M. Ə. MƏMMƏdov



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə7/81
tarix07.11.2018
ölçüsü1,57 Mb.
#77960
1   2   3   4   5   6   7   8   9   10   ...   81

xalq t
əsərrüfatının  bütün  sahələrini,  o cümlədən,  neft səna-
yesinin millil
əşdirilməsi  haqqında  (1920-ci  ilin  may  ayının 
24-d
ə) dekret qəbul  etmişlər.  Beləliklə,  bütün neftçıxarma, 
neftqayırma  və  neft ticarəti müəssisələri,  o cümlədən,  yar-
dımçı  müəssisələri dövlət mülkiyyəti elan edilmişdir.  Həm-
çinin,  qeyd edilm
əlidir ki,  respublikamızda  272  xüsusi  neft 
şirkəti ləğv  edilmişdir  ki,  onların  da  əksəriyyətində  qapalı 
xarakter daşıyan kiçik həcmli texniki kitabxanalar olmuşdur.  
Texniki kitabxanalar – elmi-texniki informasiya orqan-
ları sisteminin həlqəsi olmaqla, keçmiş Sovet Birliyi Kitab-
xana sisteminin 
əsas tərkib hissəsi olmuşdur. Bu kitabxana-
ların  fəaliyyəti dar informasiya hədəfləri ilə  məhdudlaşma-
mış,  digər sistemlərin  kitabxanaları  ilə  birlikdə  bu dövlətin 
siyas
ətini həyata keçirmiş və zəhmətkeşlərin mədəni-texniki 
s
əviyyəsinin yüksəldilməsinə fəal köməklik göstərmişdir.  
1920-ci ill
ərdə  respublikamızda  neft-sənaye müəssisə-
l
ərinin idarə  edilməsi məqsədilə  Azərbaycan Neft Komitəsi 
(“Az
ərneftkom”) təşkil  edilmişdir.  Azərneftkomun  yaradıl-
ması ölkədə neft sənayesinə rəhbərliyin vahid bir sistemdən 
idar
ə olunmasına səbəb olmuşdur. “Azərneftkom” neft səna-
yesin
ə rəhbərlik etməklə yanaşı ölkədə mədəni-maarif müəs-
sis
ələrinin, o cümlədən texniki kitabxanaların inkişafına kö-
m
əklik göstərirdi. “Azərneftkom”un rəyasət heyətində vaxt-
aşırı olaraq ayrı-ayrı müəssisə və təşkilatlarda texniki kitab-
xanaların  təşkili,  onların  komplektləşdirilməsi məsələlərinə 
köm
əklik göstərilirdi.  Bu məqsədlə  1921-ci  il  mart  ayının 
11-d
ə  “Azərneftkom” müstəqil kitabxanalar komissiyasının 
yaradılması haqqında qərar qəbul etmiş və bununla əlaqədar 
respublikada texn
iki kitabların toplanması haqqında göstəriş 
20 


vermişdir. Qeyd edilməlidir ki, komissiya respublikada tex-
niki  kitabxanaların  təşkilində  və  onların  komplektləşdiril-
m
əsində  əhəmiyyətli  işlər  görmüşdür.  Kitabxanalar  komis-
siyası  respublikamızda  mövcud  texniki kitablardan istifadə 
etm
əklə  yanaşı  xarici  ölkələrdən də  neft sənayesinə  dair 
kitab,  jurnal v
ə metodik vəsaitlərin alınmasına xüsusi qayğı 
göst
ərmişdir.  
 M
əlum  olduğu  kimi,  Azərneftkom 1921-ci ildə  təsər-
rüfat hesablı müstəqil trestə çevrilmiş və “Azərneft” adlandı-
rılmışdır.  Həmin  ilin  14  oktyabr  tarixli  iclasında  “Azər-
neft”in neft s
ənayesinə  dair xaricdən  ədəbiyyat almaq üçün 
kitabxanaçılıq  komissiyasına  5  milyon  manat  həcmində  pul 
ayrılması haqqında və 1922-ci il 11 mart tarixli iclasında isə 
k
imya  laboratoriyasının  məlumat  kitabxanası  üçün  Almani-
ya
dan kimyaya dair lazımi ədəbiyyatın alınması üçün 50 min 
marka ayrılması haqqında qərar çıxarılmışdır [3. 91]. Alınan 
bütün  kitablar  texniki  kitabxanalar  arasında  bölüşdürül-
müşdür. Alınan kitabların qorunması və yeni nəşrlərin alın-
ması  istiqamətində  “Azərneft”in rəhbərliyi  bir  sıra  işlər 
görmüşdür. Bu məqsədlə “Azərneftkom” 1921-ci il 27 fevral 
tarixli 1342 nömr
əli məktubu ilə bütün neft sənayesi müəs-
sis
ələrinin rəbərliyindən tələb edilirdi ki,  işdən azad olunan 
bütün f
əhlə, mühəndis və texniki işçilər kitabxanalara borc-
ları  olmadığı  haqqında  arayış  təqdim etməlidirlər.  Görülən 
bu v
ə ya digər tədbirlər neft sənayesi müəssisələrində bir sıra 
yeni  kitabxanaların  yaranmasına  və  fondun  qorunmasına 
əhəmiyyətli təsir göstərmişdir. Qeyd edilməlidir ki, məhz bu 
dövrd
ə  neft sənayesi müəssisələrində  texniki kitabxanalar 
t
ədricən yaradılmış və kitab fondları formalaşdırılmışdır. Bu 
21 


da texniki kitabxanalara göst
ərilən yüksək qayğının nəticəsi 
olmuşdur.  Bu  qayğının  məntiqi nəticəsi olaraq 1920-ci ildə 
M
ərkəzi Texniki Kitabxana təşkil edilmişdir. Aparılan tədqi-
qatlardan m
əlum olur ki, 1920-ci illərdə Bakı şəhərində 10, 
rayonlarda is
ə 24 kitabxananın açılması nəzərdə tutulmuşdur. 
Az
ərbaycan Xalq Maarif Komissarlığının 1920-ci il hesaba-
tında Bakı şəhərində xüsusi kitabxanaların açılması, region-
larda is
ə  mərkəzi kitabxanaların  tərkibində  xüsusi  şöbələrin 
yaradılması məqsədəuyğun hesab edilmişdir.  
Ümumiyy
ətlə, 1920-ci ilin 5 ayı ərzində Bakı şəhərində 
f
əaliyyətə  başlayan  10  xüsusi  kitabxanadan  dördüncüsü 
Az
ərbaycan Neft Komitəsinin tərkibində  açılmış  texniki  ki-
tab
xana olmuşdur. Bununla əlaqədar olaraq  “Azərneft” Ko-
mit
əsinin  1921-ci il 22 oktyabr tarixli 92 nömrəli  əmri ilə 
texniki kitabxana üçün 2 n
əfər  ştat  vahidi  ayrılır.  Bu  ştat 
vahidl
əri təyinat üzrə Xalq Maarif Komissarlığından “Azər-
neft” Komit
əsinə verilir. Bununla əlaqədar olaraq “Azərneft” 
Komit
əsi 1922-ci ildə  (307  nömrəli  əmr) texniki kitabxa-
nanın ştatını elan edir və ona bir nəfər xidmətçi ştatı da əlavə 
olunur.  
XX 
əsrin 20-ci illərində respublikamızda texniki kitab-
xa
naların  təşkili,  şübhəsiz ki,  böyük çətinliklərlə  üzləşdi. 
Ölk
ədə  mövcud siyasi vəziyyət,  maliyyə  qıtlığı,  kütləvi sa-
vadsızlıq və bir sıra digər səbəblər kitabxana işinin təşkilinə 
m
ənfi təsir göstərmişdir.  Buna baxmayaraq “Azərneft” Ko-
mit
əsi həmin illərdə  texniki  kitabxanaların  inkişafı  ilə  əla-
q
ədar bir sıra əməli tədbirlər görmüşdür. Belə ki, 1925-ci il 
12 fevral tarixli 135 nömr
əli məktubu ilə  “Azərneft” Ko-
mit
əsi ayrı-ayrı müəssisələrə müraciət edərək onlara texniki 
22 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə