KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə16/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

36 
 
UOT universal onluq t
əsnifat olmasına baxmayaraq və eləcə də bütün 
avtomatlaşdırıılmış sistemlərdə müvəffəqiyyətlə tətbiq edilməsinə baxmayaraq 
bir sıra nöqsanlara malikdir: 
1. Yeni elm, texnika v
ə mədəniyyətin müasir inkişafı onluq çərçivəsinə 
sığışmır. 
2. H
ər bir bölmə  və  yarım  bölmə  yalnız  on  yerə  bölündüyünə  görə 
yeni bilik sah
ələrini əks etdirmək üçün UOT-da ehtiyat rubrikalar yoxdur.  
3. Ümumi bölgü olduqca mür
əkkəbdir. 
4. Elml
ərin  düzülüşündə  məntiqi  ardıcıllıq  pozulub.  Şöbələr qeyri-
b
ərabər yüklənir, xüsusən 5, 6, 7 şöbələr. Gələcəkdə 5 və 6-cı şöbədən bəzi 
elm sah
ələrinin 4-cü şöbəyə keçirilməsi nəzərdə tutulur (4, 70). 
Lakin bütün bunlara baxmayaraq Universal Onluq T
əsnifat 
müv
əffəqiyyətlə tətbiq edilən təsnifat sistemi kimi qəbul edilir.  
Rusiya  kitabxanaşünasları  XX  əsrin 50-ci illərindən  başlayaraq  yeni 
kitabxana-biblioqrafiya t
əsnifatı  yaratmaqla  məşğul  olmuş  və  60-cı  illərin 
sonunda bu işi başa çatdırmışlar. 
T
əsnifatın yaradıcıları Rusiya Dövlət Kitabxanası, M.Y.Saltkov-Şedrin 
adına  Sankt-  Peterburq Dövlət  Kitabxanası,  Rusiya  Elmlər  Akademiyası  və 
Rusiya Dövl
ət Kitab Palatasının kollektivləri olmuşdur (10, 111). 
T
əsnifatda bütün bilik sahələri obyektiv aləmin tərkib hissələrinə 
uyğun olaraq üç  sahəyə bölünmüşdür. 
1. Cansız təbiət haqqında elmlər – dəqiq elmlər 
2. Canlı orqanizmlər  haqqında elmlər –biologiya elmləri 
3. C
əmiyyət haqqında elmlər – ictimai elmlər 
1960-
cı illərdən etibarən Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) nəşr 
edilm
əyə  başlamış  və  onun müxtəlif  variantları  çap  edilmişdir.  KBT-nin 
əsasən 5 variantı hazırlanmışdır. 
1.KBT. Tam variant (iri elmi kitabxanalar üçün – 
25  buraxılış  30 
kitabdan ibar
ət 1961-1968-ci illərdə çap edilmişdir) 
2.  KBT.  Elmi  kitabxanalar  üçün  qısaldılmış  cədvəllər  (5  buraxılış,  6 
kitabdan ibar
ət  1969-1972- ci illərdə çap edilmişdir) 
3. KBT. Vilay
ət  kitabxanaları  üçün  (4 kitabdan ibarət, 1980-1983-cü 
ill
ərdə çap edilmişdir) 
4. KBT. Kütl
əvi kitabxanalar üçün 1 cilddə (ilk nəşri 1977-ci ildə çap 
edilmişdir) 
5. KBT. Uşaq və məktəb kitabxanaları üçün 1 cilddə ( ilk nəşri 1986-cı 
ild
ə çap edilmişdir) (10,s.111-112) 
KBT-nin tam n
əşrinin  ümumi  həcmi 500 çap vərəqindən ibarətdir. 
T
əsnifatın  hazırlanmasında  800-dən  artıq  alim  (akademiklər, müxbir üzvləri
elml
ər doktorları və namizədləri) məsləhətçi kimi iştirak etmişdir.  


37 
 
KBT-
nin  elmi  kitabxanalar  variantının  əsas cədvəlləri  21  şöbədən 
ibar
ətdir. Elmlər təsnifatına  uygun  olaraq  bu  şöbələr  aşağıdakı  kimi 
yerl
əşdirilmişdir: 
A  - 
Əvvəllər  bu  şöbə  marksizm-leninizm  adlandırılmışdır.  Hazırda 
şöbənin         
f
əaliyyəti dayandırılmışdır. 
Б -  Təbiətşünaslıq elmləri 
B -  Fizika-riyaziyyat elml
əri  
Г -  Kimya elmlər 
Д -  Yer haqqında elmlər 
E -  Biologiya elml
əri 
Ж/0 - Texnika. Texniki elmlər 
П -  Kənd və meşə təsərrüfatı 
P -  S
əhiyyə. Tibb elmləri 
C -  Bütünlükd
ə ictimai elmlər 
T -  Tarix. Tarix elml
əri 
У -  İqtisadiyyat. İqtisadi elmlər 
Ф -  Siyasət. Siyasi elmlər 
X -  Dövl
ət və hüquq. Hüquq elmləri 
Ц -  Hərbi elm. Hərbi iş 
Ч-  Mədəniyyət. Elm. Maarif 
Ш -  Filologiya elmləri. Bədii ədəbiyyat  
Щ -  İncəsənət. Sənətşünaslıq 
Э -  Din. Ateizm 
Ю -  Fəlsəfə elmləri. Psixologiya 
Я-  Universal məzmunlu ədəbiyyat  (2, 75). 
T
əsnifatda böyük rus hərfləri ilə işarə edilmiş bütün şöbələr obyektiv 
al
əmin  tarixi  inkişafı  baxımından,  yəni təbiət-cəmiyyət-təfəkkür silsiləsinə 
əsasən qurulmuşdur.   
KBT-nin mühüm hiss
əsini köməkçi tipik bölgü cədvəlləri 
(t
əyinedicilər) təşkil  edir.  Tipik  bölgü  cədvəlləri  əsas cədvəllərdən fərqli 
olaraq ist
ənilən bilik sahəsinin ümumi cəhətlərini təsnifləşdirməyə  imkan 
verir. Ümumi tipik bölgül
ər təsnifatın əsas cədvəlləri vasitəsilə təsnifləşdirilən 
ədəbiyyatın  müəyyən tiplər üzrə  qruplaşdırılmasını  təmin edir. Bu bölgülər 
formal v
ə  mövzu bölgülərindən ibarətdir. Tematik bölgülərdə  elmşünaslıq 
m
əsələləri (məsələn,  elmin  metodologiyası,  tarixi, təşkili  və  s.), formal 
bölgül
ərdə isə sənədin forma və istiqaməti ( məsələn, müxtəlif biblioqrafik və 
soraq materialları, nəşr növləri və s.) verilir. Ümumi tipik bölgü cədvəllərinin 
şöbələri kiçik rus hərfləri ilə,  sonrakı  bölgüləri isə  əlifba-rəqəm  işarələri ilə 
göst
ərilir.  


38 
 
KBT-d
ə  ərazi tipik bölgülər də  işlənmişdir.  Bu  bölgü  əsasında 
s
ənədləri məhəlli, ərazi əlamətlərinə görə təsnifləşdirmək olar. Cədvəldə ərazi 
tipik bölgül
əri  iki  variantda  işlənmişdir:  təbiətşünaslıq  elmləri üçün  -  fiziki 
cografi rayonlara gör
ə; ictimai elmlər üçün –  siyasi inzibati bölgülərə  görə. 
H
ər iki bölgüdə indekslər mötərizə içərisində rəqəmlərlə (...) işarə edilir. 
T
əsnifatda xüsusi tipik bölgü cədvəlləri də  vardır.  KBT-nin sahəvi 
buraxılışlarında  bu  cədvəllərin miqdarı  150-yə  qədərdir. Xüsusi tipik bölgü 
c
ədvəlləri əlaqədar şöbədə rubrikalardan sonra verilir.  
KBT-nin tam n
əşrinin  əlifba-predmet göstəricisi də  verilmişdir.  Bu 
göst
əricidə 20 minə yaxın rubrika vardır.  
Sonralar KBT-nin n
əşrləri bir qədər  inkişaf  etdirilərək kütləvi 
kitabxanalar,  uşaq  və  məktəb  kitabxanaları  üçün  nəşrləri  yaranır.  Bu 
variantlarda  ixtisarlar  aparılaraq  bütün  elm  sahələri  9  şöbə  daxilində 
qruplaşdırılmışdır. Şöbələr ərəb rəqəmləri ilə işarə edilmişdir: 
1. Ümumelmi v
ə  fənnlərarası  biliklər.  Əvvəllər  bu  şöbə  marksizm-
leninizm 
adlandırılırdı 
2. T
əbiətşünaslıq elmləri 
3. Texnika. Texniki elml
ər 
4. K
ənd və meşə təsərrüfatı 
5. S
əhiyyə. Tibb elmləri 
6/8. İctimai və humanitar elmlər 
9. Biblioqrafik v
əsaitlər. Məlumat nəşrləri (10, 114-115). 
Hazırda 1993-1995-ci illərdə ideoloji və siyasi aləmdə baş verən sosial 
d
əyişiklikləri özündə əks etdirən KBT-nin yeni nəşrləri hazırlanır.  
1998-
ci  ilin  oktyabrında  KBT-nin nəşrinin  30  illiyinə  həsr  edilmiş 
Beyn
əlxalq  konfransda  dünya  standartlarına  cavab  verə  bilən KBT-nin 
n
əşrlərinin  yeni  variantlarının  hazırlanması  məsələsi irəli  sürülmüşdür. 
Əvvəlcə  KBT-nin tam nəşrinin  hazırlanması  fikri  əsas  götürülmüşdür.  Bu  
variant m
əlum  olduğu  kimi  1960-1968-ci illərdə  30 kitabdan ibarət çap 
edilmişdir.  Belə  bir  həcmdə  olan nəşrin  çapı  baha  başa  gəldiyindən qərara 
alınmışdır  ki,  elmi  kitabxanalar  üçün  olan  variantının  (1970-1972-ci illər, 6 
kitabdan ibar
ət) təkrar  çapı  hazırlansın  və  burada tibb və  kənd təsərrüfatı 
şöbələrinin detallaşmasına xüsusi diqqət yetirilsin.  
Bunun n
əticəsi olaraq Rusiyada elmi-tədqiqat mərkəzi KBT 
c
ədvəllərinin yeniləşməsinə  ictimai elmlər  şöbəsindən    başlamışdır.  2000-ci 
ild
ən başlayaraq müəlliflər kollektivi arasında iş birliyi yaradılmışdır.  
Elmi  kitabxanalar  üçun  ixtisar  edilmiş  variantın  nəşrinin  8  ciddən 
ibar
ət çap edilməsi qərara alınmışdır. Ayrı-ayrı buraxılışlar üçün materialların 
aşağıdakı qayda üzrə yerləşdirilməsi nəzərdə tutulmuşdur. 
A,Я    1,9  Ümumelmi  və  fənnlərarası  biliklər. Universal məzmunlu 
ədəbiyyat. 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə