəlbində 
qürur hissi doğurduğunu dönə-dönə qeyd edirdi. 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə