M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 
 
~ 85 ~ 
həyata keçirilməlidir. 
Göründüyü  kimi,  ÇİS-in  analitik  modelləşdirmə  üsulları  ilə 
tədqiqində  əsas  məsələ  onların  hər  hansı  bir  məntiqi  başa  çatmış 
funksiyanı yerinə yetirən alt sistemlər – ÇİM-lərə bölmək və hər bir 
ÇİM-in  mürəkkəblik  dərəcəsindən  asılı  olaraq  sadə  modelləşdirmə 
aparatları  ilə  modelləşdirilərək  Petri  şəbəkələrinin  əsas  xassələrini 
analiz nəticəsində tədqiqini həyata keçirmək lazımdır. Bu məsələnin 
həlli yolunda bir yanaşmanı nəzərdən keçirək. 
 
3.8. 
Çevik 
istehsal 
sisteminin 
avtomatlaşdırılmış 
layihələndirmə alətinin arxitekturası 
 
Məlum  olduğu  kimi  ÇİS  çoxlu  sayda  mexatron  qurğuları  – 
sənaye  və  intellektual  robotlar,  xüsusi  təyinatlı  manipulyator  və 
nəqliyyat  vasitələrindən,  emal  qurğularından,  dəzgahlardan  və  s. 
toplusundan  ibarət  olmaqla  real  vaxt  rejimində  fəaliyyət  göstərən 
çoxfunksiyalı, tələb olunduqda qısa vaxt intervalında avtomatik və ya 
avtomatlaşdırılmış  rejimdə  müxtəlif  növ  məhsulların  istehsalına 
sazlanan və fəaliyyəti ənənəvi riyazi üsullarla çətin formalizə olunan 
sistemlər  qrupuna  daxildir.  ÇİS-in  hər  bir  elementinə  müxtəlif  işçi 
zonalarında  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərən  mini  mexatron 
dinamik  sistem kimi  baxmaq olar.  Beləliklə, həmin   mini  mexatron 
dinamik  sistemlərin  sinxronlaşdırılmış  və  koordinasiya  olunan 
fəaliyyəti istehsal prosesinin məqsədyönlü yerinə yetirilməsini, tələb 
olunan vaxt intervalında məhsul istehsalını təmin edir. 
ÇİS-in  avtomatlaşdırılmış  layihələndirilməsi  təcrübəsi  göstərir 
ki,  klassik  layihələndirmənin  bütün  mərhələləri  (texniki  tapşırıq, 
eskiz,  texniki  və  işçi  layihələndirmə,  təcrübə  nümunəsinin 
hazırlanması  və  sınağı,  istismar)  nəzərə  alınmaqla  dörd  qrup 
mütəxəssislər  tərəfindən  həyata  keçirilməlidir:  bilik  mühəndisi  (baş 
layihə edən), konstruktor, texnoloq, sınaqçı. 
Göründüyü  kimi,  mütəxəssislər  qrupunun  hər  biri  ÇİS-in 
layihələndirilməsində  müəyyən  təyinatlı  layihə  proseduralarını 
həyata 
keçirirlər. 
Təbiidir 
ki, 
ÇİS-in 
avtomatlaşdırılmış 


 
 
~ 86 ~ 
layihələndirilməsi prosesində də həmin layihə proseduralarının ayrı-
ayrılıqda  avtomatlaşdırılması  və  son  nəticədə  ÇİS-in  ALS-in 
yaradılmasına xidmət edəcəkdir. 
ÇİS-in  avtomatlaşdırılmış  layihələndirmə  alətinin  (ALA) 
arxitekturası şəkil 3.3.-də verilmişdir. 
ÇİS-in  ALA-nın  arxitekturasından  göründüyü  kimi  onun 
layihələndirilməsi  üçün  tələb  olunan  biliklər  və  onların 
idarəolunması  üç  əsas  səviyyədə  təsvir  olunurlar:  tədqiqat  obyekti, 
riyazi və proqram səviyyəsindəki biliklər bazası. 
Formal  olaraq  və  şərhi  asanlaşdırmaq  məqsədi  ilə  hər  bir 
səviyyədə  biliklər  struktur  tələbatlarına  uyğun  olaraq  ayrılıqda 
göstərilmişdir. 
Tədqiqat obyekti səviyyəsində biliklər bazalarının yaradılması 
ÇİS-in  baş  layihə  edən  mütəxəssisləri  və  bilik  mühəndisləri 
tərəfindən  yerinə  yetirilir,  mövcud  və  yeni  yaradılan  struktur 
modellərdən  təşkil  olunur:  ÇİS,  ÇİM-in  tipik  modelləri;  mexatron 
qurğuların tipik  modelləri  və s. Bu səviyyədə ÇİS-in  elementlərinin 
müxtəlif  xarakteristikaları  və  onlara  xas  olan  məlum  biliklər  də  öz 
əksini tapır. 
ÇİS-in  idarəolunmasına  aid  biliklər  və  verilənlər  də  həmin 
səviyyədə  öz  əksini  tapır:  ÇİS-in  fəaliyyətlərinin  sonlu  avtomatlar, 
paralel  fəaliyyətli  asinxron  proseslər,  freym,  məntiqi  və  produksiya 
modelləri və semantik şəbəkələr şəklində analitik yazılışları və s.  
Riyazi  səviyyədəki  biliklər  bazasında  ÇİS-in  elementlərinin 
riyazi  modelləri  təsvir  olunur,  ÇİM-in  və  ÇİS-in  struktur  modelləri 
generasiya  olunaraq  kompyuter  eksperimentləri  ilə  ÇİS-in  ÇİM-lər 
və  kompleks  şəklində  tədqiqi  həyata  keçirilir.  Bu  səviyyədə  ÇİS-in  
fəaliyyəti  Petri  şəbəkəsi  şəklində  generasiya  olunur  və  onun  əsas 
xassələrini  analiz  etməklə  layihələndirilməsinin  məqsədəuyğunluğu 
qiymətləndirilir.  Eksperimentlərin  nəticələri  müsbət  olan  təqdirdə 
ÇİS-in fəaliyyətinin idarə alqoritminin variantları formalaşdırılır. 
Proqram 
səviyyəsində 
müvəffəqiyyətli 
ekserimentlər 
qurtardıqdan  sonra  idarə  alqoritmlərinin  variantlarına  uyğun  ÇİS-in 
fəaliyyətini təmin edən proqram tərtib olunur. 


 
 
~ 87 ~ 
 
Şəkil 3.3. ÇİS-in ALA-ın arxitekturası 


 
 
~ 88 ~ 
ÇİS-in ALA-ın arxitekturasında əlaqə interfeysinin xüsusi rolu 
vardır.  Belə  ki,  əlaqə  interfeysinin  əsas  vəzifəsi  tədqiqat  obyekti 
səviyyəsində  yaradılmış  biliklər  bazasını  riyazi  səviyyədə  biliklər 
bazasına çevirməkdir. Bu nöqteyi-nəzərdən əlaqə interfeysi aşağıdakı 
əsas  funksiyaları  yerinə  yetirməlidir  [29]:  ÇİS-in  tipik  modellərinin 
və  onlara  xas  olan  bütün  verilənlərin  və  biliklərin  riyazi  biliklər 
bazasında  təsviri;  tədqiqat  obyekti  səviyyəsində  ÇİS-in  fəaliyyətini 
təsvir  edən  ilkin  informasiyaların  qavranılması  və  Petri  şəbəkələri 
riyazi modelinə çevrilməsinin yerinə yetirilməsi. 
ÇİS-in  ALA-sı  iki  əsas  rejimdə  işləyir:  ÇİS-in  fəaliyyətinin 
idarə 
alqoritmlərinin 
tədqiqi 
və 
məqsədəuyğunluğunun 
qiymətləndirilməsi;  sistemotexniki  layihələndirmə  mərhələsində 
ÇİS-in  bütün  fəaliyyətinin  kompyuter  eksperimentləri  ilə  tədqiqi  və 
idarə alqoritmlərinin variantlarının yoxlanılması. 
ALA-ın  1-ci  rejimdə  istifadəsi  (arxitekturada  qırıq  xətlərlə 
göstəərilmişdir)  zamanı  tədqqat  obyekti  səviyyəsində  ÇİS-in  hər 
hansı  modelləşdirmə  aparatı  ilə  təsvir  olunmuş  modeli  əlaqə 
interfeysi  vasitəsi  ilə  Petri  şəbəkəsi  modelinə  çevrilir  və  axırıncının 
əsas  xassələrinin  analizi  nəticəsində  kompüter  eksperimentləri  ilə 
idarə 
alqoritminin 
düzgünlüyü 
və 
məqsədəuyğunluğu 
qiymətləndirilir.  
ALA-ın 
2-ci 
rejimi 
sistemotexniki 
layihələndirmə 
mərhələsində ÇİS-in kompleks şəkildə bütün fəaliyyətinin kompüter 
eksperimentləri  ilə  tədqiqini  nəzərdə  tutur.  Qeyd  edək  ki,  ÇİS-in 
ALA-sı  istsmar  olunan  ÇİS-in  ayrı-ayrı  xarakteristikalarının 
yüksəldilməsi  və  idarə  alqoritmlərinin  təkmilləşdirilməsində  də 
müvəffəqiyyətlə istifadə oluna bilər. 
Dərs  vəsaitində  ÇİS-in  alt  sistemləri  olan  çevik  istehsal 
modullarının  (ÇİM)  ALA-ın  birinci  rejimdə  avtomatlaşdırılmış 
modelləşdirilməsi ilə tədqiqi məsələlərinə baxılır. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə