Magazine azeri Layout 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   ...   5   6   7   8   9   10   11   12   13

29

rüşvət vermək istəməyən və ya verə bilməyən şa‑

girdlərə qarşı ayrı‑seçkiliyə gətirib çıxarır. Bun‑

dan əlavə olaraq, rüşvəti götürən müəllim

şagirdinin inamını da itirir. Şagirdlərin və onların

valideynlərinin üzləşdiyi ədalətsizlik müəllim‑

lərə qarşı inamı azaldır. Sveta Məcidovanın

psixoloji mərkəz sorğusuna əsasən, valideynlərin

47%‑i fikirləşirlər ki, rüşvət götürən müəllimlərin

sayı 50%‑dən çoxdur. Müəllimlər arasında yalnız

7%‑i etiraf edir ki, rüşvət alırlar və 41% müəllim

isə, gündəlik rüşvət alırlar. Hal‑hazırda müəl‑

limin orta əmək haqqı 172.4 manatdır

(Kazımzadə, Elmina və Nailə İsmayılova 2009‑

2010). Azərbaycanda aylıq maaşlar o qədər azdır

ki, yaşayış minimumuna yaxındır (işləyən əhali

üçün yaşayış minimumu 102 manatdır) (Moy‑

azarplata.az, 2011). 62% müəllim düşünür ki,

rüşvəti götürməyin əsas səbəbi maaşların aşağı

olmasıdır (Psixoloji Mərkəz, Sveta Məcidova

2008). 

Bütün çıxışlar, müəllimlərin bu cavabları real ‑



lığı əks etdirmir, onlar sadəcə bu və ya digər

fəaliyyətə faktiki təsdiq və ya inkar bildirirlər.

Rüşvəti verməyin onu götürməklə müqayisədə

pis hərəkət olmadığı bizim cəmiyyətimizdə

qəbul olunubdur. 

2. Müəllimlərin məsuliyyətsizliyi. Bu, müəllimin

dərsə ciddi yanaşmadığı zaman baş verir.

Məsələn, müəllim dərsi lazımi vaxtda başlamır,

sadəcə sinif otağında oturur və ya şagirdlərə nə

ilə istəyirlərsə, məşğul olmağa icazə verir, dərs‑

dənkənar söhbətlər edir. Məsuliyyətsiz müəllim

sinif otağından da çıxa bilir, şagirdlərin

davamiyyətini də yoxlamır. Nana Kələntərova

deyir: “Hal‑hazırda məktəblərdə şagirdlərin

davamiyyətinə nəzarət edilmir. Keçmişdə əgər

şagird 1‑2 gün dərsdən qalsaydı, bunun üzərində

müəllimin böyük məsuliyyəti var idi. İndi isə 11‑

ci sinif şagirdlərinin dərsdə iştirak etməsi nadir

hadisədir.”

3. Uşaqlara qarşı qeyri‑obyektiv yanaşma. Əgər

müəllim bir qrup şagird simpatiya göstərirsə, bu‑

rada biz artıq ayrı‑seçkilikdən danışa bilərik.

Sveta Məcidovanın Psixologiya mərkəzinə əsasən

şagirdlərin 25%‑i təsdiqləyir ki, məllimlər

tərəfindən yaxşı olmayan bu cür davranış mək‑

təbdə əsas problemlərdən biridir. 

4.  Repetitorluğun məşhurluğu. Sveta Məci‑

dovanın Psixologiya Mərkəzinə əsasən, 48% şa‑

girdin valideynləri bildirir ki, onların uşaqlarının

60%‑i repetitor yanına gedir (və bunların 78%‑i

11‑ci sinif şagirdləridir). Hal‑hazırda Azərbay‑

canda müəllimlərin çoxu məktəb tədrisi ilə

yanaşı, evdə də repetitorluqla məşğul olur.

Kazımzadə və İsmayılovanın sorğularına əsasən

yalnız müəllimlərin 25.1%‑i repetitorluq etdiyini

söyləyib. “Müəllimlərin nə zaman imkanı olur ki,

əlavə gəlir qazansınlar?” sualına 67% müəllim

“şagirdlərə əlavə dərslər keçdikdə, repetitorluq

etdikdə” cavabını verib 

lər. (Psixoloji Mərkəz,

Sveta Məcidova 2008). Müəllimlər düşünürlər ki,

öz şagirdlərinə əlavə pulsuz dərs keçmək qəbul

ediləndir və onlar bunu pul almaq üçün etmirlər.

5.  Universitetlərə gedən abituriyentlərin aşağı



səviyyəli bilikləri

. Baxmayaraq ki, repetitorluq

Azərbaycanda çox işlədilən və geniş yayılan

məşğuliyyətdir, abituriyentlərin bilik səviyyəsi

aşağıdır. Tələbə Qəbulu üzrə Dövlət Komis‑

siyasının sədri (TQDK) Məleykə Abbaszadə deyir

ki, orta intellektual səviyyədə olan, məktəbin bu‑

raxılış imtahanlarını əla verən abituriyentlər uni‑

versitetlərə qəbul imtahanında aşağı nəticə

göstərirlər. “Kimlər ki məktəb imtahanlarını

”yaxşı”, “əla” nəticələrlə qurtarıb, gərəkdir ki,

400 bal (maksimum bal 700‑dür) yığsın. Lakin bu

abituriyentlərin 20‑30%‑i hər bir qrupda 200 bal‑

dan yuxarı nəticə göstərməyiblər. (Zerkalo.az,

2010). Bundan əlavə, o, həmçinin universitetlərə

yüksək intellekt ilə girənlərin də rəqəmini

açıqladı, ümumi qəbul olanların 3‑5%‑i.

(Xronika.az, 2011)

6. Bacarıqların olmaması. Hal‑hazırda müəllim‑

lik peşəsi əla nəticə göstərən abituriyentlər

tərəfindən seçilmir.Yüksək potensial və bacarığı

olanlar digər daha prestijli sahələrə müraciət et‑

məyi üstün tuturlar. Azərbaycan Pedaqoji İnsti‑

tutunun reytinqi çox aşağıdır (Informer.az, 2010).

Bir çoxları ora təsadüfən düşürlər (Elmina

Kazımzadə və Nailə İsmayılova, 2009‑2010).

Kazımzadə və İsmayılova tərəfindən hə 

yata


keçirilən sorğu nəticəsində 50.4% müəllim

bildirib ki, onlar bu peşəni təsadüfən seçiblər,

pedaqoji fakültənin 57% tələbəsi buranı valideyn

məsləhəti ilə seçib, yalnız 27%‑i bu sahəyə

marağının olmasından və 10%‑i uşaqlara olan

sevgisindən dolayı müraciət edib. Yeni nəsil

müəllimlərdə düzgün bacarıq çatışmazlığı var,

yaşlı nəsil müəllimlər isə yeni texnologiyalara,



CONTEXT

|

4/

2012



yeni öyrətmə metodlarına könülsüzdürlər. 

7. Yeni kurrikulum və vəsaitlərin yaradılması. Yeni

kurrikulum heç də həmişə təhsilin inkişafına

səbəb olmur. Bəzən müəllimlərə bu proqramlara

adaptasiya olmaq da çətinlik çəkirlər və şagirdlər

üçün daha da ağırdır. Yeni vəsaitlər tədris zamanı

da bir sıra problemlər yaradır. Şagirdlər qeyri‑

dəqiqlikdən və səhvlərdən, kitabların çətin

dilindən narazıdırlar. Əlbəttə ki, bununla üzləşən

müəllimlər heç də hər zaman tapşırıqların

öhdəsindən gələ bilmirlər. Və bu da onlara qarşı

olan inamı azaldır.

8. TQDK sədri bildirir ki,məktəblərdə tez‑tez

təhsil proqramında dəyişikliklərin olması abi‑

turiyentlərin universitetlərə qəbul imtahan‑

larında aşağı nəticə göstərmələrinə təsir edir.

(Xronika.az 2011). Buna baxmayaraq, problem‑

lərdən biri də odur ki, universitetlərə qəbul im‑

tahanları da uşaqlara bacarıqlarını artırmaqda

köməkçi olmur, bu, sadəcə onlara testləri həll et‑

məkdə kömək edir. İmtahanlardan sonra şa‑

girdlərin çoxu öyrəndiklərini unudurlar. Elmina

Kazimzadə qeyd edir ki, test sistemi Azərbay‑

canda təhsilə olan inama pis təsir göstərdi. 

Nana Kələntərova və Elmina Kazımzadə

qeyd edirlər ki, ümumiyyətlə, öyrətmə peşəsi

cəmiyyətdə hələ də prestijli sayılır. Bu, o fakta

əsaslanır ki, yaşlı nəsil hələ də bu peşəyə qarşı

hörmətlə yanaşır. Lakin, zamanla bu peşə az

cəlbedici və prestijli olacaq.

Əgər təhsildə vəziyyət olduğu kimi qalsa, pis‑

ləşməyə doğru gedəcək, keyfiyyətli işçi heyəti

çatışmayacaq, sosial problemlər artacaq, müəl‑

limlərin avtoriteti aşağı düşəcək və uşaqların

böyüklərə olan münasibətində dəyi şiklik olacaq,

cəmiyyətdə ədəb qaydaları aşağı səviyyəyə

enəcək. 

NƏ EDİLƏ BİLƏR? 

Azərbaycanda məktəblərdə olan təhsili inkişaf

etdirmək və dövlət məktəblərinin müəllimlərinə

olan inamı artırmaq üçün nə etmək lazımdır?

Dövlət məktəblərində çalışan müəllimlərə yük‑

sək inamı artırmaq, repetitorluğu azaltmaq, mək‑

təbi bitirənlərin intellektini yüksəltmək və digər

iqtisadi və sosial mənfəəti artırmaq kimi

nəticələri necə əldə etmək olar? 

İndi Azərbaycan cəmiyyəti problemi başa

düşməlidir və hökumət onları həll etmək üçün

addımlar düşünməlidir. Müəllimlər daha yaxşı

çalışmalıdırlar. Bu baxımdan müxtəlif qayda

pozuntularını, məsuliyyətlizliyi aradan qaldır‑

maq üçün cəza növləri təyin edən proqramla təh‑

sil prosesinə ciddi nəzarət edilsin. Beləliklə,

gözlənilən nəticəni göstərməyən müəllim buna

cavabdeh olmalıdırlar. Eyni zamanda müəllim‑

lərə bonuslar və təltiflər verməklə həvəs‑

ləndirmək, aralarında rəqabəti stimullaşdırmaq

və onlara professional inkişafın perspektivlərini

göstərmək çox vacibdir. 

Yüksək maaşlar labüddür. Bu, onları daha çox

işləməyə və dərslərinin keyfiyyətini artırmağa

həvəsləndirəcəkdir. Maaşlar 5 il ərzində addım‑

baaddım 700 manata qədər artırılmalıdır. Bütün

bunlar cəmləşərək müəllimin repetitorluq və

əlavə gəlir ehtiyacını azaldacaqdır. 

Əlavə olaraq, Azərbaycanda olan müəllim‑

lərin əksəriyyəti repetitorluğu qeyri‑qanuni

edirlər və bu da özlüyündə ölkə iqtisadiyyatına

mənfi təsir göstərir. İslahat bu təsirin azaldıl‑

www.aaa.org.az

DÖVLƏT MƏKTƏBLƏRİNDƏ ÇALIŞAN MÜƏLLİMLƏRƏ İNAM, TƏHSİLİN KEYFİYYƏTİ VƏ AZƏRBAYCANDA İNSAN RESURSLARI

30



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə