L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə3/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   2   3   4   5   6   7   8   9   ...   23

yanına yüyürdü, ağaclardan biridə budaqların armudla dolu olduğunu gördü. Ən iri və sulu 

meyvələrdən bir neçəsini dərdi, qarnını doyurmaq üçün bundan yaxşı nə ola bilərdi. 

     Sonra Doroti evə qayıtdı, Totoyla birgə sərin sudan içib Zümrüd Şəhərinə getmək 

üçün hazırlaşmağa başladı. 

     Dorotinin əynindəkindən başqa daha bir paltarı vardı, yuyulub-ütülənmiş halda 

yatağın yanındakı qarmaqdan asılmışdı. Paltar ağ rəngdə idi, mavi damaları vardı, çox 

yuyulmaqdan bozarsa da, hələ də yaraşıqlıydı. Doroti əl-üzünü yuyub təmiz paltarını geydi, 

başına çəhrayı papaq qoydu. Kiçik zənbilə çörək qoyub üstünü təmiz ağ dəsmalla örtdü. Sonra 

qız köhnə çəkmələrinə baxdı. 

     - Qorxuram ki, bunlar uzun səyahətə dözməsinlər. – Qız Totoya dedi. İt quyruğunu 

buladı, Doroptinin nə dediyini başa düşmüşdü. 

     Doroti masanın üstündə Şərqin Zalım Pərisinin gümüş başmaqlarını gördü, köhnə 

çəkmələrini çıxarıb gümüş başmaqları geydi. Başmaqlar elə bil onun ayaqlarına biçilmişdi. Lap 

axırda zənbili götürdü. 

     - Hə, Toto, yolçu yolda gərək! Gedək Zümrüd Şəhərini tapaq və sehirbaz Ozdan xahiş 

edək ki, bizi Kanzasa göndərsin. 

     Doroti evin qapısını açarla bağladı, açarı cibinə qoyub yola düşdü. Toto da hoppana-

hoppana qızın dalınca qaçmağa başladı. 

     Tezliklə Doroti gəlib dördyol ayrıcına çatdı, Zümrüd Şəhərinə hansı yolun apardığını 

o saat başa düşdü – yollardan biri sarı kərpiclə döşənmişdi. Gümüş dabanlar bərk yolda 

taqqıldayırdı. Günəş parlayır, quşlar bərkdən oxuyurdu, uzaq və yad ölkəyə düşmüş başqa qızlar 

bəlkə də özünü burda bədbəxt hiss edərdi, amma Doroti elə qızlardan deyildi.  

     Yolun hər iki tərəfində gözəl mənzərələr görünürdü. Xoş mavi rəngli səliqəli 

hasarların arxasında buğda tarlaları və bərəkətli bostanlar vardı. Deyəsən, Çeynəçilər yaxşı 

fermer idilər, onların torpaqları bol məhsul verirdi. Hansı evin qarşısından keçirdisə içəridən 

insanlar çıxıb qıza salam verir, ta uzaqlaşana qədər əyilib ona hörmətlə təzim edirdilər. Bütün 

ölkəyə xəbər yayılmışdı ki, bu balaca qız Şərqin Zalım Pərisini öldürüb və Çeynəçilər xalqını 

azad edib. Çeynəçilərin evləri qəribə idi, damları hündür gümbəz kimiydi, hamısı da mavi 

rəngdə. Deyəsən, Çeynəçilər mavi rəngi çox sevirdilər. 

     Axşama yaxın Doroti yoruldu, gecəni harada keçirəcəyini düşünməyə başladı, bu 

məqsədlə bir evə yaxınlaşdı. Bu ev başqa evlərə nisbətən bir qədər böyük idi. Evin qarşısındakı 

yaşıl çəmənlikdə kişilərlə qadınlar rəqs edirdi. Beş balaca kamançı şən musiqi çalırdı, böyük 

masa yeməklərlə doluydu – qəribə meyvələr, qozlar, piroq və tortlar.., ürəyin nə istəsə burada 

vardı. 


     Dorotini görən Çeynəçilər qızı sevinclə salamladılar, süfrəyə dəvət edib, gecəni 

onlarla birlikdə keçirməyi təklif etdilər. Bu ev ən zəngin Çeynəçinin eviydi, burada onun dostları 

toplaşmışdı, onlar Zalım Pəridən möcüzəvi şəkildə azad olmalarını bayram edirdilər.  

     Dorotiyə ləziz yeməklərdən verdilər. Evin sahibi Boq qıza qulluq edirdi. Yeyib 

qurtarandan sonra Doroti skamyada əyləşib rəqs edən qonaqlara baxırdı. Onun gümüş 

başmaqlarını görən Boq: 

     - Sən də sehirbazsan? – soruşdu. 

     - Niyə belə deyirsiz? – Qız təəccübləndi. 

     - Çünki sən Zalım Pərini öldürmüsən, ağ paltar, gümüş başmaqlar geymisən. Ağ rəng 

pərilərin rəngidir. 

     - Mənim paltarım ağdır, amma mavi damaları var, – Doroti əynindəki donun 

qırışlarını düzəldərək etiraz etdi. 

     - Yaxşı ki, paltarın mavi damalıdır, – Boq cavab verdi. – Mavi rəng Çeynəçilərin 

rəngidir, ağ rəng sehirbazların. Demək, sən xeyirxah pərisən, Çeynəçilərin dostusan. 

     Doroti bilmirdi nə desin. Bu ölkədə hər kəs onu sehirbaz hesab edirdi. Ancaq 

Dorotinin özü, qasırğanın yad ölkəyə atdığı adi bir qız olduğundan əmin idi. 




     Doroti rəqs edənlərə baxmaqdan yorulanda Boq onu evə dəvət etdi, mavi mələfəli 

yumşaq yataq qoyulmuş otağı göstərdi. Doroti  rahat yataqda səhərəcən mışıl-mışıl yatdı, Toto 

da yatağın yanındakı mavi xalçanın üstündə yumurlanıb gözlərini yumdu. 

     Ertəsi gün Doroti yuxudan oyanıb doyunca səhər yeməyi yedi. Bu zaman Çeynəçilərin 

ən balaca uşağı Totoyla oynayırdı, uşaq itin quyruğunu dartıb elə məzəli gülürdü ki, Doroti özü 

də təbəssümünü saxlaya bilmədi. Çeynəçilər Totoya qəribə canlı kimi baxırdılar, onlar heç vaxt 

it görməmişdilər. 

     - Zümrüd Şəhəri çox uzaqdadır? – Doroti qonaqpərvər  ev sahibindən soruşdu. 

     - Dəqiq bilmirəm, mən orda olmamışam. Əgər  sehirbaz Ozla vacib işin yoxdursa, 

onun gözünə görünməsən yaxşıdır.  Bircə onu bilirəm ki, Zümrüd Şəhərinə yol çox uzaqdır, bir 

neçə gün getmək lazımdır. Yol gözəl bir ölkədən keçir, lakin hərdən yolçular təhlükə və 

çətinliklərlə rastlaşırlar. 

     Bu sözlər Dorotini bir qədər narahat etdi, amma onu yalnız böyük Oz  geriyə, Kanzasa 

qaytara bilərdi, odur ki, qız bütün çətinliklərə dözməyə hazırdı. 

     Doroti yeni dostlarıyla vidalaşdı və sarı kərpic yolla səyahətinə davam etdi. O, xeyli 

gedəndən sonra dincəlmək istədi, yolboyu uzanan alçaq çəpərin yanında oturdu. Çəpərin 

arxasında böyük qarğıdalı tarlası vardı, Doroti tarlada yetişmiş qarğıdalını dimdikləyən quşları 

qorxutmaq üçün qoyulmuş müqəvvanı gördü. 

     Doroti çənəsini ovuclarına dayayıb müqəvvaya xeyli baxdı. Müqəvvanı samanla dolu 

kisədən düzəltmişdilər, boya ilə göz, burun və ağız şəkli çəkib onu insana bənzətmişdilər. 

Müqəvvanın başında sivriuclu mavi papaq, əynində rəngi bozarmış və samanla doldurulmuş 

mavi paltar, ayaqlarında Çeynəçilərin geydiyi mavi uzunboğaz çəkmə vardı. Bu, ustalıqla 

düzəldilmiş Bədheybət idi. 

     Birdən Bədheybət boyalı gözüylə Dorotiyə göz vurdu. Doroti əvvəl elə bildi ki, onu 

qara basır, axı Kanzasdakı bostan müqəvvaları göz vurmurdu. Sonra Bədheybət qıza dostca baş 

əydi. Bunu görən Doroti çəpərdən adlayıb müqəvvaya yaxınlaşdı. Toto bərkdən hürə-hürə saman 

adamın ətrafında fırlanırdı. 

     - Salam, – Bədheybət xırıltılı səslə dedi. 

     - Sən danışa bilirsən? – Doroti mat qalmışdı. 

     - Əlbəttə. Necəsən? 

     - Yaxşıyam. Bəs sən necəsən? 

     - Belə də... – Bədheybət gülümsədi. – Bütün günü burada qalıb qarğaları qovmaq elə 

də xoş deyil. 

     - Məgər sən buradan gedə bilməzsən? 

     - Yox, kürəyimə taxta çubuq sancıblar. Əgər məni buradan çıxarsan sənə minnətdar 

olaram. 


     Doroti əlləriylə saman adamı bir qədər qaldırdı və asanlıqla onu çubuqdan çıxartdı. 

Sən demə, saman adam heç də ağır deyilmiş. 

     - Minnətdaram, – ayaqları torpağa dəyən kimi Bədheybət təşəkkür etdi. – Nə gözəl 

oldu! Elə bil təzədən doğuldum! 

     Doroti gözlərinə inanmırdı. Saman adam həm danışırdı, həm də təzim edib gəzirdi. 

     - Sən kimsən? – Bədheybət əsnəyərək soruşdu: – Və hara gedirsən? 

     - Adım Dorotidir, Zümrüd Şəhərinə gedirəm, böyük və müdrik sehirbaz Ozu 

tapmalıyam ki, məni Kanzasa qaytarsın. 

     - Zümrüd Şəhəri hardadır, Oz kimdir? 

     - Doğrudan bunları bilmirsən? – qız çaşqınlıqla sordu. 

     - Yox, mən heç nə bilmirəm. Gördüyün kimi, içim samandandır, başımda da beyin 

yoxdur. 


     - Zavallı! 

     - Səninlə Zümrüd Şəhərinə getsəm, müdrik Oz mənə bir az beyin verərmi? – 

Bədheybət qəfildən soruşdu. 



Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə