M. Ə. MƏMMƏdov



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə8/81
tarix07.11.2018
ölçüsü1,57 Mb.
#77960
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

kitabxanaların  təşkili  və  onlar  üçün  alınacaq  kitablar  haq-
qında tövsiyələr vermişdir. Bu illərdə kitabxanalarda fondun 
komplektl
əşdirilməsi və  onun idarə  edilməsində  müəyyən 
p
ərakəndəlik  mövcud  olmuşdur  ki,  bu da həmin illərdə 
kitabxanalarda istifad
ə  edilən təsnifat cədvəllərinin tez-tez 
d
əyişməsi və  yeniləri ilə  əvəz  olunmasıyla  bağlı  olmuşdur. 
Mövcud p
ərakəndəliyi aradan qaldırmaq və texniki kitabxa-
nalardan istifad
əni vahid şəklə salmaq məqsədilə “Azərneft” 
Komit
əsi 7 avqust 1928-ci ildə ayrıca sərəncam (317 nömrəli 
əmr) imzalamışdır. “Texniki Kitabxanalardan istifadə etmək 
qaydaları”  adlı  bu  sərəncam “Azərneft” in tərkibində  fəa-
liyy
ət göstərən  kitabxanaların  vahid  qaydada  idarə  edil-
m
əsində mühüm rol oynamışdır.  
1924-cü ild
ə  respublikamızın  neft  sənayesi  müəssisə-
l
ərində  «Neftçilər” klubu təşkil  edilmiş  və  “Azərneft” in 
t
ərkibində fəaliyyət göstərən texniki kitabxanalara rəhbərlik 
bu mü
əssisəyə tapşırılmışdır.  
 XX 
əsrin 20-ci illərində  ölkədə  neft sənayesinin 
inkişafında  maraqlı  olan  keçmiş  ittifaq  rəhbərliyi Azərbay-
canda v
ə Şimali Qafqazda neft hasilatını artırmaq məqsədilə 
bir  sıra  elmi-tədqiqat müəssisələrinin  yaradılmasına  səy 
göst
ərmişdir. Belə ki, 1927-ci ildə Bakıda və Qroznıda Neft 
Elmi-T
ədqiqat  İnstitutunun  yaradılması  haqqında  keçmiş 
SSRİ  Xalq  Komissarları  Soveti qərar qəbul  etmişdir.  Bu 
q
ərara  əsasən 1929-cu ildə  Bakıda  Azərbaycan Elmi -Təd-
qiqat İnstitutu, 1930-cu ildən isə Azərbaycan Neft Maşınqa-
yırma  Elmi-Tədqiqat  İnstitutu  fəaliyyətə  başlamışdır.  Azər-
baycan neft s
ənayesi müəssisələrinin  bazası  əsasında  yara-
dılan  bu  elmi-tədqiqat müəssisələrinin hər birində  qapalı 
23 


xarakter  daşıyan  kiçik  həcmli texniki kitabxanalar da təşkil 
edilmişdir. Bu kitabxanalar sonrakı illərdə neftçıxarma, neft 
emalı və neft maşınqayırma sənayesində çalışan neftçi fəhlə, 
müh
əndis və texniki işçilərə kitabxana-biblioqrafiya xidmə-
tind
ə mühüm rol oynamışlar. Bütün bunların nəticəsi olaraq 
1928-ci ild
ə respublikanın Mərkəzi Texniki Kitabxanasından 
başqa ayrı-ayrı müəssisələrdə 27 texniki kitabxana fəaliyyət 
göst
ərmişdir. Bu illərdə neft sənayesində aparılan quruculuq 
işləri, bir sıra neft istehsalat idarələrinin, elmi-tədqiqat insti-
tutlarının yaranması, yeni texnika və texnologiyaların tətbiqi, 
kitabxanaların yeni texniki ədəbiyyatla komplektləşdirilməsi 
v
ə digər amillər respublikamızda neft istehsalına da müsbət 
t
əsir göstərmişdir.  Bütün  bunlarla  yanaşı  1929-cu ildə  Ali 
Xalq T
əsərrüfat  Şurası  bütün  istehsalat  müəssisələrindən 
t
ələb edirdi ki,  ayrı-ayrı  istehsalat  sahələrində  fəhlələrin, 
texnikl
ərin və  mühəndislərin ixtisaslarını  artırmaq  üçün 
fabrik-
zavod kitabxanaları təşkil edilsin.  
 1930-cu ild
ə “Azərneft” idarəsinin 1456 və 1986 nöm-
r
əli əmrləri ilə «Neftçilər” klubunun tərkibində olan kitabxa-
naların  əsasında  neft  sənayesinin Mərkəzi Texniki Kitabxa-
nası  təşkil  edilmişdir.  Bu  kitabxananın  təşkili  neft  sənayesi 

əssisələrində  çalışan  fəhlələrin,  mühəndislərin,  texniki 
işçilərin texniki ədəbiyyata olan tələbatının  ödənilməsinə, 
kadr t
ərkibinin möhkəmləndirilməsinə  mühüm təsir göstər-
mişdir. Aparılan tədqiqatlardan məlum olur ki, kitabxananın 
1932-ci ild
ə 12 nəfərlik ştatı, 35 min nüsxə fondu və 4000-
d
ən çox oxucusu olmuşdur. [5. 40] 
 Xalq t
əsərrüfatının bütün sahələrində texniki kitabxana 
şəbəkələrini inkişaf etdirmək məqsədilə 1931-ci il mayın 25-
24 


d
ə keçmiş ÜİK(b) P MK-i “İstehsal-texniki təbliğatın qoyu-
lu
şu haqqında” qərar qəbul etmiş və bu qərar əsasən 1932-ci 
ild
ə isə “Azərneft” Birliyinin “İstehsalat-texniki təbliğat böl-
m
əsi″  yaradılmışdır.  Qısa  müddət  ərzində  Mərkəzi Texniki 
Kitabxana v
ə  Texnika evi istehsalat texniki təbliğat  bölmə-
sinin t
ərkibinə keçirilmişdir. Ölkədə texniki ədəbiyyata olan 
t
ələbatı  ödəmək məqsədilə  1931-ci ildə  yaradılmış  “Azər-
neftn
əşr”  neftə  dair  kitabların  və  texniki  ədəbiyyatın  nəşri 
sah
əsində  mühüm  işlər  görmüşdür.  “Azərneft”  Birliyinin 
texniki  kitabxanaları  ilə  sıx  əlaqə  saxlayan  “Azərneftnəşr” 
30-cu ill
ərin əvvəllərində elm və texnikanın nəzəri və təcrübi 
m
əsələlərinə  dair  geniş  çeşidli  kitablar  çap  etmişdir.  Nəş-
riyyatın illik planlarında əsas yeri neft sənayesinin inkişafına 
dair kitablar tuturdu. N
əşriyyat qabaqcıl mühəndis və texniki 
işçilərlə sıx əlaqə  saxlamış, onların iş təcrübəsinə geniş  yer 
vermişdir. Nəşriyyatın çap etdiyi kitabları mövzu və tipoloji 
c
əhətdən təhlil etdikdə  məlum olur ki,  bu nəşrlərin böyük 
hiss
əsini  neft  quyularının  istismarı,  neftin emal edilməsi və 
neft s
ənayesi sahəsində qabaqcıl iş təcrübəsi təşkil etmişdir. 
Bu  kitablara misal olaraq A.
Qafarovun  “Neft  quyularının 
t
əmirarası  müddətinin  uzadılması  və  məhsuldar  işlənməsi 
uğrunda”,  “Neft və  qaz  quyuları  qazmaçısı”,  İ.Bünyadovun 
“Neft
ayırma zavodunun çilingərlərinə kömək” və b. göstər-
m
ək olar. Ümumiyyətlə, “Azərneftnəşr” in 30-cu illərdə nef-
t
ə dair elmi, təcrübi və metodiki ədəbiyyatın nəşrində böyük 
rolu  olmuşdur.  Bu illərdə  respublikamızın  neft  sənayesində 
f
əaliyyət göstərən 28 texniki kitabxananın komplektləşdirmə 
m
ənbəyi əsasən  “Azərneftnəşr”  olmuşdur.  Qeyd edilməlidir 
ki, 1931-ci ild
ə bu kitabxanaların kitab fondu 10 min nüsxə, 
25 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə