Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   2   3   4   5   6   7   8   9   ...   67

11
Kurikulum. 2013. №3
5. Mәtnin mürәkkәbliyinin statistik qiy -
mәtlәndirilmәsi üsulları. 
1880-ci ildә Neb ras -
 
ka Universitetindә (ABŞ) ingilis әdәbiy 
ya 

professoru L.A.Şerman (Lucius Adelno Sher -
 man) әdәbiyyatı tarixi vә statistik baxım dan
tәdris etmәyә başladı. O, keçmiş dövrün yazı -
çıları ilә öz müasirlәri olan yazıçıların әsәr -
lәrini müqayisә edәrәk zaman-zaman cümlә -
lәrin qısaldığının şahidi oldu. L.A.Şer 
man
1893-cü ildә çap etdirdiyi «Analytics of
Literature, A Manual for the Objective Study
of English Prose and Poetry» kitabında hәr
100 ildәn bir ingilis әdәbiyyatında cümlәlәrin
orta uzunluğunun necә dәyişmәsinә diqqәti
çәkdi:
• 
Yelizavetadan öncәki dövr: 50 söz;
• 
Yelizaveta dönәmi: 45 söz;
• 
Viktoriya dönәmi: 29 söz;
• 
Şermanın öz dövründә: 23 söz.
(İndi isә ingilis әdәbiyyatında cümlәlәrin
orta uzunluğu tәxminәn 20 sözdür.) 
L.A.Şermanın gәldiyi qәnaәt belә idi ki:

Ədәbiyyat statistik analizin predmeti dir;

Qısa cümlәlәr vә konkret ifadәlәr yazı -
lan ları daha asan anlamağa kömәk edir;

Danışıq dili yazı dilindәn daha ef fekt li -
dir;

Getdikcә yazı dili danışıq dilinә yaxın-
laşaraq daha effektli (asan) olur [2, 30].
L.A.Şerman mәtnlәrin mürәkkәbliyinin
tәh   lili mәsәlәsini hәll etmәk üçün ilk dәfә ye -
ni vә obyektiv әdәbi tәnqid metodu ver mәk lә
statistik analizdәn istifadә etdi. 
Tәәssüf ki, Azәrbaycan әdәbi dilinin ta -
rixi baxımından statistik tәhlilinә aid hәr han -
sı yazı tapa bilmәdik. Ancaq Füzulinin hәcm -
cә әn böyük әsәri оnun «Hәdiqәtüs-süәda»
(«Хоşbәхtlәr bağçası») әsәrindәn aşağıda ve -
ri lәn nümunә dilimizlә dә bağlı bәnzәr pro se -
sin baş verdiyini göstәrir. Başqa sözlә, Azәr -
bay can yazılı әdәbiyyatında cümlәlәrin orta
uzun luğu zaman-zaman qısalmışdır. Hazırda
Azәr 
baycan nәsrindә cümlәlәrin orta uzun 
-
luğu tәxminәn 10 sözdür.
«Əmma, cәmi’i-müddәtdә, mәcalis vә
mәhafildә tәqrir оlunan vәqayе’i-Kәrbәla vә
kеyfiyyәti-әhvali-şühәda farsi vә ta-zi ibarә -
tin dә bәyan оlmayan әtrafi-әrәb vә әkabiri-
әcәm tәmәttü’ bulub, ә’izzеyi-әtrak ki, cüzvi-
ә’zәmitәrkibi-alәm vә sinfi-әkbәrinöv’i- bә -
MƏTNLƏRİN MÜRƏKKƏBLİYİ VƏ ONUN 
QİYMƏTLƏNDİRİLMƏSİ YOLLARI (II)
İSMAYIL SADIQOV
Azәrbaycan Respublikası Tәhsil Nazirliyinin Tәhsilin statistikası vә 
keyfiyyәtin qiymәtlәndirilmәsi şöbәsinin müdiri
ismayil.sadigov@gmail.com
Mәqalәdә mәtnlәrin mürәkkәbliyi, mәtnlәri mürәkkәb edәn amillәr, mü rәk kәb liyi qiy mәt -
lәn dirmәk üçün mövcud metodlar araşdırılır. Mәtnlәrin mürәkkәbliyinin ölçül mә sindә isti -
fadә olunan oxunabilirlik düsturlarının tarixi, geniş tәtbiq olunan bәzi düsturlar, ilkin olaraq
ingilis dili üçün hazırlanmış oxunabilirlik düsturlarının türk, rus vә başqa dillәrә lo kal -
laşdırmaları şәrh olunur. Azәrbaycandilli mәtnlәrin qiymәtlәndirilmәsi üçün müvafiq me tod
vә alqoritmlәrin işlәnmәsi zәruriliyinә diqqәt çәkilir. Mәtnlәrin analizindә müasir in for ma -
siya texnologiyalarının tәtbiqinin üstünlüklәri, o cümlәdәn oxunabilirlik düsturlarının ça tış -
maz lıqları  göstәrilir. 


12
Kurikulum. 2013. №3
İsmayıl Sadıqov
ni-Adәmdür, sәtri-zayidi-sәhayifi-kütub kibi
süfufimәcalisdәn хaric qalub istifayi-idraki-
hәqayiqi-әhvaldәn mәh rum qalurlardı. Bu sә -
bәbdәn iqtizayi-ümumi-matәmi-Al zәbani-
hal ilә bәn хaksarә tәәrrüz еtdi vә dәsti-tә әr -
rüz lә giribanım dutdu ki, «Еy pәrvәrdеyi-хa -
ni-nе’mәtifеyzi-Şahi-Kәr bәla,  Füzuliyi-müb -
tә  la, nоla, gәr bir tәrzi-mücәddәdә müхtәrе’
оlsan vә himmәt dutub bir mәqtәlitürki inşa
qılsan ki, füsәhayi-türkizәban istimaindәn
tәmәttö’ bulalar vә idrakı-mәzmunindә әrәb -
dәn vә әcәmdәn müstәğni оlalar».
1920-ci illәrdә iki başlıca meyl yenidәn
diqqәti mәtnlәrin oxuma asanlığı probleminә
yönәltdi:
1.
Mәktәbdә şagirdlәrin sayının dәyiş mә -
 si, xüsusәn orta mәktәblәrdә «birinci nә sil»
mühacirlәrin uşaqlarının artması. Mü 
әl 
lim 
-
lәrin verdiyi mәlumata görә, onların şa gird -
 
lәri dәrsliklәrin hәddәn artıq mürәkkәb ol 
-
 masını  bildirirlәr; 
2.
Tәhsil problemlәrinin öyrәnilmәsi vә
ob  yektiv ölçülmәsi üçün elmi vasitәlәrdәn da -
ha geniş istifadә olunması.
Belә vasitәlәrdәn biri olan Torndaykın
(E.L.Thorndike) «Teacher’s Word Book»
(1921) kitabında ilk dәfә olaraq ingilis di lin -
dә ki sözlәrin işlәnmә tezliklәrinә görә geniş
si     yahısı  verilmişdi.  Bu  da  sözlәrin  vә  mәtn lә -
rin mürәkkәbliyini ölçmәk üçün müәllimlәri
ob    yektiv üsulla tәmin edirdi. Bununla mәtn -
lә rin mürәkkәbliyi ilә bağlı, demәk olar ki,
bü tün sonrakı araşdırmaların әsası qoyuldu.
E.L.Torndayk gördü ki, Almaniyada vә Ru si -
ya da dil müәllimlәri mәtnlәri şagirdlәrә uy -
ğun   laşdırmaq  üçün  sözlәrin  işlәnmә  tez li yin -
dәn istifadә edirlәr. Başqa sözlә, onlar aşkar
edib   lәr ki, söz nә qәdәr tez-tez işlәdilirsә, hә -
min söz daha çox tanışdır vә istifadәsi dә
asan  dır. Biz öyrәnib inkişaf etdikcә söz ehti -
ya tı mız, elәcә dә daha uzun vә daha mü rәk -
kәb cümlәlәri mәnimsәmәk qabiliyyәtimiz dә
bö  yüyür  [31].
Sözlәrin mәnalarına görә söz ehtiyatı sı -
na ğı verbal vә mücәrrәd zehni inkişafın әn
güc 
 
lü göstәricisidir. Sözlәri bilmә hәmişә
oxu   cunun  inkişaf  sәviyyәsinin,  oxunanların
ba şa düşülmәsinin vә verbal intellektin çox
güc  lü ölçüsü olmuşdur. Çella vә Deylә görә,
«Tә  sadüfi deyil ki, söz ehtiyatı hәm dә mәt -
nin mürәkkәbliyinin güclü göstәricisidir»
[32].
Bizim öyrәndiyimiz ilk kәlmәlәr әn sadә
vә әn qısa sözlәr olur. Bu, ilk, sadә sözlәr hәm
dә әn tez-tez işlәtdiyimiz sözlәrdir. İn san ların
әk   sәriyyәti  bu  tezliyin  miqyasını  tә sәv vür  et -
mir  lәr.  Universitetin  birinci  kurs  tә lә bә lәrinin
yaz dığı 24 hәyat hekayәsindә is tifadә olun-
muş 67200 sözün iyirmi beş faizi on sözdәn
iba rәt  olub:  the, I, and, to, was, my, in, of, a vә
it [33]. Bütün çap materiallarının, demәk olar
ki, yarısı әn çox rast gәlinәn ilk 100 söz dәn
ibarәt olur. Onların 65 faizini isә ilk 300 söz
tәşkil edir [34].
Tәqribәn 1911-ci ildә E.L.Torndayk in gi -
lis mәtnlәrindә sözlәrin işlәnmә tezliyini he -
sab  lamağa başladı. 1921-ci ildә onun nәşr et -
dir diyi  «The Teacher’s Word Book»  ki ta bın da
10000 sözün işlәnmә tezliyinә görә si ya hı sı
ve rilmişdi. O, 1932-ci ildә 20000 sö zü әha tә
edәn «A Teacher’s Word Book of 20,000
Words», 1944-cü ildә isә Irving Lorge ilә bir -
lik  dә 30000 sözdәn ibarәt «A Teacher’s Word
Book of 30,000 Words» kitabını çap et dir di. 
Kompyuterlәr meydana çıxanadәk tәhsil -
ve rәnlәr, naşirlәr, müәllimlәr oxu material la -
rını qiymәtlәndirmәk üçün tez-tez sözlәrin
tez 
 
 
lik siyahılarından istifadә edirdilәr. E.L.
Torn daykın işlәri dә uşaq kitablarının mü rәk -
kәbliyini qiymәtlәndirmәk üçün ilk düs turlar
üçün әsas oldu.
E.L.Torndaykdan sonra dilin leksikası
üz 
rә geniş tәdqiqatlar aparıldı. Bu sahәdә
Har vard Universitetindәn olan Corc Kinqsli
Zip 
fin (George Kingsley Zipf) «Human
Behavior and The Principle of Least Effort»
әsәri daha çox diqqәt çәkdi [35]. C.K.Zipf
insanın da nı şığında «әn az sәy prinsipi»nin
necә iş lә mәsi ni göstәrmәk üçün dilin statistik
ana 
lizindәn istifadә etdi. Zipf göstәrdi ki,
dillәrin çoxunda çәtin vә asan sözlәr arasında
ri 
yazi әlaqә var 
dır (Bu münasibәtin qrafik
tәs  vi ri hazırda Zipf әyrisi adlanır). Zipfin mü -
әy yәn  etdiyi  qanu na uy ğunluğa  görә,  dilin


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə