KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə78/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   74   75   76   77   78   79   80   81   ...   88

181 
 
aspektlərdən:  iqtisadi,  sosial,  idarəetmə,  şəxsi  və  s.  yanaşmalar  mövcuddur. 
hər  bir  yanaşmanın  tədqiqat  obyektindən  asılı  olaraq,  mahiyyətin  dərk 
edilməsi nöqteyi nəzərdən izahı var. Idarəetmə keyfiyyəti sahəsində Amerikalı 
mütəxəssis  C.Xarrinqton  bu  məsələ  haqqında  fikrini  aşağıdakı  kimi  ifadə 
etmişdir:  “  Keyfiyyət  –  qəribə  şeydir.  Hamı  ondan  danışır,  hamı  onunla 
yaşayır və hər kəs düşünür, bu haqda nə bilir, bu nədir. Lakin çox az bir hissə 
keyfiyyətin 
izahı 
haqqında 
vahid 
fikrə 
gəlir”[3]. 
Keyfiyyət  məfhumunun  təyin  edilməsinin  müxtəlif  aspektlərinə  əsasən 
təsnifatına bu anlayışın mütləq qiymət kimi, məhsulun xassəsi kimi, təyinata 
və 
standartlara 
uyğunluq 
kimi 
daxil 
edilmişdir 
[3]. 
           
Keyfiyyət  kateqoriyasına  gözlənti  və  tələbat  kimi  terminlərin  daxil 
edilməsi təsadüfi xarakter daşımır. Bu qanunauyğundur. XX əsrin ortalarından 
istehlakçılar  cəmiyyəti  yaradılmışdır.  Bu  cəmiyyətin  tələbləri  dövlət  və 
ictimaiyyət tərəfindən müdafiə edilir. Kateqoriyanı ali təhsil sisteminə tətbiq 
etsək,  bir  təhsil  sistemində  hazırlanmış  kadrların  digər  sistemdə  hazırlanan 
kadrlardan fərqləndirən müəyyənliklər kimi təsəvvür etmək olar. Nəzərə alsaq 
ki,  təhsil  sistemi  təhsili  idarəetmə  orqanları,  təhsil  müəssisələri,  təhsil 
proqramları,  öyrənənlər  və  öyrədənlər  kimi  əsas  elementlərdən,  şəxsiyyət, 
iste
hsalat, cəmiyyət və dövlət kimi subyektlərdən (sifarişçi və təhsil xidmətləri 
müştəriləri) ibarətdir, o halda bunlar arasında qarşılıqlı əlaqələrin qurulması və 
fəaliyyətlərinin  uzlaşdırılması  keyfiyyəti  təmin  edən  əsas  amil  kimi  ortaya 
çıxır.  Beləliklə  təhsilin  keyfiyyətinin  qiymətləndirilməsi  prosesini  iki  alt 
hissəyə  bölmək  olar:  subyektin  qiymətləndirməsi  (xarici  qiymətləndirmə), 
təhsil  sisteminin  özünün  qiymətləndirməsi  (daxili  qiymətləndirmə).  
Təhsil  sisteminin  qiymətləndirilməsində  zəruri  şərtlərdən  biri, kim 
qiymətləndirir, kimi qiymətləndirir və hansi qiymətləndirmə kriteriyası (kimin 
mövqeyi və maraqları) ilə qiymətləndirilir. Hər bir təhsil sisteminə maraq və 
gözləntilər  müxtəlif  səbəblərdən  formalaşdığından  sifarişçilərin  və  təhsil 
sistemindən yararlananların mənsubiyyətindən, göstərdiyi xidmətin növündən, 
peşələrə  əmək  bazarında  qoyulan  tələblərdən  asılı  olaraq  dəyişə  bilər.  
           
Məlumdur  ki,  sistem  elementlərin  bütöv,  tam  əlaqəli  cəmidir.  Sistem 
daxilində  elementlər  bir-biri  ilə  çox  sıx  əlaqədədir.  Bu  əlaqələr  sistemin 
nizamlanmasını  təmin  edir.Yuxarıda  qeyd  edildiyi  kimi  təhsil  sistemi  də 
qarşılıqlı təsirdə olan beş elementin kompleksidir. Element isə mövcud tamın 
tərkibində  kiçik  vahiddir.  Bu  vahid  özü  müəyyən  funksiyanı  yerinə  yetirir. 
Deməli  təhsil  sistemində  hər  bir  elementin  öz  fəaliyyətini  hansı  istiqamətdə 
qurmasından, qarşıya qoyduğu məqsədə çatmaq üçün fəaliyyət yanaşmasından 
və  digər  elementlərlə  qarşılıqlı  fəaliyyətini  nizamlamasından  asılı  olaraq 
nəticəni müəyyənləşdirir.  
Ümu
miyyətlə ali təhsilin keyfiyyətinə sabit bir forma kimi yanaşmaq 
düzgün  nəticəyə  gətirmir.  Texnologiyanın  sürətlə  dəyişildiyi  və  informasiya 


182 
 
mübadiləsinin  operativ  həyata  keçirilməsi  şəraitində  bu  gün  üçün  keyfiyyət 
göstəriciləri məqbul sayılan mütəxəssisin sonrakı dövr üçün keyfiyyəti o qədər 
də yüksək olmayan kimi və yaxud əmək bazarının tələblərinə cavab verməyən 
kadr  kimi  təqdim  edilməsinə  gətirir.  Ona  görə  də  kadr  hazırlığında  dövrün 
tələbləri nəzərə alınmalı, təhsil proqramlarında, kurrikliumlarda hətta fənnlər 
üzrə  tədris  olunan  mövzularda  dəyişikliklər  aparılmalı  va  yeniliklər  daim 
nəzərə alınmalıdır.  
Təhsili  idarəetmə  orqanları  bu  dəyişiklikləri  daim  diqqət  mərkəzində 
saxlayaraq  təhsil  sisteminin  digər  elementlərini  də  buna  əməl  etməyi  tələb 
etməlidir.  
Yuxarıda  deyilənlərin  hamısı  Azərbaycan  Respublikası  Prezidentinin 
“2009-2013-
cü  illərdə  Azərbaycan  Respublikasının  Ali  təhsil  sistemində 
islahatlar üzrə Dövlət Proqramı” – nın təsdiq edilməsi barədə 22 may 2009-cu 
il  tarixli  295  saylı  sərəncamda  öz  əksini  tapmışdır.  Azərbaycan 
Respublikasının  ali  təhsil  sisteminin  Avropa  təhsil  məkanına  inteqrasiyası 
prosesinin  sürətləndirilməsi,  ali  təhsilin  məzmununun  Boloniya  prinsiplərinə 
uyğun aparılması, ölkə iqtisadiyyatının inkişaf meylinə müvafiq olaraq yüksək 
hazırlıqlı  kadrlara  tələbatın  ödənilməsi,  həmçinin  əhaliyə  müasir  tələblər 
səviyyəsində  ali  təhsil  almaq  imkanı  yaradan  səmərəli  ali  təhsil  sisteminin 
formalaşdırılması  birmənalı  şəkildə  dövlətin  və  ali  təhsil  müəssisələrinin 
qarşısına qoyulmuşdur [5].  
  
Təhsil sisteminin beş əsas elementi arasında əlaqələrin qurulmasından 
asılı  olan  bu  prosesin  həyata  keçirilməsi  hər  bir  təhsil  orqanına  öz 
səlahiyyətləri  daxilində  fəaliyyətlərini  nizamlamaq  imkanları  yaradır. 
Sərəncamdam irəli gələn məsələlərin həlli təkcə Azərbaycan Respublikasının 
deyil Ümumi Avropa əmək bazarının tələblərinin nəzərə alınmasını qaçılmaz 
edir.  Başqa  sözlə  təhsil  fəaliyyətinin  effektivliyi  onun  planlaşdırılması  və 
təhsil prosesinin həyata keçirilməsi formasından (tədris planının tutumluluğu, 
tədris  müddəti  və  s.)  yox,  təhsilin  nəticəsindən,  tələbənin  əldə  etdiyi  bilik, 
dünya görüşü, qazandığı peşəyə uyğunluğu, sərbəst öyrənmə və özünü təhsil 
xüsusiyyətlərinə malik olması ilə qiymətləndirilməsi məqsədəuyğun olar. Bu 
qiymətləndirmədə  əsas  ağırlıq  mərkəzində  təhsil  prosesi  durur  (tədris 
proqramları, tələbələrin təhsildə yetərliliyi) bu prosesdə məzunun əldə etdiyi 
peşə  və  şəxsi  hazırlıq  səviyyəsi  ilk  növbədə  işə  götürənlərin  rəyi  təhsil 
nəticəsinin 
yoxlanması 
kriteriyasına 
daxil 
olunmalıdır.  
Deyilənlərə  əsaslansaq  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  müasir  anlamda 
keyfiyyət  predmetin  insanın  necə  qəbul  etməsi  xarakterindən  asılı  olaraq 
qarşıya  çıxan  tələbatın  ödənilməsi  xüsusiyyətinin  nisbi  subyektiv 
xarakteristikasıdır. 
          
İnsanın  tələbatı  artdıqca  onun  ödənilməməsi  ehtimalı  artır,  yəni 
keyfiyyət azalır və tərsinə. Bu halda eyni bir predmet bir nəfər üçün yüksək, 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə