L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

     -  Sizə əlimizdən gəldiyi qədər itaət etdik. Dəmir Odunçuyla Bədheybəti öldürdük, 

Aslanı isə qəsrə gətirdik. Lakin biz bu qıza və onun qucağındakı itə zərər vura bilmərik. Sənin 

üzərimizdəki hakimiyyətin artıq sona çatdı, bir də bizi heç vaxt görməyəcəksən.     

     Sonra Uçan Meymunlar gülərək, gurultu qopararaq qanadlandılar və qısa vaxt ərzində 

gözdən itdilər. 

     Zalım Pəri Dorotinin alnındakı qırmızı izi görüb çox narahat oldu. Demək, nə Pəri, nə 

də Uçan Meymunlar bu qıza toxuna bilməzdi. Dorotinin ayaqlarındakı gümüş başmaqları 

görəndə isə Pəri qorxudan tir-tir əsdi, çünki o,  bu başmaqların sehirli gücüylə tanış idi. Əvvəlcə 

Pəri hər şeyi atıb uzaqlara qaçmaq istədi, sonra Dorotinin məsum gözlərinə baxıb anladı ki, 

gümüş ayaqqabıların ona verdiyi gücdən xəbəri yoxdur. Zalım Pəri kinli-kinli güldü və fikirləşdi: 

“Eybi yox, mən bu qızı özümə  kəniz edərəm, sehirli başmaqları isə özümə götürərəm”.  

Dorotiyə üz tutub qəddar və sərt səslə: 

     -  Gedək mənimlə. Yadında saxla ki, dediyimi etməlisən, yoxsa Dəmir Odunçu və 

Bədheybət kimi səni də yox edərəm. 

     Doroti Pərinin arxasınca getdi, onlar çoxlu otaq və geniş salonlardan keçib saray 

mətbəxinə gəldilər. Pəri Dorotiyə bütün qabları yumağı, mətbəxi süpürməyi əmr etdi və tapşırdı 

ki, ocağı sönməyə qoymasın.  

     Doroti etiraz etmədi, işləməyə başladı, əlindən gəldiyi qədər iş haqqında düşünməyə 

çalışırdı; Zalım Pərinin onu öldürməməsinə sevinmişdi.  

     Dorotini işlə yükləyən Pəri Aslanın yanına getdi. O, Aslanı at kimi yəhərləyib karetinə 

qoşmaq istəyirdi. Aslanın saxlandığı dəmir qəfəsi açanda, Aslan nərə çəkib qarının üstünə atıldı. 

Pəri  qorxudan qəfəsin qapısını tez bağladı.  

     -  Mənim karetimi daşımasan, sənə yemək verməyəcəm, acından öləcəksən, – Pəri 

Aslana hədə-qorxu gəldi.  

     Bir neçə gün Aslana yemək vermədilər. Pəri hər gün onun yanına gəlib soruşurdu: 

     -  Hə, karetimi daşıyacaqsan? 

Aslan qəzəblə cavab verirdi: 

     -  Yox. Mənə yaxınlaşsan, səni dişləyərəm. 

     Aslanın belə dəyanətli olmasının səbəbi vardı. Gecələr Doroti ona yemək gətirirdi. 

Yeyəndən sonra Aslan uzanır, Doroti də başını onun dolaşıq tüklü iri kəlləsinə söykəyirdi. 

Dostlar bir-birinə təsəlli verərək, söhbət edir, buradan qaçmaq haqqında düşünürdülər. Lakin 

qəsrdən qaçmaq mümkün deyildi. Gözvuranlar gecə-gündüz qəsrə keşik çəkirdilər, çünki onlar 

Zalım Pərinin sədaqətli qullarıydılar, onlar Pəridən çox qorxurdular. 

     Hər gün Doroti mətbəxdə çalışırdı, Zalım Pəri onu əlindəki köhnə çətiriylə 

hədələyirdi, amma qıza toxunmaqdan qorxurdu, Doroti isə bunu bilmirdi, özünə və Totoya görə 

narahat olurdu. Bir dəfə qarı Totou çətirlə vurmuşdu, Toto da onun ayağından dişləmişdi, amma 

yaradan qan axmadı, Pəri o qədər kinli və ziyankar idi ki, bədənindəki qan çoxdan qurumuşdu.  

     Dorotinin qara günləri gəlmişdi. O, başa düşürdü ki, daha Kanzasa qayıda bilməyəcək.  

Hərdən qız saatlarla əyləşib acı-acı ağlayırdı, Toto isə ətrafında vurnuxur, Dorotinin gözlərinə 

baxırdı, özü də qəmgin-qəmgin zingildəyirdi. Toto üçün heç bir fərqi yox idi, istər Kanzas olsun, 

istər Oz ölkəsi, təki Dorotinin yanında qalsın. İt görürdü ki, sahibəsi əzab çəkir, özü də əzab 

çəkirdi. 

     Zalım Pəri Dorotinin gümüş başmaqlarıni ələ keçirmək istəyirdi. Arılar, qurdlar, 

qarğalar çoxdan ölmüşdü. Qızıl Papaq sehirli gücünü itirmişdi, odur ki, gümüş başmaqlar Pəriyə 

lazımdı. Pəri həmişə Dorotini güdür, başmaqları oğurlamaq istəyirdi. Doroti bu başmaqlara elə 

öyrəşmişdi ki, onları yalnız çiməndə və yatanda çıxarırdı. Qarı qaranlıqdan qorxurdu, ona görə 

Dorotinin qaranlıq otağına girib başmaqları götürməyə ürək etmirdi. Pəri sudan da qorxurdu

Doroti çiməndə, ona yaxınlaşmırdı. Pəri heç üzünü də yumurdu, elə edirdi ki, bir damcı su ona 

dəyməsin.  

     Qərbin Pərisi çox hiyləgər və xain idi, o, başmaqları oğurlamaq üçün bir plan qurdu. 

Pəri mətbəxə bir məftil bağladı, ovsun vasitəsilə məftili görünməz etdi. Doroti mətbəxə gələndə, 



ayağı ilişdi və qız yıxıldı, başmağın biri ayağından çıxdı. Doroti özünə gəlməmiş, Pəri bir göz 

qırpımında başmağı götürdü və arıq, sümükləri çıxmış ayağına keçirtdi.  

     Zalım Pəri hiyləsinin baş tutduğuna çox sevinirdi, ayaqqabının bir tayı onda olduğuna 

görə demək güclərin yarısı da onun idi və Doroti artıq bu gücdən necə istifadə edəcəyini bilsə 

belə əlindən bir şey gəlməzdi. 

     Gözəl ayaqqabılarından birini itirən qız hirsləndi və pəriyə belə dedi: 

     -  Başmağımı qaytarın! 

     -  Bircə bu qalmışdı! – acıqlı-acıqlı cavab verdi pəri, – indi o sənin deyil, mənim 

başmağımdır! 

     -  Sən çox pissən, - bağırdı Doroti. – Başmağımı almağa heç bir haqqın yoxdur! 

     -  Başmağı geri qaytaran deyiləm, – Pəri gülərək dedi, – bir gün o biri başmağı da 

səndən alacam, görərsən! 

     Bu hədəni eşidən Doroti elə hirsləndi ki, yanındakı bir vedrə suyu Pərinin başından 

əndərib onu curumbur etdi. Pəri dəhşət içində qışqırıb Dorotinin gözləri önündə kiçilməyə və 

əriməyə başladı. Doroti heyrətlə baxırdı. 

     -  Gördün, nə etdin! – Qarı qışqırdı. – İndi mən tamam əriyəcəm! 

     -  Bağışlayın, mən bunu istəmirdim... – Doroti Pərinin qənd kimi yavaş-yavaş 

əriməsinə mat qalmışdı. 

     -  Bilmirdin ki, mənim ölümüm sudadır? – Pəri inildədi. 

     -  Əlbəttə yox, – Doroti cavab verdi, – hardan bilə bilərdim? 

     -  Onda bil ki, bir azdan tamam yox olacam, torpaqlarım sənə qalacaq. Mən həmişə 

hiyləgər və zalım olmuşam, amma heç vaxt ağlıma gəlməzdi ki, balaca bir qız məni məhv edib 

pisliklərimi sona çatdıracaq. Bax, gör nə etdin... 

     Bu sözlərlə Zalım Pəri qəhvə rəngində qara bir gölməçəyə dönüb mətbəxin təmiz taxta 

döşəməsiylə axmağa başladı. Gerçəkdən əriyib getdiyini görən Doroti bir vedrə suyu bu çirkabın 

üstündən axıtdı. Sonra qapının çölünə doğru süpürdü. Yaşlı qadının artıq-urtuğunu bir əski 

parçasıyla təmizlədikdən sonra gümüş ayaqqabını ayağına keçirtdi. Axır ki azadlığa 

qovuşmuşdu. Aslana Şərqin Zalım Pərisinin öldüyünü və artıq bu yad ölkədə əsir olmadıqlarını 

söyləmək üçün həyətə qaçdı 

 

 

 

13. Qurtuluş 

 

     Qorxaq Aslan Zalım Pərinin bir vedrə suyla əriməsinə çox sevinmişdi, Doroti də 



qəfəsi açıb Aslanı azad etdi. Sonra ilk növbədə qəsrə gedib bütün Gözvuranları bir yerə 

topladılar, artıq kölə olmadıqlarını onlara söylədilər.  

    Onlarla qəddarcasına davranan Zalım Pərinin dəmir yumruğu altında illərdən bəri 

çalışmaqda olan Gözvuranlar bu xəbərə çox sevindilər. Bu günü ziyafət və rəqs bayramı elan 

etdilər. 

     - Dostlarımız Bədheybət və Dəmir Odunçu bizimlə olsaydılar, lap xoşbəxt olardım, - 

Aslan ah çəkdi. 

     - Səncə onları qurtara bilmərikmi? – soruşdu Doroti. 

     - Biz buna çalışmalıyıq, - deyə cavab verdi Aslan. 

     Dostlar sarı Gözvuranları çağırıb kömək istədilər. Gözvuranlar onları azad etmiş 

Dorotiyə həmişə kömək etməyə hazır olduqlarını bildirdilər. Doroti ən ağıllı, qoçaq Gözvuranları 

seçib dostlarını axtarmağa yollandı. Onlar iki gün, iki gecə yol getdilər, dağların arasında əzilmiş 

və tamam dağılmış Dəmir Odunçunu tapdılar. Odunçunun baltasının sapı qırılmış, baltanın 

ülgücü pas atmışdı.  

      Gözvuranlar ehtiyatla Dəmir Odunçunu  qaldırıb sarı qəsrə apardılar. Dostunun 

tamam dağıldığını görən Doroti acı-acı ağladı, Aslan da yaman məyus olmuşdu.  

      Qəsrə gəlib çatanda Doroti Gözvuranlardan soruşdu: 



Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə