KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə13/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   9   10   11   12   13   14   15   16   ...   88

30 
 
S
ənubər MUSTAFAYEVA 
                             
“Kitabxana resursları və informasiya axtarış sistemləri” 
kafedrasının baş müəllimi   
 
MÜASİR TƏSNİFAT SİSTEMLƏRİ VƏ ONLARIN TƏTBİQİ 
 
Açar sözl
ər: Təsnifat sistemləri, Respublikada tətbiq edilən təsnifatlar, 
M.Dyunin t
əsnifatı,  Universal Onluq Təsnifat, Kitabxana Biblioqrafiya 
T
əsnifatı. 
Ключевые  слова:  Классификационные  системы,    Классификации 
применяемые  в  республике,  Классификация  М.Дьи,Универсальная 
десятичная 
классификация, 
Библиотечно-библиографическая 
классификация. 
Keywords:
 
Klassifikacionnıe  system,  Klassifikacii  primeny  are  emıe  and 
respublike, Klassifikaciy are MDi, Universalnay posts are klassifikaciy are 
ticnay are desy, Bibliotecno-biblioqraficeskay posts are klassifikaciy. 
 
H
ər  bir  xalqın,  dövlətin mədəni səviyyəsinin göstəricisi olan 
kitabxanalar 
ən böyük informasiya mənbəyi  olub,  insanların  bu  qiymətli 
x
əzinəsinin qorunmasini, nəsildən-nəsilə  ötürülməsini  həyata keçirirlər. 
Xalqımızın  əsrlər  boyu  yaratmış  olduğu  qədim və  bənzərsiz mədəniyyətin 
t
ərkib hissəsi  kimi kitabxanalar dünya mədəniyyətini misilsiz incilərlə 
z
ənginləşdirən mənəvi və  intellektual sərvətimizin  qorunub  saxlanmasına  və 
yayılmasına xidmət edir. Azərbaycan Respublikasının Mədəniyyən və Turizm 
Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın 
informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər 
ərzində  ölkədə  kitabxana  işinin  inkişafı  sahəsində  bir  sıra  mühüm  sənədlər  
q
əbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində 
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”...”2005-2006-
cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin 
siyahısının  təsdiq edilməsi  haqqında”...sərəncamları  ilə  təsdiq  edilmiş  siyahı 
üzr
ə  latın  qrafikası  ilə  nəşr  olunmuş  kitablar  ölkənin  bütün  kitabxanalarına 
h
ədiyyə edilmişdir.    
 Q
ədim zamanlardan indiyə  kimi  kitabxanaların  əsas  funksiyaları 
insanlara informasiya verm
ək, cəmiyyət üzvlərinin informasiyadan istifadə 
etm
əsini təmin etməkdir. Azərbaycan Respublikasının kitabxana işi haqqında 
qanununda deyilir: “Kitabxana f
əaliyyəti  -  oxucuların  sərbəst surətdə  
informasiya almaq huququnu t
əmin etmək, onların kitablara, dövri nəşrlərə və 
kitabxana fondunu t
əşkil  edən digər sənədlərə  olan tələbatını  ödəmək 
m
əqsədilə həyata keçirilən fəaliyyət”dir.(9) 


31 
 
İnformatika elmi məlumatın quruluşunu və xassələrini, həmçinin  elmi 
informasiya f
əaliyyətinin  qanunauyğunluqlarının  nəzəryyəsini, tarixini, 
metodikasının təşkilini öyrənən elm sahəsidir.(5,s.250) Sənəd latın sözü olub 
“sübut”, “şahid” mənasını ifadə edir. Sənəd insanların istifadəsi üçün müxtəlif 
informasiya daşıyıcılarında geniş əksini tapmış sosial informasiyadır. (5,s.271) 
Kitabxanalar q
ədər sənədlərin ictimai istifadəsini təşkil edən başqa bir 
elmi-m
əlumat idarələri yoxdur. Kitabxanalarda informasiya xidmətinin 
düzgün  t
əşkilinin  spesifik  xüsusiyyətləri  vardır.  Ən  mühüm  ploblem 
kitabxana  fondlarının    müxtəlif  oxucu  qruplarının  tələbatına  uyğun  təşkil 
etm
əkdən,  onların  istifadəsini operativ təmin etməkdən ibarətdir. Fondla 
oxucu  arasında  qarşılıqlı  əlaqəni  əks etdirən məlumat-axtarış  sistemi  bu 
problemin mühüm t
ərkib  hissəsidir. Kitabxanalara sənəd  axını  nə  qədər 
çoxalarsa,  onların  axtarılması  da  çox  vaxt  tələb  edərək mürəkkəbləşir.  Bu 
ç
ətinliklərin aradan  qaldırılması    məqsədilə  müxtəlif təsnifat sistemləri 
yaranmışdır. Təsnifat sistemləri əsasında həm kitabxana fondları təşkil edilir, 
h
əm  oxucuların  tematik  sorğuları  ödənilir, həm sənədlər məzmununa görə 
t
əsnifləşdirilir,  həm də onların əsasında kataloqlar yaradılır.  
T
əsnifləşdirmə elmdə və ictimai təcrübədə geniş tətbiq edilən fəaliyyət 
sah
əsidir. Bu problem və hadisələrin ümumi əlamətlərinə və onların arasındakı 
f
ərqə  görə  dərəcələrə  (siniflərə) və  qruplara bölünməsi deməkdir. 
T
əsnifləşdirmə, nəinki sənədlərə, həm də  fiziki cisimlərə, müxtəlif bilik 
sah
ələrinə  aiddir. Ümumiyyətlə  istənilən  obyekti,  predmeti  axtarıb  tapmaq 
işini asanlaşdırmaq üçün onları müəyyən qayda ilə qruplaşdırmaq lazımdır. Bu 
qruplaşdırma, sistemləşdirmə qaydaları təsnifat sistemlərində öz əksini tapir. 
T
əsnifat sistemləri  əsasən iki qrupa bölünür: 1) təbii və  ya elmlər 
t
əsnifatı; 2) süni və ya sənəd təsnifatı. 
Elml
ər təsnifatı müxtəlif dövrlərdə elmlərin inkişafı xüsusiyyətləri ilə 
əlaqədar öyrənilmişdir. Fəlsəfə tarixində elmin təsnifatı  problemi ilə məşğul 
olmayan görk
əmli filosof tapmaq çətindir. Qədim dövrdə  elmin təsnifatı 
probleml
ərilə  Demokrit, Platon və  Aristotel, müxtəlif dövrlərdə  Bekon, 
Dekart, Hobbs v
ə Lokk, Leybnits və Yum,  XIX əsrin əvvəllərində Kant və 
Hegel m
əşğul olmuşlar (10, 74). 
Rus aliml
ərindən M.R.Lomonosov, D.İ.Mendeleyev, K.A.Timiryəzev, 
biokimyaçı  Bax,  fizik  Vaviov  və  başqaları  elmlərin təsnifləşdirilməsi 
haqqında müəyyən fikirlər söyləmişlər. 
Süni v
ə  ya sənəd təsnifatları  öz  kökü  etibarılə  elmlər  təsnifatına 
əsaslanır və demək olar ki, bilavasitə ondan asılıdır. Asılılıq onunla müəyyən 
edilir ki, t
əsnif  edılən  əsər bu və  ya digər elm sahəsinə,  insanların  ictimai-
t
əcrübi fəaliyyətinin müəyyən cəhətlərinə aiddir. Bu asılılıq kitabın bilik, elm 
il
ə,  elmi  ədəbiyyat  arasındakı  üzvü  əlaqədən  yaranır.  Bu  əlaqələri nəzərə 
almadan elmi c
əhətdən yetgin olan kitabxana təsnifatı  yaratmaq  mümkün 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə