M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə107/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   103   104   105   106   107   108   109   110   ...   184
muhazire FELSEFEyeni

İfrat fəaliyyətçilik və ya sosial nigilizm baxımından yalnız ayrı-ayrı adamlar, şəxsiyyətlər mövcuddur, ictimai əlaqələr, qarşılıqlı münasibətlər deməli, həm də cəmiyyət mövcud deyildir. Buradan belə qənaətə gəlmək olar ki, “cəmiyyət kateqoriyası” uydurmadır, sırf cəfəngiyatdır, onun arxasında real heç nə dayanmır. Bu cür yanaşmanın nəticəsi anarxizmdir, onlar obyektin, ictimai əlaqənin, qarşılıqlı fəaliyyətin rolunu inkar edirlər, deməli, müxtəli ictimai təşkilatların və dövlətin də əhəmiyyətini qəbul etmirlər.

Əslində isə cəmiyyətin strukturu iki ölçülü deyildir, o mürəkkəbdir, çoxölçülüdür, müxtəlif hissələr və elementlərdən ibarətdir – çoxcəhətli sosial hadisələrin dərk olunmasında əlverişlilik yaratmaq üçün onlar bu iki komponentdə cəmləşdirilmişdir. Təbii ki, real mövcud olan canlı cəmiyyət qarşımızda rəngarən çalarları, sonsuz element və hissələrin çoxluğu ilə dayanır. Sosoial sistem özünün sistemaltısı kimi maddi, mənəvi və həyatın digər sahələrini qəbul edir – onların hər birinin öz kompo­nentləri var. Belə ki, mənəvi sahə özündə din, elm, incəsənət, hüquq, əxlaq və s. birləşdirir. Cəmiyyətin bütün bu müxtəlif hissələri bir-biri ilə bağlıdır, çoxlu əlaqələr, qarşılıqlı fəaliyyət hesabına bir-birinə qarışmışdır – bu da sosial strukturun ayrı-ayrı elementlərini vahid tam halında birləşdirir; bu hüceyrələr arasında bədən əlaqəsini canlı orqanizmi yaratmasına bənzəyir.

Şübhəsiz ki, cəmiyyət təbiətdən həm fiziki, həm də bioloji cəhətdən əsaslı şəkildə fərqlənir, öz mürəkkəbliyi ilə seçilir. Ona görə də sosial sistemin sosial – fəlsəfi təhlilində mürəkkəb anlayışlar aparatından istifadə olunur. Təbiət sistemini təsvir etmək üçün geniş tətbiq olunan “element”, “münasibət”, “təşkilat”, “sistem”, “struktur” anlayışlarla yanaşı sosial fəlsəfədə “subyekt”, “obyekt”, “ideal”, “sosial fəaliyyət” və s. kimi xüsusi anlayışlardan da istifadə olunur. Bu anlayışlar aparatının yaradılması fəlsəfi fikrin inkişafının uzun tarixi prosesinin nəticəsidir.

Təbiətdə və cəmiyyətdə üzvü bütövlük, tamlıq, sistemlik haqqında ilk təsəvvürlər hələ qədim fəlsəfədə yaranmışdır. Qədim Çin fəlsəfəsində (Lao-Tszı, Konfutsi) o Dao kateqoriyası, qədim yunan fəlsəfəsində (Platon, Aristotel) Loqos anlayışı ilə ifadə olunurdu. Bu hər iki anlayış dünyanın nizamlılığı, mütəşəkilliyi, onun təşkil edən hissələrin üzvi vəhdəti, Yer və Göy, təbiət və cəmiyyət, şəxsiyyət və hakimiyyət haqqında eyni fikirlər ifadə olunurdu. Lakin sistemlilik problemi daha ətrafli XIX-XX əsr mütəfəkkirləri – Kont, Spenser, Marks, Veber, Sorokin, Parsons və başqaları işləyib hazırlamışlar. Müasir sosial fəlsəfənin əsas anlayışlarının hərtərəfli işlənib hazırlanması onlarlın adı ilə bağlıdır. Bu anlayışlara aşağıdakılar aiddir:

Cəmiyyətin element və ya hissəsi sosial sistemin ən xirda hissəciklərini və ya onun bəzi məcmusunu təşkil edir. Element və hissə kimi həm ayrı-ayrı adamlar və ya onların birliyi, həm də onlar arasındakı bu və ya digər münasibətlər, eyni zamanda bu münasibətlər əsasında yaranan təşkilat və institutlar çıxış edə bilər.

Göstərilən anlayışlar bütün sosial sistemə nisbətən nisbətən sadə, daha elementarı ifadə edir. Cəmiyyəti təşkil edən elementlər, hissələr, sistemaltılar olduqca çoxsahəli, çoxkeyfiyyətli, ierarxikdir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə