Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə71/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   67   68   69   70   71   72   73   74   ...   131

288
BİRİNCİ KİTAB
radır  (Məd.,  Q.,  M.),  Ver  yeyim,  ört  yatım,  gözlə  canım  çıxmasın 
(M., Məd.),  Sən  yaxşılıq elə at dənizə, balıq bilməsə  xalıq bilər (M., 
Məd.,  Q.,  Ab.),  Çəkişməsən  bərkişməzsən  (M.,  Məd.,  Ab.,  Q.),  Zə­
rərin yansından qayıtmaq da qazancdır (M., Məd., Q., Ab.), Axtaran 
tapar  (M.,  Məd.,  Q.),  Ölmə  eşşəyim,  yaz  gələr,  yonca  bitər  (M., 
Məd.,  Q.,  Ab.),  Palaza bürün  elnən  sürün  (M.,  Ab.,  Məd.,  Q.),  İt də 
getdi, ip də getdi  və sair.
Tat dilində bəzi  atalar sözlərinə  də təsadüf olunur ki,  onlar hər 
iki  dilin -  yəni  tat və Azərbaycan dillərinin qarışıq komponentlərin­
dən  ibarət olub müştərək atalar sözü  və  yə zərbül-məsəl,  başqa söz­
lə,  hər  iki  dilin  müxtəlif  çarpaz  budaqlarından  yeni  bir  orijinal 
hibrid-zərbül-məsəl  yaranır.  Məsələn:  ədəb-ərkən  çüstü  ki,  dünya 
pul  dünyasıdır.  (Q.,  M.)  -   Mərifət  nədir  ki,  dünya  pul  dünyasıdır. 
Dəva  haman  dəvayü,  bu  stol  davasıdır  (Q.) -  Dava  həmin  davadır, 
bu stol davasıdır və  s.
Azərbaycan  dilində elə  məsəllər vardır ki,  isifadə məqamında 
obyekt aidiyyatı  məlum  olsa da  şəxs,  hadisə,  əşya  və  şairəyə müna­
sibət  naməlum  qalır.  Məs.,  azərbaycanlılar  pis  və  ya  yaxşı,  yaxud 
mənfi  və ya müsbət mənada bu  və ya başqa münasibətlə adı  çəkilən 
şəxsin  gəlişi  ilə  əlaqədar  aşağıdakı  zərbül-məsəli  işlədirlər:  adını 
çək, qulağını bur.
Tat  atalar sözlərində  isə eyni  münasibətlə  zidd mənalı  iki  mə­
səl  işlədilir ki,  bununla da həmin ifadəni  işlədənin  haqqında bundan 
əvvəl  söhbət  getmiş,  indi  isə  söhbətin  üstünə  gəlmiş  şəxsə  dost  və 
ya  düşmən  münasibətini  bildirir  və  bununla  da  ordakılan  həmin 
şəxs  haqqında  bir  növ  səfərbər  edir,  istiqamətləndirir.  Bu  cəhətdən 
aşağıdakı  tat zərbül-məsəlləri çox xarakterikdir:
Numrə  ti,  süfrərə  vəngən  (Məd.) -   Hərfən:  adını  çək,  süfrəni 
sal  (ancaq  yaxşı,  ayağı  bərəkətli  və  arzu  olunan  adam  haqqında), 
Nümrə  ti,  çura  vagi  (Məd.) -  Hərfən:  adım  çək,  çomağı  qap  (dava­
kar, bədxasiyyət, arzuolunmayan adam haqqında) işlədilir və s.
Məsələnin  əhəmiyyətini  nəzərə  alaraq  aşağıdakı  bir  sıra  tat 
atalar sözlərini  həm  orijinalda,  həm  də  azərbaycanca qarşılıqları  ilə 
veririk.  Sonuncu  zərurət  bizcə  ona  görə  lazımdır  ki,  bu,  müxtəlif
AZƏRBAYCAN  TATLARININ  DİLİ
289
dillərdə olan atalar sözləri  və zərbül-məsəlləri əyani  müqayisə etmə­
yə,  onların  oxşar və fərqli  cəhətlərini  aydınlaşdırmağa,  yazılı  və ya­
zısız  dillərdə  folklor  nümunələrinin  yaranması  və  sabitləşməsi  yol­
larım  izləməyə  və  nəhayət,  həmin  faktik  dil  materialından  istifadə 
edən  tədqiqatçının  əməli  nəticələr  çıxarması  işini  asanlaşdırmağa 
kömək edəcəkdir.  Həcmi  artırmamaq üçün  tat atalar sözlərini  tədqiq 
etdiyimiz bütün ləhcələrdə deyil,  ancaq bir və ya iki  ləhcədə veririk. 
Onların  Azərbaycan  dilindəki  qarşılığı  Azərbaycan  dilində  buraxıl­
mış  atalar  sözü  kitablanndan  götürülmüşdür.  Tat atalar sözlərini  isə 
tatdilli mühitdə bu sətirlərin müəllifi  toplamışdır.
Bu atalar sözlərinin özləri də Azərbaycan dilinin tat dilinə lek­
sik  təsirini  əyani  göstərmək  üçün  ən  tutarlı  faktik  material  hesab 
olunmalıdır.  Mötərizədə  atalar  sözlərinin  nömrələri  göstərilən  nü­
munələrdən  aydın  görünür ki,  Azərbaycan  dili  leksemləri  tat dilinin 
lüğət  fondunda  özünə  möhkəm  yer  etmişlər:  bəy  (10),  zurna-qaval 
(16),  ər  (32),  yara  (bədəndə,  99),  köpək  (104),  səs  (111),  keçi  (112, 
116,  128),  qonaq (129,  142), dəllək (130), quş  (132),  başmaq (140), 
dəvəçi  (142)  və  s.  Azərbaycan  və  tat dillərinin  leksik təsirinin  bariz 
dilçilik  nümunəsi  olan  bu  tat  atalar  sözləri  ilk  dəfədir  ki,  toplanıb 
tədqiqata cəlb edilmişdir.
1. 
Əzir o simər dəkərdən (Məd.)
Ə zir papaq körə bəçirən (M.)
Saman altdan  su yeritmək
2.  Təngtirə bsəri  ərzin nə imbi vodoran (M.)
Örkən üstünə dan  səpmək
3.  Dəvərə bkomkə ov mıdarən (Məd.)
Vo qəlbol dəvə o bdorani (M.)
Xəlibirlə dəvəyə su daşımaq
4. 
Adamin varza adaınin tafot dan  (Məd.)
Ə ədəmi bə ədəmi fəqr hi (M.)
Adamdan adama fərq var
5.  Moızərə ə rasan  btərsirən (M.)
İlan vuran ala çatıdan qorxar


290
BİRİNCİ KİTAB
6. 
Şənnəgun gisnə imunu (Məd.)
Öri  umarəkarə kuki nəimbi  (M.)
Utancaq adam süfrədən ac qalxar
7.  Ə xoyə mov miçirən (Məd.)
Yumurtadan tük qırxır
8. 
Ə xug yə mu kəşirəniş xeyri  (M.)
Ə xug yə mü (Məd.)
Donuzdan bir tük
9.  Ə təğ-təğ varastim bı sıl-sıl aftoring (Məd.)
Yağışdan çıxdıq, yağmura düşdük
10.  Bəg dora əsə bidonduni nəmdənişund (M.)
Bəy verən atm dişinə baxmazlar
11.  Vişərə çaka meyveyirə xırs m ıxan (Məd.)
Əmnırə xubirə xırs muxori  (M.)
Annudun yaxşısını meşədə ayı yeyər
12.  Bışeytun guguş mıdakron  (mıdakrondən Məd.)
Be şeytun papuş badıxtan (M.)
Şeytana papış tikir
13.  Postə ov umbuyu (Məd.)
Ə mündə ö bü miye (M.)
Su bir yerdə qalsa iylənər
14.  Osyo vo nübeyi kor mini  (M.)
Dəyirman növbədədir.
15.  Çi  məncini bqobti, midare biqaşuqti (M.)
Çi  vəncini ura // uş mıxari
Nə tökərsən aşına, o çıxar qaşığına
16.  Ə dur, bə dür zuma-qavalə səsi bödəmi xub imoran (M.) 
Zurna-qaval  səsi uzaqdan xoş gəlir
17.  Dəvərə ra dərə kəkə a pasaeyi aftərə ( (mıdostə) Məd.) 
Atəşirə kişite və xokistəri vozi beoxtani  (M.)
Odu söndürüb kül ilə oynama
18.  Ö n şin iy i(M .)
Su aydınlıqdır
AZƏRBAYCAN  TATLARININ  DİLİ
291
19.  Xışkə bqəd  tariş mısuxtə (Məd.)
Xişkə bə odi  tariş basuxtan (M.)
Qurunun oduna yaş da yanar
20.  A pul  cun neimbuy (Məd.)
Pulə mən qazanc soxtom, pul  mənə qazanc  nə soxte // mol 
tirə  bə xiştənti çapar soz, xiştəntirə bi mol çapar məni  (M.) 
Adam pulu (malı) qazanır, pul (mal) adamı qazanmır
21.  Mərkisə  be xo xiştən ərzün mdirən (Məd.)
Kişnəyə kərgə bixoyi  ərzin mdare (M.)
Ac  toyuq yuxusunda dan görər
22.  İdəmi nəbastan ki kirə vo həvəyi  vozi dare(M.)
Adam bilmir hansı  havaya oynasın
23.  İdəmi bə dinyö ye dönə miye  (M.)
İnsan dünyaya bir dəfə gəlir
24.  Kişnəyə idömi  sanq mıxori (M.)
Ac  adam daş da yeyər
25.  Adamin  a zuun xiştən bıataş muftunu (Məd.)
İdömi  əzuhun bibələ muftuni  (M.)
Adam dilindən bəlaya düşər
26.  Bə xiştənti güvənmiş baş, bə idöminti nə (M.)
Hünərinlə öyün,  atanla öyünmə
27.  İdəmi  xuma şir xorde  (M.)
Xum şir xarda adamin (Məd.)
İnsan çiy süd əmib
28.  Avtov əcə vedeşi (Məd.)
Avto əcə cəhiste (M.)
Gün hardan çıxıb
29.  Raftüm ki nş biyorum, biğiş naharum inıorum (M.)
Bürgə aftənə bcövi çümirə kənd (Məd.)
Getdim saqqal gətirim, bığı da qoyub gəldim
30.  Əzin guş mışdeşrən azu guş ivedeşirə (Məd.)
Əzin güş bastoran,  bin güş bidoran (M.)
Bu qulağından alır, o qulağından vedir.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə