242
tәbii insan dilindә öz әks-sәdasını tapır, yәni sözün әsl mәnasında dildә simvollaşır, sistemlәşir,
mücәrrәdlәşir vә konkretlәşir. Buna görә dә dәyişәn, yenilәşәn sosial elmlәrin başında, bizcә,
dilçilik elmi gәlir. Vә hәmin elmin müxtәlif qolları içәrisindә isә dünyanın dil xәritәsinin
semiotik vә konseptual olaraq işarәlәnmәsindә yazılı vә şifahi mәtnlәşmәlәrlә yer tutan mәtn
linqvistikası sahәsi seçilir.
Bu gün bütün bunlara bağlı olaraq dilçilik elminin tәdqiq vә tәdbiq olunan sahәlәri
getdikcә genişlәnir. Daha doğrusu, hәmin elm sahәsinin yuxarıda göstәrilәn retrospektiv,
prospektiv, perspektiv vә interospektiv araşdırma aspektlәri orijinal konseptual-semantik
yönümlәri vә informasiya texnologiyaları vә kompüter dilçiliyi proqram yazılımı sistemlәri ilә
ortaya çıxır. Ümumi müqayisәli dilçiliyin bu gün hәmin sistemlәrlә tәkmillәşdirilәn müqayisәli vә
ya kontrastiv-qarşılaşdırmalı vә müqayisәli vә ya konfrontativ-tutuşdurmalı metodları isә
yenidәn müәyyәnlәşdirilir.
Mikromәtn vә makromәtnin qurucu mәtnlinqvistik vasitәlәri hәm ayrı-ayrı konkret
dillәrin, hәm dә müqayisә olunan müxtәlif sistemli vә qohum dillәrin materialları ilә
müәyyәnlәşdirilir. Bir-birinә әn yaxın qohum olan türk dillәrindә dә mәtnyaratmada özünü
müxtәlif anaforik, kataforik vasitәlәr, tәkrarlar, deyktik elementlәr vә s. göstәrilir. Bunlar
konfrontativ-tutuşdurmalı metodla prospektiv//retrospektiv vә perspektiv//inrerospektiv sәciyyәli
binar aspektlәr vә ya artıq ierarxik xarakterli tәk bir tәdqiqat istiqamәtindә öyrәnilir. Hәmin
istiqamәtdә sinxronik-diaxronik sәciyyәli tәdqiqatların davam etdirilmәsi tarixi-müqayisәli vә ya
müqayisәli-tarixi dilçiliyin pra-, protodil dil sәviyyәlәrinin canlandırılması işlәrinin konkret
nәticәlәndirilmәsinә gәtirib çıxarda bilәr.
MSB-nin tәdqiqi yuxarıda haqqında nisbәtәn daha geniş bәhs edilәn funksional
qrammatika anlayışının açıqlanması ilә dә sıx bağlıdır. Çünki MSB bir dil-danışıq vә
kommunikativ bütünlәşmә hadisәsi olaraq funksional qrammatika anlayışı ilә eyni bir elmi-
linqvistik müstәvidә öyrәnilir. Buna bağlı olaraq dәrsliyimizdә MSB-nin tәdqiqinin funksional
xarakterli әdәbiyyatşünaslıq, üslubiyyat vә semiotika elmlәri ilә retprospektiv, interospektiv vә
prospektiv sәciyyәli әlaqәlәri üzәrindә ayrıca olaraq durulur. Hәmin әlaqәlәrin linqvistik
sәciyyәli mәtnyaratma qurucuları konseptual-funksional qrammatika anlayışı kontekstindә vә
dünyanın dil xәritәsini tәşkil edәn üst vә alt qavramlara vә kateqoriyalara әsasәn “dәrk olunma,
şüur vә tәfәkkürün koqnitiv müstәvisi”ndә işıqlandırılır. Bu kontestdә sözügedәn әlaqәlәrin
mәtnyaratma arxitektonikası isә әn çox Azәrbaycan vә qismәn dә digәr türk әdәbi dillәrinin bәdii
243
mәtnlәrindәn gәtirilәn konkret örnәklәrә әsasәn müәyyәnlәşdirilir (Abdullayev., Mәmmәdov.,
Musayev… 2012: 266-274).
3.1. Türk mәtninin әdәbi-linqvistik tәhlili
Türk әdәbi dillәrindә yazılan müxtәlif әdәbi-bәdii mәtnlәrin әnәnәvi-filoloji elmlәrin
klassik prinsiplәrinә görә araşdırılması vә öyrәnilmәsi bütün cidd-cәhdiylә bu gün dә davam
etdirilmәkdәdir. Özәlliklә dә tarixi mәtnlәrimizin әdәbi-tәnqidi nüsxәlәri hәlә dә klassik filoloji-
tekstoloji prinsiplәrә görә hazırlanmaqdadır. Bәzәn hәmin mәtnlәrdә hәr hansı bir sözün oxunuşu
aylarla vә illәrlә sürәn “qısır mübahisә”lәrә (Seçdirmә bizimdir-M. M) sәbәb olur. Ancaq türk
әdәbi dillәrindә vә ya xarici dillәrdә türk dillәrinә vә dialektlәrinә dair yazılmış olan tarixi
sәciyyәli bütün mәtnlәrin әdәbi-tәnqidi nüsxәlәri bu gün artıq, demәk olar ki, hazırlanmışdır. Bu
baxımdan görkәmli türkoloq-dilçi, professor Әhmәd Bican Әrcilasunun sözügedәn tekstoloji
xarakterli araşdırma-öyrәnilmә yönümü vә yöntәmi haqqında söylәdiklәri çox ibrәtamizdir. O
qeyd edir ki, indi artıq klassik tekstoloji üsullarla әdәbi-tәnqidi nüsxәsi hazırlanacaq tarixi
mәtnimiz, demәk olar ki, qalmamışdır. Buna görә dә mövcud әdәbi-tәnqidi nüsxәlәri hazırlanmış
tarixi mәtnlәrimizin bundan sonra yeni әdәbi-linqvistik yönüm vә yöntәmlәrlә öyrәnilmәsi
haqqında çox ciddi fikirlәşmәk lazımdır (Ercilasun 2009: 143-145).
Türk Cümhuriyyәtlәri universitetlәrindә keçilәn “Mәtnin linqvistik tәhlili” kurslarında
әdәbi mәtnlәrdә fonemlәr, morfemlәr, sintaksemlәr, leksemlәr vә frazemlәr әnәnәvi-tәsviri
dilçilik metodları ilә müәyyәnlşdirilir, tekstemlәrә isә çox vaxt heç toxunulmur. Halbuki, çağdaş
filologiya elmindә müxtәlif dillәrdә yazılan bәdii mәtnlәrin funksional vә koqnitiv-konseptual
yönüm vә yöntәmlәrlә aparılan әdәbi-linqvistik tәhlili getdikcә daha geniş bir miqyasda
yayılmaqdadır. Hәmin yönüm vә yöntәmlәr artıq univesitet praktikasında da tәtbiq olunmaqda vә
bәdii mәtnlәrin öyrәnilmәsindә әsas elmi-praktik yönüm vә yöntәmlәr olaraq özünü
göstәrmәkdәdir (Aktaş 2000;
Поповская-Лисоченко2006)
Bu gün әdәbi-bәdii mәtnlәr ya sadәcә әdәbiyyatşünaslıq vә ya sadәcә dilçilik elmi
baxımından öyrәnilmir. Hәmin mәtnlәr çağdaş filologiyada hәm dilçilik, hәm dә
әdәbiyyatşünaslıq elmlәri baxımından, başqa bir sözlә, ümumi filoloji-linqvistik vә әdәbi-bәdii
özәlliklәrinә görә çox vaxt da müştәrәk olaraq öyrәnilir. Mәtnlәr әdәbiyyatşünaslıq elmi
baxımından öyrәnilәrkәn onların konkret linqvistik özәlliklәrinin vә mәtnlinqvistik
kompozisiyasının açıqlanmasına da geniş yer verilir. Vә ya әksinә. Buna görә dә mәtn
nәzәriyyәsi vә әdәbiyyatşünaslıq elmlәrinin daha әn qәdim dövrlәrdәn bәri gerçәklәşәn “ritorika