M. Ə. MƏMMƏdov



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə3/81
tarix07.11.2018
ölçüsü1,57 Mb.
#77960
1   2   3   4   5   6   7   8   9   ...   81

v
ə qiraətxana təşkil etmişdir.  
 
XX 
əsrin  əvvəllərində  Azərbaycanda texniki profilli 
kitabxanaların  təşkilində  Bakı  Neft  Sənayeçiləri  Qurultayı 
Şurası  böyük  işlər  görmüşdür.  1912-ci ildə  Şuranın  9  mək-
t
əbi olmuş və hər məktəbdə də kitabxana fəaliyyət göstərmiş-
dir. 
Bakı Neft Sənayeçiləri Qurultayı Şurası XX əsrin əvvəl-
l
ərində Ağşəhərdə, Bibiheybətdə, Balaxanıda, Sabunçuda və 
başqa  yerlərdə  kitabxanalar təşkil  edərək istifadəyə  vermiş-
dir.  Ümumiyy
ətlə,  Bakı  Neft  Sənayeçiləri  Qurultayı  Şurası 
XlX 
əsrin axırlarından başlayaraq XX əsrin 20-ci ilinə kimi 
f
əaliyyətini  davam  etdirmiş,  neft mədən  rayonlarında  4 
ümumi kitabxana v
ə  3 xüsusi kitabxana təşkil  etmişdir.  Bu 
kitabxanaların fondu əsasən texniki ədəbiyyatla komplektləş-
dirilmiş,  texniki profilli bu  kitabxanaların  istifadəçiləri isə 
neft s
ənayesi  işçiləri,  mühəndis-texniki  işçilər və  fəhlələr 
olmuşdur. Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, XX 
əsrin 20-ci illərinə kimi Azərbaycanda texniki kitabxanaların 
t
əşkili  sahəsində  müəyyən təcrübə  olmuşdur.  Düzdür,  bu 
kitabxanalar 
əsasən  qapalı  və  ya  yarımqapalı  səraitdə  fəa-
liyy
ət göstərmiş və bütün oxucuların üzünə açıq olmamışdır. 
Buna baxmayaraq 1920-ci ild
ə Azərbaycanda sovet hakimiy-
y
əti qurulduqdan sonra ilk texniki kitabxana məhz bu kitab-
xanaların bazası əsasında təşkil edilmişdir.  
 
Respublika  Elmi-Texniki Kitabxanalar
ı  haqqında  ilk 
d
əfə Azərbaycan kitabxanaşünaslıq elminin banisi, Əməkdar 
elm xadimi, 
BMT  yanında  Beynəlxalq  İnformasiyalaşdırma 
Akademiyasının  akademiki,  professor Abuzər Xələfov özü-
nün t
ədqiqatlarında  məlumat  vermişdir.  Sonradan mərhum 
t.e.n., dosent Z.
Baxşəliyev də bu kitabxanaların fəaliyyəti ilə 
bağlı bəzi araşdırmalar aparmışdır. Lakin texniki kitabxana-
larının  fəaliyyəti  kompleks  şəkildə  tədqiq edilmədiyindən 
mövzu kitabxana ictimaiyy
əti üçün aktuallıq kəsb edir.  



S
ənaye,  nəqliyyat tikinti sahələrində  fəaliyyət göstə-
r
ən və  əsasən texniki ədəbiyyatla xidmət edən kitabxanalar 
elmi-texniki v
ə  texniki  kitabxanalar  adlanır.  Deyilən sahə-
l
ərin elmi tədqiqat, layihə və konstruktor təşkilatlarında fəa-
liyy
ət göstərən kitabxanalar elmi-texniki, zavod, fabrik və di-
g
ər istehsal qrumlarında xidmət edən kitabxanalar isə texniki 
kitabxan
alar adlanır. Bir sıra müəssisə və idarələrdə fəaliyyət 
göst
ərən patent və  normativ-texniki sənəd  fondları  texniki 
kitabxanalara aid edil
ə  bilər. Belə  fondlar bir qayda olaraq, 
texniki  kitabxanası  olmayan  müəssisələrdə  yaradılır  və  az 
miqdarda s
ənədlərə malik olur. Əksər hallarda patent və nor-
mativ-texniki s
ənədlər  əlaqədar olaraq müəssisə  və  ya ida-
r
ənin  elmi-texniki  kitabxanasının,  yaxud texniki kitabxana-
sının tərkibinə daxil olur.  
 
Elmi-texniki  kitabxana
ların  tarixən müxtəlif təşkilati 
strukturu 
olmuşdur. Məsələn, müstəqillik illərinə qədərki ilk 
tarixi dövrd
ə onlar sahəvi idarəetmə prinsipi əsasında forma-
laşmışdır,  yəni sənaye,  nəqliyyat,  tikinti sahələrinin  yarım-
sah
əsi bölgüsü üzrə təşkil edilmişdir. Məsələn, neftçıxarma, 
neft  emalı,  kimya sahəsi,  maşınqayırma  və  s.  sahələr üzrə 
elmi-texniki kitabxana 
qrupları olmuşdur.  
 
XX 
əsrin 60-cı  illərinin  ikinci  yarısından  respublika 
elmi-texniki in
formasiya institutlarının, müəssisə və idarələr-
d
ə  isə  elmi-texniki  informasiya  şöbələrinin  yaradılması  ilə 
əlaqədar olaraq elmi-texniki kitabxanalar müstəqil vahid ki-
mi h
əmin informasiya qurumlarının tərkibinə daxil edilmiş-
dir.  
 
Elmi-texniki  kitabxana 
fondları  digər  kitabxanaların 
fondlarından xeyli dərəcədə fərqlənir. Belə fondlarda patent-
l
ər,  sənaye məlumatı  kataloqları,  normativ-texniki sənədlər, 
informasiya m
ərkəzlərinin  buraxdığı  texniki  və  informasiya 
v
ərəqələri,  istehsal  plakatları,  elmi-texniki icmallar,  xarici 



s
ənaye nümunələrinin  mikrofişdə  pozitiv,  neqativ və  çox-
r
əngli  fototekası,  elmi-texniki hesabatlar üzrə  referativ jur-
nallar v
ə s. mühafizə edilir. Bu sənədlərin fondlara alınması 
elmi-texniki kitabxanalarda ist
ər sənədlərin analitik-sintetik 
işlənməsində,  istər kataloq və  kartotekaların  təşkilində  və 
struktrunda,  ist
ərsə  də  xidmət  işlərində  digər kitabxanalara 
nisb
ətən fərqli texnoloji üsullar tələb edir.  
 
Elmi-texniki  kitabxana
ların  hazırki  vəziyyətinə  gə-
linc
ə  demək olar ki,  onlar  respublikanın  əksər sahəvi  elmi-
t
ədqiqat  və  layihə-konstruktor  qurumlarında  fəaliyyət gös-
t
ərir.  Zavod,  fabrik və  digər qurumlarda texniki kitabxa-
naların  xeyli  hissəsinin fəaliyyəti qismən  dondurulmuşdur. 
Neftçıxarma,  neft-kimya,  kimya sahələrində,  tikinti konst-
ruktoru t
əşkilatlarında  elmi-texniki kitabxanalar  fəaliyyət 
göst
ərir.  Müstəqillik illərinə  qədərki dövrdə  onların  miqda-
rının SSRİ-də yüz min, respublikada isə təqribən 300 olması 
göst
ərilmişdir.  Bəzi mənbələrdə  isə  respublikada  elmi-
texniki kitabxanalar
ın 350 olması qeyd edilmişdir. (18. 14) 
Respublikamızın  iri  elmi-texniki kitabxanaları,  xüsu-
sil
ə  Respublika  Elmi-Texniki  Kitabxanası  müstəqillik illə-
rin
ə qədərki dövrdə ən qabaqcıl və maddi-texniki bazası eti-
baril
ə  ən  zəngin  kitabxana  olmuşdur.  Çünki bu kitabxana 
texniki c
əhətdən yaxşı təchiz edilmiş informasiya mərkəzi ilə 
sıx  əlaqədə  işləmişdir.  Məsələn,  Azərbaycan  Respublikası 
Elmi-
Texniki  Kitabxanası  respublikanın  mütəxəssislərinə 
f
ərdi kitabxana informasiya xidməti göstərmək üçün ilk dəfə 
informasiyanın seçilmiş yayılmasının avtomatlaşdırılmış sis-
temini (
İSY), 70-ci illərdə SSRİ-də ilk dəfə regional inteqral 
avtomatlaşdırılmış  kitabxana-informasiya  sistemini  işləyib 
t
ətbiq etmişdir. Ancaq çox təəssüflər olsun ki, son illərdə ki-
tabxanaların mövcud sahədə fəaliyyəti xeyli zəifləmişdir.  
 
10 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə