L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə6/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   2   3   4   5   6   7   8   9   ...   23

mən yenə gəzə bilirdim, odun yarırdım. Amma heyif ki, artıq ürəyim yox idi, buna görə qıza 

olan sevgim də yoxa çıxmışdı. Mənə elə gəlir ki, sevgilim hələ də məni gözləyir. Dəmir bədənim 

günəşin altında par-par yanırdı. Mən baltadan qorxmurdum, axı kəsilməli bir şeyim qalmamışdı. 

Amma bir təhlükə daha vardı, dəmir əzalar pas ata bilərdi. Mən yağqabı aldım, hərdən bir əl-

ayaqlarımı, boynumu yağlayırdım. Bir gün  bunu etməyi unutdum və bərk yağışa düşdüm. 

Oynaqlarım pas atdı, mən tərpənməz halda meşədə ilişib qaldım, nəhayət baxın, sız məni xilas 

etdiniz. Tale mənə böyük zərbə vurmuşdu, mən meşədə qalanda bu haqda çox fikirləşirdim, başa 

düşdüm ki, bu həyatda ən dəhşətli şey ürəksiz qalmaqdır. Sevəndə, dünyanın ən xoşbəxt adamı 

idim, lakin elə ki ürəksiz qaldım, baxıb gördüm ki, artıq sevə bilmirəm. Ona görə istəyirəm 

böyük Oz mənə ürək versin, mən də qayıdıb Çeynəçi sevgilimlə evlənim. 

     Doroti və Bədheybət diqqətlə Dəmir Odunçunun əhvalatına qulaq asırdılar, onun 

halına acıyaraq nə üçün ürək istədiyini başa düşdülər. 

     - Hər halda, – Bədheybət dedi, – mən beyin seçərdim. Beyinsiz axmaq bir adamın 

qəlbi olsa da onunla nə edəcəyini bilməz. 

     - Yox, ürək yaxşıdır, – Dəmir Odunçu fikrindən dönmürdü; – beyin insanı xoşbəxt 

etmir, dünyada xoşbəxtlikdən yaxşı isə heç nə yoxdur. 

     Doroti bir söz demədi, çünki hansı dostunun haqlı olduğunu bilmirdi. Qızcığazın 

fikirləri qarışmışdı, ən əsası Em xalanın yanına, Kanzasa qayıtmaq olduğuna ürəyində qərar 

vermişdi, ondan sonra Dəmir Odunçunun qəlbinin və Bədheybətin beyninin olmamasının 

onunçün bir önəmi qalmayacaqdı. 

     Onu daha çox narahat edən çörəyinin bitmək üzərə olmasıydı, özü və Toto çəmi bir 

dəfə nahar etsəydilər səbət tamam boşalacaqdı. Bədheybət və Dəmir Odunçu acmırdı, amma 

Doroti samandan, dəmirdən deyildi və yeməksiz qala bilmirdi. 

 

6. Qorxaq Aslan 



 

     Bütün bu vaxt ərzində yolçular qalın meşənin içərisindən keçən yolla addımladılar. 

Yol əvvəlki kimi sarı kərpiclə döşənmişdi, lakin kərpiclər qurumuş budaqların və tökülmüş 

yarpaqların altında demək olar ki, görünməz olmuşdu. Çox asanlıqla yolu itirə bilərdilər.  

 Meşənin bu hissəsində quşlar demək olar ki gözə dəymirdi. Quşlar günəşin bol olduğu 

balaca meşə talalarını sevirlər. Arada-bir meşənin dərinliklərindən vahiməli nəriltilər eşidilirdi. 

Bu qorxunc səslərdən Dorotinin ürəyi titrəməyə başlamışdı, çünki o, meşənin qaranlıqlarında 

hansı qorxunc yırtıcıların gizləndiyindən xəbərsiz idi. Ancaq Toto, deyəsən, nələrin baş verdiyini 

anlamışdı, yol boyunca Dorotinin ayaqlarına qısılır, hürməyə cəsarət etmirdi. 

     - Meşə tez qurtaracaq? – Qız Dəmir Odunçudan soruşdu. 

     - Bilmirəm, mən heç vaxt bu yolla getməmişəm, Zümrüd Şəhərində də olmamışam. 

Düzdür, atam orada olub, amma mən o zamanlar çox kiçikdim, atam deyirdi ki, Zümrüd 

Şəhərinə yol çox uzaq və çətindir, amma Zümrüd Şəhərinin yaxınlığında gözəl yerlər var. Əlimin 

altında yağqabı olarsa, təhlükələrdən qorxmaram. Bədheybət də qorxunun nə olduğunu bilməz, 

sənin alnında isə Xeyirxah Pəri öpücüyünün izi  var. 

     - Bəs Totonu kim müdafiə edəcək? – Doroti narahat oldu. 

     - Başına bir iş gəlsə, hamımız Totoya kömək edəcəyik, – Dəmir Odunçu Dorotini 

sakitləşdirdi. 

     Bunu deməyə macal tapmamış, meşədən yenə də qorxunc bir nərilti eşidildi və yolun 

ortasında nəhəng bir aslan peyda oldu. Aslan qorxulu pəncəsinin bir zərbəsiylə  Bədheybəti 

kolların dibinə atdı, sonra kəskin dırnaqlarıyla Dəmir Odunçunun üzərinə atıldı. Odunçu yerə 

yıxılsa da, sağ qalmışdı, pəncələrinin heç təsiri olmaması aslanı yaman təəccübləndirdi. 

     Düşməni görən Toto onun üstünə cumdu, aslan ağzını genuş açdı ki, Totonu dişləsin, 

bu an Doroti hər şeyi unudaraq, sədaqətli dostunu müdafiə etmək üçün nəhəng yırtıcının burnuna 

yumruqla vurdu və qışqırdı: 

     - Totoya dəymə!  Utanmırsan, belə böyüksən, amma balaca itin üstünə cumursan! 

     - Mən onu dişləmədim ki, –  günahkar Aslan pəncəsiylə burnunu sürtdü. 



     - Sən onu dişləmək istəyirdin, – Doroti təkid etdi; – Sən qorxaqsan! 

     - Döğrudur, –  Aslan başını yelləyərək boynuna aldı, – mən bunu bilirəm. Amma 

çarəsini tapa bilmirəm, neynim? 

     - Bilmirəm, – Doroti cavab verdi; – İndi de görüm, samanla dolu bədbəxt Bədheybəti 

niyə vurdun? 

     - O samanla doludur? – Aslan təəccübləndi. Doroti Bədheybəti qaldırdı, bədəninə 

lazımi formanı verməkdən ötrü əliylə çırpışdırdı. 

     - Əlbəttə, – Doroti narazı halda mızıldadı. 

     - Həə..., indi bildim niyə o, belə uzağa uçdu! – Aslan dedi; – Mən də deyirəm görəsən 

niyə belə oldu. İkincisi də samanla doldurulub? 

     - Yox, o, dəmirdəndir, – Doroti Dəmir Odunçuya ayağa qalxmasına kömək etdi. 

     - Hə, az qala caynaqlarım sınacaqdı! – Aslan başa düşdü; – Caynaqlarım dəmirə 

sürtülüb elə səs çıxartdı ki, ətim ürpəşdi. Sənin bu qədər sevdiyin o balaca canlı kimdir? 

     - İtim Totodur. 

     - O da samanla doludur, yoxsa dəmirdəndir? – Aslan soruşdu. 

     - Yox, o ətdən-qandandı. 

     - Nə məzəli heyvandır, özü də bapbalaca!  Mənim kimi qorxaq bu körpəyə pəncəsini 

necə qaldıra bilərdi... – Aslan  kədərli halda mızıldadı, başını aşağı salladı. 

     - Niyə bu qədər qorxaqsan? – Doroti orta boylu at böyüklükdə olan Aslandan soruşdu. 

     - Bu böyük sirdir, – Aslan cavab verdi; – Mən belə doğulmuşam. Bütün meşə 

heyvanları elə bilirlər ki, mən mərd və əzaziləm, axı aslan heyvanların şahıdır. Duymuşam ki, 

ucadan nərə çəkəndə, hamı qaçıb gizlənir. Mən meşədə insan görəndə, çox qorxuram, amma elə 

bağırıram ki, onlar qaçıb getsinlər. Fil, pələng, ya da ayı mənimlə əlbəyaxa olsaydı, özüm qaçıb 

canımı qurtarmalı olardım, bax, mən belə qorxağam! Amma nərəmi eşidən hər kəs yolumdan 

qaçır, mən də buna imkan yaradıram. 

     - Axı bu düzgün deyil. Heyvanların şahı qorxaq ola bilməz! – Bədheybət dedi. 

     - Razıyam, – Aslan cavab verdi və yanağına yuvarlanmış göz yaşını sildi;  – Bu məni 

çox incidir. Bu həyat deyil, əsil işgəncədir! Xırda təhlükə yaranan kimi ürəyim az qalır 

köksümdən çıxsın! 

     - Bəlkə səndə ürək xəstəliyi var? – Dəmir Odunçu soruşdu. 

     - Bəlkə də, – Qorxaq Aslan cavab verdi. 

     - Əgər belədirsə, – Odunçu sözünə davam etdi, – sən sevinməlisən, demək, sənin 

ürəyin var. Mənimsə ürəyim yoxdur, deməli,  ürək xəstəliyim ola bilməz. 

     - Bəlkə ürəyim olmasaydı, qorxaq olmazdım, – Qorxaq Aslan fikir içində dedi. 

     - Bəs beynin var? –  Bədheybət soruşdu.  

     - Yəqin var, mən onu görməmişəm, – Qorxaq Aclan dedi. 

     Bədheybət bildirdi: 

     - Zümrüd Şəhərinə, müdrik Ozun yanına  gedirəm ki, ondan bir az beyin istəyim, 

yoxsa başım samanla doludur. 

     - Mən də Ozdan ürək istəyəcəm, – Dəmir Odunçu dedi. 

     - Mən də istəyirəm ki, Oz Totoyla məni evə, Kanzasa göndərsin, – Doroti söylədi. 

     - Necə bilirsiz, Oz mənə bir az cəsarət verər? – Aslan ümidlə soruşdu. 

     - Verər. Bu onun üçün mənə beyin verməkdən çətin deyil, – Bədheybət cavab verdi. 

     - Mənə isə ürək verməkdən, – Odunçu dedi. 

     - Ya da  məni Kanzasa göndərməkdən, – Doroti də yekunlaşdırdı. 

     - Onda, əgər etiraz etmirsizsə, mən də sizinlə gedərəm, – Aslan qərara aldı,  – yoxsa 

qorxaq həyat yaşamaq zəhləmi töküb. 

     - Bizimlə getsən, sevinərik, – Doroti söylədi; – Yolda yırtıcı heyvanları qovarsan. 

Məncə, onlar səndən də qorxaqdır. 

     - Yəqin, – Aslan razılaşdı, – heyif ki, bu məni cəsarətli etmir. Qorxaq olduğumu özüm 

bildiyim üçün həyatda bədbəxtəm. 



Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə