L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   15   16   17   18   19   20   21   22   23

     - Deyəsən, ağaclar bizə müharibə elan edir, - Aslan başa düşdü, – istəyirlər ki, geri 

çəkilək. 

     - Deyəsən mən baltamı işə salmalı olacam, - Dəmir  Odunçu baltasını çiyninə atıb 

Bədheybəti kənara fırladan ağaca yaxınlaşdı. Budaqlardan biri Odunçuya tərəf uzananda, Dəmir 

Odunçu bir zərbəylə budağı dibindən qopartdı. Birdən ağacın bütün budaqları ağrıdan titrəməyə 

başlasalar da Odunçunun meşəyə girməsinə mane ola bilmədilər. 

     - Ardımca! – Odunçu qışqırdı, - Tez olun!  

     Yolçular Odunçunun dalınca qaçdılar. Təkçə Totonu kiçik bir budaq tutub 

zingildəyənə qədər silkələdi. Odunçu Totonu budaqlardan xilas etdi. 

     Meşədəki digər ağaclar özlərini yaxşı aparırdılar, heç kimə mane olmurdular. Dostlar 

başa düşdülər ki, ancaq meşənin kənarındakı ağaclar polis vəzifəsi daşıyaraq yad adamları içəri 

buraxmır. 

     Dostlar meşənin sərhəddinə qədər ağacların arasından asanlıqla keçdilər, gəlib çox 

hündür bir divara dirəndilər. Divar ağ çinidən tikilmiş olduğunu gördükləri zaman lap çaşıb 

qaldılar. Böşqab dibi kimi hamar olan bu divarlar çox yüksək idi. 

     - İndi nə edək? – Doroti soruşdu. 

     - Nərdivan düzəltmək lazımdır, - Dəmir Odunçu cavab verdi. – Biz divarı aşmalıyıq. 

 

20. Çini ölkədə 

 

     Dəmir Odunçu meşədən tapdığı odunlardan bir nərdivan düzəldənə qədər Doroti 



uzanıb yatdı, çünki uzun yol gəldiklərinə görə çox yorulmuşdu. Aslan və Toto da qızın yanında 

yerlərini rahatladılar. 

     Dəmir Odunçunun işinə baxan Bədheybət fikirli halda dedi: 

     - Bu divarın nə üçün burada olduğunu və hansı maddədən düzəldiyini başa düşə 

bilmirəm. 

     - Divar haqqında əndişəyə qapılıb beynini yorma, - dedi Dəmir Odunçu; - indi 

nərdivan hazır olar, üstünə dırmaşıb divarın arxasında nələrin olduğunu görəcəyik. 

     Nərdivan tezliklə hazır oldu. Bir az kələ-kötür görünməsinə baxmayaraq, Dəmir 

Odunçu işlərinə yarayacağından əmindi. Bədheybət Dorotini, Aslanı və Totonu oyandırıb 

nərdivanın hazır olduğunu söylədi. Bədheybət nərdivanla qalxmağa başladı, ancaq yaman 

yöndəmsiz idi, Doroti onun dalınca qalxaraq, yıxılmasın deyə onu tutmalı oldu. Bədheybət 

divarın o biri tərəfini görə biləndə sevincək qışqırdı: 

     - Ay aman! 

     - Çıx görüm, - arxadan səsləndi Doroti. 

     Bədheybət divarın üstünə çıxıb oturduğu zaman Doroti divarın o biri tərəfini gördü və 

eynilə Bədheybət kimi o da qışqırdı: 

     - Ay aman! 

     Sonra Toto divarın başına qalxıb hürməyə başladı, Doroti ona acıqlandı ki, səs 

salmasın. 

     Sonra Aslan dırmaşdı nərdivana, ən axırda Dəmir Odunçu qalxdı; hər ikisi yuxarıya 

çatan kimi: 

     - Ay aman! -  deyə qışqırdılar. 

     Hamı divarın üstündə əyləşmişdi, ətrafdakı qəribə mənzərəyə baxırdılar. Qarşıda 

nəhəng boşqaba oxşayan ağ yastı düzənlik vardı, ətrafa səpələnmiş əlvan rənglərlə boyanmış çini 

evlər görünürdü. Evlər balaca idi, Dorotinin qurşağına qədər. Evlərin yanında çini anbarlar

ətrafda çini hasarlar vardı. Çini çəmənlikdə çini qoyunlar, inəklər otlayırdı. Atlar, toyuqlar, 

donuzlar da çinidən idi. 

     Bu qəribə ölkənin ən əcayib canlıları isə adamlardı. Dostlar maraqla zəngin geyimli 

şahzadələrə, zolaqlı şalvar geymiş çobanlara baxırdılar. Zolaqlar  çəhrayı, sarı, mavi rəngdəydi. 

Orda atlas geyimli, ləl-cəvahiratla bəzənmiş qızıl taclı krallar, qırmızıyanaq şişpapaqlı təlxəklər 




vardı. Ən qəribəsi buydu ki adamlar da, onların geyimləri də çinidəndi və çini ölkənin camaatı 

əsil çırtdanlardı, onların ən uzun boylusu Dorotinin dizindən idi. 

     Əvvəlcə heç kim yolçulara fikir vermirdi. Təkcə yekəbaş bənövşəyi çinidən 

düzəldilmiş bir it divara yaxınlaşıb nazik səslə hürdü, sonra qaçıb uzaqlaşdı. 

     - Divardan necə düşək? - Doroti soruşdu. 

     Dəmir Odunçunun düzəltdiyi nərdivan o qədər ağır idi ki, onu qaldırmaq mümkün 

deyildi. Bədheybət yerə atıldı, dostları da əzilməsinlər deyə onun üstünə tullandılar. Əlbəttə, 

dostları çalışırdı ki, Bədheybətin başına yıxılmasınlar, axı onun başı iynə-sancaqla dolu idi. 

Hamı tullanandan sonra Bədheybətin yastılanmış bədənini yerdən qaldırdılar və yastıq kimi 

çırpıb əvvəlki görkəmə saldılar. 

     - Bu sirli ölkədən keçməliyik, - Doroti dedi, - gəlin, Cənuba doğru yolumuzu 

dəyişməyək. 

     Yolçular çini insanların yaşadığı torpaqlardan keçərək yollarına davam etdilər və ilk 

qarşılarına çıxan çini bir inəyi sağan çini sütçü qız oldu. Yolçular inəyə yaxınlaşanda, inək təpik 

atdı, vedrəni aşırtdı, çinidən olan sağıcı qız çini torpağa düşüb cingildədi.  

     Doroti inəyin ayağının sındığını, vedrənin parça-parça olduğunu və zavallı sağıcı qızın 

sol dirsəyinin çatladığını görüb heyrətə gəldi. 

     - Bir gör neylədiz! – deyə sağıcı qız hirslə qışqırdı; - İnəyimin ayağı qırılıb, gərək onu 

təmirçiyə aparım yapışdırsınlar. Niyə burda gəzib inəyimi qorxutdunuz? 

     - Bağışlayın, - Doroti peşmanlıqla dedi,  - xahiş edirəm, hirslənməyin. 

     Ancaq gözəl sağıcı qız elə hirslənmişdi, cavab da vermədi. O, axsayan inəyini apardı, 

gedəndə də elə hey dönüb məzəmmətlə bu ziyankar dostlara baxır, çatlamış qolunu böyrünə 

sıxırdı. 

     Bu hadisə Dorotini çox məyus etmişdi. Yuxa ürəkli Dəmir Odunçunun da kefi 

pozulmuşdu: 

     - Gərək burada çox diqqətli olaq, yoxsa bu kiçik gözəl insanları elə qırıb tökərik, heç 

yapışdırmaq da olmaz. 

     Bir qədər sonra dostlar bəzənmiş bir şahzadə gördülər. Şahzadə təəccüb içində donub 

qalmışdı, sonra qaçıb xilas olmaq istədi. Doroti onun dalınca qaçdı, çini şahzadə var gücüylə 

qışqırdı: 

     - Məni tutma! Məni tutma! 

     Şahzadə elə qorxmuşdu ki, Doroti dayanıb ondan soruşdu: 

     - Niyə? 

     Şahzadə bir az da qaçıb dayandı və nəfəsini dərdi: 

     - Çünki qaçanda yıxılıb qırıla bilərəm. 

     - Sizi təmir etmək olmaz? 

     - Ah, olar; amma bilirsiniz təmirdən sonra belə gözəl olmayacam, - şahzadə başa saldı. 

     - Doğru deyirsiz, - Doroti onunla razılaşdı. 

     - Baxın, mister Coker gəlir, o bizim təlxəklərdən biridir, - şahzadə dedi. – O, baş-ayaq 

dayanmağı elə sevir ki... Dəfələrlə yıxılıb qırılıb, indi bədəni, yəqin, bir-birinə yapışdırılmış min 

parçadan ibarətdir. Onu yaraşıqlı adlandırmaq olmaz, indi özünüz görərsiz. 

     Həqiqətən, balaca şən təlxək dostlara  yaxınlaşırdı. Onun əynində qırmızı-sarı-yaşıl 

geyim vardı, bütün bədəni çat-çat idi. Demək, təlxəyi dəfələrlə təmir edib yapışdırmışdılar. 

     Təlxək ovurdlarını şişirtdi, əllərini cibinə soxub başını yelləyərək dəcəl səslə qışqırdı: 

-

 

Mənim gözəl xanımım 



Nədən sənin gözlərin 

Bu zavallı Cokerin 

Üst-başına zillənib 

Çox əsəbi durmusuz 

Elə bil mil udmusuz! 

     - Səsini kəs! – Şahzadə acıqlandı. - Görmürsən bunlar yad adamlardır, onlara hörmətlə 

yanaş. 



Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə