L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə11/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

     Sarı kərpic yol zümrüdlərlə bəzədilmiş şəhər qapılarının yanında qurtarırdı, zümrüdlər 

elə parlayırdı ki, hətta Bədheybətin bir Çeynəçi tərəfindən boyayla çəkilmiş gözləri belə bu 

gözəllik qarşısında qamaşırdı. 

     Qapının ağzında zınqırov asılmışdı, Doroti zəng çaldı, xoş bir cınqırtı səsi ətrafa 

yayıldı, sonra nəhəng qapılar  yavaş-yavaş açıldı, yolçular şəhərə daxil oldular, onlar gümbəz 

tavanlı, divarları parlaq zümrüdlərlə naxışlanmış, yüksək tağlı bir otağa gəldilər. 

     Dostların qarşısındı Çeynəçilər boyda bir adam vardı. O, başdan-ayağa yaşıl 

geyinmişdi, bədəni belə yaşıla çalırdı. Böyründən bir iri yaşıl qutu asılmışdı. 

     Dorotini və onun dostlarını görən adam: 

     -  Zümrüd Şəhərinə niyə gəlmisiz? – deyə, soruşdu. 

     -  Biz böyük Ozu görmək istəyirik, – Doroti dedi. 

     Bunu eşitmək o adam üçün elə gözlənilməz oldu ki, əyləşib xeyli fikrə getdi.  Sonra 

dedi: 

     - Sonuncu dəfə belə istəyi çox-çox əvvəllər eşitmişdim. Oz əzazil və böyük 



sehirbazdır, əgər onu axmaq, ya da mənasız bir xahişlə narahat edirsinizsə, baxın ha, işiniz pis 

olar, Oz sizi bir göz qırpımında yox edər. 

     -  Bizim xahişlərimiz nə axmaqdır, nə də mənasız, – Bədheybət etiraz etdi; – Hamısı 

bizim üçün vacib arzulardır. Biz bilirik ki, Oz xeyirxah sehirbazdır. 

     -  Elədir, – dedi yaşıl adam; – Oz Zümrüd Şəhərini ədalətlə idarə edir, amma dürüst 

olmayanlara və burnunu hər yerə soxanlara qarşı amansızdır. Az adam tapılar ki, Ozla 

görüşməyə cürət etsin. Mən Qapı Keşikçisiyəm və madəm Böyük Ozu görməyi tələb edirsiniz, 

sizi saraya aparmalıyam. Amma əvvəlcə bu gözlükləri taxmalısınız. 

     -  Niyə? – Doroti soruşdu. 

     -  Çünki taxmasanız, Zümrüd Şəhərinin gözəlliyi və parıltısı gözlərinizi kor edər. 

Şəhər sakinləri öz eynəklərini heç gecələr də çıxartmır.  Ta şəhər qurulandan bəri eynəklər açarla 

bağlanır, açarlar məndə qalır. Bu, Ozun əmridir. 

     Keşikçi öz qutusunu açdı, Doroti qutuda hər boyda və şəkildə çoxlu eynəklər 

olduğunu gördü, hamısının şüşəsi yaşıl rəngdə idi. Zümrüd Şəhərinin Keşikçisi eynəklərdən 

birini Dorotinin gözlərinə taxdı. Gözlüyün arxa tərəfdə birləşən qızılı rəngdə iki bantı vardı, 

bantları qızın başının arxasında qapayıb boynundakı zəncirə bağlı olan açarla kilidlədi. Doroti 

artıq istəsəydi də gözlüyü çıxara bilməzdi, ancaq Zümrüd Şəhərin parıltısıyla kor olmaq 

istəmədiyinə görə bir şey söyləmədi.  

     Sonra Keşikçi Bədheybətə, Dəmir Odunçuya, Qorxaq Aslana, hətta Totoya da gözlük 

taxıb yaxşı-yaxşı kilidlədi. Keşikçi özü də gözlüyünü taxıb, indi onları saraya aparmağa hazır 

olduğunu söylədi. O, divardan asılmış böyük qızıl açarı götürüb başqa bir qapını açdı, hamısı 

birlikdə  Zümrüd Şəhərinə daxil oldular. 

 

11. Ozun qeyri-adi Zümrüd Şəhəri 

 

     Gözlüklərin qorumasına baxmayaraq, bu misilsiz şəhərin gözəlliyi Doroti və 

dostlarının gözlərini qamaşdırmışdı. Şəhərin küçələri yaşıl mərmərdən tikilmiş və parıltılı 

zümrüdlərlə bəzədilmiş evlərlə doluydu. Yolçuların yürüdüyü səki də yaşıl mərmərdən idi, 

daşların birləşmə yerləri günəş şüalarının əks olunduğu zümrüdlərlə süslənmişdi. Hər tərəf gün 

işığı altında parlayırdı. Pəncərə şüşələri də yaşıldı; şəhərin üstündəki göy üzü və günəş şüaları 

belə yaşıl rəngdəydi. 

     Yaşıl geyimli adamlar - çoxlu kişi, qadın və uşaq küçələrdə gəzişirdilərr, onların 

sifətlərinin rəngi də yaşıla çalırdı. Bu adamlar təəccüblə Doroti və onun qəribə yoldaşlarına 

baxırdılar. 

     Böyük Aslanı görən uşaqlar qaçıb analarının arxasında gizlənirdi, qəriblərə heç kim 

sual verməyə ürək etmirdi. Dükanlarda yaşıl mallar – yaşıl konfetlər, qovrulmuş yaşıl qarğıdalı, 

hər ölçüdə yaşıl çəkmə və papaqlar, yaşıl paltar və pencəklər satılırdı. Bir piştaxtada satıcı yaşıl 

limonad satırdı, onu dövrəyə almış uşaqların əllərində yaşıl pul vardı. 




     Zümrüd Şəhərinin küçələrində  nə at vardı, nə də başqa heyvan. İnsanlar yükü təkərli 

balaca arabalarda daşıyırdılar. Şəhər sakinlərinin hamısı şən və xoşbəxt görünürdü. 

     Şəhərin Qapı Keşikçisi yolçuları küçələrdən keçirib şəhərin mərkəzindəki böyük 

binaya apardı. Bu Oz Ölkəsinin böyük müdrik sehirbazının sarayı idi. Qapıda yaşıl geyimli, uzun 

yaşıl saqqallı əsgər dayanmışdı. 

     -  Bunlar qərib adamlardır, – Keşikçi Əsgərə dedi; – Onlar böyük Ozu görmək 

istəyirlər. 

     -  Qoy içəri keçsinlər, – Əsgər icazə verdi; – mən Oza çatdıraram ki, onu görmək 

istəyən var. 

     Beləcə saray qapısından keçib yaşıl xalı və zümrüdlərlə bəzənmiş yaşıl mebelli böyük 

bir otağa gəldilər. Yerdə yaşıl xalça vardı. Qonaqlar Əsgərin əmriylə girişdəki balaca yaşıl 

palaza ayaqlarını silib içəri keçdilər, böyük zümrüdlərlə bəzədilmiş kürsülərdə əyləşdilər. Əsgər 

nəzakətlə: 

     -  Rahat əyləşin, xahiş edirəm, – dedi, – mən Taxt Odasının qapısına gedib sizin 

burada olduğunuzu Oza xəbər verəcəm. 

     Əsgərin qayıtmasını uzun müddət gözlədilər. Nəhayət, o qayıdıb gələndə Doroti 

soruşdu: 

     -  Nə oldu, Ozu gördnüzmü? 

     -  Ah, xeyr, görmədim. Mən onu heç vaxt görmürəm, – Əsgər cavab verdi; – Mən 

pərdənin arxasından sizin gəldiyinizi xəbər verdim. Oz pərdə arxasından mənə qulaq asırdı, 

sizinlə görüşəcəyini söylədi, ancaq bir şərtlə: qarşısına tək-tək çıxmalısınız və hər gün yalnız 

birinizi qəbul edəcək. Buna görə də bir neçə gün sarayda qalmalı olacaqsınız. İndi otaqları 

hazırlayırlar, siz uzun və çətin yoldan sonra dincələ bilərsiz. 

     -  Minnətdarıq, Oz çox diqqətlidir. – Doroti təşəkkür etdi. 

     Əsgər yaşıl bir düdük çıxarıb çaldı, hardansa yaşıl ipək geyimli bir qız peyda oldu. 

Qızın gözəl yaşıl gözləri, uzun yaşıl saçları vardı. O, Dorotinin önündə təzim edib dedi: 

     -  Gedək, sənə otağını göstərim. 

     Doroti dostlarıyla vidalaşıb Totonu qucağına götürdü və yaşıl xidmətçinin dalınca 

getdi. Onlar yeddi dəhliz keçdilər, üç pilləkəndən enib-qalxdılar və nəhayət, sarayın yaxşı 

otaqlarından birinə çatdılar. Bu otaq dünyanın ən rahat otağı idi, burda yaşıl ipək və məxmər 

yorğan-döşək salınmış rahat yataq vardı. Otağın ortasında fəvvarənin havaya püskürtdüyü yaşıl 

ətir şırnağı altındakı yaşıl mərmər hovuza tökülürdü. Pəncərələrdə yaşıl dibçəklərdə  bitkilər, 

rəfdə yaşıl kitablar vardı. Onlardan birini götürən Doroti onun qəribə, komik rəsimlərlə dolu 

olduğunu gördü. 

     Paltar şkafında ipək, atlas və məxmər yaşıl geyimlər asılmışdı, hamısı da elə bil 

Dorotinin əyninə biçilmişdi. 

     -  Özünü evində olduğun kimi hiss et, – Xidmətçi Qız dedi; – Bir şey lazım olsa, yaşıl 

zəngi çal. Oz səni sabah səhər qəbul edəcək. 

     Bu sözlərlə Xidmətçi Qız Dorotinin dostlarının yanına qayıtdı, onları da sarayın ən 

gözəl otaqlarında yerləşdirdi. Yolçular öz otaqlarından razı qalmışdılar. Əlbəttə, Bədheybətə bu 

gözəllik təsir etmədi, o səfehcəsinə gözlərini bir nöqtəyə zilləyərək səhərə qədər gözlədi. Onun 

üçün fərqi yoxdu, yatağa uzansın, ya da ayaqüstə qalsın, Bədheybət gözlərini yuma bilmirdi, 

odur ki, bütün gecə küncdə tor hörən hörümçəyə baxırdı, sanki bura saray deyil, adi kasıb koma 

idi. Dəmir Odunçu ətdən və sümükdən olduğu günlərin alışqanlığıyla yatağa uzansa da, yata 

bilmirdi, bütün gecəni əl-ayağını tərpədib, başını ora-bura əyirdi ki, oynaqlarının necə işlədiyini 

yoxlasın. Aslan böyük məmnuniyyətlə meşədəki quru yarpaqların arasına soxulub yatardı, amma 

çarəsi yox idi, yatağına tullanıb yumaq kimi yumurlanaraq xoruldadı. 

     Ertəsi gün səhər yeməyində sonra yaşıl qız Dorotini hazırlamağa gəldi, ona çox 

yaraşıqlı ipək paltar geyindirdi. Doroti yaşıl, ipək bir önlük taxıb, Totonun boynuna yaşıl lent 

bağladıqdan sonra Böyük Ozun Taxt Otağına doğru getməyə başladılar. 

     Əvvəlcə onlar bahalı kostyumlar  geyinmiş çoxlu xanımların və bəylərin olduğu 

böyük bir salona girdilər. Bu insanların biri-birləriylə danışmaqdan başqa görəcəkləri bir işləri 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə