L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

     -  Mən böyük və qorxunc Ozam! – Heyvan nərildədi; – Kimsən və məndən nə 

istəyirsən? 

     -  Mən Dəmir Odunçuyam. Ürəyim olmadığına görə sevə bilmirəm. Xahiş edirəm, 

mənə ürək ver, mən də insanlar kimi olum. 

     -  Niyə sənin xahişinə əməl etməliyəm? – deyə soruşdu heyvan. 

     -  Çünki bunu istəyirəm və səndən başqa heç kim mənə kömək edə biməz, – deyə 

cavab verdi Dəmir Odunçu. 

     Bunu eşidən Oz yavaşca mırıldadı və boğuq bir səslə belə dedi: 

     -  Madəm ürək istəyirsən, onu qazanmalısan. 

     -  Necə? – soruşdu Dəmir Odunçu. 

     -  Dorotiyə kömək et Qərbin Zalım Pərisini öldürsün, – cavab bu oldu; –  Pəri öləndən 

sonra yanıma gələrsən, sənə Oz ölkəsinin ən böyük,  sevgiylə dolu ürəyini verəcəm. 

     Dəmir Odunçu suyu süzülə-süzülə qayıtdı, başına gələnlər, gördüyü qorxunc heyvan 

haqqında dostlarına danışdı. Hamı Ozun nə qədər əcayib cildlərə girdiyinə mat qalmışdı. Qorxaq 

Aslan dedi: 

     -  Sabah Oz vəhşi heyvan qismində görünsə, elə nərə çəkərəm ki, qorxusundan nə 

istəsəm yerinə yetirər. Əgər Gözəl olsa, özümü elə göstərərəm ki, guya üstünə tullanmaq 

istəyirəm, o zaman arzumu yerinə yetirər. Yox, əgər Danışan Baş olsa, daha yaxşı. Başı top kimi 

o qədər oynadaram ki, axırda hər birimizin arzusunu yerinə yetirmək zorunda qalar. Buna görə 

də, kefinizi pozmayın, dostlar, hər şey yaxşı olacaq. 

     Ertəsi gün yaşıl əsgər Qorxaq Aslanı böyük Taxt Otağına apardı və Ozun hüzuruna 

çıxartdı. Aslan gördü ki, taxtın üstündə Yanar Kürə var. O, kürəyə yaxınlaşmaq istədi, lakin kürə 

o qədər qızmar idi ki, Aslan yerindəcə qaldı. 

     Nəhayət, Yanar Kürə dilə gəldi: 

     -  Mən böyük və qorxunc Ozam. Sən kimsən və məndən nə istəyirsən? Və Aslan 

cavab verdi: 

     -  Mən hər şeydən qorxan Qorxaq Aslanam. Sizin yanınıza mənə cəsarət verməyiniz 

üçün yalvarmağa gəldim. Beləcə, insanların mən verdiyi ada uyğun olaraq gerçəkdən 

heyvanların şahı ola bilərəm. 

     -  Niyə sənə cəsarət verməliyəm? – deyə sordu Oz. 

     -  Çünki sən sehirbazların ən qüdrətlisisən, səndən başqa kimsə mənə kömək edə 

bilməz, – deyə cavab verdi Aslan. 

     Yanar Kürə bir müddət daha da alovlandı, sonra səs eşidildi: 

     -  Mənə Qərbin Zalım Pərisinin öldüyünə dair bir sübut gətirdiyin gün sənə bolluca 

cəsarət verəcəyəm. Ancaq, nə qədər ki, pəri sağdır sən elə qorxaq ağciyər olub qalacaqsan. 

     Aslan yaman hirsləndi, amma heç nə deyə bilmədi. O susmuş halda Yanar Kürəyə 

baxırdı, Kürə elə alovlanırdı ki, istinin təsirindən Aslan quyruğunu qısıb qaçdı. Dostlarının 

yanına gələndə çox sevindi, sehirbazla olan qorxunc görüşünü onlara danışdı.  

     -  İndi biz nə edək? – Doroti ümidsiz halda soruşdu. 

     -  Bir çarəmiz var, – Aslan cavab verdi; –  Gözvuranlar ölkəsinə gedib Qərbin Zalım 

pərisini tapmalıyıq və onu məhv etməliyik. 

     -  Bəs bunu edə bilməsək? – Doroti soruşdu. 

     -  Onda mən cəsarət almayacam, – Aslan dedi. 

     -  Mənim də ürəyim olmayacaq, – Dəmir Odunçu əlavə etdi. 

     -  Mən də beyinsiz qalacam, – Bədheybət səsini çıxartdı. 

     -  Mən də heç bir zaman Emm xalanı və Henri dayını görməyəcəyəm, – Doroti 

ağlamağa başladı. 

     -  Ehtiyatlı ol! – yaşıl qız çığırdı, – Göz yaşların ipək paltarını korlayar. 

Doroti gözlərini silərək: 

     -  Nə etmək olar; Emm xalanı bir daha görə bilmək üçün belə olsa heç kimsəni 

öldürmək istəmirəm, ancaq Ozun əmrini yerinə yetirməyə məcburam, – dedi. 

     Aslan dedi: 




     -  Səninlə birlikdə olacağam, ancaq onu da deyim ki, Zalım Pərini öldürə bilməyəcək 

qədər qorxağam. 

     -  Mən də sizinlə gedəcəyəm, – bildirdi Bədheybət, – ancaq sizə yardım edə 

bilməyəcək qədər gicəm. 

     -  Mənim ürəyim yoxdur, deməli, Zalım Pəriyə bir zərər  vura bilmərəm, – Dəmir 

Odunçu söylədi, – amma mən də sizinlə getmək istəyirəm. 

     Dostlar qərara gəldilər ki, sabah yola düşsünlər. Dəmir Odunçu baltasını yaşıl bir yegə 

ilə itilədi, bütün oynaqlarını yaxşıca yağladı. Bədheybət özünü təzə samanla doldurdu, Doroti 

onun gözlərini daha yaxşı görməsi üçün yenidən boyadı. Onlarla çox yaxşı davranan yaşıl qız 

Dorotinin zənbilini dadlı yeməklərlə doldurdu və Totonun boynundan yaşıl zınqırov asdı. 

     Dostlar yatıb dincəlməkdən ötrü öz otaqlarına dağılışdılar. Səhər yaşıl xoruzun 

banlaması və sarayın arxa bağçasındakı yaşıl yumurtalarının üstündə qırt düşən toyuğun 

qaqqıltısı onları yuxudan oyadanda günəş yenicə doğmuşdu. 

 

12. Zalım Pərinin axtarışı 

 

     Yaşıl Bakkenbardlı Əsgər  dostları Zümrüd Şəhərinin küçələrindən keçirərək Qapı 



Keşikçisinin otağına qədər ötürdü. Keşikçi onları qarşıladı, eynəklərini çıxarıb böyük bir qutuya 

qoydu və nəzakətlə şəhər qapılarını onlar üçün açdı. 

     -  Qərbin Zalım Pərisini tapmaq üçün hansı yolla getməliyik? – Doroti Keşikçidən 

soruşdu. 

     -  Oraya yol yoxdur, – Keşikçi cavab verdi; – Heç kim könüllü olaraq ora getmək 

istəməz. 

     -  Bəs onda Pərini necə tapacağıq? – qız maraqlandı. 

     -  Narahat olma, Gözvuranlar ölkəsinə çatan kimi Pəri özü sizi tapıb özünə qul edəcək. 

     -  Bilmək olmaz, – Bədheybət  qışqırdı, – bizim niyyətimiz onu sıradan çıxartmaqdır. 

     -  O-o, bu başqa məsələ, – Keşikçi söylədi, – Pərini bu günə qədər heç kim öldürə 

bilməyib, buna görə də təbii olaraq sizi də qul edəcəyi ağlıma gəldi. Ancaq ehtiyatlı olun, bu 

zalım pəri yaman qəddar və hiyləgərdir, sizin onu yox etmənizə izin verməyə bilər. İndi 

günbatana döğru getməyə başlayın, gec-tez Pəriyə rast gələcəksiz. 

     Dostlar Keşikçiyə təşəkkür edib əl edərək onunla sağollaşdılar və günbatana doğru 

getməyə başladılar. Onların yolu çobanyastığı və qaymaqçiçəyi açmış yumşaq çəmənlikdən 

keçirdi. Dorotinin əynində hələ də sarayda geydiyi yaşıl ipək paltar vardı, amma qız təəccüblə 

baxıb gördü ki, paltar indi ağ rəngdədir. Totonun boynundakı yaşıl bantla zınqırov da Dorotinin 

paltarı kimi ağarmışdı.  

     Tezliklə Zümrüd Şəhərinin divarları uzaqda qaldı. Yol çətinləşmişdi, buralarda nə 

evlər, nə fermalar, nə də şumlanmış tarlalar vardı. 

     Yolçuları qızmar günəş yandırırdı, ətrafdakı dağ-daşın arasında bir sığınacaq yoxdu. 

Axşam düşəndə, Doroti, Aslan və Toto halsız halda günün altında yanaraq qurumuş otların 

üstünə uzandılar, Bədheybət və Dəmir Odunçu isə onların keşiyini çəkirdi. 

     Qərbin Zalım Pərisinin bircə gözü vardı, amma bu göz teleskop kimi güclüydü və hər 

şeyi görürdü.  Həmin axşam Pəri sarı qəsrinin eyvanında əyləşib öz torpaqlarına baxırdı. Birdən  

Dorotini və onun dostlarını gördü, bərk qəzəbləndi. Pəri boynundan asılmış gümüş düdüklə fit 

çaldı. O andaca qəsrin yanında bir sürü boz qurd peyda oldu. Onların güclü pəncələri, iti dişləri 

və qəddar sifətləri vardı. 

     -  Haydı, qaçın şərqə, orda çağırılmamış qonaqlar var, parçalayın onları! – qoca Pəri 

əmr etdi. 

     -  Onları özünə qul etməyəcəksən? – qurd sürünün başçısı soruşdu. 

     -  Yox. Onlardan biri samanla doludur, o birisi dəmirdəndir, üçüncüsü bir qızdır, 

dördüncüsü Aslandır. Onlardan bir xeyir gəlməz. Parçalayın, vəssalam. 

     -  Yaxşı, - başçı dedi və qurdlar əmri yerinə yetirməyə götürüldülər. 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə