«маgistratura məRKƏZİ»



Yüklə 407,87 Kb.
səhifə1/7
tarix29.09.2017
ölçüsü407,87 Kb.
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«МАGİSTRATURA MƏRKƏZİ»



Əlyazması hüququnda

________Kərimov Azər İlqar oğlu _______
(MAGİSTRANTIN A.S.A.)
«Müəssisədə sosial münaqişələr və onların həll edilməsi yolları» mövzusunda____
MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı 060407  Menecment

İxtisasın şifri və adı 060407 Menecment

Elmi rəhbər Magistr proqramının rəhbəri



(A.S.A., elmi dərəcə və elmi ad) (A.S.A., elmi dərəcə və elmi ad)

i.e.n., dos. Məmmədov M.H.____ _i.e.d., prof. Həsənov H.S.____

__________________________ ________________________

Kafedra müdiri(A.S.A., elmi dərəcə və elmi ad) prof. K. A. Şahbazov_____

___________________________________________________

BAKI - 2 0 1 6



Mündəricat:

Giriş....................................................................................................................səh 3

I Fəsil Münaqişələrin məzmunu və onların həll olunmasına nəzəri-metodoloji yanaşma

    1. Sosial münaqişələrin mahiyyəti və onun tipologiyası........................səh 7

    2. Sosial münaqişələrin təbiəti.............................................................səh 17

    3. Münaqişəşünaslıq elmi:onun yaranması və təkamülü...................səh 23

II Fəsil Müasir müəssisələrdə sosial münaqişələrin təhlili və münaqişə prosesinin modeli

2.1. Sosial münaqişələrin yaranmasının əsas səbəbləri.......................... səh 35

2.2. Sosial münaqişə prosesinin modeli.................................................. səh 41

2.3. Sosial münaqişələrin əsas funksiyaları............................................ səh 45

2.4. Sosial münaqişələrin dinamikası...................................................... səh 51

III Fəsil Sosial münaqişələrin idarə olunmasının təkmilləşdirilməsi istiqamətləri

3.1. Münaqişələrin həll olunmasının struktur metodları........................ səh 62

3.2. Şəxslərarası münaqişələrin həll edilməsi metodları....................... səh 65

3.3. Təşkilatı dəyişikliklərin təbiəti və münaqişə mədəniyyəti.............. səh 71

Nəticə...................................................................................................... səh 83

Ədəbiyyat siyahısı................................................................................... səh 87

Giriş

Mövzunun aktuallığı. Sosial münaqişələr və onların həll edilməsi metodlarının araşdırılması, müasir təşkilatlarda münaqişələrin təhlili və öyrənilməsinin təşkilat üçün əhəmiyyəti, onun müsbət və mənfi tərəfləri, konfliktlərin həll olunmasının təşkilat üçün əhəmiyyəti, onların rolunun qiymətləndirilməsi baxımından çox əhəmiyyətli və aktualdır.

Çağdaş dövrümüzdə münaqişənin mahiyyətinin, onun tipologiyasının, dinamikasının, funksiyalarının və onun idarə edilməsinin və s. öyrənilməsi bir çox elmlərin, xüsusilə də idarəetmə ilə məşğul olan elmlərin tədqiqat obyektinə çevrilmişdir. Münaqişələrin mövcudluğu cəmiyyətimizdə qaçılmazdır. Onları düzgün idarə etməklə menecerlər təşkilatı daha effektiv idarə edə bilərlər. Belə nəticəyə gəlmək olar ki, müəssisədə istehsalın düzgün qurulması nə qədər vacibdirsə, insanlar (işçilər və rəhbərlər) arasında olan konfliktlərin həll edilməsi bir o qədər vacib və effektivlik baxımıdan əhəmiyyətlidir.

Münaqişələrin insan münasibətlərinin yenilənməsi, onların rəqabətə girməsi, təşkilatda və cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, yeni qərarların işənib hazırlanması, sosial-psixoloji amillərin nəzərə alınması, təşkilatın yenilənməsi, əmək məhsuldarlığının artması, rəhbərlərin tabeçilikdə olanların təşəbbüslərinə daha çox diqqət yetirməsi, kadrların savadlılıq səviyyəsinin artırılması və ümumilikdə cəmiyyətin inkişafında olan rolu böyükdür.

Əgər münaqişələr düzgün idarəedilməzsə onlar təşkilatdakı insan münasibətlərini, sosial-psixoloji mühiti pisləşdirə, insanların mövqeyinin itirilməsinə gətirib çıxarır.

Sosial münaqişələr uzun illər cəmiyyətdə və təşkilatda istənilməyən hadisə kimi nəzərdən keçirilmişdir. Əlbəttə hər bir dövrün öz xüsusiyyəti olduğuna görə insanların müxtəlif obyektlərə olan baxışları da müxtəlif olmuşdur. Kapitalizmin ilkin dövrlərində fəaliyyət göstərən müəssisələr elmi yeniliklər, insan kapitalı və liberal-demokratik idarəçilikdən uzaq olmuş, əsasən avtoritar üsulla idarəetməyə üstünlük vermişlər. Əlbəttə ki, həmin dövrdə yaranan münaqişələr ixtişaşlar, tətillər, müqavimət və qarşıdurmadan ibarət olduğu üçün rəhbərlik onları dağıdıcı təsirə malik olan proses kimi qiymətləndirmişdir.

Hazırda münaqişələrin təhlili və öyrənilməsi təşkilatlar üçün böyük əhəmiyyət kəsb edir. Çünki hər bir təşkilat rəhbərliyi başa düşür ki, insan kapitalı ən qiymətli resursdur və onun düzgün idarə edilməsi, yönləndirilməsi təşkilatın müvəffəqiyyətli olması və rəqabət mübarizəsində qalib gəlməsinə səbəb olacaqdır. Hal-hazırda idarəetmədə sosial –psixoloji amillərə diqqət ayrılması, işgüzar mühitin psixoloji cəhətdən sağlam olması, rəhbərlər və işçilər arasındakı psixoloji baryerin aradan qaldırılması tendensiyası baş verir. Bütün bunlar konfliktlərin yaxından öyrənilməsindən də yan keçmir, çünki konflikləri öyrənməklə, onları düzgün təhlil etməklə rəhbərlər işçiləri daha yaxından tanıya bilər, onların xarakteri, psixoloji vəziyyəti, çətin situasiyalarda özünü aparmaq mədəniyyəti, bu situasiyalardan çıxma yolları araşdıra, həmçinin təşkilatda olan çatışmamazlıqların, şöbələr arasında əməkdaşlığın öyrənilməsi, idarəetmədə olan boşluqların daha yaxından öyrənilməsini həyata keçirə bilərlər.



Problemin öyrənilməsi səviyyəsi. Aparılan araşdırmalar göstərir ki, nəzərdən keçirilən mövzu ilə bağlı məsələlər bir sıra dünya və ölkə alimlərinin əsərlərində vaxtaşırı olaraq tədqiq olunmuşdur. Ümumiyyətlə, münaqişələr və onların həll edilməsi metodları ilə bağlı məsələlər bir sıra dünya və yerli alimlərin, o cümlədən Herbert Spenserin (1890-1903-ü illər) Sosiologiyanın prinsipləri, Vilhelm Vundtun (1832-1920-ci illər) Psixologiya oçerki, Georq Zimmelin (1858-1918-ci illər) Sosial differensasiya, Sosial-psixoloji araşdırmaları, Formal sosiologiya nəzəriyyəsi , Münaqişə sosiologiyası termini əsəri, Emil Dürkheymi (1858-1917-ci illər) Sosioloji metodlar qaydası, Maks Veberin (1864-1920-ci illər)”Başa düşülən” sosiologiya konsepsiyası, Ziqmund Freydin (1856-1939-cu illər) Kütlə psixologiyası ve men konsepsiyasının təhlili əsərləri, Karl Marksın Sosial determinizm konsepsiyası, Lyuis Kozerin sosial konfliktin funksiyaları, sosial konfliktlərin araşdırılmasında cəmiyyətin rolu əsəri və s. alimlərin əsərlərində, münaqişə problemləri, geniş şəkildə təhlil olunmuşdur. Ölkəmizdə bu problemin həlli ilə A.N.Abbasbəyli, S.Z. Yusifzadə və başqaları konfliktologiyaya aid əsərlərində məşğul olmuşlar. Bununla belə müasir dövrdə təşkilatların idarə olunmasında insan amilinin rolunun daima artmasını nəzərə alaraq bu problemin tədqiqinin daha da geniş şəkildə araşdırılmasının zəruriliyi mövcuddur.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi müasir dövrdə sosial münaqişələr və onları müasir həll edilməsi metodlarının araşdırılmasıdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur.

  • Münaqişələrin açıqlanması;

  • Münaqişəşunaslıq araşdırılması;

  • Münaqişələrin təbiətinin geniş şəkildə şərh olunması

  • Münaqişələrin yaranma səbəblərinin öyrənilməsi

  • Münaqişənin modelinin proses kimi nəzərdən keçirilməsi

  • Münaqişənin yerinə yetirdiyi funksiyaların tədqiq edilməsi

  • Münaqişənin dinamikasının öyrənilməsi

  • Münaqişənin həll edilməsi metodlarının geniş formada nəzərdən keçirilməsi

  • Təşkilatda baş verən dəyişikliklərin təbiətinin öyrənilməsi

  • Münaqişənin mədəniyyətlə qarşılıqlı əlaqə və asılılığının öyrənilməsi

Tədqiqatin predmeti və obyekti. Sosial münaqişələrin həll olunması metodlarının araşdırılması tədqiqatın predmetidir. Mövzunun tədqiqat obyekti isə təşkilatlar və təşkilatlarda baş verən münaqişələrdir.

Tədqiqatın nəzəri metodoloji əsasları. Tədqiatın nəzəri metodoloji əsaslarını bu sahədə görkəmli sosioloq alimlərin, tədqiatçıların əsərləri, müxtəlif təşkilatlarda aparılmış sosioloji sorğular, dövlətin müvafiq qanunverici və normativ-hüquqi aktları, internet resursları təşkil edir. Tədqiqat işində tarixi yanaşma, təhlil, dinamika, müqayisə, məntiqi ümumiləşdirmə, metodlarından, 6 sxemdən, 1 qrafikdəndən istifadə olunmuşdur.

Tədqiqatin elmi yeniliyi. Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir.

- Bütövlükdə münaqişələrin idarə olunması problemi yeni müstəvidə nəzərdən keçirilməli, münaqişələrin həll olunması metodlarına yeni müstəvidə yanaşılmışdır.

- bazar münasibətləri şəraitində insan amilinin rolunun, idarəetmənin sosial psixoloji metodlarının rolunun artması münaqişələrin həll edilməsində daha səmərəli metodların tətbiqini nəzərdə tutur ki, bu məsələlər də dissertasiyada geniş şəkildə təhlil edilmişdir.

- Münaqişəşünaslıq elminin yaranması və təkamülü sistemli və kompleks şəkildə araşdırılmışdır.

- Münaqişələrin funksiyaları dərindən tədqiq olunmuş və onların konstruktiv və destruktivliyinin ortaya çıxması şərtləri yaxından araşdırılmışdır

- təşkilatda baş verən labüd dəyişikliklərin insanlara təsiri, dəyişikliklərin mövcudluğu şəraitində insanlar, məqsədlər, texnologiya və tapşırıqlar arasında qarşılıqlı asılılıqlar yeni müstəvidə tədqiq edilmişdir.



İşin həcmi və strukturu. Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olmaqla – səhifədən ibarətdir.

I Fəsil Münaqişələrin məzmunu və onların həll olunmasına nəzəri-metodoloji yanaşma

    1. Sosial münaqişələrin mahiyyəti və onun tipologiyası



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə