L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   15   16   17   18   19   20   21   22   23

etdiyini hiss edə bilirdi, Dorotiyə bu ürəyin ətdən və sümükdən olduğu vaxtlardakından daha 

həssas olduğunu söyləmişdi. Aslan dünyada heç kimdən qorxmadığını bildirmişdi və böyük bir 

insan ordusu ya da Kalidaslarla döyüşə hazır olduğunu söyləmişdi. Hamı sevinirdi, Dorotidən 

başqa. O, Kanzasa qayıtmaq istəyirdi, xala və dayısından ötrü elə darıxmışdı ki... 

     Dördüncü gün, nəhayət Oz onu çağıranda Doroti çox sevindi Taxt Otağına girəndə Oz 

gülümsər bir ifadəylə dedi: 

     - Otur, balacığaz, deyəsən səni buradan çıxarmanın yolunu tapmışam. 

     - Və Kanzasa qayıtmağımın da yolunu tapmısız? 

     - Bunu deyə bilmərəm, axı bilmirəm, Kanzas hardadır. Ancaq ilkin görəcəyimiz iş 

səhranı keçməkdir, ondan sonra evini tapmaq çətin olmayacaq. 

     - Səhranı necə keçməliyəm? – Doroti intizarla soruşdu. 

     - İndi sənə nə düşündüyümü söyləyəcəm, - dedi balaca adam; - yadındadırsa buraya 

bir hava şarında gəldiyimi sənə demişdim. Sənin evini də bura qasırğa atıb, buna görə də 

zənnimcə, buralardan ancaq hava yolu ilə qaçmaq olar. Mən qasırğa yarada bilmərəm, amma bu 

məsələ üzərində çox düşündüm, sanıram hava şarı düzəldə bilərəm. 

     - Necə? – Doroti soruşdu. 

     - Hava şarı yapışqanla yapışdırılmış ipək parçadan hazırlanır, içinə qaz doldurulur. 

Sarayımda ipək istədiyin qədər var, ona görə də şar düzəltmək çətin olmaz. Ancaq burada şarı 

havaya qaldırmaqdan ötrü qaz tapmaq çətindir, qaz olmasa şar havaya qalxmaz.  

     - Şar uşmayacaqsa, onun nə xeyri? 

     - Düzdür, - Oz razılaşdı. - Başqa üsul da var, şarı isti hava ilə doldurmaq olar.  İsti 

hava qaz qədər yararlı deyil, çünki isti hava soyusa, şar səhrada düşə bilər və biz məhv olarıq. 

     - Biz? – deyə Doroti qışqırdı, - siz mənimlə uçursuz?  

     - Əlbəttə, - Oz cavab verdi, - daha yalançı olmaq istəmirəm. Saraydan çıxsam, 

insanlar mənim sehirbaz olmadığımı başa düşərlər və onları aldatdığım üçün çox hirslənərlər. 

Buna görə də mən bütün günümü qapalı yaşayıram və artıq bu məni yaman yorub. Yaxşısı budur 

səninlə birlikdə Kanzasa gedim, yenə bir sirkdə işləməyə başlayım. 

     - Birlikdə uçmağı mən də istəyərəm, - Doroti sevindi. 

     - Minnətdaram, - Oz cavab verdi. – İndi mənə ipək parçanı tikməkdə kömək et ki hava 

şarımızı düzəldə bilək. 

     Doroti iynə-sap götürüb Ozun kəsdiyi ipək parçaları səliqəylə tikdi. Öncə açıq yaşıl, 

sonra tünd yaşıl, ən axırda zümrüd rəngli parçaları biri-birinə tikirdi, çünki Oz hava şarının 

yaşılın müxtəlif tonlarında olmasını istəyirdi. Üç gün-üç gecə onlar yaşıl ipək parçalarını tikib, 

işi tamamladılar, nəticədə iri bir torba alındı.  

     Oz  parçanın tərs üzünə yapışqan sürtüb hava keçirməz hala gətirəndən sonra hava 

şarının hazır olduğunu bildirdi.  

     - Ancaq içinə minə biləcəyimiz bir səbət də olmalıdır, - Oz dedi və yaşıl saqqallı 

əsgəri böyük bir zənbilin dalınca göndərdi. Oz zənbili iplərlə şarın altına bağladı. Hər şey hazır 

olanda, Oz Zümrüd Şəhərinin sakinlərinə elan etdi ki,  buludlarda yaşayan sehirbaz qardaşının 

yanına gedir.  Bu xəbər bir göz qırpımında bütün şəhərə yayıldı, camaat Ozun göyə uçmasını 

seyr etmək üçün meydana axışdı. 

     Sehirbazın əmriylə hava şarını sarayın qarşısındakı meydana gətirdilər. Dəmir Odunçu 

çoxlu odun yarıb nəhəng tonqal qaladı. İsti hava şarın düz içinə dolub şarı köpürdürdü. Artıq hər 

şey uçuşa hazırdı. 

     Oz zənbilə qalxıb toplaşanlara ucadan dedi: 

     - Mən qonaq gedirəm, indi sizin hökmdarınız Bədheybətdir, mənə itaət etdiyiniz kimi 

ona itaət edin, sözünə qulaq asın. 

     İsti hava soyuq havadan daha yüngül olduğu üçün şar yuxarı qalxırdı, bağlandığı qalın 

ipləri az qalırdı qoparsın. Oz qışqırdı: 

     - Tez ol, Doroti, min! Yoxsa şar uçur! 




     - Mən Totonu tapa bilmirəm! - Doroti fəryad etdi. O, balaca itsiz qayıtmaq istəmirdi. 

Toto pişiyin dalınca qaçıb gözdən itmişdi. Nəhayət, Doroti Totonu tapıb bağrına basdı və şara 

tərəf qaçdı.  

     Şara bir neçə addım qalmışdı. Oz əllərini irəli uzatdı ki, Dorotiyə kömək etsin, amma 

bu an iplərdən biri qırıldı və şar Dorotisiz yuxarı qalxmağa başladı. 

     - Dayanın! Mən də uçmaq istəyirəm! – Doroti var gücüylə qışqırdı. 

     - Mümkün deyil! – Oz da qışqıraraq cavab verdi. – Əlvida, Doroti! Hamıya əlvida! 

     Sakinlər də: “Əlvida, Oz!” qışqırdılar, bütün gözlər sehirbazın içində durduğu və 

getdikcə yuxarı qalxan səbətə dikilmişdi. 

     Daha heç kim bir də Böyük Sehirbaz Ozu görmədi, yəqin o, Omahaya sağ-salamat 

çata bilmişdi. Zümrüd Şəhərinin sakinləri müdrik hökmdarlarını sevgiylə xatırlayır və deyirdilər: 

     - Oz  həmişə dostumuz olub, bizimçün gözəl Zümrüd Şəhərini tikib, çıxıb gedəndə  öz 

əvəzinə Ağıllı Bədheybəti hökmdar təyin edib. 

     Uzun müddət Qeyri-adi Sehirbazın arxasınca göz yaşı axıtdılar. 

 

18. Cənuba səyahət 

 

     Doroti bütün ümidlərinin puç olduğunu anlayıb hönkürdü. Artıq Kanzasa qayıda 



bilməyəcəkdi. Amma sonra qız oturub fikirləşdi və hava şarıyla təhlükəli səyahətə uçmadığına 

sevindi. Lakin hər halda, dostlar Ozu itirdiklərinə görə çox kədərlənirdilər.  

     Dəmir Odunçu Dorotiyə dedi: 

     - Mənə belə gözəl ürək vermiş adama qarşı laqeyd olsam, nankor olaram. Ürəyimdən 

ağlamaq keçir, ancaq ağlasam pas tutacağımdan qorxuram. Sən mənim göz yaşlarımı silərsən? 

     - Məmmuniyyətlə, - Doroti dedi və bir dəsmal gətirdi. 

     Dəmir Odunçu bir neçə dəqiqə hönkür-hönkür ağladı və qız onun göz yaşlarını 

dəsmalla quruladı. Doyunca ağlayandan sonra Dəmir Odunçu qıza təşəkkür edib gümüş 

yağqabıdakı yağla hər tərəfini yağladı.  

     İndi Zümrüd Şəhərinin hökmdarı Bədheybət idi, sehirbaz olmasa da insanlar onunla 

fəxr edirdilər. Çünki, - deyirdilər, - dünyada samanla doldurulmuş bir adam tərəfindən idarə 

edilən başqa bir şəhər yoxdur. Və sakinlər tamamilə haqlıydı. 

     Hava şarının Ozla birlikdə uçub getməsindən sonrakı gün dostlar Taxt Otağına 

toplaşıb nə edəcəklərini götür-qoy etməyə başladılar. Bədheybət mərmər taxtda əyləşmişdi, o 

biriləri isə sayğılı bir şəkildə onun yaxınlığında dayanmışdılar. 

     - Deyə bilmərik ki, bəxtimiz gətirməyib, - şəhərin yeni sahibi dedi, - saray və Zümrüd 

Şəhəri bizimdir, nə istəsək, edə bilərik. Bir müddət əvvəl tarladakı çubuqda qalıb qarğaları 

qovduğumu xatırlayıram, indisə gözəl şəhəri idarə edirəm. Taleyimdən çox razıyam 

     - Mən də, - Dəmir Odunçu dedi. – yeni ürəyimdən çox razıyam; və gerçəkdən də 

istədiyim təkcə bu idi.  

     - Mənə gəlincə, yer üzündəki bütün heyvanlar qədər, bəlkə də daha cəsarətli 

olduğumu bildiyimə görə çox xoşbəxtəm, - Aslan təvazökarlıqla söylədi.  

     - Doroti də Zümrüd Şəhərində yaşamaq istəsəydi, hamımız  birlikdə xoşbəxt ola 

bilərdik, - Bədheybət dedi. 

     - Ancaq mən burda yaşamaq istəmirəm, - deyə bağırdı Doroti. Kanzasa gedib Em xala 

və Henri dayı ilə yaşamaq istəyirəm. 

     - Yaxşı, elə isə biz neyləyək? – Dəmir Odunçu fikrə getdi. 

     Bədheybət də fikir içində idi. O elə dərin fikrə getmişdi ki, başındakı iynələr və çivlər 

kənara çıxmağa başladı. Axırda dilləndi: 

     - Nəyə görə Uçan Meymunları çağırıb sənin səhranı keçmənə yardım etmələrini 

istəmirik? 

     - Bu heç mənim ağlıma gəlməmişdi! – Doroti sevincək qışqırdı. – Bu saat gedib Qızıl 

Papağı gətirim. 



Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə