KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə79/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   75   76   77   78   79   80   81   82   ...   88

183 
 
digəri  üçün  aşağı  keyfiyyətli  olur.  Beləliklə  fəlsəfi  anlamda  keyfiyyət  – 
predmetin  xassələrinin  sabit  toplusu  və  dünya  anlamında  insanın  nöqteyi 
nəzərindən asılı nisbi tələbatın ödənilməsi ücün ölçü vasitəsidir, yəni “mütləq 
keyfiyyət”  ola  bilməz.  Təyin  edilən  anlamda  keyfiyyət  təminatının  yeni 
ehtiyatını  yada  salaq  xüsusən  kadr  hazırlığında  qəbul  edilən  informasiyanın 
həcmindən asılı olan bilik. Tədris prosesində insan öz biliyinin həcmini artırır, 
bundan  asılı  olaraq  iş  keyfiyyətini  yüksəldir.  Öz  növbəsində  tələbatın 
ödənilməsi  tərtibini  yüksəldir  –  deməli  mütəxəssis  keyfiyyətini  artırır. 
Keyfiyyət  üzrə  peşəkarların  beynəlxalq  ittifaqının  prezidenti,  keyfiyyət 
problemi  üzrə  Rusiya  akademiyasının  akademiki  Lapidus  V.A  demişdir: 
“Bilik  – 
daşıyıcısı  və  meyarı  insan  olan  bir  dəyərdir”  [3].  Biliklərin  əldə 
edilməsi  ali  təhsil  müəssisələrində  tədris  prosesinin  təşkilindən,  öyrədənlərlə 
öyrənənlər arasında münasibətlərin tənzimlənməsindən, maddi texniki bazanın 
səviyyəsindən,  həmçinin  öyrənənlərin  sərbəst  işləmə  və  özünütəhsil 
vərdişlərinin  həyata  keçirilməsi  bacarıqlarının  formalaşdırılmasından  asılıdır. 
Son illərdə Avropa ölkələrində ali təhsil sisteminin keyfiyyətinin artırılmasına 
maraq bir sıra daxili və xarici faktorların təsiri ilə artmışdır. Bu səbəblərdən 
birincisi  ali  təhsilin  kütləviliyinin  təmin  edilməsinə  akademik  standartların 
tətbiqinin  zəifləməsi,  universitetlərin  fəaliyyətinə  müəyən  məqsədlər  üçün 
işəgötürənlərin  daha  çox  qarışmaq  təşəbbüslərinin  artması.  Onların  fikrinə 
görə  işəgötürənlərin  maraqlarının  nəzərə  alınmaması  hazırlanan  kadrların 
əmək bazarının tələblərinə uyğunluğuna zəmanət vermir. Ali təhsilə ayrılmış 

vlət  vəsaitinin  azalması  ilə  yanaşı  təhsil  haqlarının  durmadan  artırılması, 
beləliklə  ictimai  xərclərin  effektivliyinin  və  ona  olan  tələbatın  artması, 
universitetlərin (ali təhsil müəssisələrinin) daha aşkar ictimaiyyətə açıq olması, 
əmək  bazarında  rəqabətin  güclənməsi,  mobilliyə  marağın  artması  və  qeyri 
hökümət təşkilatlarının ali məktəblərin işinə müdaxilə meylinin güclənməsi və 
s.  təhsil  sisteminin  ictimayətlə  qarşılıqlı  fəaliyyətini  zərurətə  cevirir.  
Boloniya  deklorasiyasında  ali  təhsilin  keyfiyyətinin  ümumi konturu 
verilmişdir. Bu  istiqamətin inkişaf  etdirilməsi  Boloniya  prosesində aşağıdakı 
kimi ifadə edilir: “Keyfiyyətin təmin edilməsi məqsədilə Avropa əməkdaşlığı 
çərçivəsində  müqayisə  edilən  kriteriya  və  metodologiyanın  hazırlanması”. 
Avropa təhsil cəmiyyəti dəfələrlə ali təhsilin keyfiyyətinin baza prinsiplərinin 
və mahiyyətinin təyin edilməsi üçün təşəbbüs göstərmişdir. 1998-ci ildə “XXI 
əsr ali təhsili üçün Ümumdünya bəyannaməsi” YUNESKO-nun təşkilatçılığı 
ilə  keçirilən  bu  tədbirdə  ali  təhsilin  keyfiyyəti  aşağıdakı  kimi 
müəyyənləşdirilmişdir:  “Ali  təhsil  sferasında  keyfiyyət  onun  bütün  funksiya 
və  fəaliyyət  növlərini  :  tədris  və  akademik  proqramlar,  elmi-tədqiqat  və 
təqaüd, kadrların komplektləşdirilməsi, öyrənənlər, bina, maddi texniki baza, 
təchizat,  ictimaiyyətin  mənafeyi  naminə  fəaliyyət  və  akademik  mühiti  əhatə 
edən çoxölcülü konsepsiyadır.”  


184 
 
Əslində Boloniya prosesinin məqsədi ali təhsilin əsas beş elementi ilə, 
işgüzar  dairələr  arasında  səyləri  birləşdirmək  və  bu  istiqamətdə  əldə  edilən 
nəticələri  müqayisə  edərək  hər  kəs  tərəfindən  qəbul  edilən  konsepsiyanı 
yaratmaqdır.  
2001-
ci  ilin  sentyabr  ayında  Avropa  Universitetlər  assosiasiyası  tərəfindən 
“Ali  təhsilin  keyfiyyətinə  nəzarət”  haqqında  direktiv  sənəd  qəbul  edildi.  Bu 
sənəddə keyfiyyətin ali təhsildə əsas məsələ olduğu vurğulandı və qeyd edildi 
ki,  keyfiyyəin  qiymətləndirilməsində  əsasən  aşağıdakılar  nəzərə  alınmalıdır:  
1.  Qiymətləndirmə  orqanları  ilə ali məktəblər  arasında əməkdaşlıq  və inama 
nail 
olunması  
2.  Təhsil  proqramlarının  və  ali  təhsil  müəssisəsinin  məqsədinin  nəzərə 
alınması 
3.  Ənənəvi  təhsil  və  yeniliklərin  balansının  təmin  edilməsi,  akademik 
istiqamətlənmə  və  iqtisadi  uyğunluq,  tədris  proqramının  məntiqi 
əsaslandırılması 
və 
tələbələrin 
sərbəst 
seçiminin 
təşkili  
4.  Tədris  etmənin,  tədqiqat  işlərinin,  idarəetmə  və  rəhbərliyin  yoxlanılmaya 
acıq 
olması  
5. Tələbələrin ehtiyac və tələblərinə münasibət məsuliyyətinin, təlim prosesinə 
aid olmayan xidmətlərin keyfiyyətinin nəzərə alınamsı [1].  
Keyfiyyətə  nəzarət  əsasən  əsas  təhsil  fəaliyətinə,  diqqətin 
yönəldilməsinə ciddi fikir verilməsini tələb edir. Bu halda keyfiyyətə nəzarətə 
ali təhsil müəssisələri mədəniyyətinin əsas üzvü təşkilat forması kimi baxılır.  
Direktiv sənəddə keyfiyyətin idarə edilməsinin və keyfiyyətə nəzarətin ümumi 
göstəriciləri  öz  əksini  tapmışdır.  Bu  göstəricilərə  akademik  fəaliyyətin 
müxtəlif  aspektləri,  təhsil  müəsisəsinin  muxtariyyatı,  təhsilin  məqsədi  və 
həyata kecirilməsi vasitələri, abituriyentlərin seçimi və qəbulu, apelyasiyanın 
proseduru  və  obyektivliyi,  tədris  proqramlarının  keyfiyyəti,  professor-
müəllimheyətinin keyfiyyət və kəmiyyət xarakteristikası, tələbələrlə əks əlaqə 
forması,  təhsil  kreditlərinin  toplanması  və  ötürülməsi,  fənnlərarası  əlaqə, 
müxtəlif  proqramlar  çərçivəsində  təhsil,  infrastruktur  və  təchizat, 
büdcədənkənar  vəsaitin  əldə  edilməsi,  müəllimlərin  və  tədqiqatçıların 
motivasiyası, tikinti və təchizata investisiya qoyuluşu, sistematik audit, əmək 
bazarı  ilə  əlaqə,  beynəlxalq  elmi  rəqabətə  davamlılıq,  beynəlxalq  keyfiyyətə 
nəzarət  mexanizmi,  aktual  ictimai  diskusiyalarda  iştirak  və  demokratiyanın 
inkişafına kömək, elmi, texniki və innovasiya sferasının potensialı və s. daxil 
edilmişdir.  Bütün  bu  yuxarıda  göstərilənlər  nəzərə  alınaraq  “minimum 
standartların təmin edilməsi” və “standart” məfhumunun nəyi ifadə etməsinin 
müəyyənləşdirilməsi orataya çıxır.  
Avropa  universitetləri  assosiasiyası  12  aprel  2004-cü il Berlin 
kommunikesində  razılaşdırılmış  yuxarıda  qeyd  edilən  standart  və  prosedur 
anlayışlarını  aşağıdakı  kimi  müəyyənləşdirir:  Standartlar  –  gözlənilməsi 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə