L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

     - Hello! - əsil Kanzaslı amerikan kimi Dəmir Odunçu sakitcə cavab verdi. 

     - Ziz-zi, zuz-zi, zak! – Qız iki ayağı üstündə dayandı.  

     O an səs-küy, qəhqəhə səsləri eşidildi, nəhəng meymun sürüsü yolçulara yaxınlaşdı. 

Meymunların Başçısı Dorotiyə təzim edib soruşdu: 

     - Əmriniz nədir?  

     - Biz Zümrüd Şəhərinə getmək istəyirik, amma yolu azmışıq, - Doroti cavab verdi.  

     - Sizi daşıyacağıq, - dedi və iki meymun o saat Dototinin qollarından tutub onu göyə 

qaldırdılar. Başqa meymunlar Bədheybəti, Dəmir Odunçunu və Aslanı yerdən qaldırdı, Totonu 

isə balaca bir meymun aparırdı, it meymunu dişləmək istəsə də meymun ona fikir vermirdi.  

     Dəmir Odunçu və Bədheybət əvvəlcə çox qorxdular, axı neçə gün əvvəl həmin bu 

Meymunlar onları məhv etmişdi. Ancaq bu dəfə meymunların onlara pislik etməyəcəyini başa 

düşüb aşağıdakı bağçaları və ormanları seyr edib uçuşun ləzzətini çıxarmağa başladılar. 

     Dorotini qolları üstündə əyləşdirib rahatca aparan iki ən böyük meymundan biri 

onların başçısıydı. Dorotini çarpaz qolları üstə oturtmuşdular və qıza bir zərər gəlməməsinə çox 

diqqət edirdilər. Doroti: 

     - Niyə siz Qızıl Papağın sahibinə tabe olursuz? – deyə soruşdu meymunlardan. 

     - Bu uzun əhvalatdır, - Meymunların Başçısı cavab verdi, - ancaq yolumuz da uzun 

olduğuna görə istəsən sənə danışaram. 

     - Çox sevinərəm, - deyə cavab verdi qızcığaz. 

     - Nə vaxtsa, biz azad bir xalq idik. Meşədə yaşayırdıq, ağaclarda atılıb-düşürdük, 

meyvələrdən, qozlardan yeyirdik, heç kimə də tabe olmurduq. Bəlkə biz çox dəcəllik edirdik... 

Meymunlar qanadı olmayan heyvanların quyruğundan dartır, quşları qovur, insanlara qoz atırdı. 

Biz şən və qayğısız yaşayırdıq. Bu lap qədimlərdə olub, o zaman sehirbaz Oz hələ göy üzündən 

yerə enməmişdi, hələ ölkənin hökmdarı deyildi.  

      O zaman uzaq şimalda gözəl bir şahzadə qız yaşayırmış, bu şahzadə güclü sehirbaz 

imiş. Şahzadə öz sehrindən insanların yaxşılıqları üçün istifadə edirmiş və yaxşı olan heç bir 

kimsəyə pislik etməzmiş. Yaqutdan tikilmiş möhtəşəm bir sarayda yaşayan bu şahzadənin adı 

Gayelette idi. Onu hamı sevirdi, ancaq onun ətrafındakı oğlanlar onun qədər gözəl və ağıllı bir 

qızın sevməyəcəyi qədər axmaq və çirkin idilər. Bir dəfə Gayelette gözəl, güclü və ağıllı bir 

gənclə tanış olur, qərara alır ki, oğlan bir az böyüyəndən sonra onunla evlənsin. Gayelette oğlanı 

sarayına aparıb oğlanı daha gözəl, daha güclü və ağıllı etməkdən ötrü bütün sehrini ona sərf 

etməyə başlayır. Oğlanın adı Quelala idi, o, ölkənin ən yaraşıqlı, ağıllı kişisinə çevrilmişdi, o 

qədər yaraşıqlıydı ki Gayelette onunla evlənməkdən ötrü tələsməyə başlamışdı.  

     O zamanlar Gayelettenin sarayının yanındakı meşədə yaşayan babam Uçan 

Meymunların şahı idi. Özü də, babam yaman zarafatcıl idi. Bir dəfə, toydan bir gün qabaq babam 

öz rəiyyətləri ilə çayboyu uçanda Quelalanın gəzintiyə çıxdığını görüb. Quelelanın əynində 

çəhrayı ipək və bənövşəyi məxmərdən geyim varmış. Babam onunla zarafat etmək istəyib. 

Babamın əmriylə Meymunlar Quelalanı tutub havaya qaldıraraq çaya atıblar. 

     - Üz görək, necə üzürsən, - babam Quelelaya deyib, - hələ paltarlarını su nə hala 

salmış bir baxaq. 

     Quelala ağıllı və taleyin ondan üz döndərmədiyi bir insan idi. Suyun səthinə çıxanda 

güldü və sahilə üzdü. Ancaq ona tərəf qaçan Gayelette ipək və məxmər paltarının xarab 

olduğunu gördü.  

Şahzadə çox hirslənmişdi və bunu kimin etdiyini təbii ki bilirdi. Sevgilisini çaya atdığına 

görə babama hirsləndi, əmr etdi ki, bütün Uçan Meymunlar saraya gəlsinlər. Əvvəlcə Gayelette 

meymunların qanadlarını bağlayıb suya atmaq istədi, babam şahzadəni rəhmə gətirməkdən ötrü 

yalvarmağa başladı, axı meymunlar suda boğulardı. Quelela da onlar haqqında xoş sözlər 

söylədi, meymunları cəzalandırmamasını xahiş etdi. Belə olduğunda Gayelette şərt kəsdi: Uçan 

Meymunlar Qızıl Papaq sahibinin üç əmrini yerinə yetirəcəkdilər. Qızıl Papağı Gayelette toy 

hədiyyəsi olaraq sevgilisi Quelalaya bağışladı, Papaq çox qiymətli idi. Babam o dəqiqə razılaşdı. 

O vaxtdan biz Qızıl Papaq sahibinin əmrlərini yerinə yetiririk.  

     - Bəs sonra nə oldu? – Doroti soruşdu. 




     - Əvvəlcə Papaq Quelalada idi, o bizə əmr etdi ki, meşəyə gedək və birdə sarayda 

görünməyək. Sonra Qərbin Zalım Pərisi Papağı ələ keçirtdi, məcbur etdi ki, biz Gözvuranları 

Pərinin qulu edək, sehirbaz Ozun ordusunu qovaq. İndi sən bizim sahibəmizsən, biz üç əmrini 

yerinə yetirməliyik. 

     Doroti aşağı baxanda gördü ki, Zümrüd Şəhərinin divarları parlayır. Qız sevinirdi ki, 

şəhərə belə tez çatıb. Uçmaq rahat olsa da, Doroti çoxdan yerə enmək istəyirdi. Uçan Meymunlar 

şəhər qapılarının yanında yerə endi. Meymunların başçısı Dorotiyə təzim etdi və Meymunlar 

uçub getdi. 

     - Yaxşı uçduq, - Doroti dedi. 

     - Hə, elə tez gəlib çatdıq ki, həm də başımız dərddən qurtuldu – Aslan təsdiqlədi. – O 

sehirli papağı da özünlə götürdüyünə görə bəxtimiz gətirib. 

 

15. Qorxunc Ozun iç üzü açıldı. 

 

     Dörd yolçu şəhər qapılarına yaxınlaşıb zınqırovu çaldılar. Bir neçə dəfə zəng çalandan 



sonra qapı açıldı və yolçular əvvəlki Keşikçini gördülər. 

     - Necə? Qayıtmısız? – O, təəccüblə soruşdu. 

     - Məgər bizi görmürsüz? – Bədheybət dedi. 

     - Bəs siz Qərbin Zalım Pərisinin yanına getmədiz? 

     - Orda olmuşuq, - Bədheybət cavab verdi. 

     - Pəri sizi sağ qaytarıb? 

     - Onun izi də qalmayıb, çünki əriyib, - Bədheybət dedi. 

     - Nə yaxşı... Onu kim əritdi? 

     - Onu Doroti əritdi! – Aslan qürurla dedi. 

     - Çox əla! – Keşikçi Dorotiyə təzim etdi. 

     Sonra daha öncə etdiyi kimi, onları kiçik otağına gətirib böyük qutudakı gözlükləri 

onlara verdi. Bundan sonra qapıdan keçib Zümrüd Şəhərinə girəndə Qapı Keşikçisindən Qərbin 

Zalım Pərisini əritdiklərini eşidən camaat onları Ozun sarayına qədər ötürdülər.  

     Yaşıl Saqqallı Əsgər də əvvəlki yerində idi, o, dostları saraya buraxdı, Yaşıl Xidmətçi 

hər kəsi öz otağına apardı ki, Ozun qəbuluna qədər istirahət etsin. 

     Əsgər sehirbaz Oza Doroti və dostlarının qayıtmış olduqları xəbərini çatdırdı, onların 

Qərbin Zalım Pərisini öldürdüklərini söylədi. Ozdan bir səs çıxmadı. Hamı elə bilirdi ki, Oz  

səyyahları qəbul edəcək, amma belə olmadı. Oz susurdu. Ertəsi gün də Oz susdu. Bir neçə gün 

keçdi, amma Oz səyyahlarla maraqlanmadı. Dostlar çox hirsləndilər, axı təhlükələrə 

baxmayaraq, Ozun bütün əmrləri yerinə yetirilmişdi, indi o öz vədlərinə əməl etməliydi. 

     Bədheybət dözmədi, Yaşıl Xidmətçiyə dedi ki, əgər Oz bizi bu dəqiqə qəbul etməsə, 

Uçan Meymunları köməyə çağıracaq. Böyük müdrik Oz bunu eşidəndə, yəqin çox qorxdu, çünki 

xəbər göndərdi ki, sabah qəbul zalında saat ona dörd dəqiqə işləmiş dostları qəbul edəcək. Oz 

Gözvuranlar ölkəsində Uçan Meymunlarla bir dəfə rastlaşmışdı, daha onlarla üzbəüz gəlmək 

istəmirdi. 

     Dörd dost yuxusuz gecə keçirtdi, hər kəs intizarla fikirləşirdi ki, Oz onların arzusunu 

yerinə yetirəcək, ya yox. Doroti bir qədər mürgülədi və yuxuda Kanzası gördü. 

     Səhər düz saat doqquzda Yaşıl Saqqallı Əsgər  dostları qəbul otağına apardı. Ona dörd 

dəqiqə işləyirdi, hər kəs elə bilirdi ki, Ozu əvvəlki qiyafədə görəcək, lakin zalda heç kim yox idi. 

Dostlar bir-birinə qısılaraq, qapının yanında dayanmışdılar. Otaqdakı vahiməli səssizlik dostların 

canına üşütmə salmışdı. 

     Birdən hardansa günbəzin altından bir səs eşidildi: 

     - Mən böyük əzazil Ozam. Niyə gəlmisiz? 

     Dostlar hər tərəfə baxdılar, heç kimi görmədilər. Doroti soruşdu: 

     - Siz hardasız? 

     - Hər yerdə. – Səs cavab verdi. – Adi adamlar məni görmür. Mən taxtımda 

oturmuşam, sizinlə danışmağa hazıram. 



Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə