M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə13/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

 
42 
ABŞ-da  1946-cı  ildə  çıxarılan  iş  qanunu  ilə,  işlə  təmin  olma,  ABŞ 
hökümətinin  milli  iqtisadi  siyasətinin  əsas    məqsədini  təşkil  etməsi 
olmuşdur. 
 Beləliklə  pul  siyasətinin  məqsədləri  sırasına    qiymət  səviyəsi 
ilə  yanaşı,  məşğulluq  da  əlavə  edilmişdir.  II  Müharibə  sonrası, 
Avropa və Yaponiyanın iqtisadi artımı, ABŞ- ı  təhdid edər formaya 
geçincə, pul siyasətinin üçüncü bir məqsədi, iqtisadi inkişaf və artım  
meydana çıxmışdır.   
Xarici ödəmələr balansı tarazlığının saxlanması məsələsi 1950-
ci illərin sonlarında 1960-cı illərin əvvəllərində iqtisadi ədəbiyyatda 
müzakirə mövzusu olmuşdur. 
Beləliklə,  Pul  siyasətinin  məqsədləri    əsas  məqsədləri  altı  
başlıq altında toplaya bilərik: 
1. Tam məşğulluq; 
2.  qtisadi artım; 
3. Qiymət səviyyəsi; 
4. Tədiyyə balansında tarazlıq; 
5. Faiz nisbəti sabitliyi; 
6. Maliyyə bazarlarında sabitlik; 
Depresiyada pul siyasəti. Daha öncə görmüş olduğumuz üzrə, 
depresiyanın  səbəbi  investisiyaların  azalmasıdır.  Buna  qarşı  pul 
siyasətinin  bərpa  tədbirləri  faiz  həddini  düşürmək  və  kredit  almada 
asanlaşdırma prosesinə yardımçı olmaqdır. Bu tədbirlərin yetərsizliyi 
açıqdır. Çünki depresiya zamanlarında sərmayənin marjinal verimliyi 
çox düşük, hətta 0-ın altındadır. Bu durumda investisiyanı stimulaş-
dırmaq  üçün,  faiz  həddini  düşürmək  lazım  gələcəkdir.  Lakin,  faiz 
hədlərinin  0-dan  aşağı  düşürülməsinə  imkan  yoxdur.  Hətta  bank 
ə
məliyyat  məsrəflərini  qarşılaya  bilməsi  üçün  faiz  hədlərini  pozitiv 
bir rəqəmə çatdırması lazım. Faiz həddinin düşürülməsi, investorları 
stimullaşdırmayacaq,  kreditlərin  alınmasında  asanlaşma  şərtləri  isə 
bir işə yaramayacaqdır.  flasların və işsizliyin yayğın olduğu bir dö-
nəmdə banklar kredit vermədə ehtiyatlı və çox diqqətli olmalıdırlar. 
Həqiqətən  depresiyazamanları  kreditlərin  geri  ödənməmə  ehtimalı 
çox yüksəkdir. Belə bir vəziyyətdə bütün bankların böhranla depresi-


 
43
ya zamanı mübarizəsi üçün kredit verməkdə geniş davranmağa inan-
dırmaq sadə bir iş deyildir. 
nflyasiya dönəmində pul siyasəti. Spekulativ investisiyaların 
qarşısını  almaq  baxımından  pul  siyasətinin  təsiri  daha  çoxdur. 
Sərmayənin  marjinal  verimliyi  nə  qədər  yüksək  olursa  olsun,  faiz 
həddini  onun  üstünə  çıxararaq  investisiyaları  stimullaşdırmanın 
qarşısını almaq mümkündür. 
Pul  siyasəti  məqsədləri  arasında  çatışma.  Zamanla  pul 
siyasətinin  məqsədləri  arasında  çatışmamazlıqlar  olur.  Qiymət 
sabitliyi  saxlamaya  yönəlik  bir  pul  siyasəti  çox  zaman  tam 
məşğulluq məqsədindən uzaqlaşma məcburiyyətində qalmaqda və 
bir mənada qiymət sabitliyi işsizliyin mənbəyi olmaqdadır.1970-ci 
illərdə neft böhranı sonrası ortaya çıxan durğunluğun əsası böyük 
ölçüdə  bu  proses  çərçivəsində  inkişaf  etmişdir.  Digər  yandan 
valyuta  kurslarının  sabit  tutulması  halında,  əgər  faiz  nisbətləri 
yüksəlirsə, maliyyə liberallaşmasının olduğu bir ölkədə, ortaya bir 
açıqlıq  çıxmaqdadır.  Bu  açıqlığa  «valyuta»  qayçısı  deyilir.  Bir 
ölkədə  valyuta  qayçısı  təşkil  edilirsə  və  bu  ölkəyə  xaricdən  qısa 
müddətli  sərmayə  axımı  olmaqda,  bu  isə  bəzi  dönəmlərdə  ciddi 
maliyyə böhranına səbəb olmaqdadır. 
Pul  siyasətinin  alətləri.  Pul  siyasətini  həyata  keçirən  orqan  - 
Mərkəzi Bankın istifadə etdikləri əsas alətlər aşağıdakılardır: 
1.Reeskont  və  ya  diskont  siyasəti  (MərkəziBank  bu  yol  ilə 
kreditlərə  uyğulanacaq  diskont  nisbətlərini,  dolayısı  ilə  bankların 
kredit həcmlərinə təsir edər); 
2.Açıq  bazar  əməliyyatları(Mərkəz  Bankı  bu  alətlə  pul 
miqdarına təsir edir); 
3.  Məcburi  ehtiyat  normaları  (MB  bu  qarşılıq  nisbətini  azalt-
maq  və  ya  da  artırmaqla    bankların  pul  yaratma  imkanlarını 
genişlədir). 
Reeskont siyasəti. Reeskont siyasəti və ya diskont, bir bankın 
müddətindən öncə, müəyyən  faiz və komisyon qarşılığında  sənədin 
ödənməsi əməliyyatıdır. Bir dəfə diskont edilmiş sənədin, ikinci dəfə 
diskont edilməsi əməliyyatına reeskont deyilir.  


 
44 
Reeskont  siyasəti,  MərkəziBankın  reeskont  nisbətini 
dəyişdirməklə  kredit  tələbinə  təsir  edəcək  bir  siyasətdir.  Qısa  bir 
müddət içində nəğd pula ehtiyacı olanlar və I dərəcəli likvid qiymət 
sayılan  qısa  müddətli  alacaqlardan  bir  hissəsini  nəğdə  çevirmək 
istəyən bankların MərkəziBankına verdikləri ticari sənədlərə uyğula-
nan  əməliyyata  reeskont  və  bu  alətə  də  reskont  həddi  adı  verilir. 
Banklar, 
kassalardakı 
qanuni 
qarşılıqların 
azaldığı 
vaxt 
MərkəziBanka  müraciət  edərək  açıq  kredit  (avans)  və  yaxud 
sənədlərin yenidən diskontu kimi çeşidli yollarla bu qarşılıqları artıra 
bilərlər.  MərkəziBank  reeskont  həddinin  köməyi  ilə  pul,  kredit 
həcminə təsir etmək imkanı verir. MərkəziBank inflasiyanı önləmək, 
pul  və  kredit  həcmini  azaltmaq  istədiyi  təqdirdə  reeskont  həddini 
yüksəldəcəkdir.  Deflasiya  ortamında  isə  MərkəziBank  reeskont 
həddini düşürəcəkdir.  
Diskont  banklar  tərəfindən  fərd  və  fırmalara  qısa  müddətli 
kredit  açdığı  halda,  reeskont  isə  Mərkəzi  bank  tərəfındən  banklara 
açılan qısa müddətli kreditdir.  
Açıq  bazar  əməliyyatları  (ABƏ).    Pul  siyasətinin  ən  önəmli 
alətlərindən biridir. Açıq bazar əməliyyatları dövlət istiqrazları və ya 
valyuta  üzərində  aparılmaqdadır.  Açıq  bazar  əməliyyatlarından 
istifadə  edərək,  dövlət  istiqrazı,  xəzinə  bonosu  və  ya  valyuta  satın 
alınması ilə pul miqdarı genişlənir, yəni iqtisadiyyatda pul təklifi ar-
tır.  Əks  halda,  yəni  MərkəziBankın  bono,  istiqraz  və  ya  valyuta 
satması halında pul miqdarı daralır. MərkəziBankın bazardan sənəd 
almaları və ya bazara sənəd satmaları deməkdir. Sənəd satın alındığı 
zaman  bunun  qarşılığında  pul  verilmiş  olacağından  bazardakı  pul 
miqdarı artır. Əksi durumda da bazardakı pul miqdarı azalır. ABƏ-
pul təklifı üzərində son dərəcə təsirli bir alətdir. ABƏ, xəzinəyə aid 
bono  və  istiqrazların,  bazarlarda  MərkəziBank  vasitəsi  ilə  alım  və 
satım  əməliyyatlarını  əhatə  edər.  Bono  və  istiqrazların  Mər-
kəziBank  tərəfindən  alınması,  bankların  reservlərini  artırır  və 
onların  daha  çox  kredit  açmaları  üçün  uyğun  mühit  yaradır.  Bu 
baxımdan,  ABƏ  çərçivəsində  aparılan  alımlar,  iqtisadiyyata  geniş-
ləndirici təsir göstərir. Satın işləmləri isə bazarlardan pulun çəkilməsi 
məqsədinə  yönəlikdir.  MB  bazardan  sənəd  almağa  başlaması, 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə