Magazine azeri Layout 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   ...   5   6   7   8   9   10   11   12   13

Gender rolları ilə bağlı patriarxal adət‑ənənələr Asiya

ölkələrində mühüm rol oynayır. İş yerlərində qadınlara daha

az yer ayrılır, daha az maaş verilir və onlar daha çox ayrı‑seç ‑

kiliyə məruz qalırlar. İnsanlarda belə bir düşüncə for‑

malaşmışdır ki, qadınların daha çox qorunmağa və müdafiə

olunmağa ehtiyacı var. Bu da nəticə etibarilə qadınların təhsil,

iş və səyahət etmək imkanının qarşısını alır. 

Oğlanlara üstünlüyün verilməsi cinslərin doğum nis‑

bətində də özünü birüzə verir. Avropa və Amerikada

cinslərin doğum nisbəti normal olsa da, Asiyada kişi‑qadın

nisbətindəki artım hiss ediləcək dərəcədə böyükdür. 

Normal şərtlərdə hər 100 qız körpəyə qarşılıq 105 oğlan

körpə dünyaya gəlir. Bu, gender balansını qoruduğu üçün

təbii proses sayılmalıdır, çünki kişilər qadınlara nisbətən

daha az ömür sürür. Lakin Hindistan, Çin, Ermənistan,

Gürcüstan, Albaniya, Cənubi Koreya və eləcə də Azərbay‑

canda hər 100 qız körpəyə qarşılıq 111‑113 oğlan dünyaya

gəlir. BMT‑nin Əhali Fondu oğlan uşaqlarına bu cür üstün‑

lüyün verilməsini “bəşəri faciə” adlandırır. Bu, həqiqətən

də, belədir, çünki gender balansının pozulması bir sıra

fəsadlara gətirib çıxara bilər. Kişilərin immiqrasiyası,

pozğunluq, qadın  alveri, zorla ərə getmə və qız kör‑

pələrinin öldürülməsi halları adlarını sadaladığımız

ölkələrdə çox geniş yayılmışdır. 

1970‑ci illərdə ultrasəs cihazlarının meydana çıxması

nəticəsində kişi‑qadın artımındakı nisbət daha da böyüdü.

Məsələn, 1901‑ci ildə Hindistanda doğulan hər 1000 kişiyə

qarşılıq 938 qadın doğulurdu. Bundan əlavə, Çində 1980‑ci

illərdə hər doğulan 100 qız körpəyə qarşılıq 108 oğlan uşağı

dünyaya gəlirdisə, bu gün 119 oğlan uşağı dünyaya gəlir.

Gender balansının pozulması Çində kişilərin evlənmək

üçün xarici ölkələrə üz tutmasına gətirib çıxarıb, çünki

ölkənin daxilində qadın çatışmazlığı mövcuddur. Bu

məsələ, eyni zamanda pozğunluq və qadın alveri kimi hal‑

ları da özü ilə gətirib. Çin hökumətinin verdiyi məlumata

görə, 2001‑2003‑cü illər arasında 42,000 qadın və qız uşağı

oğurlanmış və onların 2,256‑sı qadın alverinə məruz

qalmışdır. Hesablamalara görə, bu qurbanların sayı hər il

10000 ilə 20000 arasında dəyişir. 

Göstərilən faktlar Azərbaycanda bu məsələ ilə bağlı

tədqiqat aparmaq üçün stimul yaradır, çünki statistikalar

Qafqaz regionunda da kişi‑qadın artımındakı nisbətin çox

böyük olduğunu göstərir. “Worldstat”‑dan gotürülən sta‑

tistik məlumatlar Qafqaz regionunda kişi‑qadın artımın‑

dakı nisbəti aşağıdakı kimi göstərir:

Cinslərin doğum nisbəti 

Kişi/Qadın

Statistik məlumatlardan göründüyü kimi,

Qafqazda kişi‑qadın artımındakı nisbət kəskin şəkil

almışdır. Bu ölkələr Çin və Hindistandan sonra kişi‑

qadın artımında ən böyük nisbətə malik ölkələrdir.

Statistika göstərir ki, bu nisbət hər doğulan sonrakı

iki, üç və dördüncü uşağa görə daha da artır.

Məsələn, 2000‑2004‑cü illərdə hər doğulan ikinci

uşağa görə bu nisbət Azərbaycanda 150, Erməni‑

NƏ ÜÇÜN CƏMİYYƏTİMİZDƏ 

OĞLAN UŞAQLARINA DAHA

ÇOX ÜSTÜNLÜK VERİLİR?

www.aaa.org.az



NƏ ÜÇÜN CƏMİYYƏTİMİZDƏ OĞLAN UŞAQLARINA DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR?

32

Nərmin Carçalova



Bakalavr ‑ Azərbaycan Dillər 

Universiteti, Tərcümə fakültəsi

Magistr ‑ Azərbaycan Diplomatiya

Akademiyası, Diplomatiya və 

Beynəlxalq Münasibətlər ixtisası

Ermənistan

1.124

Azərbaycan



1.116

Gürcüstan

1.113



standa 140, Gürcüstanda isə 145 olmuşdur. Bu

ölkələrdə abort halları da çox geniş vüsət almışdır.

Azərbaycan Dövlət Statistika Komitəsindən alınan

məlumata görə, Azərbaycanda 0–4 yaşları arasında

oğlan uşaqları qız uşaqlarından 10% daha çoxdur,

yəni bu yaşlar arasında 38 000 qız azdır. Bundan

əlavə, 0‑19 yaşlılar arasında bu boşluq daha da artır

və 110 000 daha az qız olduğu müşahidə olunur. 

Göründüyü kimi, Azərbaycanda da bu məsələ heç

də adını çəkdiyimiz digər Asiya ölkələrindən fərqli

deyil. Bəs bu problemin qaynağı nədir? Nəyə görə

cəmiyyətimizdə oğlan uşaqlarına belə üstünlük veri ‑

lir? Bir çox mənbələrdə buna səbəb kimi aşağıdakı

amilləri göstərirlər:

• Oğlanlar valideynlərinin qayğısına qaldığı

halda, qız uşaqları ərə gedib ailədən uzaqlaşırlar;

• Asiya, eləcə də Azərbaycandakı dinə və

mədəniyyətə görə yalnız oğlan uşaqları nəsli davam

etdirə bilirlər;

• Oğlan uşaqları ailənin var‑dövlətini artırdığı

halda, qız uşağı istər ərə getməzdən əvvəl, istərsə də

sonra daha çox xərc tələb edir;

• Oğlan uşaqları ailəni qoruduğu halda, qız

uşaqlarının özlərinin qorunmağa ehtiyacı var.

Bu faktorlar müəyyən mənada məsələ aydın‑

laşdırsa da, problemi tam dolğunluğu ilə əks etdirə

bilmir. Yenə də tam şəkildə başa düşmək olmur ki,

nə üçün Azərbaycanda, eyni zamanda Asiyada

Avropa və Amerikadan fərqli olaraq, oğlan

uşaqlarına daha çox üstünlük verilir. Buna görə də

mən başqa faktorları‑təhsil, gender, din və iqtisadi

göstəriciləri əlavə etməklə problemin əsas qaynağını

tapmağa çalışacağam. Azərbaycanda bu məsələ ilə

bağlı ədəbiyyat və araşdırma çox az olduğu üçün

düşünürəm ki, mənim apardığım araşdırma həmin

problemlə bağlı insanların maarifləndirilməsində

böyük rol oynayacaq. Araşdırma Azərbaycanda, Bakı

şəhərinin bir sıra yerlərində aparılıb və bu araşdır‑

maya 18 yaşdan yuxarı, cinsindən, təhsil səviy 

yəsindən və yaşından asılı olmayaraq, bir çox insan



cəlb olunub. Sorğu zamanı onlara verilən sual bu

olub: Əgər yalnız bir uşaq seçiminiz olsaydı, onun

hansı cinsdən olmasını istəyərdiniz? Bu sual əsasında

insanların cəmiyyətimizdə hansı cinsə üstünlük

verdiyini müəyyənləşdirdik.

TƏHSİLİN ROLU

Təhsil insan həyatında mühüm rol oynayır. Təh‑

silli və təhsilsiz insanların düşüncə tərzləri həmişə

üst‑üstə düşmür. Biz təhsilli insan dedikdə minimum

bakalavr dərəcəsi almış və ya ən azından bakalavr

pilləsində təhsil alan şəxsi nəzərdə tuturuq.

Düşünürəm ki, təhsilin irəli sürdüyümüz problemdə

rolu böyük ola bilər. Bunun, həqiqətən, belə olub‑ol‑

madığını yoxlamaq üçün bəzi statistik rəqəmlərə

nəzər yetirmək lazımdır.

Dunya Bankından alınan bu statistikalardan

göründüyü kimi, təhsil sözügedən problemin yaran‑

masında çox az rol oynayır. 

Qazaxıstanda və Azərbaycanda təhsil səviyyəsi

yüksək olsa da, Azərbaycanda kişi‑qadın artımındakı

nisbət yüksək, yəni 1.133 olduğu halda, Qazaxıs‑

tanda bu göstərici 1.05‑dir, yəni normaldır. Eynilə

Hindistan və ya Əfqanıstanda Azərbaycana nisbətən

təhsil səviyyəsi çox aşağı olmasına baxmayaraq, bu

ölkələrdə kişi‑qadın artımındakı nisbət müvafiq

olaraq 112 və 105‑dir. Azərbaycanda apardığım

33

CONTEXT

|

4/

2012


Əfqanıstan

Ermənistan

Azərbaycan

Çin

Hindistan

İordaniya

Qazaxıstan

Təhsil indeksi‑2010

0.367

0.76


0.671

0.623


0.45

0.71


0.834


araşdırma da bu fikri əsaslandırır.

Göründüyü kimi təhsilli və ya təhsilsiz olmasına

baxmayaraq, insanların çoxu oğlan uşağına üstünlük

verir. Bu o deməkdir ki, Azərbaycanda oğlan

uşaqlarına üstünlük verilməsi təhsil faktorundan

asılı deyil.



GENDERLƏRİN ROLU

Bir çox ölkələrdə bu məsələ ilə bağlı araşdır‑

maların sonunda gəlinən nəticələrdən biri də o ol‑

muşdur ki, oğlan uşaqlarına daha çox üstünlük

verilməsində genderin rolu böyükdür. Deməli, belə

qənaətə gəlinmişdir ki, kişilər oğlan uşaqlarına daha

çox üstünlük verir, qadınlar isə əksinə. Bunun Azər‑

baycan cəmiyyəti üçün də doğru olub‑olmadığını

yoxlamaq məqsədilə bəzi analizlər aparmalıyıq.

Məsələn, Azərbaycanda ümumi kişi‑qadın nisbəti

0.97‑dir, yəni demək olar ki, balans təşkil edir, lakin

kişi‑qadın doğum nisbəti 113‑dür. Pakistanda kişi‑

qadın nisbəti 1.05 olsa da, doğum nisbəti 107‑dir.

Bundan əlavə, Qazaxıstanda isə ümumi kişi‑qadın

nisbəti 1.08 olduğu halda, kişi‑qadın doğum nisbəti

1.05‑dir, yəni normaldır. Buradan belə nəticəyə

gəlmək olar ki, bu məsələdə gender rolunun da təsiri

yoxdur. Eynilə cəmiyyətimizdə insanlar arasında

apardığım araşdırma da bunu sübut edir.

Bu faiz nəticələri də göstərir ki, Azərbaycanda kişi

və ya qadın olmasına baxmayaraq insanların ək‑

səriyyətinin seçimi oğlan uşaqlarına yönəlir. Belə‑

liklə, biz sübut etdik ki, gender rolunun da kişi‑qadın

artımının nisbətində heç bir təsiri yoxdur.



DİN FAKTORU

BMT‑nin Əhali Fondunun apardığı analizlərdə və

“Science” jurnalının redaktoru Mara Hvistendalın

gender ayrı‑seçkiliyi ilə bağlı kitabında göstərilir ki,

bu məsələdə dinin rolu böyükdür. Lakin bu, bir

qədər ziddiyyətlidir. Bəziləri mübahisə edirlər ki,

dinin rolu danılmazdır, məsələn, Avropada Xristian‑

lıq hökm sürdüyünə görə gender ayrı‑seçkiliyinə rast

gəlinmir, amma Azərbaycan da daxil olmaqla bir çox

Asiya ölkələrində İslam əsas din olduğuna görə gen‑

der ayrı‑seçkiliyi mövcuddur. Çünki İslam dinində

kişi qadından daha üstün hesab olunur və oğlan

uşağı ailənin yeganə varisi və davamçısı sayılır. Lakin

əgər biz Azərbaycanı, eynilə də Pakistan və Əfqanıs‑

tan kimi Asiya ölkələrini Səudiyyə Ərəbistanla (0‑14

yaş arasında qadın‑kişi artımındakı nisbət

3,939,377/3,800,020‑dir, yəni normaldır) müqayisə

etsək, sübut edərik ki, İslam dininin danışdığımız

problemdə rolu yoxdur. 

İQTISADİ İNKİŞAF GÖSTƏRİCİSİ

Gördüyümüz kimi, yuxarıda irəli sürdüyümüz

faktorlar gender ayrı‑seçkiliyini izah edə bilmədi.

Onda biz belə bir hipotez irəli sürə bilərik ki, ölkənin

iqtisadi inkişafı qadın‑kişi artımındakı nisbətə təsir

göstərən əsas amildir. 

www.aaa.org.az

NƏ ÜÇÜN CƏMİYYƏTİMİZDƏ OĞLAN UŞAQLARINA DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR?

34

Azərbaycan



Çin

Hindistan

Alıcılıq qabiliyyətinə əsasən adambaşına

düşən ÜDM (2005,dollarla verilir)

5,981


4,611

2,479


Kişi‑qadın doğum nisbəti

1.116


1.133

1.12



35

CONTEXT

|

4/

2012

Avropada iqtisadi inkişaf güclü olduğuna görə



gender ayrı‑seçkiliyi yoxdur. Azərbaycanda, eləcə də

yuxarıda adını sadaladığımız Asiya ölkələrində

oğlan uşaqları ailənin iqtisadi təminatçısı hesab olu ‑

nur, çünki adambaşına düşən ÜDM aşağıdır və

valideynlər düşünür ki, yaşlandıqdan sonra hökumət

onların qayğısına qalmayacaq. Buna görə də onlar

oğlan uşaqlarına daha çox üstünlük verirlər, çünki

qız uşağı ərə gedib ailədən uzaqlaşdığı halda, oğlan

uşağı valideynlərinin qayğısına qalır. Məsələn, bax‑

mayaraq ki, Yaponiya da Asiya ölkəsidir, lakin bu‑

rada gender ayrı‑seçkiliyi yoxdur, çünki ölkə iqtisadi

cəhətdən çox inkişaf etmişdir və adambaşına düşən

gəlir çox yüksəkdir.

Bu statistikalardan da göründüyü kimi,

adambaşına düşən gəlir yüksək olan, inkişaf etmiş

ölkələrdə cinslərin doğum nisbəti normaldır, lakin

inkişafda olan Azərbaycan və digər Asiya ölkələrində

bu belə deyil. 

Apardığım sorğu zamanı oğlan uşaqlarına üstün‑

lük verənlərin yarıdan çoxu səbəb kimi iqtisadi prob‑

lemləri əsas gətirdilər. Hətta qız uşağını abort

etdirmiş 32 yaşlı bir qadının söylədikləri mənim çox

diqqətimi çəkdi: ”İki qız uşağımız var. Ərim hər ik‑

isini də çox sevir. Üçüncü qız uşağının olmasına da

etiraz etməzdi. Lakin o, həmişə bir oğlu olmasının

xəyalını qururdu. Ərim məndən xeyli böyükdür və

narahat olur ki təqaüd yaşına çatanda ailəmizə baxan

olmayacaq. Biz hər ikimiz universitetdə mühazirə

deyirik və alacağımız təqaüdün məbləğinin bizi qane

edəcəyini düşünmürük.”

Deməli, Azərbaycanda oğlan uşaqlarına daha çox

üstünlük verilməsinə səbəb təhsil, gender və ya din

deyil, məhz ölkənin iqtisadi inkişaf səviyyəsidir.

PROBLEMİ NECƏ ARADAN 

QALDIRMAQ OLAR?

Göstərilən faktlar problemin ciddiliyini sübut

edir. Əgər vaxtında bu məsələnin həlli ilə bağlı lazımi

tədbir görülməsə, Çin və Hindistanda baş verən

fəsadların ölkəmizdə də müşahidə olunması labüd

şəkil alar. Qadınların bu gün sosial‑siyasi və digər

sahələrdə aktiv iştirakı onların heç də kişilərdən geri

qalmadığının bariz nümunəsidir. 

Yuxarıda verilən arqumentlər sübut edir ki,

məsələ ilə bağlı əhali arasında məlumat çox aşağıdır.

Ümid edirəm ki, göstərilən faktlar problemin cid‑

diliyi barədə insanları məlumatlandıracaq. Bundan

əlavə, istərdim ki, problemin həlli yolları ilə bağlı

bəzi təkliflər irəli sürüm. Düşünürəm ki, gender ayrı‑

seçkiliyi ilə əlaqədar olaraq, dövlət tərəfindən ciddi

abort nəzarəti tətbiq edilməli və əhalini məlumat‑

landırmaq üçün kommunikativ tədbirlər həyata

keçirilməlidir. 

Əvvəla, baxmayaraq ki, Azərbaycanda

hamiləliyin 4‑cü ayından sonra abort etdirmək

qadağan olunub, ciddi nəzarət olmadığına görə in‑

sanlar ultrasəs cihazları vasitəsilə körpənin cinsiyyə‑

tini öyrəndikdən sonra abort etdirirlər. Buna görə də

dövlət tərəfindən məsələ ilə bağlı ciddi nəzarət təd‑

birlərinin həyata keçirilməsi çox vacibdir. Habelə,

cinsi qərəzliyə görə aborta qadağalar qoyulması

doğum zamanı gender ayrı‑seçkiliyini aradan

qaldırsa da, doğuşdan sonra yaranacaq problemi,

məsələn, qız körpənin qərəzli şəkildə öldürülməsinin

qarşısını ala bilməz. Buna görə də, rasional infor‑

masiya kampaniyalarının aparılması gender ayrı‑

seçkiliyi salan valideynlər üzərində güclü təsir

buraxa bilər. Məsələn, qız uşağının üstünlüklərini əks

etdirən filmlər, reklamlar və televiziya proqramları

gender ayrı‑seçkiliyi ilə bağlı insanlarda neqativ fikir

yarada bilər.



Yaponya

Norveç

İsveçrə

Alıcılıq qabiliyyətinə əsasən adambaşına

düşən ÜDM (2005,dollarla verilir)

30,933


47,996

Kişi‑qadın doğum nisbəti

1.03

1.04


1.05

1. Andrew Thomas Hall, “China’s One Child Policy and Male Surplus as a

Source of Demand for Sex Selection Trafficking to China”, May 2011

2. Carl Haub, “Surprising Son Preference in the Caucasus”, 

http://www.demographia.ru/eng/articles/index.html?idR=73&idArt=1903,

May 2011


3. Central Bureau of Statistics, Vital Statistics: Live births, 2011

4. Das Gupta, Monica, "Explaining Asia's Missing Women": A New Look at

the Data", 2005

5. Juliet ShweGaung, Forced marriages driving human trafficking, UN

says,http://www.mmtimes.com/2010/news/512/n51206.html, 2009

6. Mara Hvistendahl, Unnatural Selection: Choosing Boys Over Girls, and

the Consequences of a World Full of Men, published by Public Affairs in

June 2011



İSTİNADLAR


www.aaa.org.az

36

Azərbaycan Respublikası Gənclər və



İdman Nazirliyi yanında Gənclər Fondunun

maliyyə dəstəyi ilə “ABŞ Təhsilli Azərbaycan

Məzunları” İctimai Birliyi (AAA) “Uğur

hekayəm...” layihəsini icra edir.

İcra olunan layihədə film hazırlanıb, hansı

ki üç gəncin həyat hekayəsindən bəhs edir.

Azərbaycan Respublikasının müxtəlif re‑

gionlarından olan,  xaricdə  müxtəlif proq ‑

ramların məzunları olan bu üç gəncin uğur

hekayəsi filmdə öz əksini tapıb.



Layihənin məqsədi:

İnsanların peşə seçimi etməsinə və

peşəkar olmasına nail olmaq gərəkdir.

Cəmiyyətə alternativlər təqdim etmək,

seçimləri çoxaltmaq, dünyaya iki rəngdən

daha çox baxmaq vacibdir. Yaxşı və uğurlu

təhsil almaq gərəkdir. 

“Uğur hekayəm…”  adlı layihəni təqdim

edərək Azərbaycan gəncləri arasında stimul

yaratmaq və bu stimulu təhsil üzərində kök‑

ləmək istəyirik. Layihənin əsas məqsədi gən‑

clər arasında təhsilə marağı artırmağa,

uğurlu peşə seçimi etməyə, biliyinə güvən‑

məyə, yalnız özünün bacarıqlarıdan  istifadə

edərək uğur qazanmağına, stimul yarat‑

maqdır. Gənclərin öz gələcəklərini özlərinin

sahiblənməsi layihə məqsədində bir növ əsas

ifadədir.

Filmin  Lənkəran, Masallı, Gəncə, Qazax,

Şəki və Zaqatalada nümayişləri keçirilir.

Gənclərin uğur hekayələrini dinləmək və on‑

larla müzakirələr aparmaqla region gəncləri

arasında təhsilə maraq və uğurlu karyera

qurmaq üçün stimul yaradılacaq.

Layihənin yekunu olaraq, paytaxt Bakı

şəhərində region gənclərinin film haqqında

şərhləri geniş ictimaiyyətə təqdim ediləcək.

Çəkiliş heyəti:

Rejissor: Elvin Aşirov

Ssenari: Orxan Hüseynov

Operatorlar:  Nəsimi Babayev və 



Mətləb Yaquboğlu

Montaj: “Visual Factory”

Layihə rəhbəri: Rövşən Nəcəfov

Filmi izləmək üçün:

Uğur Hekayəm / 2012

http://www.youtube.com/watch?v=lr5N7nHMZss

“Uğur hekay

äm...” 

layih


äsi

ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ



Az

ärbaycan 

Biznes Keys Yarışması 

ABCC 2012

Azərbaycan Biznes Keys Yarışması

tələbələrə özlərini Azərbaycanın gələcək

biznes liderləri kimi hazırlamaq üçün verilən

bir imkandır. Qaliblərə dəyərli sponsorlar‑

dan təqaüdlər və qiymətli hədiyyələr verilir. 

ABCC‑in tarixi 2002‑ci illərə təsadüf edir:

Azərbaycandakı biznes keys analizinin çatış‑

mazlığını  müşahidə edən MBA Enterprise

Corps könüllüləri bu layihəni başladılar. O

vaxtdan AAA bu layihəni idarə və təşkil

etmək hüququ qazandı. İndiyədək bu layi‑

hədə 500‑dən çox istedadlı tələbələr iştirak

edib. Biz 2011‑2012‑ci illərin sentyabr‑oktyabr

ayları ərzində  Azərbaycan Diplomatik

Akademiyası, Azərbaycan Dövlət İqtisad

Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət

Universiteti, Xəzər Universiteti, Azərbaycan

Turizm Universiteti və Azərbaycan Respub‑

likası Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasını təmsil edən  komandaların

iştirak etdiyi  yarışmaları təşkil etmişik.

“ABCC 2012” layihəsi adı çəkilən biznes

şirkətləri tərəfindən maliyyə dəstəyi alır:

“PASHA Bank”, “BP”, “Procter&Gamble”,

“Zqan” Holding, “Azercell”, “Statoil” və

“Coca‑Cola”. 

Akademik sponsor Azərbaycan Diplo‑

matik Akademiyasıdır.





www.aaa.org.az

40

ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ

“Bakı Hüquq Jurnalı”

“Bakı Hüquq Jurnalı”

“Bakı Hüquq Jurnalı”nın əsas məqsədi Azərbaycan və xaricdə təhsil almış hüquqşü‑

nasların qabaqcıl hüquqi düşüncələrini cəmiyyətə çatdırmaq və bu sahənin mütəxəssisləri

arasında fikir mübadiləsini artırmaq üçün xüsusi bir platforma yaratmaqdır. Həmçinin nəşr

olunacaq məqalələrlə Azərbaycan hüquq sisteminin inkişafına və cəmiyyətimizin hüquqi

maariflənməsinə, yüksək peşəkarlığa malik olan Azərbaycan biznes hüquqşünaslarının bir‑

liyinin formalaşmasına və dünya hüquq cəmiyyətinə inteqrasiyasına öz töhfəsini verməkdir.

Jurnalın baş redaktoru: Emin Kərimov

Növbəti buraxılışlar üçün siz də Azərbaycan

hüquqi sahələrin idarə olunmasına yönəlmiş və

cari hüquqi təhlilini əks etdirən və tövsiyyələr

ehtiva edən məqalələri təqdim edə bilərsiniz. 

Qeyd edək ki, jurnalda kommersiya

hüququ, o cümlədən müqavilə hüququ, kor ‑

porativ hüquq və digər əlaqədar mövzu‑

larda olan məqalələrə üstünlük verilir.

Facebook Page:



http://www.facebook.com/BakuLawJournal


Azərbaycan Respublikasının 

Gənclər və İdman Nazirliyi yanında 

Gənclər Fondu

www.youthfoundation.az

Ünvan: Bak

ı ş


ә

h., Bül-bül pr. 7B, Sahil Biznes M

ә

rk

ә



zi

Tel: (+994 12) 498 95 90

Fax: (+994 12) 498 95 89

Email: office



@youthfoundation.az

@Youthfund_Az  

http://www.facebook.com/youthfound




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə