Magazine azeri Layout 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   ...   5   6   7   8   9   10   11   12   13

DÖVLƏT MƏKTƏBLƏRİNDƏ 

ÇALIŞAN MÜƏLLİMLƏRƏ İNAM, 

TƏHSİLİN KEYFİYYƏTİ VƏ 

AZƏRBAYCANDA İNSAN RESURSLARI 

www.aaa.org.az



DÖVLƏT MƏKTƏBLƏRİNDƏ ÇALIŞAN MÜƏLLİMLƏRƏ İNAM, TƏHSİLİN KEYFİYYƏTİ VƏ AZƏRBAYCANDA İNSAN RESURSLARI

26

Aynur Ramazanova



Bakalavr ‑ Dövlət İdarəçilik

Akademiyası, Beynəlxalq 

Münasibətlər ixtisası

Magistr təhsili ‑ ADA, 

Master of Arts in Diplomacy 

and International Affairs 2013

ADA Debat Club‑un 

yaradıcısı və sədri

Hər bir insanın həyatında müəllimlərin rolu çox vacibdir. Onlar

məktəbdə tədris etdikləri dərslərdən əlavə, eyni zamanda ədəb‑

ərkan, cəmiyyətdə davranış qaydalarını aşılayırlar. Məktəbi bitirən

insanların müəyyən mənada bir dayaq nöqtələri olur və bu, on‑

ların  cəmiyyətə uyğunlaşmasına, müxtəlif fəaliyyət növlərində

özlərini ifadə etmələrinə şərait yaradır. İstənilən peşə sahiblərinə

olan inam onların vəzifələrini vicdanla həyata keçirəcəklərinə və

etdiklərindən gözlədikləri nəticələri almaqlarına işarədir. 

Azərbaycanda müəllimə həmişə böyük hörmət olub. Müəllim‑

lər, eyni zamanda bir çox insanların məsləhətçiləri də olublar.

Sovet sistemi müəllimlik sənətinə qarşı həmişə hörmətcil və ehti‑

ramlı olmağı tövsiyə edib. Sovet hakimiyyəti dağıldıqdan və Azər‑



baycan dövlət olaraq müstəqilliyini əldə et‑

dikdən sonra, təhsil sistemində problemlər art‑

mağa başladı. Mövcud olan təhsil sistemini

dəyişmək üçün yeni islahatlar aparmaq labüd idi.

Nəticə etibarilə təhsilin keyfiyyətini artırmaq

üçün bir neçə islahat təqdim olundu. Prezidentin

1998‑ci il 30 mart qərarı ilə beynəlxalq standart‑

lara uyğun olaraq, təhsil sistemində inkişaf və

onun maddi, texniki bazasının gücləndirilməsi

üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi

müfəssəl iş görməli idi. Baxmayaraq ki, hal‑

hazırda həyata keçirilən islahatlar rabitə və infor‑

masiya texnologiyalarının məktəblərdə inkişafı

və buraxılış imtahanlarının keçirilməsinə

yönəldilmişdir, təhsilin keyfiyyəti inkişaf et‑

məmişdir.    

Hal‑hazırda mövcud olan bir sıra həll olun‑

mayan problem mövcuddur. Əhalinin ək‑

səriyyəti arasında məktəb müəllimlərinə etibar

hələ qalsa da, cəmiyyətin müəllimlik sənətinə və

müəllim vəzifəsinə münasibəti dəyişmişdir.

Müəllimlər məktəblərdə öz öhdəliklərini müx‑

təlif cür həyata keçirirlər və şagirdlərin dərsdə

iştirak problemlərinə, təhsil və davranışlarına

fərqli yanaşırlar.  

Bu araşdırmada bir neçə faktdan mənbə kimi

istifadə olunub. İlk olaraq müəllif təhsil üzrə

müxtəlif kitablardan və məqalələrdən, təhsillə

bağlı aparılan analizlərdən istifadə edib. İkincisi,

müəllif QTRM Qafqaz barometri 2010 məlumat‑

larına istinad etmiş, Sveta Məcidovanın psixoloji

mərkəz sorğusundan və Elmina Kazımzadə,

Nailə İsmailova tədqiqatlarından istifadə et‑

mişdir. Üçüncüsü, mütəxəssislər ilə ətraflı

müsahibələr təşkil olunub. Bu mütəxəssislər  56

saylı məktəbin keçmiş direktoru (1972‑1984),

rayon təhsil şöbəsinin keçmiş rəhbəri və hazırki

Xəzər Universitetinin İdarəetmə ofisinin rəhbər

müavini Nana Kələntərova və Azərbaycanda

Təhsildə İnnovasiya Mərkəzinin direktoru və

Azərbaycan Açıq Cəmiyyət İnstitutunun koordi‑

natoru Elmina Kazımzadədir.



KİM İNANIR, KİM YOX?

CB 2010‑a istinadən Azərbaycanda insanların

66 faizi dövlət məktəblərində çalışan müəllimlərə

inam bəsləyirlər. Sorğuda iştirak edənlərin cavab ‑

larını analiz etsək, məsələ ilə bağlı daha aydın bir

şəkil ala bilərik. 

27

CONTEXT

|

4/

2012



www.aaa.org.az

DÖVLƏT MƏKTƏBLƏRİNDƏ ÇALIŞAN MÜƏLLİMLƏRƏ İNAM, TƏHSİLİN KEYFİYYƏTİ VƏ AZƏRBAYCANDA İNSAN RESURSLARI

28

Hazırkı iqtisadi statusu yüksək olan şəxslər



müəllimlərə daha çox inanırlar. Özünü xoşbəxt

hiss edən insanlar, özünü xoşbəxt hiss etməyən

insanlardan daha çox müəllimlərə etibar edirlər.

Eyni nəticələri biz həyatından razı olan digər

sorğu iştirakçılarından da ala bilərik. Ümümi

götürdükdə, əgər onlar öz həyatlarından razıdır‑

larsa, onda problemləri digərləri kimi pis qəbul

etmirlər. Maliyyə baxımından yaxşı vəziyyəti

olanlar adəti hal kimi uşaqlarına repetitor təyin

edirlər. Maliyyə baxımından gəliri az olan insan‑

lar repetitorlar tutmağa ya ümumiyyətlə, ya da

qismən gücləri çatmır. Ona görə də onlar müəl‑

limi bəyənmirlər. Onlar müəllimdən vacib

məlumatları öyrətməyi gözləyirlər.

Müxtəlif yaş qrupları arasında inam dərəcəsi

bir o qədər də kəskin şəkildə fərqlənmir. Yüksək

təhsil dərəcəsi olan insanlar dövlət məktəblərinin

müəllimlərinə daha çox inanmağa meyllidirlər,

baxmayaraq ki, müxtəlif təhsil fonunda olan

insan qrupları arasında cüzi də olsa, fərq var.

Müəllimlərə qarşı olan sevginin bir səbəbi də

insanların məktəblərin mövcud vəziyyətindən

razı olmalarıdır. Hazırda bir abituriyent univer‑

sitetlərin qəbul imtahanlarına repetitorlarla

hazırlaşırlar. Valideynlər də düşünürlər ki, tütor‑

lar olmasa, universitetə qəbul baş tutmaz. Fakt

olaraq da, bu, çox çətindir. Buradan bir sual

yaranır: müəllimlərin göstərdikləri fəaliyyət

özlərini doğrudan da təsdiq edirmi? Bəlkə daha

keyfiyyətli keçirilən dərslər şagirdlərə univer‑

sitetə müraciət etməkdə problemlərinin olma‑

ması üçün yardım edə bilər?! Bu gün

repetitorlara gedən insanların böyük əksəriyyəti

təhsilin keyfiyyətinin göründüyü kimi yüksək ol‑

madığını söyləyir. 

Ümumilikdə götürsək, bəzi amillər var ki,

müəllimlərə cəmiyyətdə münasibəti dəyiş mişdir.

Müəllimlik səlahiyyəti zəifləmişdir; peşənin

üstünlük səviyyəsi, nüfuzu aşağı düşmüşdür. 

NİYƏ İNANMAMAQ?

Dövlət məktəblərində çalışan müəllimlərə

qarşı inamsızlığa səbəb olan problemlər nələrdir?

Təhsil sisteminin pisləşməsinin qarşısının alın‑

ması. 

1. Korrupsiya və qohumbazlıq. Korrupsiya Azər‑



baycan cəmiyyətinin əsas problemlərindən

biridir. Müəllimlər arasında olan rüşvətxorluq




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə