L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

yox idi, amma Ozu görmələrinə izin verilməyəcəyini bilə-bilə hər səhər Taxt Otağının qarşısına 

toplanardılar. Doroti içəri girəndə ona maraqla baxmağa başladılar, xanımlardan biri pıçıldadı: 

     -  Sən həqiqətən Qorxunc Ozun üzünə baxacaqsan? 

     -  Əlbəttə, – deyə cavab verdi qız, – əgər məni qəbul etsə. 

     -  Ah, hökmən qəbul edəcək, – dünənki Əsgər dedi; – Düzdür, Oz minnətçiləri 

xoşlamır, dünən o, bərk hirslənmişdi, əmr etdi ki, səni qovum. Sonra soruşdu ki, sənin əynində 

nə var. Gümüş başmaqları eşidən kimi Oz maraqlandı. Mən dedim ki, sənin alnında öpücük izi 

var, onda Oz yumşaldı və dedi ki, səni qəbul edəcək. 

     Bu zaman zəng çalındı, yaşıl qız Dorotiyə dedi: 

     - İşarə gəldi. Sən Taxt Otağına tək başına girməlisən. 

     Xidmətçi Qız kiçik qapını açdı, Doroti  qorxmadan içəri keçdi. Bura möhtəşəm bir 

yerdi. Otaq yumru, tavan günbəz kimiydi. Döşəmə, divar və tavana iri zümrüdlərlə naxışlar 

vurulmuşdu. Yuxarıdan günəş kimi işıq saçan lampa sallanırdı, onun işığında zümrüdlər par-par 

yanırdı.  

      Ancaq Dorotini mat qoyan otağın ortasındakı yaşıl mərmərdən düzəlmiş taxt idi. Taxt 

da buradakı hər şey kimi qiymətli daşlarla işlənmişdi. Taxtın üstündə nəhəng ölçülü Baş vardı, 

əl-ayaq, bədən yoxdu, baş tamam keçəldi, amma Başın burnu, ağzı, gözləri yerində idi. 

     Doroti dəhşət içində, sehirlənmiş kimi Başa baxdığı sırada birdən Başın gözləri 

yavaşca fırlanıb Dorotiyə zilləndi. Sonra ağız açıldı və qız bir səs eşitdi: 

     -  Mən böyük və qorxunc Ozam. Bəs sən kimsən və məni nə üçün görmək istyirdin? 

     Nəhəng Başdan çıxan səs Dorotinin gözlədiyinin əksinə olaraq, o qədər də qorxunc 

deyildi, buna görə də Doroti cəsarətini toplayıb cavab verdi: 

     -  Mən Dorotiyəm, balaca, sözəbaxan bir qızam. Səndən kömək istəyirəm. 

     Baş bir müddət Dorotiyə baxdı, sonra dedi: 

     -  Bu gümüş başmaqlar sənə hardandır? 

     -  Şərqin Zalım Pərisindən. Evim onun üstünə düşüb əzdi, – deyə cavab verdi qız. 

     -  Bəs alnındakı al rəngli iz hardandır? – səs davam etdi. 

     -  Şimalın Xeyirxah Pərisi mənimlə vidalaşanda öpüb, – dedi qızcığaz. 

     Gözlər qıza xeyli baxdı, Baş əmin oldu ki, Doroti yalan demir. Sonra Oz soruşdu: 

     -  Məndən nə istəyirsən? 

     -  Məni Kanzasa, Em xalamın və Henri dayımın yanına göndər, – Doroti xahiş etdi; – 

Ölkəniz gözəl olsa da, xoşuma gəlmir, yəqin, Em xalam bərk narahatdır. 

     Gözlər üç dəfə göz vurub tavana baxdı, sonra  dəhşətli sürətlə fırlandı. Bir müddət 

sonra gözlər yenə Dorotiyə baxırdı: 

     -  Bunu niyə etməliyəm? – Oz soruşdu. 

     -  Çünki sən güclüsən, mən gücsüz. Sən böyük sehirbazsan, mən isə köməksiz qalmış 

balaca qız. 

     -  Amma Şərqin Zalım Pərisini öldürməyə gücün çatıb, – Oz dedi. 

     -  Bu təsadüfən olub, – Doroti izah etdi, – mən istəyərək etmədim. 

     -  Demək, belə, – Oz söylədi, – sənə cavabım budur. Evə, Kanzasa dönmək 

istəyirsənsə, mənimçün nəsə etməlisən. Bu ölkənin qanunu belədir. Mən bütün sehirli qüvvəmlə 

çalışacam, amma əvvəlcə sən çalışmalısan. Mənə kömək etsən, mən də sənə kömək edərəm. 

     -  Nə etməliyəm? – Doroti soruşdu. 

     -  Qərbin Zalım Pərisini öldür, – deyə cavab verdi Oz. 

     -  Yox, mən bunu bacarmaram! 

     -  Şərqin Zalım Pərisini öldürə bilmisən, onun gümüş başmaqları səndədir. İndi ölkədə 

cəmi bir zalım pəri qalıb. Onu öldürdüyünü deyən kimi səni Kanzasa göndərəcəm, amma hələ ki 

Zalım Pəri sağdır, mənə heç bir xahişlə müraciət etmə. 

     Doroti elə məyus oldu ki, ağlamağa başladı. Baş gözlərini fırlada-farlada qıza baxırdı, 

sanki Oz əmin idi ki, Doroti istəsə, onun əmrini yerinə yetirə biləcək. 




     -  Mən heç vaxt heç kimi bilə-bilə öldürməmişəm, – Doroti hıçqıraraq dedi; – Qərbin 

Zalım Pərisini öldürmək istəsəm də, bilmirəm, bunu necə etmək olar! Sən böyük zəhmli Oz 

Pərini öldürə bilmirsən, bəs mən, balaca qız onu necə öldürüm?! 

     -  Bilmirəm, – Baş cavab verdi, – qərarım belədir. Qərbin Zalım Pərisi nə qədərki 

sağdır, sən qulaqlarını görəndə, Kanzasa qayıdarsan. Yadda saxla ki, o, çox zalımdır, onu 

hökmən öldürmək lazımdır. İndi get və əmrimi yerinə yetirməyənə qədər gözümə görünmə. 

     Doroti kədərli halda Taxt Otağını tərk etdi və Ozun ona nə söylədiyini maraqla 

gözləyən Bədheybətin, Dəmir Odunçunun və Aslanın yanına qayıtdı. 

     -  İşlərim çox pisdir! – Doroti dedi. – Qərbin Zalım Pərisini öldürməsəm, Oz məni 

Kanzasa qaytarmayacaq. İndi mən nə edim? 

     Dostları da kədərləndilər, heç kim bilmirdi nə etmək lazımdır. Doroti otağına qayıdıb 

yatağa uzandı, yuxuya gedənə qədər ağladı. 

     Ertəsi gün Yaşıl Saqqallı Əsgər Bədheybətin dalınca gəldi: 

-  Gedək, Oz səni gözləyir. 

     Bədheybət əsgərin dalınca getdi və Taxt Otağına girəndə burada zümrüd taxtın 

üzərində oturan gözəl bir qadın gördü. Yaşıl ipək paltar geymiş gözəlin başında ləl-cəvahirat 

düzülmüş tac vardı. Çiyinlərindən çıxan heyranedici qanadları sanki ufacıq bir meh əsməsinin 

yırta biləcəyi qədər incə görünürdü. 

     Bədheybət saman dolu bədəniylə bacardığı qədər nəzakətli təzim etdi. Gözəl 

təbəssümlə ona baxıb dedi: 

     -  Mən böyük və qorxunc Ozam. Sən kimsən və məni nə üçün görmək istəmisən? 

     Dorotinin dediyi eybəçər Baş əvəzinə gözəl Pərini görən Bədheybət xeyli 

təəccübləndi, amma özünü itirməyib dedi: 

     -  Mən samanla dolu Bədheybətəm. Buna gərə də beynim yoxdur, sizdən başımın 

içinə saman yerinə bir az beyin qoymanızı və təbəələriniz kimi bir insan olmağıma kömək 

etməyiniz üçün yallvarmağa gəldim. 

     -  Mən niyə sənin arzunu yerinə yetirməliyəm? – dedi qadın. 

     -  Çünki sən müdrik və güclüsən, səndən başqa heç kim mənə kömək edə bilməz. 

     -  Mən heç vaxt elə-belə kömək etmirəm, – Oz dedi; – Bax, deyirəm, əgər Qərbin 

Zalım Pərisini öldürsən, sənə elə kəskin beyin verəcəm ki, Oz ölkəsinin ən ağıllı sakini 

olacaqsan. 

     -  Axı Pərini öldürməyi Dorotiyə tapşırmısan, – Bədheybət etiraz etdi. 

     -  Hə, elədir. Mənimçün fərqi yoxdur, kim öldürür öldürsün. O sağ qalana qədər sənin 

arzunu yerinə yetirməyəcəm. İndi get və məni bir də narahat etmə. Gərək işlə sübut edəsən ki, 

beyinə layiqsən. 

     Bədheybət kədərli halda dostlarının yanına qayıtdı və Ozun söylədiklərini onlara 

danışdı. Ozun Baş deyil, Gözəl Qadın olduğunu eşidən Doroti çox təəccübləndi. 

     - Eynilə Dəmir Odunçu kimidir, ürək deyilən şey yoxdur bunda, – dedi Bədheybət.  

     Ertəsi gün Əsgər Dəmir Odunçunun yanına gəlib ona: 

     -  Oz səni çağırdı. Ardımca gəl, – dedi. 

     Dəmir Odunçu onu izləyərək Taxt Otağına yollandı. Bilmirdi ki, onun qarşısına kim 

çıxacaq – Baş, yoxsa Gözəl? Hər halda o, Gözəli görmək istəyirdi. “Baş danışsa da, ürəyi 

yoxdur, – Dəmir Odunçu fikirləşirdi, – ona görə mənə rəhm etməz. Gözəl isə mənə ürək verər, 

axı qadınlar xeyirxah olurlar”. 

     Dəmir Odunçu Taxt Otağına gələndə, nə danışan Başı gördü, nə də Gözəli. İndi Oz 

qəribə heyvan cildinə girmişdi. 

     Mərmər taxt fil boyda heyvanın ağırlığı altında az qalırdı ki, dağılsın. Heyvanın başı 

kərgədan başı idi, beş gözü, beş cüt nazik uzun ayaqları vardı. Bütün bədəni qalın tüklə 

örtülmüşdü. 

     Belə iyrənc canlını təsəvvür etmək çətindi. Yaxşı ki, Dəmir Odunçunun ürəyi yox idi, 

yoxsa dəhşətdən parça-parça olardı. Dəmirdən olduğuna görə, Odunçu qorxmadı, amma bir az 

məyus oldu. 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə