L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   15   16   17   18   19   20   21   22   23

     Həqiqətən, indi səs taxtın altından gəlirdi. Dostlar taxta yaxınlaşıb, sıraya düzüldülər. 

Doroti başladı: 

     - Biz gəlmişik ki, vədlərinizi yadınıza salaq. 

     - Hansı vədlərimi? 

     - Söz vermişdiniz ki, əgər Qərbin Zalım Pərisini yox etsəm, məni Kanzasa 

göndərəcəksiz. 

     - Mənə də beyin söz vermişdiz, - Bədheybət dedi. 

     - Mənə ürək verəcəkdiz, - Dəmir Odunçu əlavə etdi. 

     - Mənə isə cəsarət, - Qorxaq Aslan dedi. 

     - Deyirsiz, Qərbin Zalım Pərisi ölüb? – Oz soruşdu, Dorotiyə elə gəldi ki, sehirbazın 

səsi titrədi. 

     - Bəli, - Doroti dedi. – Mən onun üstünə su tökdüm, Pəri əridi. 

     - Əcəb işdir! - Səs təəccübləndi, - yaxşı, sabah gəlin, mən fikirləşməliyəm. 

     Dəmir Odunçu hirslə etiraz etdi: 

     - Fikirləşməyə sizin kifayət qədər vaxtınız olub! 

     - Daha gözləmirik, - Bədheybət mızıldadı. 

     - Vədə əməl etmək lazımdır! – Doroti qışqırdı. 

     Aslan qərara gəldi ki, sehirbazı qorxutsun, o elə dəhşətli nərə çəkdi ki, əks-səda 

divarları titrətdi. Toto qorxudan tullanıb küncdəki pərdəyə ilişdi, pərdə şaqqıltı ilə yerə düşdü. 

Burda dostları yeni sürpriz gözləyirdi. Pərdənin arxasında balaca, yaşlı kişi vardı, onun üzü 

qırışmış, saçı tökülmüşdü. Dəmir Odunçu baltasını qaldırıb adamın yanına qaçdı: 

     - Sən kimsən? 

     - Mən böyük əzazil sehirbaz Ozam, - adam titrək səslə dedi. – Məni vurmayın, nə 

istəsəniz, edərəm! 

     Dostlar təəccüb içində bir-birinə baxdı. 

     - Mən elə bilirdim ki, Oz - danışan başdlr, -  Doroti dedi. 

     - Mən elə bilirdim ki, o, Gözəldir, - Bədheybət təəssüflə bildirdi. 

     - Mən elə bilirdim o, qorxunc Heyvandır, - Odunçu deyindi. 

     - Mən elə bilirdim ki, o, Yanar Kürədir! – Aslan bağırdı. 

     - Səhv edirsiz,-  adam dedi, - mən sizi aldatmışam. 

     - Aldatmısan? Deməli, sən müdrik sehirbaz deyilsən? – Doroti soruşdu. 

     - Bir az sakit danış, yoxsa eşidərlər, məhv olaram. Mən özümü böyük müdrik 

sehirbaza oxşadırdım. 

     - Əslində belə deyil? 

     - Belə deyil. Mən adi insanam. 

     - Siz adi insan deyilsiz, qeyri-adi yalançısız, - Bədheybət incik halda dedi. 

     - Doğrudur, - adam cavab verdi və əllərini bir-birinə sürtdü, sanki eşitdiklərindən 

razıydı. – Mən qeyri-adi yalançıyam. 

     - Bu dəhşətdir! Demək, mənim heç vaxt ürəyim olmayacaq? - Dəmir Odunçu dedi. 

     - Mən də mərd olmayacam? – Aslan soruşdu. 

     - Mən də beyinsiz qalacam, - Bədheybət ağlayaraq əlavə etdi. 

     - Əziz dostlar, - Oz dedi, - xahiş edirəm, bu xırda şeylər haqqında düşünməyin. 

Yaxşısı budur, məni fikirləşin: əgər həqiqəti desəniz, mənim aqibətim necə olar? 

     - Yəni heç kim bilmir ki, siz yalançısız? - Doroti soruşdu.  

     - Yox, sizdən başqa heç kim bilmir. Mən  o qədər aldatmışam ki, elə bilirdim daha heç 

kim məni ifşa etməz, əbəs yerə sizi qəbul etdim. Mən heç vaxt rəiyyətimi bura qoymuram, onlar 

elə bilir ki, məndən əzazili, dəhşətlisi yoxdur. 

     - Başa düşmürəm, - Doroti soruşdu, - Bəs Danışan Başa necə çevrilmişdiz? 

     - Bu mənim hiylələrimdən biridir. Gəlin dalımca. 

     Oz balaca qapıdan keçdi, dostlar da onun ardınca. Oz küncdə qoyulmuş böyük başı 

göstərdi. Baş qalın kağızdan düzəldilmişdi, sifəti boyalarla rənglənmişdi. 



     - Mən başı iplə yuxarıdan asıram, özüm pərdə arxasında gizlənib, ipləri dartıram ki, 

gözlər hərəkət etsin, ağız açılıb-yumulsun. 

     - Bəs səs? 

     - Əh, mən vantriloqam, - dedi balaca adam, səsimi istədiyim yerdən gəlirmiş kimi 

çıxarda bilərəm; buna görə də sən səsin başdan gəldiyini sandın. Mən sizi aldatmaq üçün başqa 

əşyalardan da istifadə etmişəm, - Oz Bədheybətə Gözəlin maskasını, Dəmir Odunçuya isə 

Heyvanın dərisini göstərdi. Yanar Kürəni də sehirbaz tavandan asmışdı. Kürə yağ hopdurulmuş 

pambıqdan hazırlanmışdı, buna görə parlaq alovla yanırdı. 

     - Belə yalançı olduğunuza görə gərək utanasız, - Bədheybət sərt şəkildə dedi. 

     - Mən utanıram, əlbəttə çox utanıram, amma başqa çarəm yoxdu. Gəlin, bu kürsülərdə 

əyləşin, öz əhvalatımı sizə danışım. 

     Hamı əyləşdi, yalançı sehirbaz sözə başladı: 

     - Mən Omahada doğulmuşam... 

     - Omaha Kanzasın yanındadır ki! – Doroti qışqırdı. 

     - Doğrudur, amma burdan uzaqdadır, - Oz cavab verdi və kədər içində sözünə davam 

etdi. – Mənim bir müəllimim vardı, o mənə qarnımdan səs çıxararaq danışmağı öyrətmişdi, mən 

hər quşun, heyvanın səsini çıxara bilirəm. – Oz elə ustalıqla miyoldadı ki, Toto qulaqlarını 

şəkləyib, pişiyi pusmağa hazırlaşdı. Oz davam etdi: -  Bir azdan bu işdən bezdim, sirkdə işlədim, 

havada uçmağa başladım. 

     - Bunu necə edirdiz? – Doroti soruşdu. 

     - Mən hava şarında uçurdum, camaatın diqqətini cəlb edirdim ki, sirk tamaşalarına 

bilet alsınlar.  Bir dəfə havada uçanda, iplər qırıldı, şar lap buludlara qalxdı, güclü hava axını şarı 

çox-çox uzaqlara apardı. Gecə-gündüz uçdum, nəhayət,  gördüm ki, şar gözəl bir ölkəyə gəlib 

çatıb. Şar yavaş-yavaş endi. Ölkədə yaşayanlar fikirləşdilər ki, əgər mən göydən enmişəmsə, 

deməli,  böyük sehirbazam. Onlar məndən qorxurdular, mənə itaət edirdilər, mən də həqiqəti 

açıb demirdim. 

    Əmr etdim ki, gözəl bir şəhər tiksinlər. Hamı həvəslə işə başladı. Ölkə gözəl və yaşıl 

olduğuna görə şəhərə Zümrüd adını verdim və məcbur etdim ki, bütün sakinlər yaşıl eynək 

taxsınlar ki, hər şeyi yaşıl rəngdə görsünlər. 

     - Məgər burda hər şey yaşıl deyil? – Doroti təəccübləndi. 

     - Xeyr, burda hər şey adi şəhərlərdə olduğu kimidir. Mən bura gələndə, gənc idim, 

indisə tamam qocalmışam. Sakinlər eynəkləri elə uzun müddət taxırlar ki, elə bilirlər, doğrüdan 

da şəhər zümrüddəndir. Amma deyim ki, şəhərimiz həqiqətən çox gözəldir, burda ləl-cəvahirat 

kifayət qədərdir. Mən rəiyyətimlə həmişə yaxşı davranmışam, onlar məni sevirlər, amma saray 

tilikəndən sonra mən heç kimi qəbul etmirəm. 

     Mən həmişə əsil  Sehirbaz Pərilərdən qorxmuşam, çünki onlar məndən fərqli olaraq, 

ovsun edə bilirdilər. Cəmi dörd Pəri vardı, onların hərəsi bir tərəfdə yaşayırdı – Şimalda, 

Cənubda, Qərbdə və Şərqdə.  Xeyirxah Pərilər Cənub və Şimalda məskən salmışdılar, zalım və 

xain Pərilər isə Qərbdə və Şərqdə yaşayırdılar.  Zalım Pərilər elə bilirdilər ki, mən çox 

güclüyəm, əgər onlar həqiqəti bilsəydilər, məni çoxdan öldürərdilər. Uzun illər mən qorxu içində 

yaşadım, ona görə Şərqin Zalım Pərisini Dorotinin evi öldürəndə, çox sevindim.  Doroti mənim 

sarayıma gələndə, mən ona çoxlu vədlər verdim ki, o, Qərbin Zalım Pərisini də öldürsün. İndi 

xəcalət çəkərək deyirəm ki,  vədlərimin bircəciyini də yerinə yetirə bilməyəcəm. 

     - Məncə, siz çox pis adamsız, - Doroti məyus halda dedi. 

     - Xeyir, əzizim, mən yaxşı adamam, amma pis sehirbazam.  

     - Deməli, mənə beyin verməyəcəksiz? – Bədheybət  soruşdu. 

     - Beyni neynirsən?  Sən hər gün nəsə təzə bir şey öyrənirsən. Körpənin də beyni olur, 

məgər o, ağıllıdır?  Əsas məsələ - həyat təcrübəsidir, əsil müdrikliyi o verir, nə qəqər yaşasaq, bir 

o qədər ağıllı oluruq.  

     - Yəqin, bu belədir, - Bədheybət ah çəkdi, - lakin beyin tapmasam, bədbəxt olaram. 

     Yalançı sehirbaz diqqətlə ona baxdı. 



Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə