Magazine azeri Layout 1


‑ Cənab səfir, Azərbaycana gəlməmişdən öncə



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   2   3   4   5   6   7   8   9   ...   13

Cənab səfir, Azərbaycana gəlməmişdən öncə

ölkəmizin mədəniyyəti və ümumiyyətlə, Azər‑

baycan haqqında nə bilirdiniz?

‑ Bildiyiniz kimi, bundan qabaq Azərbaycana

təxminən 20 səfərim olub. Əvvəllər gəldiyim zaman

energetika məsələlərinə cəlb edilmişdim və bu

səfərlər uzunmüddətli zaman çərçivəsində idi. Mən

heç vaxt bir neçə gündən artıq səfərdə olmamışam.

Buna baxmayaraq, təbii ki, mənim Azərbaycan

haqqında təəssüratlarım var idi və mən ilk dəfə

gəldiyim vaxtdan, yəni 1995‑ci ildən bəri burada

edilmiş əsrarəngiz dəyişikliyi görə bildim. Mənim,

həqiqətən də, ölkə haqqında geniş məlumatım yox

idi. Lakin, indi səfir kimi gəldiyimə və yalnız ener‑

getika məsələləri ilə deyil, həmçinin digər

mürəkkəb məsələlər haqqında da müzakirələr

apardığıma, Şəki, Lənkəran, Oğuza getmək şansı

əldə etdiyimə görə hal‑hazırda Azərbaycan haq ‑

qında, həqiqətən də nə düşündüyümü deyə

bilərəm. Bu, çox gözəl təcrübə idi və mən ölkə

boyunca gəzməyi səbrsizliklə gözləyirəm, çünki

mən təkcə Bakıya deyil, bütün ölkə üçün

göndərilmiş səfirəm. Beləliklə, mən ölkə daxilində

daha çox səyahət etməyi planlaşdırıram. 



‑ Zəhmət olmazsa, bizə ailəniz haqqında qısa

məlumat verə bilərsinizmi? Çünki daha çox hə ‑

yatı nızın peşəkar sahəsi ilə tanışıq, bu səbəbdən,

ailəniz haqqında olan məlumatları bizimlə bölüş ‑

məyinizi istərdik...

‑ Belə, qısa məlumat çox çətindir, çünki bizim

ailə çox böyükdür (gülür). Siz, həyat yoldaşımla bir‑

likdə iqamətgahımda keçirdiyimiz qəbulda da işti‑

rak etmisiniz. Təbii ki, o, buradadır. Bizim 4

uşağımız ‑ 2 oğlumuz, 2 qızımız, həmçinin 6

nəvəvmiz ‑ 3 oğlan, 3 qız var. Beləliklə, biz böyük

   ailəyə sahibik. Ümid edirəm ki, onlar bizi burada

olduğumuz müddət ərzində ziyarət edəcəklər.

Həqiqətən də, Azərbaycanda olmağın yeganə mənfi

cəhəti uşaqlarımdan və nəvələrimdən uzaqda qal‑

mağımdır, zaman fərqinə görə onlarla zəngləşmək

və əlaqə qurmaq çətindir. Beləliklə, biz ümid edirik

ki, onlar bura gələcəklər. Bizim 4 uşaqlarımız çox

fərqlidirlər. Onlar ölkənin müxtəlif hissələrində

yaşayırlar. Onların hər birinin müxtəlif məş ğu ‑

liyyətləri var. Biri həkimdir, biri hökumət işçisi və

eyni zamanda yazıçıdır. Bizim 3‑cü övladımız  kon‑

saltinq şirkətində məsləhətçidir. 4‑cü övladımız isə

kulinardır. Onlar Şimali Maine, Boston, Vaşinqton

və San‑Fransisko şəhələrində yaşayırlar və demək

olar ki, ölkənin hər yerinə səpələniblər. 



‑ Siz həmişə məşğul şəxs olmusunuz. Ailə

qayğısı həyat yoldaşınızın üzərində olub, yoxsa

bunu birlikdə həll etmisiniz?

‑ Biz bunu birlikdə edirik, bu, bir az fərqlidir,

çünki bizim uşaqlarımız artıq böyükdürlər. Onların

özlərinin şəxsi həyatı və qayğılarına qalmalı

olduqları ailələri var. Lakin inanıram ki, siz də ailə

qurub yaşlananda  övladlarınızın neçə yaşı ol‑

masına baxmayaraq, hər zaman onlar üçün narahat

olacaqsınız. Və mən əminəm ki, hal‑hazırda sizin

valideynləriniz sizin üçün narahat olurlar və nə

qədər yaşa dolsanız belə, yenə də narahat olacaqlar.

Ümid edirik ki, onlar hələ ki, yanımızda qalacaqlar.

www.aaa.org.az



SƏFİR R.MORNİNQSTARLA MÜSAHİBƏ

4

SƏFİR 



R.MORNİNQSTARLA

MÜSAHİBƏ


5

CONTEXT

|

4/

2012

Belə ki, Feys hər şeyin yolunda olub‑olmadığından



əmin olmaq üçün, elektron məktub yazıb zənglər

etməyə çoxlu vaxt sərf edir: həm uşaqlarımız, həm

də nəvələrimiz üçün. O, həmişə bu hissəni öz

üzərinə götürür. Təbii olaraq, mən də maraq 

lanıram, ancaq onun buna daha çox vaxtı var.



Ancaq yenə də bizim övladlarımız böyükdürlər və

onların öz həyatı var. 



‑ Tərcümeyi‑halınızı oxuduqda gördük ki, siz

təcrübəli və çalışqan insansınız. Bütün vəzifələri ‑

niz həmişə böyük məsuliyyəti tələb edib. Həya ‑

tınızda elə bir an olubmu ki, siz bütün bu

çətinliklərdən bezib, hər şeydən uzaqlaşıb, özü ‑

nüzü başqa sahədə sınamaq istəyəsiniz?

‑ İlk öncə, onu deyim ki, mən xoşbəxtəm və öz

işimdən zövq alıram. Ancaq elə günlər də olur ki,

sən öz‑özünə deyirsən ki, “mən bunu nəyə görə

edirəm?”..Lakin bu, nadir hallarda olur (gülür).

Çox şanslıyam ki, mənim 4 müxtəlif karyeram var.

Mənim iş karyeram 42 ildir ki, davam edir. İlk 10,5

il hüquqşünas kimi çalışdım, sonra 12 il biznesdə

özümü sınadım. Daha sonra Klinton prezident

seçiləndə hökumət üçün işləməyə getdim və uzun

illər Klinton Administrasiyasında xidmət etmişəm.

Sonra Klinton və Obama Administrasiyası arasında

tədris üzrə karyeram olub. Və artıq hökumətdə

işləməyə qayıtmışam. Beləliklə, dönüb son 42 ilə

baxdıqda, 10 il hüquqşünas, 12 il biznes, 12 il

hökumətdə, 8 və ya sonrakı illər müəllim kimi

işləmişəm. Bu fürsəti əldə etmişəm. Dörd müxtəlif

karyeraya sahib olduğum üçün özümü şanslı hesab

edirəm. Hər insan bunu edə bilməz. 

‑ Siz, həmçinin Beynəlxalq Təhsil üzrə

Amerika Şurasının direktoru kimi də işləmisiniz.

Amerikada təhsil almağa şərait yaradan mübadilə

proqramları haqqında nə düşünürsünüz? Prioritet

və perspektivləri nələrdir?

‑ İlk öncə, mən Beynəlxalq Təhsil üçün Amerika

Şurasının direktorlar heyətində idim. Bu tam ştat iş

deyildi, bu, direktorlar heyətinin üzvü olmaq kimi

bir şey idi və mənim oraya cəlb olunmağımın

səbəblərindən biri də, məhz mənim bu mübadilə

proqramının əhəmiyyətli dərəcədə vacib olduğunu

hesab etməyim idi. 1990‑cı ildə hökumət işinə geri

qayıtdığım zaman bizim sistem proqramlarımızı

icra edərkən həmişə mübadilə proqramlarını

vurğulamışam. Düşünürəm ki, mübadilə proqram‑

ları amerikanlılarla digər ölkələr, Azərbaycan və ya

başqaları arasında əlaqə qurmaq üçün ən yaxşı

yoldur. Mən düşünürəm ki, bunun çox böyük

dəyəri var. Mübadilə proqramları mənim hər

zaman vurğuladığım sürətli təsirə malikdir. Mən

bununla nəyi demək istəyirəm: təcrübə əldə etmək,

ABŞ‑a getmək, təhsil almaq, ailə ilə yaşamaq, ABŞ

haqqında hər şeyi obyektiv şəkildə öyrənmək və

Azərbaycana geri qayıtmaq...



‑ ...Öyrəndikərini bölüşmək.

‑ ...Bəli, siz öyrəndiklərinizi bölüşdünüz. Sizin

danışmağa ailəniz, dostlarınız, iş və tələbə yol ‑

daşlarınız var. Həyatınız boyunca ABŞ‑dakı

təcrübələriniz və bu təcrübələrin sizin həyatınıza

necə təsir etməsi haqqında müxtəlif insanlara

danışacaqsınız. Beləliklə, siz ABŞ‑a getməklə yüz ‑

lərlə insana ABŞ haqqında təəssüratlarınızı danışa‑

caqsınız və bu, çox dəyərlidir. Bu, başqa yöndə də

özünü göstərir. Amerikalılar Azərbaycana gələndə

və ABŞ‑a geri qayıdanda da eyni şeyləri Azərbay‑

can haqqında danışırlar. 



‑ Bildiyimiz kimi, siz və xanımınız Feys

mübadilə proqramının məzunlarısınız. Öz şəxsi

təcrübənizdən bizimlə və ya mübadilə proq 



ramının gələcək iştirakçıları ilə paylaşmaq

istədiyiniz hər hansı məqamlar vardırmı?

‑ (Gülümsəyir) Mən uzun müddət əvvəl

mübadilə proqramı üzrə tələbə olmuşam, sözün əsl

mənasında, 50 il bundan öncə İsveçdə orta məktəb

tələbəsi idim. Faktiki olaraq, yayda, cəmi 3 ay müd‑

dətində orada olmuşam. Feys bir il sonra Almani ‑

yada mübadilə üzrə tələbə oldu. Mən şəxsən öz

adımdan deyə bilərəm və əminəm ki, Feys  mənim ‑

lə razılaşacaq, çünki bu, həqiqətən də, mənə həy‑

atımı formalaşdırmaqda kömək etdi və mənə geniş

dünyagörüşü verdi. Siz bilirsiniz, mən bütün

ömrüm boyu ABŞ‑da yaşamış və kənara çıx‑

mamışdım. Düşünürəm ki, bu, mənim beynəlxalq

münasibətlərə marağımı oyatdı. Hesab edirəm ki,

əgər mübadilə proqramı üzrə tələbə olmasaydım,

nə vaxtsa beynəlxalq münasibətlərlə maraqlan‑

masaydım, bəlkə də indi burada sizinlə söhbət et‑

məyəcəkdim. Bir sözlə, bu, mənim həyatıma təsir

edib. Mən hələ də 50 il əvvəl birgə yaşadığım

ailənin üzvləri ilə yaxın əlaqə saxlayıram. Ümid

edirəm, siz də birgə yaşadığınız ailənin üzvləri ilə

hələ də əlaqələrinizi qoruyursunuz.




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə