M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə11/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

 
35
Çünki qiymət artımı istehsalı təşviq edir.  stehsalın təşviqi əmək 
haqqının  səviyyəsini  yüksəldir.  Əmək  haqlarının  yüksəlməsi 
alıcılıq  qabiliyyətini  artırır.  Beləliklə,  mal və xidmət birjasında, 
həm də istehsal malları birjasında məcmu tələb artımı inflyasiya-
ya səbəb olur. Həmkarlar təşkilatının çox güclü olduğu iqtisadiy-
yatlarda,  həmkarlar  birliyinin  təzyiqi  ilə  istehsalda  gerçək  bir 
produktivitə artımı olmadan yapılacaq əmək haqqı artımları da, 
ölkədə  nominal  gəliri  yüksəldəcəyindən  inflyasiyaya  yol  aça 
biləcəkdir.  Bu  cür  inflyasiyalara  da  əmək  haqqından 
qaynaqlanan  inflyasiya  deməkdəyik.  nflyasiyaya  yol  açan 
səbəblərdən biri də xaricdən idxal edilən malların qiymətlərindəki 
йцксялтшлярдир.  
nflyasiyaya yol açan səbəblərdən biri də istehsal xərclərinin 
йцксялмясидир.Xərclər  inflyasiyası,  malın  maya  dəyərində,  yəni 
maddələrin  birində  və  ya  bir  neçəsinin  qiymətlərində  (мясялян, 
xammal qiymətlərində) meydana gələn artımlar səbəbi ilə ortaya 
çıxmaqdadır.  Maya  dəyərində  meydana  gələn  artımlar  məhsul 
qiymətini artırır, bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Mə-
lum olduğu kimi, istehsal prosesi - əmək, kapital, təbiət resursları 
və təşəbbüskardan təşkil edilir. Nəticədə məsrəflər inflyasiyası bu 
istehsal  amillərin  hamısının  və  ya  bir  neçəsinin  qiymətlərindəki 
artımların malların qiymətlərindəəks etdirilməsi səbəbindən yara-
nır. Tədavül dairəsindəəmtəə və xidmətlərlə təmin edilməyən ar-
tıq pulun olması, onun alıcılıq qabiliyyətinin aşağı düşməsinə gə-
tirib çıxarır.  nflyasiyanın əsas mənbəyiндян Mərkəzi Bank tərə-
findən tədavülə buraxılan əlavə pul kütləsidir. 
Eyni  zamanda,  uzun  müddətdə  pul  təklifindəki  artımlar 
həm inflyasiyanı, həm də faiz dərəcələrini artırır.  nflyasiya səviy-
yəsini  aşağı  salmaq  üçün  pul  təklifinin  artım  nisbətiни  azaltmaq 
məqsədəuyğundur.  nflyasiya, təklif əskikliyindən deyil, pul bol-
luğundan ortaya çıxmaqdadır. 
Hazırda  inflyasiyanın  cilovlanması  ona  qarşı  mübarizənin 
konkret  yollarının  və  müvafiq  alətlərin  seçilməsi  sahəsində  top-
lanmış kifayət qədər dünya təcrübəsi, antiinflyasiya siyasətinin iş-
lənib  hazırlanmış  nəzəri  əsasları  mövcuddur.  Keynsçi  təlim 


 
36 
iqtisadi siyasətdə təsirli alət kimi iki vasitəni tövsiyə edir: işsizlik 
və durğunluq halında dövlət məsrəflərini artırmaq, inflyasiya sü-
rətləndikdə isə bu xərcləri azaltmaq. 
Monetaristlərə  görə,  inflyasiyanın  səbəbi  pul  kütləsindəki 
artım  olduğundan,  yeganəçarəsi  də  onun  artım  nisbətini  azalt-
maqdır.  Lakin,  onlara  görə  inflyasiya  onun  qarşısının  alınması 
yollarının  bilinməməsindən  deyıl,  bu  tədbirləri  həyata  keçirəcək 
siyasi iradənin olmamasından irəli gəlir. 
Antiinflyasiya tənzimlənməsinin vəzifələrindən biri də büd-
cə kəsirinin azaldılması və ləğv edilməsidir. Özəlləşdirilən müəssi-
sələrin səhmlərinin satılması inflyasiya tələbinin müəyyən hissəsi-
ni azaldır.  ri miqyaslıözəlləşdirmə həyata keçirilmiş bütün ölkə-
lərdə belə nəticəəldə edilmişdir. 
nflyasiya  əleyhinə  bir  vasitə  kimi  milli  valyutanın 
məzənnəsini  artırmaqdan  istifadə  edilir.  nflyasiyanın  qarşısının 
alınmasında vacib amillərdən  biri dəуcуz  kredit siyasətinin ara-
dan qaldırılmasıdır.  
nflyasiyanın iqisadiyyata təsiri.  nflyasiyanın sabit gəlirlilər 
dediyimiz qruplara, yəni işçi və məmurların gəlir bölgüsünə mənfi 
təsiri  şübhəsizdir.  Bu  qrupun  gəliri,  qiymətlərin  artımına  ayaq 
uyduran  qrupların  gəlirlərinin  əksinə  azalar  və  satın  alma  gücü 
düşər. Bu isə sosial ədalətsizliyə yol açar.  nflyasiya şəxslərin yı-
ğ
ım istəklərini yox edir. Pul gündən-günə dəyərini itirdiyinə görə 
kimsə pulunu saxlaya bilməz. Həmən pullarını mala yatırmaq is-
tər.  Bu  isə  tələbin  şişməsindən  təkrar  qiymətlərin  yüksəlməsinə 
yol  açar.  nflyasiya  olan  ölkədə  yapılacaq  investisiyaların  pro-
duktiv sahələrинə qoyulması yerinə, ən çox qısa müddətdə mənfə-
ət gətirən sahələrə istiqamətləndirilməsinə yol a
çar və beləliklə iq-
tisadiyyatda qaynaq bölgüsünün pozulmasına səbəb olur.  nflya-
siya  ölkənin xarici  ticarətini  də pozar. Valyuta  kurslarının sabit 
olduğu bir durumda daxili qiymətlərin çox yüksəlməsi nəticəsin-
də idxal ediləcək mallar daha da azalır. Bu isə, valyutaya ehtiyacı 
olan  ölkələr  üçün  ciddi  problemlər  йарадыр.  Bu  problemləri  həll 
etmək  üçün  də  devalvasiyа  edilir,  yəni,  inflyasiya  dönəmlərində 
faiz dərəcələri yüksəlir və real maaşlar azalır. 


 
37
nflyasiyaya qarşı müбaризə. Bildiyimiz kimi inflyasiya-cari 
qiymət səviyyəsində məcmu tələbin məcmu təklifdən yuxarı həd-
dəçatmasıdır. Burada aktiv olan amil tələbdir, yəni inflyasiyanın 
səbəbi  təklifin  tələbin  altına  düşdüyüüçün  deyil,  tələbin  təklifin 
üstünəçıxdığıüçün başlamışdır. Bundan ötrü inflyasiyanın qarşısı-
nın alınmasının tək yolu tələbi daraltmaqdır. Щягигятян inflyasi-
yaya  qarşı  mцбаризядя  təklifin  artırılması  yetərli  tədbir  deyildir. 
Çünki təklif, eyni vaxtda özünə bərabər əlavə bir tələb yaratma-
dan  artırmaq  lazımsız  olurdu.  Belə  olunca,  təklifin  artırılması, 
məcmu  tələbi  də  artıracağından,  inflyasiyaya  səbəb  olan  tələb 
çoxluğuna davam edəcək deməkdir. Bu duruma görə, əgər təklif 
artımı, eyni zamanda özünə bərabər bir tələb artımına səbəb ol-
mursa, inflyasiyanın  qarşısını almada  bir alət ola bilər. Belə bir 
təklif  artımıны  idxalatla  təmin  etmək  mümkündür.  Yığılmış  val-
yuta  rezervlərinin  istifadəsi,  ya  da  borclanaraq  yapılan  idxalat, 
inflyasiyanın qarşısынı almada кюмякчи ola bilir. Fəqət inflyasiya-
nın  qarşısını almaq üçün məcmu tələbin daralması məsələsi çox 
çətin bir işdir. Yəni, investisiyaları daraltmaq, iqtisadi artımı ya-
vaşlatmaq lazım olacaqdır. Bu isəöz növbəsində investisiya sekto-
runda işsizliyə yol vermiş olaraq, çeşitli qrup və təbəqələr arasın-
dakı  gəlir  çəkişməsini  durdurmaq  gərəkəcəkdir.  Bu  isə  ciddi 
sosial  gərginliyə  yol  açar.  Bəzi  iqtisadçılara  görə,  maaş  və  qiy-
mətlərin əsnək olduğu bir iqtisadiyyatda əmək haqqı və qiymət-
lərdəki  yüksəlmə  məcmu  gerçək  tələbin  azalmasına  səbəb  olur. 
Bu isə, inflyasiyanın azalması yolunda bir təsir meydana gətirir. 
Belə ki:ümumi qiymət səviyyəsinin yüksəlməsi, əməliyyat motivi 
ilə pul tələbini artırır. Bu isə, əgər pul təklifi sabit qalırsa, faiz nis-
bətlərinin  yüksəlməsinə  səbəb olmaq surəti  ilə  investisiya  tələbi-
nin azalmasına və gəlir səviyyəsinin düşməsinə yol açar.  stehlak 
xərcləmələri  azalır,  həm  investisiya,  həm  də  istehlak  xərc-
ləmələrinin azalması gerçək tələbi azaldır.  
nflasiyanın  idxalatı  artırıcı,  ixracatı  azaldıcı  yöndə  təsir 
etməsi,  ölkə  iqtisadiyyatının  xarici  ticarət  kəsiri  verməsinə  yol 
açar.  Bu  isə,  xarici  ticarətin  iqtisadiyyatdakıваъиблийиня  görə, 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə