L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   2   3   4   5   6   7   8   9   10   ...   23

     Kiçik dəstə yenə yola düzəldi. Aslan təkəbbürlə Dorotinin yanıyca addımlayırdı. 

Əvvəlcə Toto yeni yoldaşı bəyənmədi, o, nəhəng aslan pəncəsinin zərbəsini hələ unutmamışdı, 

lakin tezliklə Totonun həyəcanı yatdı bir az keçəndən sonra isə itlə aslan ayrılmaz dost oldular. 

     Həmin gün dostların başına bir əhvalat gəlmədi, yalnız Dəmir Odunçu bir böcəyi 

ayaqlayıb əzdi. Böcək sarı kərpic yoldan keçmək istəyirdi. Bu hadisə Odunçunu elə məyus etdi 

ki, o ağlamağa başladı, çünki Odunçu canlılara ziyan vurmaqdan çəkinirdi. Göz yaşları 

Odunçunun sifətinə axdı, çənəsi paslandı. Doroti Odunçudan nəsə soruşanda, Odunçu ağzını aça 

bilmədi. Bunu görən Odunçu bərk qorxdu, əl-qoluyla qıza işarə etdi, ancaq Doroti heç nə 

anlamadı. Aslan da çaş-baş qalmışdı, Bədheybət Dorotinin zənbilindən yağqabını çıxarıb 

Odunçunun çənəsini yağladı, bir müddət keçəndən sonra Odunçu artıq ağzını açıb danışa bilirdi. 

     - Mənə yaxşı dərs oldu!  – Odunçu dedi; – Həmişə ayağımın altına baxmalıyam. 

Ehtiyatsız olub bir də kimisə əzsəm, yenə ağlayaram, yenə də çənəm pas atar, danışa bilmərəm. 

     Bundan sonra Odunçu bütün yolu ayaqlarının altına baxırdı, qarışqa görəndə, ehtiyatla 

onun üstündən keçirdi.  Dəmir Odunçu ürəyinin olmadığını bilirdi, ona görə də daha diqqətli 

davranırdı. 

     - İnsanların ürəyi var, – Odunçu dedi, – onlar ürəklərinin səsini dinləyib nə lazımsa 

onu edirlər. Mənimsə ürəyim yoxdur, ona görə daim diqqətli olmalıyam. Yalnız böyük müdrik 

Oz mənə ürək verəndən sonra bir qədər rahat ola bilərəm. 

 

7. Yoldakı çətinliklər

 

 

     Ətrafda daha heç bir ev olmadığına görə yolçular  açıq havada, böyük qol-budaqlı bir 



ağacın altında gecələmək qərarına gəldilər. Ağacın şaxəli budaqları dam kimi dostların başı 

üstündə yüksəlirdi. Dəmir Odunçu odun yardı, Doroti böyük tonqal qaladı, isindi və ürəyini 

sıxan narahatlığı unutdu. Qız Totoyla birgə sonuncu çörək tikəsini yemişdi, indi səhər yeməyinə 

nə yeyəcəklərini bilmirdi. 

     -  İstəyirsən, – Aslan təklif etdi, –  meşəyə qaçıb səninçün bir maral ovlaya bilərəm. 

Siz insanlar çiy ət yeyə bilmirsiz, ancaq onu tonqalda bişirmək olar, əla yeməkdi! 

     -  Olmaz! Xahiş edirəm, bunu etmə! – Dəmir Odunçu yalvardı; – Maralı öldürsən, 

hönkür-hönkür elə ağlaram ki, çənəm qalın pas qatıyla örtülər.  

     Lakin Aslan meşəyə qaçdı və yeməyə nəsə tapdı. Nə tapdığını heç kim bilmirdi, Aslan 

özü də bunu gizli saxlayırdı. Bədheybət bir qoz ağacı tapıb Dorotinin səbətini doldurdu. Qız 

Bədheybətin qayğıkeşliyindən razı qalmışdı, amma dostu qozları elə məzəli yığırdı ki, Doroti 

gülməyini saxlaya bilmirdi. Qozlar balaca, Bədheybətin saman dolu barmaqları elə kobud idi ki, 

qozların çoxu yerə tökülürdü. Qoz yığımı imkan vermişdi ki, Bədheybət tonqaldan uzaqlaşsın, 

çünki o, təsadüfi qığılcımdan yanıb kül ola bilərdi.   

     Tonqal sönəndən sonra Bədheybət Dorotinin üstünü quru yarpaqlarla örtdü. Qız 

səhərə qədər mışıl-mışıl yatdı. Səhər Doroti çayda üzünü yudu, sonra dostlar Zümrüd Şəhərinə 

yollandılar. 

     Həmin gün macəralarla doluydu. Bir saat keçməmiş, yolçular yolu kəsərək meşəyə 

doğru uzanan dərin bir xəndəyə yaxınlaşdılar. Xəndək həm enli idi, həm də dərin. Dostlar 

xəndəyin dibinə baxanda orda çoxlu itiuclu daşların olduğunu gördülər. Xəndəyin kənarları elə 

dik idi ki, aşağı enib o biri tərəfinə keçmək mümkün olmazdı. Dostlardan kimsə ağzından 

qaçırtdı, səyahət burada bitməlidir dedi. 

     -  İndi biz neyləyək? – Doroti həyəcanla soruşdu. 

     -  Bilmirəm, – Dəmir Odunçu kədərlə cavab verdi, Aslan isə pırpız başını yellədi. 

Bədheybət dedi: 

     -  Biz xəndəyin üstündən qanad açıb uça bilmərik. Xəndəyin dibinə də enə bilmərik. 

Əgər o biri tərəfə tullana bilmiriksə, deməli, burda qalmalıyıq. 

     -  Mən tullana bilərəm, – Aslan gözləriylə məsafəni ölçüb dedi. 

     -  Onda hər şey qaydasındadır, –  Bədheybət sevindi; – Sən bir-bir bizi o biri tərəfə 

keçirərsən. 




     -  Elə isə onda birinci kimi keçirim? – Aslan soruşdu. 

     -  Məni! – Bədheybət cavab verdi; – Tullana bilməsən, Doroti daşların üstünə yıxılıb 

ölə bilər, Dəmir Odunçu isə əzilər, ancaq mənə heç nə olmaz, çünki mənimçün əzilmək təhlükəsi 

yoxdur. 


     -  Mən özüm də, doğrusu, yıxılmaqdan bir az qorxuram, – Qorxaq Aslan dedi; – amma 

neyləməli, min belimə görüm, gəl tullanaq. 

     Bədheybət Qorxaq Aslanın belinə mindi, Aslan xəndəyin kənarına yaxınlaşıb bir az 

çömbəldi.

 

Bədheybət dedi: 



     -  Bəlkə qaçaraq tullanasan? 

     -  Biz, aslanlar, belə etmirik. – Qorxaq Aslan cavab verdi və nəhəng yay kimi açılıb 

xəndəyin üstündən o biri tərəfə uçdu. Hamı bu uğuru səs-küylə qarşıladı.  Bədheybət Aslanın 

belindən düşdü. Aslan təzədən geriyə, Dorotinin yanına tullandı. Qız Totonu qucağına götürdü, 

bir əliylə aslanın yalından yapışdı. Quş kimi uçduğunu hələ anlamamış Doroti artıq xəndəyin o 

biri tərəfində, Bədheybətin yanındaydı. Sonra növbə Dəmir Odunçuya çatdı. Aslan üçüncü dəfə 

tullanaraq Odunçunu dostlarının yanına gətirdi. Ancaq Aslan yamanca yorulmuşdu, toyuq 

qovalayan yekə itlər kimi dilini çıxarıb ağır-ağır nəfəs alır, töşküyürdü.

 

     Xəndəyin bu tərəfində də meşə qalın və keçilməz idi. Bir qədər istirahət etdikdən 



sonra yolçular sarı kərpicli çığırla yollarına davam etdilər.  Hamı susmuşdu, tezliklə qalın 

meşənin qurtaracağına və günəşin yenidən görünəcəyinə ümid edirdilər. Meşə dərinliyindən 

qəribə səslər eşidilirdi, Aslan pıçıltıyla, buralarda Kalidasların olduğunu söylədi. 

     -  Kalidaslar kimdir? – Doroti soruşdu. 

     -  Onlar qorxulu heyvanlardır. Bədənləri ayı bədəni, başları pələng başıdır, – Aslan 

izah etdi; – Dişləri elə uzun və itidir ki, mən Totonu asanlıqla parçalayacağım kimi onlar da məni 

asanlıqla parçalaya bilərlər. Mən Kalidaslardan yaman qorxuram. 

     -  Nə üçün qorxduğunu başa düşürəm, – Doroti dedi, – demək ki, onlar çox əcaib 

varlıqlardır! 

     Aslan nəsə demək istədi, amma dostlar artıq başqa bir xəndəyə yaxınlaşmışdılar. 

Xəndək elə enli idi ki, Aslan bu dəfə tullana bilməyəcəyini başa düşdü. 

     Yolçular bir qədər məsləhətləşdilər.  Uzun mübahisə və fikirdən sonra Bədheybət 

təklif etdi: 

     -  Xəndəyin kənarında hündür ağac bitir. Odunçu onu yarıb xəndəyin üstünə körpü 

kimi salsa, biz o biri tərəfə keçə bilərik! 

     -  Əla fikirdir! – Aslan dedi; – Mənə elə gəlir ki, sənin başındakı saman deyil, əsil 

beyindir. 

     Odunçu işə başladı. Baltası çox iti idi, tez bir zamanda ağacı kəsdi. Aslan güclü 

pəncələriylə ağacı itələyib xəndəyin üstünə saldı. Yolçular bu əcaib körpünün üstündən keçməyə 

hazırlaşırdılar ki, birdən nərilti eşitdilər. Onlara tərəf iki qəribə canlının qaçmaqda olduğunu 

gördülər. Canlılar həm ayıya oxşayırdı, həm də pələngə. 

     -  Bu Kalidaslardır! – Qorxaq Aslan qışqırdı və əsim-əsim əsməyə başladı. 

     -  Tez olun, o biri tərəfə qaçın! – Bədheybət əmr etdi. 

     Dostlar bir-birinin ardınca tələsik xəndəyin o biri tərəfinə qaçdılar. Qorxaq Aslan 

Kalidaslara tərəf dönüb elə nərə çəkdi ki, Doroti qışqırdı, Bədheybət yıxıldı, Kalidaslar isə 

təəccüb içində donub qaldılar. Bir azdan onlar başa düşdülər ki, Aslandan iridirlər və sayca 

çoxdular. Kalidaslar irəli cumdular. Aslan körpünün üstüylə qaçıb xəndəyin o biri tərəfinə keçdi

gördü ki, Kalidaslar onun arxasınca qaçır. Qorxaq Aslan Dorotiyə dedi: 

     -  Məhv olduq! Onlar bizi tikə-tikə edəcək! Mənim arxamda gizlən. Mən son nəfəsimə 

qədər onlarla döyüşəcəm. 

     -  Dayanın! – Bədheybətin ağlına bir fikir gəldi. O, Dəmir Odunçuya əmr etdi ki, 

ağacın ucunu baltalasın. Dəmir Odunçu belə də etdi. Kalidaslar artıq körpünün ortasına qədər 

gələ bilmişdilər, birdən körpü  dəhşətli şaqqıltıyla xəndəyin dibinə düşdü. Kalidaslar  sivri 

daşlara çırpılıb öldülər. 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə