M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 
 
~ 59 ~ 
demək olar ki yəni növ modelləşdirmə, yəni insanın əqli fəaliyyətinin 
modelləşdirilməsi məsələləri aktuallaşır. Bu isə öz növbəsində geniş 
spektrə  malik  problemlərin,  o  cümlədən  də  elmi  –  tədqiqat 
sahəsindəki problemlərin həlli üçün xüsusi əhəmiyyət kəsb edir.  
Elmi  təqqiqatların  mərhələlərinin  xarakterik  xassələri  kimi 
aşağıdakıları göstərmək olar:  

 İlkin emprik verilənlərin toplanması və emalı  

 Yəni faktların alınması üçün verilənlərin riyazi və məntiqi – 
nəzəri  emalı(bu  halda  yəni  faktların  obyektiv  doğruluğu  nəzəri  və 
emprik şəkildə əsaslanmalıdır); 

 
Elmi 
faktların 
ümumiləşdirilməsinə  əsasən  yeni 
nəzəriyyələrin yaradılması. 
Hal-hazırda  elmi  tədqiqatların  birinci  mərhələsinə  aid  olan 
məsələlər  verilənlərin  emalı  sistemlərinin,  VB  və  VBİS  –in 
faktoqrafik  informasiya-axtarış  sistemlərindən  istifadə  etməklə 
kifayət səviyyədə avtomatlaşdırılmışdır. 
 2-ci  və  3-cü  mərhələlərin  tələb  olunan  səviyyədə 
avtomatlaşdırılması  mərhələlərində  hələlik  kifayət  qədər  boşluqlar 
mövcuddur.  Belə  ki,  bu  məsələlərin  həllində  riyazi  modelləşdirilmə 
və hesablama  eksperimentləri həlledici  rol oynayır. Göstərilən hal  o 
elmi  istiqamətlərə  tətbiq  oluna  bilər  ki,  onların  məsələlərini  riyazi 
modelləşdirmək  mümkün  olsun.  Digər  elm  sahələrində,  məs.  tibb, 
biologiya,  kimya,  mürəkkəb  texniki  sistemlər  və  s.  alimlərin  elmi 
fəaliyyətlərinin  modelləşdirilməsi  çətinlik  törədir,  əksər  hallarda  isə 
demək  olar  ki,  mümkünsüz  olur.  Təbii  ki,  belə  fəaliyyətlərin 
avtomatlaşdırılması haqqında söhbət gedə bilməz. 
Ekspert  sistemlərin  meydana  gəlməsi  bu  cür  sterotipləri 
demək  olar  ki,  darmadağın  etdi  və  əqli  aktivlikli  məsələlərin  həlli 
modellərini qurmağa imkan yaratdı. 
Ekspertlər aşağıdakı əqli aktivliklərlə fərqlənir: 
1)  Biliklərin toplanması ( akkumliyasiyası); 
2)  Biliklərin ümumiləşdirilməsi (analiz və sintez); 
3)  Biliklərin qavranılması və problemlərin aşkarlanması; 
4)  Problemin həlli üçün müzakirələrdə istifadə etmək və tam 


 
 
~ 60 ~ 
informasiya olmayan şəraitdə düzgünə uyğun qərarların qəbulu; 
5) 
Özünün 
davranışını 
əsaslandırmaq 
və 
özünün 
mühakimələrini izah etmək;  
6)  Digər  insanlarla  qarşılıqlı  münasibətlərdə  biliklərin 
toplanmasını genişləndirmək;  
7) Öz biliklərini yenidən konstruksiya və təşkil etmək və s.  
Ekspert  sistemləri  hal-hazırda  1-ci,  2-ci  və  6-cı  xassələri 
realizə  etmək  xüsusiyyətinə  malikdir.  3-cü  xassə  -  insana  xas  olan 
prereqativadır, ancaq ekspert sistemi ilə dialoqda insana xas olan bu 
xassə əhəmiyyətli dərəcədə intensifikasiya olunur. 4-cü xassə dialoq 
rejimində  təkliflərin  verilməsi  ilə  realizə  olunur.  5-ci  xassə  ancaq 
ekspert  sistemlərində  izah  etmə  və  etimad  alt  sistemi  ilə  realizə 
olunur.  7-ci  xassə  ekspert  sistemlərini  yaradanlar  tərəfindən  realizə 
olunur 
və 
sonrakı 
mərhələlərdə 
istifadəçilər 
tərəfindən 
zənginləşdirilir. 
 
2.3.5. Ekspert sistemlərinin əsas funksiyaları  
 
İstənilən  ekspert  sistemi  aşağıdakı  əsas  funksiyaları  yerinə 
yetirməlidir: 

 
Verilənlər və biliklərin interpretasiyası; 

 
Texniki,  bioloji  və  s.  sistemlərin  vəziyyətlərinin  təyini  və  ya 
diaqnostikası; 

 
Nəzarətdə olan obyektlərin kritik vəziyyətlərinin təyini və  ya 
diaqnostikası; 

 
Nəzarətdə  olan  obyektlərin  kritik  vəziyyətlərinin  təyini  üçün 
ilkin  verilənlərin  fasiləsiz  olaraq  real  vaxt  rejimində  yoxlanılması 
(monitorinq sistemləri); 

 
Keçmişi və cari vəziyyətləri modelləşdirərək gələcək inkişafı 
proqnozlaşdırmaq; 

 
Qoyulmuş  məqsədə  nail  olmaq  üçün  fəaliyyət  və  tədbirlərin 
işlənməsi və planlaşdırılması; 

 
Qoyulmuş  tələbləri  təmin  edən  obyektlərin  qurulması  üçün 
layihələrin işlənməsi. 


 
 
~ 61 ~ 
Məlum  olduğu  kimi  nəşriyyatların  çap  materiallarında 
toplanmış  biliklərə  biliklərin  təsviri  sistemləri  kimi  məna  etibarı  ilə 
passivdirlər. Müxtəlif problemlərin həlli üçün ilk növbədə kitablarda 
toplanmış  bilikləri  tapmaq  və  onları  məsələnin  həlli  üçün 
interpretasiya  etmək  lazımdır.  Kitablar  biliklərin  yeniləşdirilməsi  və 
yeni  biliklərin  təsviri  nöqteyi-nəzərdən  çevikliyə  malik  deyillər. 
Kitablar  vasitəsi  ilə  biliklərin  başqa  insanlara  ötürülməsi  də 
kommunikasiya  prosesləri  nöqteyi-nəzərdən  də  çevikliyə  malik 
deyillər. 
Kitablardakı biliklərin elektron təsvirlərinin yaradılmasını çap 
məmulatlarının  mətnlərinin  komputerin  yaddaşına  sadə  şəkildə 
köçürülməsi  kimi  başa  düşmək  olmaz.  Belə  ki,  kitablardakı  və 
ekspertin bilikləri komputerin yaddaşına köçürülməzdən əvvəl xüsusi 
biliklərin  təsviri  dilləri  ilə  kodlaşdırılmalıdır.  Bu  dillərə  (modellərə) 
misal  olaraq  qeyd  etdiyimiz,  semantik  şəbəkələri,  freym  və  məntiqi 
modelləri və produksiya qaydalarını göstərmək olar. 
Təbiidir  ki,  xüsusi  əhəmiyyət  kəsb  edən  mətn  tipli 
informasiyalar  komputerin  yaddaşına  adi  qaydada,  yəni  mətn 
formasında yazılır. 
Ekspert  sistemləri  yarananadək  işlənilən  proqram  sistemləri 
də  çeviklik  xasiyyətinə  mailk  deyildilər.  Belə  ki,  biliklərdəki 
istənilən  dəyişiklik  proqramların  yenidən  işlənməsini  tələb  edirdi. 
Produksiya  qaydalarına  əsaslanan  qeyri  formal  proqramlaşdırma  bu 
problemi aradan qaldırmaqda mühüm rol oynadı. 
Məlum  olduğu  kimi  ekspert  sistemlərinə  kimi  texniki 
tapşırığa  əsasən  sistemi  işləyən  sifarişçiyə  istismara  hazır  olan 
sistemi  təhvil  verirdi.  Ancaq  ekspert  sistemində  sistem  lazım  olan 
biliklər  sifarişçidə  olduğundan  sistemin  biliklərlə  təmin  edilməsi 
bilavasitə sifarişçi ilə yerinə yetirilir. 
Adətən  icraçı  təşkilat  uyğun  alət  vasitələri  ilə  müəyyən  sinif 
obyektlər  üçün  boş  ekspert  sistemini  (metasistem)  yaradır  boş 
ekspert  sisteminin  biliklərlə  təmin  olunması  birbaşa  sifarişçinin 
obyektində  ya  icraçı  təşkilatın,  ya  da  sifarişçi  təşkilatın  bilik 
mühəndisləri tərəfindən həyata keçirilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə