M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə19/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   98

 
61
FƏS L 15. KREDИTИN  ИQTISADИ 
ИNKИŞAFDA ROLU 
 
Kreditin  rolu  onun  təsərrüfat,  əhali,  dövlət  üçün  tətbiqinin 
nəticələri  ilə  səciyyələnir.  Kreditin  rolu  onun  müxtəlif  forma  və 
növlərinin həyata keçirilməsi zamanı təşəkkül tapan münasibətlə-
rin  nəticələrində  təzahür  edir.  Kreditin  iqtisadiyyata  təsirinin  hər 
bir istiqaməti üzrə kredit münasibətlərinin konkret forma və ya nö-
vüüstün  mövqeyə  malikdir.  Məsələn,  əmtəələr  nisyə  satıldığı  za-
man  başlıca  rolu  kommersiya  krediti  oynayır.  Əksinə  kredit  pul 
vəsaitləri  şəklində  verildikdə  bank  krediti  birinci  dərəcəli 
əhəmiyyət kəsb edir. Kreditin rolu onun məhsul istehsal
ı və satışı-
nın fasiləsizliyinə olan təsirində də təzahür edir. Borc vəsaitlərinin 
köməyi  ilə  təsərrüfat  subyektlərinin  əlavə  resurslara  olan 
tələbatıödənilir  və  təkrar  istehsal  proseslərinin  ləngiməsinə  yol 
verilmir. Əlavə vəsaitlərə yaranan tələbat mövsüm amili ilədə bağlı 
ola bilər. Burada da kredit vasitəsi ilə kapital dövranı və dövriy-
yəsinin  fasiləsizliyi  ahəngdarlığı  təmin  edilmiş  olur.  Kreditin  is-
tehsalın  genişlənməsində  də  rolu  böyükdür.  Kreditin  iştirakı  ilə 
geniş təkrar istehsal üçün kapital mənbələrinin formalaşması sü-
rətlənir.  Kreditdən  əsas  fondların  artırılması  mənbəyi  kimi  də 
istifadə  edilə  bilər.  Belə  hallarda  kredit  istehsalın  inkişafı 
vəgenişlənməsi  üçün  zəruri  olan  yeni  əsas  fondların 
yaradılmasıüzrə müəssisələrin imkanlarını artırır. Burada xüsusilə 
mühüm olan cəhət odur ki, kredit müasir dövrün iqtisadi tərəq-
qisinin  aparıcı  qüvvələrindən  biri  olan  elmi-texniki  tərəqqiyə, 
bununla da cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına xidmət 
edə bilər. 
Kreditin  pul  dövriyyəsində  də  rolu  mühümdür.  Məlum 
olduğu  kimi,  nağd  pulların  tədavülə  buraxılması  və  tədavüldən 
çıxarılması  kredit  əsasında  banklar  vasitəsilə  baş  verir.  Bir 
tərəfdən nağd pulların tədavülə buraxılması müəssisə və təşkilat-
lara,  əhaliyə  bankların  kassalarından  nağd  vəsaitlərin  verilməsi 
xətti  ilə  yalnız  onların  bank  hesablarında  qalıqlar  mövcud 


 
62 
olduqda mümkündür. Belə qalıqların olması müştəri ilə banklar 
arasında  müəssisə,  təşkilat  vəəhalinin  kreditor  olduqları  kredit 
münasibətlərinin  olmasını  göstərir.    Bank  hesablarından  nağd 
pulların verilməsi bankın müştəri qarşısındakı borcunun ödənil-
məsi deməkdir. Digər tərəfdən isə banka nağd pulların daxil edil-
məsi  onların  tədavüldən  çıxarılmasını  göstərir  və  bankların  öz 
müştərilərinə  olan  borclarının  böyüməsi  ilə  müşayiət  olunur. 
Nağdsız pul dövriyyəsinə gəldikdə isə, ödənişləri daima yerinə ye-
tirməkdən ötrü müəssisələrin vəsaitlərəəlavə tələbatı yaranır. Bu-
na səbəb  gündəlik  pul  məxaricləri ilə  pul  mədaxilləri arasındakı 
uyğunsuzluqdur. Belə hallarda əlavə pуl vəsaitlərinə yaranan mü-
vəqгəti təlabat kredit cəlb olunmaqla ödənilə bilər. Burada veri-
lən  borcların  həcmi  və  onların  ödənilmə  müddətlərinin  əmtəə 
istehsalı və satışı prosesləri iləəlaqələndirilməsi böyük əhəmiyyət 
kəsb  edir.  Dövriyyədəki  pul  kütləsinin  ona  olan  tələbata  uyğun 
olması ictimai kapitalın geniş təkrar istehsalınын ahəngliyi və fasi-
ləsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz dövriyyədəki pul 
kütləsinin dövriyyənin tələbatlarına uyğun olması məqsədilə kre-
ditləşmə prinsiplərinə riayət edilməsi çox vacibdir. Eyni zamanda 
dövriyyədəki pul vəsaitlərinin həcminin tənzimlənməsinin böyük 
iqtisadi əhəmiyyətini nəzərə alaraq kredit əməliyyatlarının pul si-
yasəti tədbirləri vasitəsilə dövlət tənzimlənməsi tətbiq olunur. Bu-
rada  kreditin  iqtisadi  rolunun  yeni  tərəfi  aşkarlanır.  Kreditdən 
iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  güclü  aləti  kimi  istifadə 
olunur. 
qtisadiyyatın kredit tənzimlənməsi kreditin həcmi və dina-
mikasını dəyişməklə  iqtisadiyyatın inkişafı  imkanlarına  və pers-
pektivlərinə  təsir  göstərməsiləəlaqədardır.  Kreditin  dinamikası 
iqtisadiyyatın silsiləvi inkişaf ilə  müəyyənləşsə də dövlət  tənzim-
lənməsi kreditin iqtisadiyyatın sahə və bölmələri üzrə yerləşdiril-
məsinə  güclü  təsir  göstərə  bilir.  Kredit  tənzimlənməsi  vasitəsilə 
dövlət,  sosial-iqtisadi  problemlərin  həllinə,  ziddiyyətlərin  zəiflə-
dilməsi, iqtisadi böhranların gedişinin yüngülləşdirilməsinə, infla-
siyanın  dayandıрыlmasına,  iqtisadiyyatın  vəümumi  milli  məh-
sulun,  ixrac  və  idxalın  quruluşunun  səmərələşdirilməsinə  və  s. 


 
63
çalışır. Məsələn, dünya təcrübəsindən yaxşı məlumdur ki, böhran 
şəraitində  və  yaxud  b
öhran yaxınlaşdıqca bazar tələbini canlan-
dırmaq məqsədilə dövlət çox vaxt kredit vasitəsilə istehsal investi-
siyalarını, mülki  tikintini, uzunmüddətli istehlak mallarının  kre-
ditə  satışını,  milli  ixracı  stimullaşdırmağa  çalışır.  Borc  kapitalı 
hərəkətinin  təbii  bazar  mexanizmi  ilə  kredit  tənzimlənməsi  ara-
sındakı  nisbət  hər  dəfəölkə  iqtisadiyyatındakı  konkret  vəziyyət, 
dünya  ölkələrinin  ilk  növbədə  dəəsas  iqtisadi  ortaqların  istehsa-
lındakı silsiləvi dəyişikliklər, beynəlxalq ticarətdə, beynəlxalq val-
yuta sistemində və kapital bazarındakı vəziyyətdən asılıdır. 
 Kredit tənzimlənməsi bütövlükdə iqtisadiyyatın səmərələş-
dirilməsinə,  onun  keyfiyyətinin  yüksəldilməsinə  xidmət  etsə  də 
müəyyən  məhdudiyyətlərə  də  malikdir.  Bu  məhdudiyyətləri  bil-
mək,  onlara  bələd  olmaq  kredit  tənzimlənməsindən  bacarıqla 
istifadə  edilməsindən  ötrü  vacibdir.  Əks  halda  kreditə  hədsiz 
meyl, ondan makro və mikro səviyyələrdə sui-istifadə pul kredit 
böhranları ilə nəticələnə bilər. 
Кредит  мултипликатору.  Банкларын  кредит  механизмасы  иля 
йаратдыглары пулу ифадя едян бир гаврамдыр. Яэяр юдямяляр щеч 
банкнот  истифадя  едилмядян,  тамамиля  чекля  апарыларса,  о 
тягдирдя  кредит  мултипликаторунун  (к)  дцстуру  ашаьыдакы  кими 
олар:К=(1-р)/р.    Бура  –  р  банкларын  яманятя  гаршылыг  тутмаг 
мяъбуриййятиндя олдуглары гаршылыг нисбятлярини ифадя едир. Эю-
рцлдцйц  кими,  бу  нисбят  ня  гядяр  ашаьы  олурса  кредит  мултип-
ликаторунун дяйяри о гядяр йцксяк олур. Фягят, эерчяктя, банк-
лардан алынан кредитлярин бунун чекля истифадяси мцмкцн дейил-
дир. Бир бюлцм юдямяляр банкнотла апарылыр. Диэяр бир ифадя иля, 
алынан кредитлярин бир бюлцмц банк системин кянарында чыхартыл-
мыш  олур.  Бу  вязиййятдя  кредит  мултипликатору  ашаьыдакы  дцс-
турла эюстярилир: К=(1-р)/(р +М), М – банкнотла апарылан юдя-
мялярин  нисбятидир.  Долайысы  иля  М-нын  дяйяри  ня  гядяр  ашаьы 
оларса, кредит мултипликатору о дяряъя бюйцк олур. 
 
 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə