KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə9/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

21 
 
komplektl
əşdirilməsi, biblioqrafik göstəricilərin nəşri,  oxuculara  xidmət 
m
ədəniyyətinin yüksəldilməsi və  s. məsələlərə  nəzarət edirdi. Bu dövrdə 
kitabxananın fondlarının ümumi sayı 500 000 nüsxə idi. 1952-ci il iyul ayının 
13-d
ə  SSRi  Baş  Mətbuat idarəsinin göstərişi  və  EA  Rəyasət Heyətinin 
s
ərəncamı ilə kitabxanada ədəbiyyatın Xüsusi Mühafizə Fondu təşkil edildi ki
buraya 1937-38-ci ild
ə  güllələnmiş  Ə.Cavad,  S.Mümtaz,  M.Müşfiq,  Ədilə 
xanım Şahtaxtinskaya, M.Şahsuvarlı, İbrahim Eminbəyli və başqa 171 nəfərin 
8152 nüsx
ə  kitabı  verilmişdir.  SSRİ  Baş  Mətbuat  İdarəsinin 1990-cı  il  10 
yanvar tarixli s
ərəncamı  ilə  Kitabxananın  Xüsusi  mühafizə  Fondunda 
saxlanılan  ədəbiyyat  oxucuların  sərbəst istifadəsinə  verildi. MEK 1993-cü 
ild
ən  İFLA-nın  Beynəlxalq  Kitabxana  Assosiasiyaları  Federasiyasının 
üzvüdür. MEK 1998-ci ild
ən "Kitabxanalar və  Assosiasiyalar dəyişən 
dünyada" Beyn
əlxalq  Krım  konfransının  iştirakçısıdır.  1998-99-cu illərdə 
MEK-da "Nadir v
ə  xüsusi qiymətli nəşrlər", "Nəşriyyat"  və  "Elmi kütləvi 
işlər" şöbələri təsis  edilmişdir. 
 
1999-cu ild
ən  MEK  ABŞ  Səfirliyinin Tədris və  İnformasiya  mərkəzi 
il
ə  əməkdaşlıq  edir.  2000-ci  ilin  dekabr  ayında  Soros  Fondu  Açıq  Cəmiyyət 
Institutunun qrantı hesabına alınmış kompüter avadanlıqları ilə təchiz edilmiş 
Kitabxana prosesl
ərinin  avtomatlaşdırılması  şöbəsi fəaliyyətə  başlamışdır. 
Az
ərbaycan Respublikasının  Prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı 
il
ə  təsdiq  edilmiş  AMEA  Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə 
əsasən  MEK  elmi  status  almışdır.  Bununla  bağlı  AMEA  elmi-tədqiqat 
in
stitutlarında olduğu kimi, MEK-da da Elmi Şura təşkil edilmiş və bu, AMEA 
R
əyasət Heyəti tərəfindən təsdiq  edilmişdir.  Kitabxanada  bu  yöndə  əsaslı 
struktur d
əyişiklikləri  olmuş,  bilavasitə  elmi tədqiqatlarla məşğul  olan  yeni 
şöbələr  yaradılmışdır.  Bu  dövrdən  elmi  işlərinin  artması  Elmi-Tədqiqat 
institutları nəzdində də xüsusi elmi kitabxanaların təşkil edilməsini zəruri etdi.       
MEA M
ərkəzi  Elmi  Kitabxanasının  fonduna  Nizaminin,  Xəqaninin, 
Xosrov D
əhləvinin,  Abbasağa  Nəzirinin,  Qarabağ  şairlərinin, «Məclisi-üns» 
iştirakçılarının  da  bəzi  əsərləri və  onların  əsərlərinin qədim  siyahıları  da 
toplanmışdır.  Toplanmış  bu  ədəbiyyat  Əsaslı  kitabxanada  Şərq  Ədəbiyyatı 
Fondunun yaranması üçün baza hesab oluna bilər. 
MEK-
nın ən qiymətli şöbələrindən biri Şərq şöbəsi idi. Bu şöbə 1933-
cü ild
ə təşkil edilmişdi. Həmin şöbədə Şərq xalqlarının dilində nadir  tapılan 
15.000-d
ən artıq çox qiymətli ədəbiyyat toplanmışdır.  Bu kitabların içərisində 
XVIII-XIX  
əsrlərdə  İstanbul,  Tehran,  Təbriz, Qahirə  və  s.  şəhərlərdə 
litoqrafiya üsulu il
ə çap edilmiş kitablar, 100-dən artıq isə əksəriyyəti XV-XVI 
əsrlərə  aid olan ən qiymətli  əlyazmaları  var  idi.    Şöbə  Azərbaycan 
klassikl
ərindən  M.F.Axundovun,  A.Bakıxanovun,  C.Məmmədquluzadənin 
şəxsi  kitabxanalarını  almış,  Nizaminin,  Füzulinin  yeni  əlyazmaları  əldə 
etmişdir.(1, s.75) 


22 
 
Kitab  fondunun  unversal  xarakter  daşıması  kitabxanada  müxtəlif 
sah
ələr üzrə  şöbələrin  yaradılmasına  səbəb  olmuşdur.  Ümumiyyətlə, 
Kitabxanada  15  şöbə  fəaliyyət göstərirdi ki, onlardan biri də  1959-cu ildən 
f
əaliyyətə başlayan Şərq ədəbiyyatı Fondu idi.(9) 
MEK.nın  Şərq  ədəbiyyatı  fondu  yaradılarkən onun tərkibinə  şərq 
dill
ərində  cəmi 300 nüsxə  ədəbiyyat  toplanmışdır.  Həmin dövrdə  bu fondun 
xeyli hiss
əsini ərəb,fars və türk dillərində olan kitab, jurnal və qəzetlər təşkil 
edirdi. Hazırda fond Şərq ölkələrindən mübadilə yolu ilə  alınan  ədəbiyyatla 
z
ənginləşdirilir.(7, s.46) 
Qeyd etm
ək  lazımdır  ki,  bu  fondun  yaradılması  1958-ci ildə  EA-da 
Şərqşünaslıq İnstitutunun açılması ilə əlaqədardır . Çünki, məhz bu ildən sonra 
böyük  kitabxanaların  çoxunda  Şərq  ədəbiyyatı  şöbələri  açılmağa  başlandı. 
H
əm Azərbaycanın yerləşdiyi ərazi, həm də Azərbaycan xalqının İran, Türkiyə 
v
ə  Ərəb ölkələri ilə  tarixən və  mədəni cəhətdən  yaxın  olması,  həmçinin 
Az
ərbaycan alimlərinin  Şərq ölkələrinin aktual problemləri ilə  məşğul 
olmaları  belə  bir  institututun  yaradılmasına  zəmin  yaratmışdır.  Bunu  nəzərə 
alaraq, EA-
nın  Rəyasət Heyəti 1959-cu ilin əvvələrində  Azərb. SSR EA-nın 
M
ərkəzi  kitabxanasında  Şərq  ədəbiyyatı  fondunun  təşkilinə  başladı. 
Kitabx
anada  toplanmış  bütün  Şərq dillərində  olan  ədəbiyyat bu fondun 
t
ərkibinə  verildi və  bu  fond  Şərqşünaslıq  İnstitutunun  elmi-tədqiqat  işlərinin 
planına uyğun müvafiq ədəbiyyatla komplekləşdirilməyə başlandı. 
1958-ci ild
ən 1975-ci ilə qədər bugünkü Şərq ədəbiyyatı şöbəsi, Xarici 
komplektl
əşdirmə və beynəlxalq kitab mübadiləsi bölməsinin bazasında Şərq 
ədəbiyyatının komplektləşdirməsi bölməsi adlanmış və öz fəaliyyətini bölmə 
olaraq  icra  etmişdir.  1976-cı  ildən isə  bu bölmə  Azərbaycan SSR EA-nın 
Əsaslı  kitabxanasının  Elmi  Metodiki  Şurasının  qərarı  ilə  müstəqil  bir  şöbə 
kimi  formalaşdırılıb  və  Şərq  ədəbiyyatı  şöbəsi  adlandırılmışdır.  Uzun-uzun 
ill
ər damla-damla  yığılmış  ən qiymətli milli sərvətimizin bir hissəsi olan 
AMEA-
nın  MEK  və  Kitabxananın  Şərq  Ədəbiyyatı  şöbəsinin və  fondunun 
mövcudluğu sayəsində tarix, fəlsəfə, dil və ədəbiyyat, şərqşünaslıq, ilahiyyat 
v
ə  s. elm sahələrinə  aid  yazılan  yüzlərlə  samballı  tədqiqat  əsərləri kitab 
x
əzinəsinə  daxil  olmuşdur.  Şərq  Ədəbiyyatı  şöbəsində  şərq dillərində 
ədəbiyyatın  komplektləşdirilməsi,  elmi  işlənməsi, elmi sistemləşdirilməsi, 
elmi redakt
əsi məlumat-biblioqrafiya  aparatının  təşkili  və  aparılması  kimi  iş 
növl
əri müvəffəqiyyətlə həyata keçirilir. 
1970-80-ci ill
ərdə  kitabxananın  fəaliyyətində  baş  verən müsbət 
keyfiyy
ətlərdən biri də  beynəlxalq kitab mübadiləsinin təşkili  olmuşdur. 
Kitabxana  z
əngin və  məzmunlu mübadilə  fondu  yaratmağa  müvəffəq 
olmuşdu  ki,  bu  da  respublikamızın  kitab  sərvətini  dünyanın  ən böyük 
kitabxanalarına  göndərməyə  imkan  yaratmışdı.  Belə  ki, 70-ci illərin 
axırlarında  kitabxana  dünyanın  50  ölkəsinin 570 müəssisəsi ilə  kitab 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə