M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 
 
~ 55 ~ 
 
 
Şəkil 2.4.  Süni intellekt sistemlərinin sturukturu  
və komponentləri 
 
Bu  halda  söhbət  dilin  modelindən  (lüğət  və  qrammatikadan) 
istifadədən gedir və demək olar ki, predmet sahəsi barədə biliklərdən 
istifadə edilmir. Onu da qeyd edək ki, təbii danışıq dilində ünsiyyət 
sistemləri  sual-cavab  sistemlərindən  fərqli  olaraq  dilin  modelində 
predmet sahəsi barədə biliklərə də malik olurlar. 
Mükəmməl  intellektual  informasiya  axtarış  sistemlərinin 
strukturuna  göstərilən  üç  sistemdən  əlavə  biliklərin  yığılması  və 
toplanması ilə məntiqi qərar qəbul etmə alt sistemləri də daxil edilə 
bilər ki, bu da son nəticədə intellektual informasiya axtarış sisteminin 
funksional  imkanlarını  və  intellektual  səviyyəsini  daha  da 
genişləndirir. 
 
 


 
 
~ 56 ~ 
2.3.2. İntellektual tətbiqi proqram paketləri 
 
İntellektual  tətbiqi  proqram  paketləri  aşağıdakı  alt  sistemlər 
toplusundan  ibarətdir:  monitor,  ünsiyyət  sistemi,  VB  və  BB,  tətbiqi 
məsələlərin  planlaşdırılması,  tətbiqi  proqram  və  proqram  modulları 
kitabxanaları,  funksional  semantik  şəbəkə,  paylanmış  V  və  BB  –na 
icazə  verilən  müdaxilələrin  təmin  edilməsi  və  məsələlərin  kollektiv 
həlli  vasitələri.  Bu  sistemin  sadələşdirilmiş  variantına  ünsiyyət 
sistemi və VB, BB daxil olmaya bilər.  
Intellektual tətbiqi paket proqramları imkan verir ki, istifadəçi 
öz məsələlərini proqramlaşdırma proseslərinə müdaxilə etmədən həll 
etsin. Bu halda proqramlaşdırma planlaşdırıcı – proqram vasitəsi ilə 
hazır  proqram  modulları  toplusundan  (həllini  tələb  edən  predmet 
sahəsinə aid olan) avtomatik şəkildə həyata keçirilir. 
BB funksional semantik şəbəkə şəklində realizə olunur və iki 
növ  düyünlərlə  yaradılmış  işarəli  qrafla  təsvir  olunur.  Düyünlərdən 
biri  hesablanan  məsələlərin  parametrlərini,  eyni  zamanda  ilkin 
verilənləri  təsvir  edir.  Parametr  düyünləri  digər  düyünlərlə  riyazi 
əlaqələrlə birləşirlər. 
Intellektual tətbiqi proqram paketləri texniki sistemlərin blok-
modul  prinsipi  ilə  avtomatlaşdırılmış  layihələndirmə  sistemlərində 
səmərəli istifadə olunur. 
Bu  tip  sistemlərin  inkişafının  növbəti  mərhələsində  riyazi 
modelin  özünün  qurulması  avtomatlaşdırılır.  Belə  ki,  istifadəçi  öz 
professional dilində layihələndirilən sistemin yazılışını formalizə edir 
və sistem tərəfindən avtomatik olaraq riyazi model qurulur. Bu halda 
sünii  intellektin  təsvir  formalizmlərindən,  xüsusən  də  predmet 
səviyyəsində biliklər bazasının yaradılması üçün freymlərdən istifadə 
edilir. Bu da öz növbəsində predmet səviyyəsində sistemin modelini 
funksional  semantik  şəbəkə  şəkilində  riyazi  modelə  avtomatik 
çevrilməsini təmin edir.  
Göstərilən  hallarda  ünsiyyət  sistemi  sadələşdirilmiş  sxem 
şəklində  qurulur,  lüğət  və  standartlaşdırılmış  ifadələri  (menyu) 
formulə  etmək  funksiyasını  yerinə  yetirir.  İstifadəçi  bunlardan 


 
 
~ 57 ~ 
istifadə edərək dialoq rejimində layihələndirilən sietemin strukturunu 
və hesabi məsələni formalizə edir. 
 
2. 3.3. Hesabi-məntiqi sistemlər 
 
Hesabi-məntiqi  sistemlər  aşağıdakı  alt  sistemlər  toplusundan 
ibarətdir:  monitor,  ünsiyyət  sistemi,  V  və  BB  və  sünii  intellekt 
sistemlərinin  strukturundakı  8-dən  12-yə  qədər  olan  alt  sistemlər 
toplusu.  Hesabi-məntiq  sisteminin  sadələşdirilmiş  variantında 
ünsiyyət sistemi və BB, VB alt sistemləri olmaya bilər.  
Hesabi-məntiqi 
sistemlər  intellektual  tətbiqi  proqram 
paketləri sistemlərinin inkişaf etmiş  variantıdır və proqramlaşdırma, 
layihələndirmə, elmi tədqiqatlar və s. məsələlərin paylanmış şəkildə 
kollektiv həlli funksiyalarını həyata keçirir. 
Intellektual  tətbiqi  proqram  paketləri  süni  intellektin  elə  bir 
monosistem sinifidir ki, burada bir və ya bir neçə istifadəçi sistemdə 
toplanmış  deklorativ  və  prosedur  biliklərdən  istifadə  etməklə  öz 
məsələlərini həll edirlər. 
 Ümumi  bir  məsələni  kollektivdə  (məsələn  planlaşdırma, 
layihələndirmə və s.) həll  etdikdə, biliklər, vərdişlər, klavikasiya və 
cavabdehlik  mütəxəsislər  və  ya  mütəxəsis  qrupları  arasında  alt 
sistemlər kimi paylanmış şəkildə olur. Odur ki, ümumi məsələnin alt 
məsələlərə  böldükdə  layihənin  idarəedici  mərkəzi  kollektivin  bu 
xüsusiyyətlərinin  əsas  kimi  qəbul  edir.  Odur  ki,  ümumi  məsələnin 
müvəffəqiyyətlə  həlli  üçün  və  mütəxəssis  qruplar  arasında,  hən  də 
qruplarla  mərkəz  arasında  təşkilati  (iearxiyalı  tabe  olunan)  və 
informasiya qarşılıqlı əlaqələri təşkil olunmalıdır. 
Məsələlərin  paylanmış  həlli  geniş  yayılmış  komputer 
şəbəkələrində  verilənlərin  emalından  prinsipial  şəkildə  fərqlənir. 
Belə  ki,  bu  halda  multi  sistemlərlə  deyil  monosistem  çərçivəsində 
məsələ həll edilir. Qeyd edək ki, böyük həcmli məsələlərin həllində 
şəbəkəyə  qoşulmuş  istuifadəçilərə  öz  komputerlərinin  resursları 
kifayət  etmir.  Onda  şəbəkənin  hesablama  maşınlarının  resursları 
hesabına  istifadəçi  üçün  virtual  komputer  yaradılır  ki,  onun  da 


 
 
~ 58 ~ 
məhsuldarlığı  istifadəçinin  xüsusi  komputeri  ilə  müqayisədə  daha 
yüksək olur. 
Multisistemlər, o cümlədən paylanmış süni intellekt sistemləri 
özlərini  hesabi-məntiqi  sistemlər  kimi  göstərir  və  ekspert 
monosistemlərindən təşkil oluna bilərlər. 
 
2.3.4. Ekspert sistemləri 
 
Süni  intellekt  sistemlərinin  strukturuna  əsasən  “ənənəvi” 
ekspert sistemi aşağıdakı alt sistemlər toplusundan ibarətdir: monitor, 
ünsiyyət sistemi, biliklərin toplanması və idarəolunması sistemi, B və 
V  bazaları,  məntiqi  qərar  qəbuletmə  sistemi,  izahetmə  və  icra 
sistemləri.  Ekspert  sistemləri  insanın-ekspertin  mühakimələrinin 
bilik  və  texnikasını  istifadə  edən  komputer  proqramlarıdır.  Ekspert 
sistemlərinin  digər  insan-maşın  sistemlərindən  fərqləndirən  əsas 
xüsusiyyət onların alt sistemlərinin tərkibində izahetmə alt sisteminin 
olmasıdır.  Izahetmə  sistemi  “  necə”  və  “  nə  üçün”  suallarına  cavab 
verməklə istifadəçini bu və ya başqa qərarların çıxarılmasına gətirib 
çıxarır.  Bu  alt  sistem  istifadəçinin  təbii  tələbatı  tələblərində  özünə 
inamlılığını  təmin  edir.  Onu  da  qeyd  edək  ki,  izahetmə  alt  sistemi 
olmadıqda  sistem  iki  eyni  qiymətli  qəbul  olunmayan  alternativlərə 
cavab verməlidir: 

  alınmış  nəticəyə  etimadsızlıq  nəticəsində  komputerin  inkar 
edilməsi; 

  komputerin  qəbul  etdiyi  həllərin  həmişə  düzgün  olduğuna 
etimadlılıq  olmaqla,  bütün  məsuliyyətin  düzgün  olmayan  qərarlarda 
cavabdehliyin riyaziyyatçıların və komputerin adına yazmaq. 
Ekspert sistemlərində sünii intellektin xüsusi formalizmləri – 
məntiqi – linqvistiq modellər (MLM) əsasında qurulmuş modellərdən 
istifadə olunur. 
Göründüyü  kimi,  ekspert  sistemləri  biliklərə  oriyentasiya 
olunur  və  təbii  ki,  biliklərlə  manipulyasiya  edir,  yəni  biliklər 
üzərində  emal  əməliyyatlarını  yerinə  yetirir.  Beləliklə  ekspert 
sisteminin qərarlarının insanın əqli fəaliyyətinin nəticəsi olduğu üçün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə