M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə103/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   99   100   101   102   103   104   105   106   ...   171

252 

 

gedәrkәn hәmin el-oba ilә bağlı bәdahәtәn mahnı söylәdiyi rәvayәt edilir. Mәsәlәn, “Uca dağlar” 



vә “İrәvanda xal qalmadı” mahnıları mәhz bu cür yaranmışdır. Xalq mahnılarımız Azәrbaycanda 

bu gün dә yaradılır. Mәsәlәn, Azәrbaycanın xalq artisti Әlbaba Mәmmәdovun qoşduğu mahnılar. 

Zaman  keçdikcә  xalq  tәrәfindәn  çox  sevilәn  vә  mәnimsәnilәn  hәmin  mahnılar  xalqın  milli-

mәnәvi  dәyәrinә  çevrilir  vә  çox  vaxt  mahnı  müәlliflәrinin  adları  belә  unudulur.  Әlbәttә,  indi 

yaranan  xalq  mahnılarımızın  müәlliflәrinin  adlarının  unudulmaması  vә  onların  informasiya 

vasitәlәri  vә  texnologiyalarının  geniş  imkanları  vasitәsilә  gәlәcәk  nәsillәrә  ötürülmәsi  lazımdır. 

Bu,  gәlәcәkdә bizi  biz edәn milli-mәnәvi  dәyәrlәrimizin  qorunub saxlanılmasını tәmin  edәn vә 

onların başqaları tәrfindәn sahiblәnilmәsinin qarşısını alan çox ciddi amillәrdәn biri ola bilәr.  

Azәrbaycanşünaslıqda xalq mahnılarımıza hәsr olunmuş çox ciddi bir monoqrafik әsәr, 

tәәssüflәr  olsun  ki,  hәlәlik  yazılmamışdır.  Sadәcә  sözügedәn  mövzuya  Azәrbaycan  xalq 

әdәbiyyatına  dair  yazılmış  ayrı-ayrı  dәrs  kitablarında  qısaca  olaraq  yer  verilmişdir  (Әfәndiyev 

1992:  11-218).  Bununla  bәrabәr,  xalq  mahnılarımızın  poetik-semantik  vә  folklorik-struktural 

özәlliklәrinә dair ara-sıra yazılan bәzi ciddi mәqalәlәrә tәsadüf olunur. Mәsәlәn, folklorşünas M. 

Cәfәrlinin  “Xalq  mahnılarının  folklor  janrı  kimi  poetik-semantik  xüsusiyyәtlәri”(2007)  adlı 

mәqalәsi bir elmi araşdırma nümunәsi kimi diqqәti çәkir. Hәmin mәqalәdә әslindә türkologiyada 

ilk dәfә olaraq konkret bir şәkildә “mahnı” vә “nәğmә” mәtnlәri konseptual-tipoloji planda bir-

birindәn  fәrqlәndirilmişdir.  Belә  bir  araşdırma  sözügedәn  folklorik  mәtnlәrin  gәlәcәkdә,  daha 

geniş  bir  konseptual  müstәvidә  әdәbi-linqvistik  baxımdan  müqayisәli  olaraq  öyrәnilmәsinә  yol 

açmaqdadır. Qeyd olunmalıdır ki, çağdaş dilçilik vә әdәbiyyatşünaslıq elmlәri XXI yüzildә çox 

yüksәk bir elmi-filoloji sәviyyәyә gәlib çatmışdır. Azәrbaycanda da filologiya elminin, xüsusilә 

dә linqvistikanın sintaksis vә mәtn dilçiliyi sahәlәrinin son illәrdә gәlib çatdığı inkişaf sәviyyәsi 

buna konkret bir örnәk olaraq göstәrilә bilәr. 

Fikrimizcә,  xalq  mahnılarımızın  hәrtәrәfli  olaraq  araşdırılması  bu  gün  mәhz  belә  bir 

filoloji  vә  linqvistik  kontekstdә  davam  etdirilmәlidir.  Onların  poetik-musiqili  mәtnlәrinin 

fәlsәfәsi  vә  xalq  musiqisi  ladında  ifadә  edilәn  әdәbi-psixoloji  tәhkiyәsi  diqqәt  mәrkәzindә 

olmalıdır. Bu milli-poetik fәlsәfә vә tәhkiyә keçmişә görә retrospektiv, indiyә vә gәlәcәyә görә 

prospektiv,  milli  özә  vә  kimliyә  әsasәn  isә  interospektiv  aspektlәrdә  (Musayev  2011:  59-60) 

dәrindәki  vә  üzdәki  quruluşları  ilә  bütövlükdә  öyrәnilmәlidir.  Bәs  Azәrbaycan  filologiyasında 

elmi-linqvistik  araşdırmaların  vә  özәlliklә  dә  mәtn  dilçiliyinin  gәlib  çıxdığı  müasir  inkişaf 



253 

 

sәviyyәsi  vә  son  olaraq  da  aldığı  elmi-metodik  nәticәlәr  xalq  mahnılarımızın  sözügedәn 



aspektlәrdә öyrәnilmәsinә hansı imkanları saxlamaqdadır?    

Azәrbaycan  dilçiliyindә  bütövlükdә  cümlә  sintaksisinin,  ayrılıqda  isә  sintaktik 

vahidlәrin  dünyanın  qavramlar  xәritәsinә  vә  çağdaş  filologiyanın  son  nailiyyәtlәrinә  әsasәn 

konkret  konseptual-struktur  tәsviri  verilir,  sadә  vә  mürәkkәb  cümlәlәrin  yeni  linqvistik 

tәsniflәndirmәlәri aparılır. Mәhz belә bir elmi-filoloji kontekstdә mürәkkәb sintaktik bütövlәrin, 

yәni mәtnlәrin linqvistik sәrhәdlәri müәyyәnlәşdirilir vә onların әsas qurucu elementlәri dil-nitq 

örnәklәri  ilә  konkret  olaraq  göstәrilir  (Abdullayaev  1999;  Musayev  2011;  Abdullayev., 

Mәmmәdov.,  Musayev…2012).  Özәlliklә  dә  yuxarıda  göstәrilәn  son  әsәrdә  mәtn  çağdaş 

linqvistikada, Aәrbaycan dilçiliyindә vә türkologiyada çox geniş bir filoloji-linqvistik kontekstdә 

homojen, ardıcıl vә kommunikativ bir bütün olaraq konkret örnәklәrlә işıqlandırılır. Azәrbaycan 

dili  materialları  әsasında  mәtnin  kompozisiyası,  koqeziyası,  mәtnyaratmada  özünü  göstәrәn 

formal vә semantik әlaqә növlәri, mәzmun әlaqәlәri vә s. çox geniş bir linqvistik-filoloji aurada 

öyrәnilir  (2012:  13-42;  88-182;  222-250).  Türkologiyada  vә  Azәrbaycan  dilçiliyindә  ilk  dәfә 

olaraq  mürәkkәb  sintaktik  bütövlәrin  aktual  üzvlәnmәsi  araşdırmaya  cәlb  olunur,  Azәrbaycan 

türk  mәtninin  intellektual  mahiyyәtinin  açılımı  vә  dünyanın  qavramlar  xәritәsinә  әsasәn 

konseptual  tәhlili  mәsәlәlәrinә  toxunulur.  Buna  bağlı  olaraq  sözügedәn  mәtnin  әdәbi-,  üslubi-, 

semiotik- vә koqnitiv-linqvistik tәhlili tәcrübәlәri gerçәklәşdirilir (2012: 251-320). Belәliklә, xalq 

mahnılarımız  da  ayrı-ayrı  konkret  sözlü-musiqili  mәtn  örnәklәri  olduğu  üçün  bu  gün  әdәbi-

linqvistik yönlәri ilә belә bir konseptual-filoloji tәhlilә cәlb olunur.   

İndi  çağdaş  filologiya elmindә artıq xalq  mahnılarımızın  folklorik-filoloji  vә  ya әdәbi-

linqvistik  özәlliklәrinin  dünyanın  qavramlar  xәritәsinә  әsasәn  konseptual  olaraq  öyrәnilmәsi 

problemi gündәmә gәlmişdir. Azәrbaycanşünaslıqda belә bir araşdırma-öyrәnilmә  istiqamәtinin 

çox geniş bir elmi-diskursiv aurasının olduğu yuxarıda göstәrilәn dәrs vәsaitlәrindә elmi-praktik 

parametrlәri  ilә  ortaya  qoyulmuşdur.  Әlinizdәki  dәrslikdә  dә  xalq  mahnılarımızın  tәhlilindә 

metodologiya  vә  metod  baxımından  mәhz  hәmin  әsәrlәrdә  ifadә  edilәn  filoloji-mәtnlinqvistik 

zәminә әsaslanılmışdır.  Belә ki, digәr folklorik örnәklәrlә dә müqayisәli olaraq “Sarı gәlin” vә 

“Küçәlәrә  su  sәpmişәm”  adlı  xalq  mahnılarımızın  әdәbi-,  folklorik-  vә  poetik-linqvistik 

özәlliklәrinin  konseptual-koqnitiv  olaraq  açıqlanması  tәcrübәsi  aparılmışdır.  Әlbәttә,  kiçik  bir 

әdәbi-linqvistik  açıqlamada  xalq  mahnılarımızın  etik,  estetik,  poetik  semantikasından  vә 

folklorik-konseptual  quruluşundan  hәrtәrәfli  olaraq  bәhs  etmәk  mümkünsüzdür.  Biz  sadәcә  






Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə