Magazine azeri Layout 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   ...   5   6   7   8   9   10   11   12   13

olanları “INTRANS” və “STREAM” dir. Telefon xətti

ilə yüksək sürətli rəqəmsal abunəçi təminatı simli

texnologiyaları ilə yanaşı, simsiz genişzolaqlı da

Azərbaycanda inkişaf edir və Azərbaycan şirkətləri

öz xidmətlərini Wi‑Fi, iBurst, WiMax və CDMA

texnologiyaları üzərinə təchiz edirlər. Azərbaycan 3G

texnologiyasına 2009‑cu ildə keçdi. USAID tərəfindən

hazırlanan hesabata görə, Azərbaycanda internet is‑

tifadəçilərinin sayı 2011‑ci ildə təxminən 400.000

nəfər olmuşdur. 

Mobil sektoru İKT sektorunun inkişafında böyük

rol oynayıb. Hal‑hazırda Azərbaycanda 5 mobil tele‑

fon operatoru var. Onlardan üçü ‑ “Azercell Tele‑

com”, “Bakcell”, “Azerfon” GSM mobil operator kimi

fəaliyyət göstərirlər. Digər ikisi CDMA mobil telefon

operatoru “CATEL” Kaspian Amerikan Telekom LLC

və “Aztrank” LLC‑dir. Məsələn, RİTA Dövlət Statis‑

tika Komitəsinə əsasən bildirib ki, hər 100 adama 110

mobil telefon düşür (İnnovativ və Akademik 2011). 

Bütün bu inkişafları müşahidə etdikcə, Azərbay‑

can vətəndaşlarının hal‑hazırda həyata keçirilən və

gələcəkdə keçiriləcək texnoloji dəyişikliklərə hazır

olub olmamalarını soruşmamaq qeyri‑mümkündür.

Yeni nəsil texnologiyanı asanlıqla qavrayır, yaşlı nəsil

isə rəqəmsal olaraq təcrid edilmiş sayılır. 

AZƏRBAYCANDA RƏQƏMSAL BÖLÜMLƏR

Rəqəmsal ziddiyyət cavan nəslin texnologiyanı

gözlənildiyindən daha tez mənimsəməsi nəticəsində

inkişaf etməyə başlayıb. Cavanlar arasında internet

məkanları geniş yayılmağa başladı. İnternetə çıxış

1990‑cı illərin axırı, 2000‑ci illərin əvvəllərində elə

yüksək qiymətə idi ki, insanların internetdən istifadə

etmək üçün yalnız ictimai internet klublara və ya in‑

ternet kafelərə getməyə imkanları çatırdı.  Buna bax‑

mayaraq, bir neçə il müddətində internet xidmətləri

üçün olan qiymətlər və kompüter avadanlıqlarının

qiyməti dramatik olaraq aşağı düşdü və evdə inter‑

net, kompüter istifadəçilərinin sayı əhəmiyyətli

dərəcədə artdı. Ailələr başa düşdülər ki, uşaqlarının

texnoloji dəyişikliklərə hazırlıqlı olmaları üçün

texnologiyadan və internetdən istifadə etmək

bacarığı əvəzedilməz sayılmağa başlayıb. Lakin, yaşlı

nəsil, başqa formada desək, 1980‑ci ildən öncə doğu‑

lanlar bu məsələdə geri qalmağa başladılar. Bu nəsil‑

lər arasında ziddiyyətin bir sıra başqa səbəbləri də

var, hansı ki növbəti paraqrafda müzakirə ediləcək.

Rəqəmsal bölgünün əsas səbəblərindən biri də

öyrənmə vaxtıdır. Yeni texnologiyalardan istifadə

etmək üçün təlimlər və vaxt tələb olunur. Bir zaman‑

lar, elə indinin özündə də əksər insanlar kompüter

proqramlarını, MS Office proqramlar paketini və in‑

ternetdən istifadəni öyrənmək üçün xüsusi kurslara

gedirdilər.  Kompüter dərslərinin təşkili və

öyrədilməsi biznesə çevrilib və fərdi tütorlara gəlir

mənbəyi olmuşdur. Yaşlı nəsil kompüter proqram‑

larını öyrənməyə cavan nəsil kimi elə də maraq

göstərmir. 

Lakin öyrənməyə maraq yeganə faktor deyildir.

Rəqəmsal bölgü üçün dil maneə kimi hələ də ikinci

əsas səbəb olaraq qalır. Yeni texnologiyaların

öyrənmə təlimatları və kompüter proqramları,

əsasən, ingilis dilində ortaya çıxır. Bəzi hallarda bir

sıra proqramlar rus dilində də gəlir, o da müəyyən

qrup insanlar tərəfindən başa düşülür. İngilis dili ilə

çətinliyi olanlar üçün rus dilində proqramlardan is‑

tifadə alternativ üstünlük sayılır. Dil maneəsi özünü

xüsusi ədəbiyyata və digər oxu ləvazimatlarına

gəldikdə də göstərir. Ədəbiyyatın əksəriyyəti və oxu

materialları‑ kitablar, lügətlər, CD və DVD‑lər,

əsasən, ingilis dilində olur. 

Rəqəmsal bölgünün digər əsas səbəbi qoşulma

üçün müvafiq infrastrukturun mümkünlüyüdür.

Dövlət məktəblərinin əksəriyyəti internetə çıxış üçün

ümumiyyətlə, uyğun deyillər.  İnfrastrukturdan

əlavə, müəllimlərin yeniliklərə hazırlığı digər bir

çətinlikdir. Dövlət məktəblərində çox az sayda müəl‑

lim texnologiya yönümlüdür və yeni texnologiyalar‑

dan istifadə edə bilir. Buna baxmayaraq, son illərdə

müəllimlər texnologiyaya yaxın olmaqdan ötrü müx‑

www.aaa.org.az

AZƏRBAYCANDA RƏQƏMLİ CİHAZLAR

24



25

CONTEXT

|

Innovative, Regional and Technologies Academy. 2011. “Project Report.”



James, Jeffrey. 2012. “The Digital Divide across All Citizens of the World  : A

New Concept Author ( s ): Jeffrey James Reviewed work ( s ): World  : The

Digital Divide Across AU Citizens of the” 89 (2): 275‑282.

Molinari Aleph. Let’s bridge the digital divide! | video on ted.com.

http://www.ted.com/talks/aleph_molinari_let_s_bridge_the_digital_di‑

vide.html.

USAID. 2011. “ICT COUNTRY PROFILE ICT COUNTRY PROFILE.”

Valadez James. 2012. “Divide: the Redefining Digital Beyond Access to

Computers more.” North 90 (3): 31‑44.

İSTİNADLAR

4/

2012


təlif təlimlərdən keçirlər. Hökumət mövcud infra‑

strukturu dəyişmək və məktəbləri internetlə

əlaqələndirmək üçün addımlar atır.

Rəqəmsal bölgünün digər səbəbi də ictimai ləvəz‑

imatların, öyrənmə prosesinə cəlb olunmaq üçün ic‑

timai kitabxanaların çatışmazlığıdır.  Ölkədə

4000‑dən çox dövlət kitabxanası var. Lakin bu dövlət

kitabxalarının çoxu informasiya mərkəzi və ya icti‑

mai mərkəz olmaqdansa, kitab evi, saxlanma

mərkəzi kimi fəaliyyət göstərir. 

Sonuncu, lakin axırıncı deyil, baxmayaraq ki,

mobil telefonlar  vətəndaşlar arasında çox məşhur‑

durlar, lakin hələ də mürəkkəb proqramların mobil

telefonlarda istifdəsi o qədər də ümumi qəbul olun‑

mur. Smartphone mobil telefonlara sahib olanların

əksəriyyəti ondan biznes proqramlardan istifadə

əvəzinə, mobil telefon əyləncəsi kimi istifadə edirlər.  

RƏQƏMSAL BÖLGÜNÜ NECƏ

ƏLAQƏLƏNDİRMƏLİ?

Milli strategiyanın əsas elementlərindən biri də

“rəqəmsal bölgünü” aradan qaldırmaqdır. Azərbay‑

can hökuməti rəqəmsal bölgüləri birləşdirmək üçün

bir neçə geniş miqyaslı layihələr həyata keçirib. İn‑

diyədək həyata keçirilənlərdən ən böyüyü “İnsan‑

ların kompüteri” layihəsidir. USAİD‑ə istinadən

10000‑dən çox orta məktəb müəllimi və şagirdinə MS

Office kimi xüsusi proqramlar yazılmış kompüterlər

verilib. (USAİD, 2011). Son illərdə internet və kom‑

püter istifadəçilərinin sayı artmaqdadır. 2011‑ci ildə

internet istifadəçilərinin sayı 100 adamdan 45‑i idi,

onların da 12‑nin genişzolaqlı inkişafa girişi var idi. 

Dövlət kitabxanalarını online etmək və bu kitab ‑

xanalardan istifadə edənlərə girişi pulsuz etmək

öyrənmə intervalının qısaldılmasına böyük kömək

göstərəcək. Kitabaxana istifadəçiləri öz texniki bilik‑

lərini artırmaq üçün asanlıqla gəlib kompüterlərdən

və internetdən istifadə edə biləcəklər. Əlavə olaraq,

icma mərkəzləri də rəqəmsal bölgünü qoşmaq üçün

lazımi köməyi göstərəcəklər. Başlanğıcda bu xidmət

barəsində Amerika təcrübəsi yaxşı model ola bilər.

Məktəblərdə tədrisin yenidən işlənməsi və daha

çox texnologiyanın cəlb olunduğu dərslərin əlavə

olun ması şagirdləri texnologiya ilə daha da yaxından

tanış olmağa hazırlayacaq. Bundan əlavə, məktəb

müəllimləri şagirdlərini hazırladıqları dərs material‑

larını ya internet vasitəsilə göndərməyə, ya da ən azı

onların kompüterdə çap olunmuş formasını verməyə

həvəsləndirməlidirlər. Öyrənmə prosesinə valideyn‑

lər də cəlb olunmalıdırlar. Nəticədə texnologiya ilə

tanış olmaq rəqəmsal boşluğu aradan götürməyi

sürətləndirər. 

NƏTİCƏ

Müstəqillikdən sonra neft və qaz gəlirləri Azər‑

baycan iqtisadiyyatını gücləndirdi. İKT sektoru da

daxil olmaqla bütün sahələr qərb ölkələrindən gəlir‑

lər və investisiyalar nəticəsində artan templə inkişaf

edirdi. Nəticədə, son bir neçə ildə internet xidmətləri

və texnologiyanın qiyməti xeyli aşağı düşdü. Buna

baxmayaraq, internet xidmətləri və texnologiyanın

qiyməti əlverişli olsa da, rəqəmsal bölgü aşağı gəlirli

ailələr üçün, yaşlı nəsil və aztəminatlı ailələr üçün

həll olunmayan məsələ kimi qalır. Məqalədə, əsasən,

yeni texnologiyaların qəbulu, öyrənmə intervalı, dil

maneələri, infrastruktur və ləvazimatların çatışma‑

zlıqları və eyni zamanda mövcud məktəb tədrisi

məsələlərinə toxunulub. Səbəblərə toxunarkən,

boşluqların aradan qaldırılması üçün bəzi təkliflər də

verilib. Əgər hökumət fəaliyyət göstərən məktəb və

kitabxanalar kimi məkanları ləvazimat və xidmət

növləri ilə təchiz etmiş olarsa, rəqəmsal olaraq istisna

edilən yenidən daxil edilə və qoşula bilər. Növbəti

araşdırma, ölkə regionlarında texnologiyaya olan

marağın səviyyəsi və lazımlılığını analiz etmək üçün

aparıla bilər. Bu, əsas bizneslərin cəmləşdiyi paytaxt

ilə rəqəmsal yayımın çətinlik olaraq qaldığı ölkənin

digər regionları arasında müqayisə aparmağa kömək

edə bilər. Növbəti araşdırma eyni zamanda

hökumətə rayon və şəhər ətrafı icmaları, məktəbləri

internetlə əlaqələndirməklə bağlı analizlərinə töhfə

verə bilər. Məktəb və kitabxanaları internetə qoşul‑

mağa həvəsləndirmək rəqəmsal boşluğu aradan

qaldırmağa təsir göstərmək gücünə malikdir.



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə