L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

     - Aranızda dəmirçi varmı? 

     - Hə, əlbəttə; özü də çox yaxşı dəmirçilərimiz var – deyə cavab verdilər. 

     - Onda həmin dəmirçiləri qəsrə göndərin, - qız tapşırdı. 

     Tezliklə bir neçə dəmirçi alətləriylə birlikdə Dorotinin yanına gəldi. Doroti onlara 

tapşırdı ki, Dəmir Odunçunun bədənini əvvəlki şəklə salsınlar, bütün sınmış yerlərini 

lehimləsinlər, əzilmiş yerlərini düzəltsinlər.  

     Ustalar Dəmir Odunçunun bədəninə hər tərəfdən baxıb dedilər ki, onu təmir etmək 

olar. Onlar  Dəmir Odunçunu qəsrdəki otaqların birinə aparıb, üç gün, üç gecə yorulmadan 

işlədilər, çəkiclə vurdular,  lehimlədilər, sürtdülər, yapışdırdılar. Nəhayət, Dəmir Odunçu əvvəlki 

görkəmini  aldı, onun bədənində bir neçə yamaq olsa da, Odunçu zahiri görkəmə o qədər də 

əhəmiyyət verən biri olmadığına görə bu yamaqları o qədər də vecinə almamışdı. 

     Dəmir Odunçu öz ayaqları ilə Dorotinin yanına gəlib onu xilas etdiyinə görə qıza 

təşəkkür etdi, elə qəhərləndi ki,  göz yaşlarını tuta bilmədi, Doroti oynaqları paslanmasın deyə 

hər göz yaşı damlasını önlüyünün ətəyi ilə silmək məcburiyyətində qaldı. Aslan isə quyruğu ilə 

öz gözlərini o qədər silmişdi ki, quyruğunu günəşdə qurutmaq üçün həyətə çıxdı. 

     Doroti başlarına gələnləri ona danışanda Dəmir Odunçu:  

     - Keşkə Bədheybət də bizimlə olsaydı... – deyə köks ötürdü. 

     - Biz onu tapmalıyıq, - Doroti dedi və yenə Gözvuranları çağırdı. Hamı Bədheybəti 

axtarmağa yollandı. Uzun müddətdən sonra bir ağacın başında  Uçan Meymunların atdığı nimdaş 

paltarları gördülər. Ağac elə hündür, gövdəsi elə hamar idi ki, onun başına çıxmaq mümkün 

deyildi. Dəmir Odunçu dedi: 

     - İndi bu ağacı kəsərəm, paltarları asanlıqla götürərik. 

     Dəmirçilər Dəmir Odunçunu təmir edəndə, qızıl ustası olan bir Gözvuran baltanın 

sapını qızıldan düzəltmişdi. Başqa ustalar baltanın tiyəsini cilalamışdılar və indi balta gümüş 

kimi parıldayırdı. 

     Dəmir Odunçu sözünü tamamlayıb işə başladı və təzə iti baltasıyla ağacı kəsib yerə 

aşırdı, Bədheybətin paltarları da otların üstünə düşdü.  

     Doroti və Gözvuranlar paltarları toplayıb qəsrə apardılar, içərisini təzə təmiz samanla 

doldurdular. Bax, bu da Bədheybət! Əvvəllərdə olduğu kimi sağlam görünürdü, onu xilas 

etdiklərinə görə hər kəsə çoxlu-çoxlu təşəkkür etdi.  

     Nəhayət, dostlar yenidən bir yerdə idilər, hər şeyin bol və rahat olduğu Sarı Qəsrdə bir 

neçə gün dincəlməyi qərara aldılar. Ancaq Doroti Em xalasını xatırladı:  

     - Gərək Zümrüd Şəhərinə qayıdıb sehirbaz Ozdan tələb edək ki,  vədinə əməl etsin, - 

Doroti dostlarına dedi. 

     - Hə, - Dəmir Odunçu dedi, - axırı mən öz ürəyimi almalıyam. 

     - Mən isə öz beynimi, – Bədheybət əlavə etdi. 

     - Mən də cəsarətimi almalıyam, - Aslan fikir içində söylədi. 

     - Mən də Kanzasa geri qayıtmalıyam, – Doroti qışqırıb əl çaldı. - Gəlin, dostlar, sabah 

Zümrüd Şəhərinə yollanaq. 

     Ertəsi gün onlar Gözvuranlarla vidalaşmağa başladılar. Gözvuranlar heyifsilənirdilər 

ki, Doroti onların ölkəsindən gedir. Ən çox da Dəmir Odunçunu bəyənmişdilər, ona yalvarırdılar 

qalıb Sarı Ölkənin hökmdarı olsun, lakin dostların qərarının qəti olduğunu görüb Gözvuranlar 

onlara hədiyyələr verdilər. Toto və Aslana qızıl xalta, Dorotiyə almazlarla bəzədilmiş qızıl 

bilərzik, Bədheybətə büdrəyib yıxılmasın deyə dıstəyi qızıldan olan əsa,  Dəmir Odunçuya isə 

gümüşlə işlənmiş qızıl yağqabı verdilər. Dostların hər biri Gözvuranlara ayrı-ayrılıqda gözəl 

sözlər söyləyib təşəkkürlərini bildirdilər və qolları ağrıyıncaya qədər onların əllərini sıxıb 

vidalaşdılar.  

     Doroti Zalım Pərinin dolabından yemək götürmək istəyərkən dolabda Qızıl Papaq 

olduğunu gördü. Doroti Qızıl Papağın sehirli gücündən xəbərsizdi, sadəcə Papaq onun xoşuna 

gəlmişdi. Öz şlyapasını səbətə qoyub bu gözəl papağı başına qoydu.  

     Sonra yola hazırlaşıb Zümrüd Şəhərə doğru getməyə başladılar; Gözvuranlar da onları 

alqışlarla yola saldılar. 




 

14. Uçan Meymunlar 

 

     Yəqin xatırlayırsız, Qərbin Zalım Pərisinin sarı qəsrindən Zümrüd Şəhərinə nəinki 



yol,  heç ensiz cığır da yox idi. Pəri ölkəsinə gəlmiş dostları görəndə, onların dalınca uçan 

Meymunları göndərmişdi, Meymunlar da Dorotiylə Aslanı hava ilə gətirmişdi. Qaymaqçiçəyi və 

çobanyastığı çiçəkləri ilə örtülü olan tarlada yolu tapmaq çox çətin idi. Dostlar günçıxana doğru 

getməli olduqlarını bilirdilər. Ancaq axşam düşəndən, günəş qeyb olandan sonra hansı tərəfin 

günçıxan, hansı tərəfin günbatan olduğunu anlaya bilmədilər və yolu azdılar. Yenə də Ayın 

parlaq işığıyla yerüzü aydınlığa bürünəndə yürüməyə davam etdilər və gözəl qoxulu qızıl 

çiçəklərin üzərinə uzanıb yuxuya getdilər, təkcə Dəmir Odunçu və Bədheybət hər zaman olduğu 

kimi ayaq üstə qalıb gözlədilər. 

     Səhər oyananda göy üzü tutqun idi, günəş görünmürdü, amma dostlar hansı tərəfə 

gedəcəklərini bilirlərmiş kimi yollarına davam etdilər. 

     Doroti dedi: 

     - Tez-tez getsək, yəqin, harasa bir yerə çatarıq. 

     Günlər  keçirdi, əlvan güllü-çiçəkli tarlalar isə qurtarmırdı. Bədheybət deyinməyə 

başladı: 

     - Deyəsən, azmışıq. Zümrüd Şəhərini tapmasam, beyinsiz qalacam! 

     - Mənim də ürəyim olmaz, - Dəmir Odunçu əlavə etdi, - Daha səbrim qalmadı, Ozun 

yanına getmək istəyirəm və razılaşın ki yol çox uzandı.  

     Qorxaq Aslan dedi: 

     - Bilirsiniz, - Aslan mızıldadı,- bir yerə gedib çatmadan sonsuza qədər yürüməyə 

çəsarətim yoxdur. 

     Doroti də cəsarətini itirmişdi. Çəmənlərin üstünə çöküb kədərlə dostlarına baxırdı. 

Toto elə yorulmuşdu ki, burnunun ucunda uçan kəpənəyi belə tutmağa halı yox idi. Toto dilini 

çıxarıb, ləhləyir, kədərlə Dorotiyə baxırdı, sanki soruşurdu, indi nə edək? 

     - Bəlkə, çöl siçanlarını köməyə çağıraq? -  Doroti soruşdu. – Siçanlar, yəqin, Zümrüd 

Şəhərini tanıyırlar.  

     - Əlbəttə göstərərlər, - Bədheybət dedi, - Niyə bu daha öncə ağlımıza gəlməyib? 

     Doroti Siçan Şahzadəsinin verdiyi düdüyü boynundan asmışdı. Qız düdüyü çaldı. Bir 

azdan xırda pəncələrin xışıltısı eşidildi, boz siçanlar Dorotini dövrəyə aldılar. Şahzadə Siçan da 

onların arasında idi, ciyildəyərək: 

     - Dostlarım, sizin üçün nə edə bilərəm? – sordu. 

     - Azmışıq, Zümrüd Şəhərinə gedən yolu bizə göstərə bilərsinizmi? - Doroti cabab 

verdi. 


     - Canla-başla göstərərik, - Şahzadə cavab verdi; - ancaq şəhər çox uzaqda qalıb, siz 

yanlış tərəfə getmisiniz. Siçanlar Şahzadəsi Dorotinin başındakı Qızıl Papağı görüb, - niyə 

Papağın gücündən istifadə edib Uçan Meymunları çağırmamısan? – dedi; - onlar bir saatdan 

daha az vaxt ərzində sizi Zümrüd Şəhərə çatdırarlar. 

     - Bu papağın sehirli olduğunu bilmirdim, - dedi Doroti çaşqınlıq içərisində. Papaqdan 

necə istifadə edirlər? 

     - Ovsun papağın astarında yazılıb. Dayanın, hələ Meymunları çağırmayın, biz qaçıb 

gizlənməliyik. Onlar həmişə biz siçanları incidirlər. 

     - Bəs bizə toxunmazlar? - Doroti narahat oldu. 

     - Yox, yox! Meymunlar Papaq sahibinin əmrlərini yerinə yetirirlər. Salamat qalın! - 

Bu sözlərlə Şahzadə öz siçanları ilə birgə gözdən itdi. 

     Doroti Qızıl Papağın içinə baxıb astarında bir yazı gördü. Qız diqqətlə ovsun sözlərini 

oxuyub, Papağı başına qoydu. 

     - Ep-pe, pep-pe, kak-ke! - dedi Doroti sol ayağı üstə duraraq. 

     - Nə dedin? – deyə sordu qızın nə etdiyindən xəbərsiz olan Bədheybət. 

     - Hil-lo, hol-lo, hel-lo! - sağ ayağı üstə dayanaraq davam etdi Doroti. 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə