L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   2   3   4   5   6   7   8   9   ...   23

     Bu sözləri eşidən Doroti heyrət içində çaşıb qaldı. Niyə bu qarı ona nəcib pəri deyirdi? 

Doroti Şərqin Zalım Pərisini necə öldürə bilərdi? Doroti qasırğanın uzaq ölkəyə atdığı Kanzaslı 

balaca qız olduğundan və heç kəsi öldürmədiyindən əmin idi. 

     Qadın cavab gözləyirdi. Doroti inamsız halda dedi: 

     - Siz çox nəzakətlisiniz, amma burada bir yanlışlıq var. Mən heç kimi öldürməmişəm. 

     - Bəlkə də sən öldürməmisən, - qarı gülümsədi, - ancaq bunu sənin evin edib. Bunun 

elə ikisi də birdir. Bax, Pərinin ayaqları görünür. – Qarı əliylə evin küncünü göstərdi. 

     Doroti ora baxdı və qorxu içində qışqırdı. Doğrudan da, evin altından əyriburun 

gümüş başmaqlı ayaqlar görünürdü. 

     - Ayy! – Doroti qışqırdı. – Demək, evim yerə enəndə pərini əzib. İndi nə etmək 

lazımdır? 

     - Heç nə eləmək lazım deyil, - qarı sakitcə cavab verdi. 

     - Axı evin altında qalan bu adam kimdir? – Doroti soruşdu. 

     - Dedim axı, Şərqin Zalım Pərisi. Uzun illərdi o, Çeynəçiləri kölə etmişdi, onları gecə-

gündüz işlədirdi. İndi isə onlar azaddır və buna görə sənə təşəkkür edirlər. 

     - Bəs Çeynəçilər kimdir? 

     - Bu ölkənin şərqində yaşayan xalq. Orda Zalım Pəri hökmranlıq edirdi. 

     - Siz də Çeynəçilər ölkəsindənsiz? – Doroti yenə soruşdu. 

     - Yox, mən Şimalda yaşayıram, amma Çeynəçilərlə dostam. Onlar gördülər ki, zalım 

hökmdarları ölüb, mənə xəbər verdilər, mən də bura gəldim. Mən Şimal Pərisiyəm. 

     - Ayy, doğrudan, siz əsl pərisiniz? – Doroti qışqıraraq soruşdu. 

     - Əlbəttə. Mən xeyirxah pəriyəm, xalqım məni sevir. Amma heyif ki, Şərq Pərisi kimi 

o qədər də güclü deyiləm, yoxsa Çeynəçiləri çoxdan azad etmişdim. 

     - Mən elə bilirdim ki, pərilərin hamısı zalımdır, - Doroti dedi. 

     - Bax, belə düşünməkdə çox yanılmısan! Oz ölkəsində cəmi dörd pəri var, onlardan 

ikisi – Şimal və Cənub pəriləri xeyirxahdır, lakin Qərb və Şərq pəriləri, doğrudan da, qəddardır. 

Onlardan birini sən öldürdün, indi Oz ölkəsində cəmi bir zalım pəri qalır, Qərb Pərisi. 

     - Em xala deyirdi ki, bütün pəri və sehirbazlar çoxdan ölüb, - Doroti etiraz etdi. 

     - Em xala kimdi? 

     - Mənim xalam. O da mənim kimi Kanzasda yaşayır. 

     Şimal Pərisi fikirli halda başını əydi, gözlərini yerə dikdi. Sonra Dorotiyə baxıb 

söylədi: 

     - Kanzasın harada olduğunu bilmirəm. İlk dəfədir bu ölkə haqqında eşidirəm. De 

görüm, bu ölkə mədəni bir ölkədirmi? 

     - Hə, əlbəttə! 

     - Onda hər şey aydındır. Mədəni ölkələrdə nə pəri var, nə cadugər, nə də sehirbaz. 

Amma mədəniyyət bizə hələ gəlib çatmayıb, axı biz bütün dünyadan uzağıq. Ona görə də bizdə 

hələ də pərilər və sehirbazlar var. 

     - Onlar kimdir elə? 

     - Ən böyük sehirbaz Ozdur, – qarı pıçıldadı. – O bütün cadugərlərdən güclüdür. Oz 

Zümrüd Şəhərində yaşayır. 

     Doroti nəsə soruşmaq istəyirdi ki, bayaqdan sakitcə dayanmış Çeynəçilər qışqırdılar 

və evin küncünü göstərdilər. 

     - Nə olub? - Şimal Pərisi soruşdu, sonra baxıb güldü. Evin altında Zalım Pərinin 

gümüş başmaqlarından başqa heç nə qalmamışdı. 

     - Şərq Pərisi elə qocaydı ki, günəşin altında quruyub tamam yox olub. Onun 

başmaqları indi sənindir, ay qız. 

     Bu sözləri deyib Pəri əyildi, başmaqları götürdü, tozunu çırpıb Dorotiyə verdi. 

     - Şərq Pərisi bu başmaqlarla fəxr edirdi, - Çeynəçilərdən biri dedi, - deyirlər ki, bu 

başmaqlar adi deyil, sehirlidir, amma biz onların sehrini bilmirik.  

     - Mən evə qayıtmalıyam, çünki Henri dayıyla Em xala, yəqin, narahatdırlar, – Doroti 

söylədi: – Siz bilirsiz, Kanzas hansı tərəfdədir?  




     Çeynəçilərlə Pəri bir-birlərinə, sonra da Dorotiyə baxdılar. Onlardan biri dedi:  

     - Şərqdə, buradan çox da uzaq olmayan bir yerdə böyük səhra var, onu keçmək hələ 

heç kəsə nəsib olmayıb. 

     O birisi də əlavə etdi: 

     - Cənubda da səhra var, mən onu öz gözlərimlə görmüşəm. Cənubda Kvodlinqlər 

ölkəsi yerləşir. 

     - Mən isə Qərbdə də böyük səhranın olduğunu eşitmişəm, – bir başqa Çeynəçi dedi: – 

Orda Gözvuranlar yaşayır, onların hökmdarı Zalım Pəridir, o, ölkəsinə düşmüş hər kəsi əsir edir 

və buraxmır.  

     Pəri dedi: 

     - Mən Şimalda yaşayıram, mənim ölkəm də ucsuz-bucaqsız səhra ilə sərhəddir. Səhra 

bütün Oz ölkəsini üzük kimi əhatə edib. Qorxuram ki, sən burda qalmalı olasan, balaca. 

     Bunu eşidən Doroti hıçqıraraq ağlamağa başladı, qızcığaz bu yad və qəribə adamların 

yanında qalmaq istəmirdi. Qızın göz yaşları ürəyiyumşaq Çeynəçilərə elə təsir etdi ki, onlar da 

burun dəsmallarını çıxarıb hönkür-hönkür ağladılar. Pəri isə papağını çıxarıb onun sivri ucunu öz 

burnuna dayadı və “Bir! İki! Üç!” deyən kimi əlindəki papaq balaca yazı lövhəsinə çevrildi. 

Lövhədə iri hərflərlə yazılmışdı: 

 

QOY DOROTİ ZÜMRÜD ŞƏHƏRİNƏ GETSİN 



 

     Qarı lövhəni burnundan götürdü, yazını oxuyub maraqlandı: 

     - Ay qız, sənin adın Dorotidir? 

     - Hə. – Doroti içini çəkərək dedi. 

     - Deməli, sən Zümrüd Şəhərinə getməlisən. Oz sənə kömək edər. 

     - Zümrüd Şəhəri, o hayandadır? 

     - Ölkənin düz ortasında. Sənə demişdim, şəhərdə qüdrətli Oz hökmranlıq edir. 

     - O yaxşı adamdır? – Doroti şübhəylə soruşdu. 

     - O yaxşı sehirbazdır. Amma yaxşı insandır, ya yox... Bəlkə heç insan deyil... 

Bilmirəm, mən onu heç vaxt görməmişəm.  

     - Zümrüd Şəhərini necə tapacam? – Doroti soruşdu. 

     - Ora piyada getməlisən. Yol uzundur, hərdən səyahətin xoş olacaq, hərdən yox. Mən 

səni qorumaqdan ötrü bütün sehirli qüvvəmi işə salacam. 

     - Bəs siz mənimlə getməyəcəksiz? – Qız ümidlə qarıdan soruşdu, Doroti artıq Pərini 

öz dostu saymağa başlamışdı. 

     - Yox, mən gedə bilmərəm, amma səni öpüb yola salacam. Şimal Pərisinin öpdüyü 

kimsəni heç kim incidə bilməz. 

     Pəri qıza yaxınlaşıb incə öpücüklə alnından öpdü. Sonralar məlum oldu ki, qızın 

alnında xəfif qırmızı iz qalıb. 

     - Zümrüd Şəhərinə gedən yol sarı kərpiclə döşənib, – qarı dedi. – Sən onu asanlıqla 

tapacaqsan. Sehirbaz Ozu görsən, qorxma, başına gələnləri ona danış və kömək istə. İndisə sağ 

ol, əziz qızcığaz. 

     Üç Çeynəçi Dorotiyə təzim edib ona uğurlu yol dilədilər və getdilər. Pəri üç dəfə sol 

dabanı üstə fırlanıb bir anda gözdən itdi. Toto lap mat qalmışdı. O, var gücüylə hürürdü, indi 

hürməkdən həzz alırdı, çünki Pərinin hüzurunda nəfəs almağa belə qorxurdu. 

     Doroti zərrə qədər təəccüblənmədi. Qız bilirdi ki, Pərilər elə belə də yox olmalıdır. 

 

3. Doroti Bədheybəti necə xilas etdi 

 

     Tək qalmış Doroti bərk acdığını hiss elədi. Evdəki taxçadan bir az çörək tapıb 



doğradı, üstünə yağ sürtüb yedi, Totoya da verdi. Sonra qız çaya qaçıb vedrədə dupduru təmiz su 

gətirdi. Toto ağacların arasında qaçıb quşlara hürməyə başladı. Doroti onu sakitləşdirmək üçün 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə