M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə17/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

 
55
haqqının  ödənilməsi  imkanlarını  da  düzgün  müəyyən  etməlidir. 
Kreditora gəldikdə isə onun borc vəsaitləri vermək imkanları və 
bunda  olan  marağı  daha  önəmlidir.  Vəsaitləri  borc  verməkdə 
marağın və  onların qaytarılma etibarlılığının  optimal uzlaşdırıl-
ması  kreditləşmənin  kreditorun  maraq  və  imkanlarından  asılı 
olan həcmlərini şərtləndirir. Qısa və uzunmüddətli kreditlərin sər-
hədlərinə gəldikdə isə, onların müəyyən edilməsində bəzi obyek-
tiv xüsusiyyətlər mövcuddur. Borc vəsaitləri dövriyyə kapitalı ki-
mi  istifadə  edildikdə  kreditin  qaytarılması  dövriyyə  kapitalının 
dövranının başa çatması nəticəsində sərbəstləşən vəsaitlər hesabı-
na edilir. Və buna görə də dövriyyə kapitalının hərəkət müddətlə-
ri ilə sıx əlaqələndirilir. Uzunmüddətli kreditin sərhədləri isə on-
dan  irəli  gəlir  ki,  borcun  qaytarılma  mənbəyini  əsas  kapitalın 
istismarı nəticəsində yaranan mənfəət təşkil edir. Deməli, qayta-
rılma müddəti də kreditləşən xərclərin kreditləşmə müddəti ərzin-
dəki əldə olunan mənfəət hesabına ödənilməsi imkanlarından irə-
li gələrək müəyyən edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FƏS L 14. KREDИTLƏŞMƏ PROSES  
 


 
56 
Qeyd etmək lazımdır ki, kreditləşmə prosesi bankın key-
fiyyətli və yüksək gəlirli kredit portfelinin təşkilində bank üçün 
ciddi  bir  işdir.  Dəqiq  təşkil  edilmiş  kreditləşmə  prosesi  kredit 
riskini  minimuma  endirməyə  imkan  verir.  Bank  fəaliyyətində 
bütün  risklər  bir-birilə  sıx  surətdəəlaqədardır.  Ancaq  kredit 
riski  bank  fəaliyyətindəki  bütün  risklərin  meydana  çıxmasına 
təkan verən amildir. Ona görə bankın sağlam fəaliyyət göstər-
məsi bilavasitə kredit prosesinin düzgün təşkilindən asılıdır. 
Kreditləşmə prosesini iki mərhələyə bölmək olar. Birinci mər-
hələdə  kreditin  verilib-verilməməsini  müəyyən  etmək  üçün  müş-
tərinin təqdim etdiyi kredit ərizəsi dəqiq təhlil edilir.Bundan sonra 
bank ilə müştəri arasında kredit münasibətinin tənzimlənməsi üçün 
kredit müqaviləsi imzalanır. Kreditləşmə prosesinin birinci mərhələ-
si məsuliyyətli mərhələ sayılır. Belə ki, bank bu mərhələdə kredit ris-
kinin yaranmasının qarşısını almaq imkanına malikdir. 
Kreditləşmə  prosesinin  ikinci  mərhələsində  bank  verilmiş 
kreditin məqsədli istifadə edilməsi üçün borc alanın cari fəaliyyəti-
nə nəzarəti həyata keçirir. Banklar kreditləri, hüquqi şəxslərdə ol-
duğu  kimi,  fiziki  şəxslər  arasında  da  təminatlılıq,  qaytarılmalı, 
müddətlilik, ödəncilik prinsipləri əsasında yerləşdirirlər. 
Fiziki şəxslərin kreditləşdirilməsinin ölkə iqtisadiyyatının 
inkişafındakı rolu olduqca mühümdür və bu rol daim artmaq-
dadır. Əhalinin kreditləşməsinin artırılması istehlakçıların ödə-
niş  qabiliyyətini  artırmaqla  ilk  növbədəölkədə,  istehsal  olun-
muş məhsulların tez satılmasına, əmtəə dövriyyəsinin sürətlən-
məsinə,  makroiqtisadi  səviyyədə  inflyasiyanın  və  işsizliyin  sə-
viyyəsinin  minimuma  endirilməsinə,  istehsalın  inkişafına,  son 
olaraq  milli  gəlirin  artmasına  müsbət  təsir  göstərir.  Belə  ki, 
müəssisə,  firma,  təşkilat  istehsal  və  ya  təklif  etdiyi  məhsul  və 
xidmətlərin reallaşdırılmasını sürətləndirir və istehsalın inkişa-
fında fasiləsizlik prosesini yaratmış olur. Bu da yığılan vergilə-
rin  və  son  nəticədə  dövlət  büdcəsinin  gəlirlərinin  artmasına 
müsbət təsir göstərmiş olur. Digər tərəfdən əhalinin kreditləş-
dirilməsi (ipoteka krediti) ölkədə mənzil probleminin həllinə də 
müsbət təsir göstərmiş  olur. Qeyd etdiyimiz kimi, xarici bank 


 
57
təcrübəsindəəhaliyə verilən kreditin növlərindən biri də təhsilə 
verilən kreditdir. Daha sonra əhalinin kreditləşdirilməsinin öl-
kənin sosial probleminin həllində rolu da danılmazdır. Belə ki, 
əhali  istehlak  və  ipoteka  krediti  vasitəsilə
özünün  istehlak  xa-
rakterli  ehtiyacınıödəməkləölkənin  iqtisadi  və  sosial  inkişafını 
yaxşılaşdırmış olur. 
nkişaf  etmişölkələrdə  banklar  tərəfindən  fiziki  şəxslərə 
verilən  kreditlər  arasında  ən  çox  yayılanı  istehlak  və  ipoteka 
kreditidir.  Bu  növdə  kreditlər  banklara  gəlirlərini  artırmağa 
imkan verir.  stehlak krediti kreditləşmənin ən sərfəli növlərin-
dən biridir. Ona görə də istehlak kreditinin istər-istəməz gələ-
cəkdə  bankların və bank xidmətlərinin idarə edilməsində mü-
hüm rol oynayacağı danılmazdır. Bu növ kredit əhalinin isteh-
lak  tələblərinin  təmin  edilməsinə  istiqamətlənib.  O,  əmtəə  və 
pul formasına malikdir. 
stehlak krediti bahalı və riskli xarakter daşımaqla iqtisa-
di  vəziyyətdən,  istehlakçının  gəlirlərindən  və  təhsilindən  bila-
vasitə asılıdır.  stehlak krediti üzrə müəyyən olunmuş faiz də-
rəcəsi digər bank kreditləri ilə müqayisədə yüksək olur. Bunu 
ilk növbədə istehlak kreditinin "pərakəndə" xarakter daşıması 
ilə izah etmək olar. Lakin dünya və yerli bank təcrübəsinəəsas-
lanaraq  qeyd  etmək  olar  ki,  əhali  tərəfindən  istehlak  tələba-
tınıödəmək üçün həmişə bank kreditinə ehtiyac duyulur.  steh-
lak krediti də qısamüddətli və uzunmüddətli olmaqla iki yerə ay-
rılır.  stehlak  məqsədi  üçün  verilən  kreditləri  birbaşa  və  dolayı 
kreditlərə bölmək olar. Birbaşa kreditləşmə zamanı müqavilə bir-
başa bank və müştəri arasında bağlanılır. Dolayı istehlak krediti 
zamanı isə bank və müştəri arasında digər bir təşkilat vasitəçilik 
edir. Belə təşkilatlara misal olaraq ticarət müəssisələrini, mağaza-
ları, firmaları və s. Misal göstərə bilərik. Bu zaman kredit müqa-
viləsi  müştəri  ilə  vasitəçi  təşkilat  arasında  bağlanılır.  Ssuda  isə 
bankdan  alınır.  Qeyd  etmək  lazımdır  ki,  inkişaf  etmişölkələrin 
bank  təcrübəsində  banklar  dolayı  istehlak  kreditindən  geniş 
istifadə  edirlər.  Çünki  kreditləşmənin  bu  növü  banklara  hər 
şeydən əvvəl risklik səviyyəsini aşağ
ı salmağa imkan verir.  nkişaf 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə