M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə15/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

 
48 
resurslardan elə istifadə etməlidir ki, vaxtında və tam həcmdə borcu 
faizlə  birlikdə  qaytara  bilsin.  Məhz  bu  mənada  borcalan 
məhsuldar  qüvvяdir  və  müvəqqəti  istifadəyə  verilmiş  resursların 
səmərəli  tətbiqi  borcalandan  asılıdır.  Kreditorla  borcalan 
yerlərini dəyişə də bilər. Müasir игтисадиййатда eyni subyekt eyni 
vaxtda  kreditor  və  borcalan  kimi  çıxış  edə  bilər.  Kredit 
münasibətlərinin  digər  ünsürü  kreditordan  borcalana  sonra  isə 
borclardan kreditora keçən obyektdir. Obyekt kimi dəyərin borc 
verilən  hissəsi  çıxış  edir.  O  ilk  növbədə  reallaşdırılmamış  dəyər 
kimi  çıxış  edir.  Kreditor  tərəfindən  müvəqqəti  sərbəst  dəyərin 
meydana gəlməsi dəyər hərəkətinin lяngidiyini göstərir. Kreditin 
vasitəsi ilə hərəkəti müvəqqəti olaraq dayanmış dəyər yeni sahibə 
keçməklяöz  hərəkətini  bərpa  etmiş  olur.  Bununla  bərabər 
kreditorla  borcalan  arasında  hərəkət  edən  dəyər  təkrar  istehsal 
prosesini sürətləndirmək qabiliyyətinə yiyələnir. Kredit vasitəsilə 
hərəkət edən dəyər təsərrüfat fondların fasiləsiz dövranıüçün zəmin 
yaradır,  onların  hərəkətində  boşdayanmaları  aradan  qaldırır  və 
son nəticədə təkrar istehsal prosesini sürətləndirir. Eyni zamanda 
kreditordan borcalana keçməklə dəyər öz mövcudiyyətini qoruyub 
saxlayır.  Dəyərin  qorunub  saxlanması  onun  borcalanın  tə-
sərüffatında tətbiqi prosesində baş verir, çünki borcalan kreditora 
eyni dəyərə və istehlak dəyərinə malik ekvivalenti qaytarmalıdır. 
Yuxarıda deyilənlərdən belə nəticəçıxır ki, iqtisadi məfhum 
kimi kreditin əsasını geri qaytarılma təşkil edir. Geri qaytarılma 
kreditin ümumi xüsusiyyətidir və buna görə də kredit münasibət-
lərinə  xas  olan  müəyyənedici  cəhətdir.  Geri  qaytarılma  dəyər 
dövranının başa çatmasına əsaslanır. Dəyər dövranının sona çat-
ması geri qaytarılma üçün zəmin yaradır. Geri qaytarılma kredit 
sövdələşməsi  iştiraçılarının  bağladığı  müqavilədəöz  hüquqi 
əsas
ınıəldə edir. 
Deyilənlərdən  kredit anlayışı və  onun  mahiyyəti haqqında 
belə bir nəticəyə gəlmək olar ki, kredit dəyəri kreditorla borcalan 
arasında  geri  qaytarılma  əsasında  hərəkətidir  və  bununla 
əlaqədar kreditorla borcalan
ın arasında yaranan iqtisadi münasi-
bətlər toplusudur. 


 
49
ФЯСИЛ 11. KREDИTИN  PRИNSИPLƏRИ  
 
Kredit  münasibətləri  zamanı  tərəflər  müəyyən  prinsiplərə 
riayət  etməlidirlər:  1)  qaytarılmaq;2)  müddətlilik;3)  ödənclik;4) 
təminat prinsipləri.  
Kreditin qaytarılmalı olması onun mahiyyətindən irəli gəlir, 
yəni  verilən vəsait  geri  qaytarılmalı  olmasa o,  heç kredit adlan-
mazdı.Bir iqtisadi kateqoriya kimi kredit əmtəə-pul münasibətlə-
rinin  digər  iqtisadi  kateqoriyalarından  bilavasitə  bu  xüsusiyyəti 
ilə  fərqlənir.  Bazar  münasibətləri  şəraitində  bu  xüsusiyyət  daha 
kəskin xarakter daşıyır. Kreditin qaytarılmalı olması borc alanda 
və  borc  verəndə  ciddi  maddi  məsuliyyət  aşılayır.  Qaytarılmalı 
məfhumu mücərrəd xarakter daşıdığından kreditləşmə prosesin-
də bu məfhum daha dəqiqləşdirilir. Yəni kredit müddətlilik prin-
sipi  əsasında  həyata  keçirilir.  Bu  o  deməkdir  ki,  kredit  konkret 
müəyyən  olunmuş  müddətlərdə  qaytarılmalıdır.  Müddətlilik 
prinsipi onu tələb edir ki, borc vəsaiti borc alanın dövriyyəsində 
müəyyən müddət iştirak etməlidir və bu müddət başa çatdıqdan 
sonra o geri qaytarılmalıdır. 
Müddətlilik  -  yəni  borcun  əvvəlcədən  müəyyən  edilmiş 
müddətdə geri qaytarılması - borcdan səmərəli istifadə olunduğunu 
göstərir.  Kreditin  müəyyən  olunmuş  müddətdə  geri  qaytarılma-
masıəsassız olaraq müəssisənin dövriyyəsində borc vəsaitinin işti-
rakından xəbər verir və pul tədavülünə mənfi təsir göstərir. Bank-
ların  kommersiya  prinsipləri  əsasında  fəaliyyət  göstərdiyi  bir 
şəraitdə bu prinsipin əhəmiyyəti daha da art
ır. 
Kreditin  ödənilmə  müddətləri  tərəflər  arasında  bağlanan 
müqavilədəəks olunur. Müddətlilik prinsipinəəməl etməyən borc 
alanlara  iqtisadi  sanksiyalar  tətbiq  edilir  -  əsasən  faiz  səviyyəsi 
yüksəldilir  və  gələcək  kreditləşmədə  borcalanın  intizamsızlığı 
nəzərə alınır. 
Kreditin vacib prinsiplərindən biri onun ödəncli olmasıdır.  Bu 
o  deməkdir  ki,  kredit  nəinki  müəyyən  olunmuş  müddətdə  tam 
qaytarılmalıdır.  Həmçinin  kreditdən  istifadəyə  görəödənc-faiz 
ödənilməlidir.  Kreditin  ödəncli  olması  borcalanda  kreditdən 


 
50 
səmərəli istifadə etmək məsuliyyəti aşılayır, onda daxili resursları 
artırmaq 
marağı 
oyadır. 

kreditdən 
elə 
istifadə 
etməyəçalışmalıdır  ki,  əldə  etdiyi  nəticə  nəinki  kreditin  geri 
qaytarılmasını,  kreditə  görə  faizlərin  ödənilməsini  təmin  etsin, 
həmçinin  özünə  gəlir  gətirsin.  Ödənclik  kreditor  üçün  də  xüsusi 
əhəmiyyət 
kəsb  edir.  Kreditor  ödənclilik  əsasında  öz 
müstəqilliyini  və  gəlirliliyini  təmin  edir,  resurslarını  artırır. 
Ödəncliliyin  iqtisadi  mahiyyəti  ondadır  ki,  kreditdən  istifadə 
nəticəsindəəldə  edilən  gəlir  borcaları  ilə  kreditor  arasında 
bölüşdürülür. 
Ssuda  kapitalına  görəəldə  edilmiş  illik  gəlirin  verilmiş 
kreditin  məbləğinə  nisbəti  kimi  müəyyən  edilən  ssuda  faizi 
norması kredit resurslarının qiyməti kimi meydana çıxır.  
Bank  kreditinə  görə  faiz  stavkaları  müəyyənləşdirilərkən 
aşağıdakılar  nəzərə  alınmalıdır:  1)  faiz  şəklində  gəlir  gətirən 
kredit qoyuluşu;2) digər aktiv əməliyyatların həcmi;  3)bankın öz 
müştərilərinə depozit hesablara görə verdiyi orta faiz dərəcəsi;  4) 
bankın aktiv əməliyyatlarıüzrə faiz stavkası;  5) bankın kredit re-
surslarının quruluşu; 6) bank kreditlərinə olan tələb və təklif;  7) 
kreditin təminatlılığından asılı olaraq risk səviyyəsi;                 8) 
inflyasiya  prosesinin  tempi  вяölkədə  pul  tədavülünün  stabilliyi;  
9) istehsalın mövsümiliyi və s. 
Kreditin  vaxtında  və  tam  qaytarılmasışərtlərindən  biri  də 
kreditin  təminatlı  olmasıdır.  Təminatlılıq  prinsipi  kimi  kreditin 
ödəniş  vaxtıçatarkən,  kredit  ödənilmədikdə  onun  ödənilməsini 
təmin edən  faktor  başa  düşülür. Əvvəllər  kreditin təminatı  kimi 
əsasən  mal  materiallar
ından  istifadə  edilirdi,  yəni  kreditlər  vax-
tında  ödənilmədikdə  kreditor  öz  borcunu  və  faizlərini  həmin-
maddi qiymətlilərin reallaşdırılması vasitəsi ilə təmin edirdi. Ba-
zar münasibətlərinə keçid kreditin bu prinsipinin də mahiyyətini 
dəyişdirmişdir.  Son  illərə  qədər  kreditin  təminatlılığı  dedikdə 
onun maddi qiymətlilərlə təmin olunması, yəni kredit müqabilin-
də  onun  dövriyyəsində  material  qiymətliləri  mövcudluğu  başa 
düşülürdü. Bazar münasibətlərinə keçidləəlaqədar təminatın digər 
formalarından  ödəmə  qabiliyyətli  müştərilərin  zəmanəti,  sığorta 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə